BÖYÜK ÖLÇÜLÜ MİOMASI OLAN HAMİLƏLƏRİN MÜALİCƏ TAKTİKASI: XƏSTƏ HESABATI

07-02-2019

Fertil yaşda qadınlarda uşaqlıq şişlərinin rastgəlmə tezliyi ildən-ilə artır. Uşaqlığın mioması qadın reproduktiv orqanlarının daha çox rast gəlinən miometriyanın saya əzələ hüceyrələrindən inkişaf edən hrmonlardan aslı xoş xoşxassəli törəməsidir və reproduktiv sistemin patologiyaları arasında əhəmiyyətli yer tutur. Miomaların həcmi çox zaman esterogenlərin səbəb olduğu saya əzələ hüceyrələrinin hiperplaziyasının, eyni zamanda onların hipertrofiyasının hesabına arta bilir. (1) Esterogenlər saya əzələ hüınceyrələrinin proleferasiyasını və miomaların böyüməsini stimullaşdırırsa,progesteron apaptoza mane olan zülaların sintezini artırır. (2) Populyasiyada onun tezliyi cinsiyyət orqanlarının digər xoşxassəli törəmələrinin strukturunda 7.8-28 % arasında dəyişilir,lakin hamiləlik və miomanın birlikdə rastgəlmə tezliyi müxtəlif müəlliflərin göstəricilərinə görə 0.5-6% arasında dəyişir. 35 yaşdan yuxarı hər 4-5-ci hamilə qadında uşaqlığın mioması rast gəlinir. Mioma ilə fəsadlaşmış hamiləlik yüksək risk qrupunu təşkil edir. Uşaqlığın mioması spontan abort, vaxtından qabaq doğuş, uşaqlığın insersiyası, fetopelvic disproporsiya, fetusun malpozisiyası, plasentanın retensiyası,postpartum qanaxma, ağrı, degenerasiya, plasentanın qopması, bətndaxili inkişaf ləngiməsi və.s fəsadlar verməklə hamiləliyi və zahılıq dövrünü fəsadlaşdırır. Hamiləlik və doğuş müddətində düzgün aparılan müayinə və müalicə taktikası maternal və fetal fəsadları azaldır. Biz hamiləliyi mioma ilə ağırlaşan bir xəstəni təqdim edirik.

30 yaşlı primigravida qadın 10 oktyabr 2013-cü ildə klinikaya daxil olmuşdur. Hazirki hamiləlik birincidir. Deməsinə görə hamiləliyin 12-13 həftəsində rayon klinik xəstəxanasında usm müayinəsindən keçmişdir. Qadın məsləhətxanasında qeydiyyata düşməmişdir. Daxil olarkən şikayətləri: qarın nahiyəsndə son 2 həftədir getdikcə artan şişkinlik ,həmin nahiyədə olan kəskin ağrılar. Abdominal şişkinlik son 2 ayda sürətlə artmışdır,ağrı,kəskin epiqastral diskomfort ,qəbizlik, ümumi zəiflik və ayaqlarda şiş ilə müşayiət olunmuşdur. Xəstənin ümumi vəziyyəti orta ağırdır, dəri və görünən selikli qişaları solğundur, aşağı ətraflarda ödemlər nəzərə çarpır. Arterial təzyiq 120/80 mm.c.st, PS 80 vurğu/dəq. Abdominal nahiyə gərgindir. Palpasiyada ölçüsü təxminən 40 sm olan sərhədləri qeyri-requlyar  abdomino-pelvik kütlə əllənir.

Abdominal sonografiyada intrauterin canlı 20 həftəlik hestasiyaya uyğun tək döl müəyyən olundu. Eyni zamanda uşaqlığın sağ arxa-yuxarı tərəfində lokalizasiya edən qalın kapsullu 30 sm diametrli multilokulyar sistik törəmə və peritoneal boşluqda sərbəst maye aşkar olundu. Sonografik diaqnoz: hamiləlik və yumurtalıq şişi(?)

Qan analizinin nəticəsi: HG 94Q/L, hematokrit(22%), normal eletkrolitlər, sidik cövhəri və kreatinin, qaraciyər fermentləri. Simptomların kəskinliyini və sonografik göstəricilərin malignizasiyadan şübhəli olduğunu nəzərə alaraq xəstəni təcili əməliyyata hazırlamaq qərarı verildi.

Endotraxeal intubasion anesteziya altında laporotomiya icra olundu.Bu zaman müəyyən olundu:qarın boşluğunda sərbəst maye,normal qaraciyər,dalaq,yumurtalıq və borular.Uşaqlıq yumşaq konsistensiyalı və 20 həftəliyə uyğun böyümüşdür. Uşaqlığın sağ arxa yuxarı divarından başlayan 32sm diametrli sistik subserozal fibroid müəyyən olundu.Mioma xaric edildi,düyünün yatağı dərhal tikildi və hemostaz bərpa olundu. 5kq olan şiş histoloji müayinəyə göndərildi.Uşaqlığın yığılmalarının qarşısını almaq məqsədilə intravenoz maqnezium-sulfat təyin olundu və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi.Hamilə 10 gündən sonra evə yazıldı.

Histoloji müayinənin nəticəsi:malign olmayan hialin degenerasiya uğramış saya əzələ lifləri.Təkrar USM nəticəsi:Normal inkişaf edən fetus.Qalan antenatal dövr fəsadsız keçdi.Hamiləlik 38 həftəlikdə kesar əməliyyatı ilə başa çatdırıldı. Yenidoğulmuşun çəkisi 3200.0 qr

Müzakirə   

Bu, antepartum miomektomiya icra olunan az rast gəlinən hallardan biridir. Böyük ölçülü, şübhəli abdominal kütlənin aşkarlanması antepartum laporotomiyaya göstəriş yaratmışdır. Düyünün çıxarılma qərarı onun ölçülərinə və xəstənin simptomlarına əsasən verilmişdir.  Hamiləlikdə fizioloji olaraq hiperkoaqulyasiyanın olması hemostazın rahat əldə olunmasını təmin edir. Bu situasiya hamiləlikdə miomektomiyanın icra edilməsinin selektiv ehtiyatla seçilmiş xəstələrdə mümkün olduğunu göstərdi.

Nəticə

Degenerasiyaya uğramış uşaqlıq düyünü(mioma) hamiləlikdə yumurtalıq törəməsi ilə oxşar mənzərə yarada bilər, buna görə də mama-ginekoloq düzgün differensasiya aparmağı bacarmalıdır. Uterine fibroidləri hamiləlkdə əksər hallarda konservativ idarə olunur,antepartum miomektomiya xüsusi secilmiş xəstə qrupunda icra olunmalıdır.Aparılan əməliyyatın nəticəsinin yaxşı olması üçün, anesteziyanın seçilmesi, əməliyyat önü ,sonra xəstə xüsusi diqqət və konservativ müalicə tələb edir.Bunun üçün esterogenlerin , spazmolitiklərin istifadəsi məqsədə uyğundur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Depp R. Cesarean delivery. In: Gabbe SG, Niebyl JR, Simpson JL, editor. Obstetrics: normal and problem pregnancies. 4. New York :Churchill Livingstone; 2002. p. 599.
2.Cunningham FG, Gant FN, Levenok KJ, Gilstrap LC, Hauth JC, Wenstrom KD, editors . Williams Obstetrics. 21. New York: McGraw Hill; 2000. Chapter35: Abnormalities of the reproductive tract; p. 930.


Müəlliflər:
Ş.Q. Şahbazov
А.А. Cavadova

Digər jurnal və qəzetlər