MULTİPL SKLEROZ XƏSTƏLİYİNDƏ QOXU FUNKSİYASININ POZULMASI

03-01-2019

Üz çənə nahiyyəsinin müxtəlif etiologiyalı anomaliya və deformasiyaları nəinki uşaqlarda süd, qarışıq və daimi dişləm dövründə, həmçinin böyük yaş qrupunda da rast gəlinən stomatoloji patologiyadır  [1].

Diş sırasının anomaliya və deformasiyaları müxtəlif tədqiqatların nəticələrinə görə böyük əhali qrupu arasında ölkə xaricində orta hesabla 30-55% [2], ölkə daxilində isə 38-52% təşkil edir [3].

Buradan da görünür ki, onların ortodontik müalicəyə ehtiyacı yüksəkdir. Son illər ortodontik müalicəyə ehtiyacı olan pasiyentlərin sayı da çoxalmışdır. Bu həyat keyfiyyətinin yüksəlməsi, böyük yaş qrupunda əhalinin artımı, aktiv sosial həyat ehtiyacı, üz skileti inkişafı tamamlanmış, diş çənə sistemi, okklüziya anomaliya-larının və diş sırası qüsurlarının pasiyentlərdə ortodontik və ortopedik müalicə metodunun təkmilləşdirilməsi və yeni tənzimləmə üsulları ilə əlaqədardır [4].

Böyük yaş qrupu pasiyentlərin, diş çənə sisteminin anomaliyasının ortodontok müalicəsində müasir texnologiyaların tətbiqi müxtəlif ixtisas həkimlərinin stomatoloq-terapevt, paradontoloq, ortodont, stomatoloq-ortoped işbirliyini vacib edir [5].

Uşaqlarda daimi dişlərin çıxma müddətinin pozulması və böyüklərdə 98% dişlərin hissəvi itirilməsi nəticəsində yaranan anomaliya diş çənə nahiyyəsində morfoloji, funksional, estetik və psixoloji dəyişikliklərə səbəb olaraq orqanizmin digər orqan və sistemlərində də özünü əks etdirir [6,7].

Belə patologiya çeynəmə funksiyasında, tənəffüs, nitq və sifət konfiqurasiya-larında dəyişiklik yaradır [1].

Okklüziya anomaliya və deformasiyaları böyük xəstələrdə daha çox dişlərin və diş sırasının qüsuru, parodont toxumasının xəstəlikləri nəticəsində yaranır [8].

Diş çənə sisteminin anomaliyası böyük şəxslərdə dişlərin hissəvi itirilməsinə səbəb olur və bu diş sırasının deformasiyası, okklüziya anomaliyası ilə ağırlaşır. Bununla əlaqədar olaraq ikincili problem bu qrup insanlarda diş çənə sistemi anomaliya və deformasiyalarına dış sırası qüsuru da əlavə olunur [9].

Diş çənə sistemi anomaliyasının kliniki şəkli böyük pasiyentlərdə yeniyetmələrə və gənclərə nisbətən daha mürəkkəbdir. Belə ki, anomaliyaya dişin itirilməsi qoşulduqda, onun funksional yüklənməsi, nəticədə okklüziyanın ikincili deformasiyasının yaranmasından ibarətdir [10].

Bir qrup mütəxəssis böyük yaş qrupunda olan pasiyentlərdə diş sırası anomaliyası və deformasiyalarının müalicəsi üçün cərrahi və ortopedik müalicə metodlarını təklif edirlər [11,12].

Digər qrup isə hesab edir ki, çeynəmə funksiyasının tam təminatı üçün, pasiyentin estetik tələbatının ödənilməsi üçün bu kifayət etmir, diş və diş sırası qüsurlarının funksional protezlənməsi üçün ortodontik müalicə tələb olunur [13].

Bu pasiyentlərin adekvat protezlənməsi çox nadir hallarda ortodontun iştirakı ilə aparılır, bu qrup xəstələrdə kompleks müalicə metodunun seçimi, ortodontik və ortopedik müalicənin davametmə müddəti, kliniki vəziyyətə uyğun olaraq təsir alqoritmi tədqiqatçıların fikrincə təyin olunmamış olaraq qalır [8].

Okklüziya anomaliyası müxtəlif dişlərin olmaması nəticəsində ağır funksional və estetik pozğunluqların yaranmasına səbəb olur.  Bu dəyişikliyin təzahür etmə dərəcəsindən asılı olaraq ortodontik hazırlıq aparılmadan rasional protezləmənin aparılması qeyri mümkündür [14,13].

Müxtəlif tədqiqatların nəticələrinə görə diş vəziyyətinin anomaliyası və diş sırasının deformasıyası parodontun funksional travmatik yüklənməsinə səbəb olur [7,10], diş çənə sistemi anomaliya və deformasiyasının effektiv ortopedik müalicəsinin nəticələrinə mane olur [2].

Hal hazırda çıxmayan ortodontik konstruksiya istifadəsi böyük pasiyentlərdə diş çənə sisteminin mürəkkəb anomaliya və deformasiyalarının effektiv bərpasına kömək edə bilər [9].

Buna görə diş çənə deformasiyalarının kompleks (ortodontik, ortopedik) müalicəsi stomatologiyanın aktual problemlərindən biri olaraq qalmaqda davam edir. Belə ki kompleks müalicənin bir sıra anları kifayət qədər öyrənilməyib, bu isə bizim tədqiqat işinin məqsəd və vəzifələrini təşkil edir.

  Ədəbiyyat mənbələrində böyuk yaş qrupu diş sırası qüsuru və okklüziya anomaliyası olan pasiyentlərdə ortodontik hazırlıq aparılaraq ortopedik  müalicənin aparılmasına dair kifayət qədər məlumat verilməmiş, diaqnostika və müalicəyə aid praktik fəaliyyətlə məşğul olan həkimlərin konkret təlimatı azdır.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Митронин А.В., Гришин С.Ю. Критерии оценки качества эстетической реставрации зуба. Cathedra. 2011;37:51-54
2.Ерошенко Р.Э., Стафеев А.А*. Анализ распространенности стоматологических заболеваний, требующих ортопедического лечения, среди сельского населения Омской области//Стоматология.-2018.-№1.-9-15
3.Pənahov N.A. Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontok və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması: Avtoref.,diss...tibb ü.e.d., Bakı.2013. s 15-16;32-33
4.Алямовский В.В., Багинский А.Л., Дуж А.Н. Влияние предметов и средств гигиены полости рта на эстетические реставрации зубов. Сибирское медицинское обозрение. 2012;1:57-60с.
5.Хван В.И. Оксид Циркония. В кн.: Ортопедическая стоматология. Национальное руководство. Под ред. Лебеденко И.Ю., Арутюнова С.Д., Ряховского А.Н. М.: ГЭОТАР-Медия; 2016.-64с
6.Маланчук В.А., Безик Т.И. Оценка зубных рядов с точки зрения эстетики. Стоматология. 2003;82(5):48-50с.
7.Морозов К.А. Комплексный анализ параметров подвижности зубов: Дис. ... д-ра мед. наук. М. 2004,-106с
8.Малый А.Ю., Ирошникова Е.С., Шиханов А.В., Харитонов С.В. Анализ результатов работы городской комиссии по экспертизе качества ортопедического лечения и изготовления зубных протезов Москвы за 15 лет. Dental forum. 2015;2:30-34.
9.Смолина Е.С. Определение нуждаемости в ортодонтической помощи школьников современного мегаполиса: Дис. ... канд. мед. наук. М. 2008.-92с
10.Ряховский А.Н., Дедков Д.Н., Гветадзе Р.Ш., Бойцова Е.А. Определение высоты прикуса по результатам цефалометрического анализа боковой телерентгенограммы //Стоматология.-2017.-№1.-63-71 с
11.Гинали Н.В. Патогенетические механизмы нарушений амортизирующей функции периодонта в биомеханических системах зуб (имплантат)-челюсть и их практическое значение: Дис. ... д-ра мед. наук. М. 2001.-101с
12.Шпак Н.С. Индексная оценка нуждаемости, приверженности к исправлению зубочелюстных аномалий и результатов их лечения у подростков и взрослых Хабаровска: Дис. ... канд. мед. наук. Тверь. 2012,-102с
13.Копейкин В.Н., Миргазизов М.З., Малый А.Ю. Ошибки в ортопедической стоматологии. Профессиональные и медико-правовые аспекты. 2-е изд., перераб. и доп. М.: Медицина; 2002.-28с
14.Вагнер В.Д*., Булычева Е.А. Качество стоматологической помощи: характеристики и критерии //Стоматология.-2017.-№1.-23-24 с

 


Müəlliflər:
R.İ. Səlimov
K.S. Alkişiyev

Digər jurnal və qəzetlər