İPLİK İSTEHSALINDA ƏMƏK ŞƏRAİTİNİN GİGİYENİK VƏ ERQONOMİK ASPEKTLƏRİNƏ DAİR.
07-03-2019
Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə tekstil və tikiş sənayesində dünya üzrə 60 milyon nəfər işçi çalışır.Pambıq lifinin alınması tekstil sənayesinin tərkib hissəsinə daxil olub, onun alınmasına çəkilən ümumi xərc dünya üzrə digər liflərin alınmasına çəkilən xərclərin 50%-ni təşkil edir. Hər il dünya üzrə pambıq istehsalı 80-90 mln. kip (17,4-19,6 milyard kq) təşkil edir (1).
Ölkəmizdə tekstil sənayesinin əsasını təşkil edən pambıqçılıq daha səmərəli istehsalat sahəsinə çevrilmişdir. Bununla əlaqədar olaraq “Azərbaycan Respublika-sında Pambıqçılığın inkışafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təstiq edilmişdir. Ölkəmizin bir çox şəhər və rayonlarında tekstil sənayesi inkişaf etməkdə-dir (2). Pambıq lifi toxuculuq sənayesinin əsasını təşkil etməklə bərabər, təyyarə, avtomobil istehsalında, kimya, gön-dəri, tibb və s. sənaye sahələrində geniş tətbiq edilir .
Tekstil sənayesinin avtomatlaşdırılması və mexanikləşdirilməsi ilə əlaqədar olaraq istehsalat texnologiyası dəyişilmişdir. Yeni maşın və avadanlıqların tətbiqi iş yerlərindəki əmək şəraitinin çirklənməsinə səbəb olan fiziki, kimyəvi, bioloji faktorlar, istifadə edilən xammal və köməkçi maddələr, habelə fizioloji və erqonomik amillərin dolayısı yolla müştərək təsiri peşə xəstəliklərinin yaranma, və qəzaların baş vermə şansını artırır . (3,4)
BƏT-in məlumatına görə tekstil sənayesində müxtəlif konstruksiyalı və mürəkkəb maşınların tətbiqinin artması ilə yanaşı, istehsalatdakı iş yerlərində insanların sağlamlığı üçün yeni potensial təhlükələr meydana gəlməyə başlayır. Beləki, işçilər avtomatlaşdırma və mexanikləşdirməyə uyğunlaşmaqla, yüksək məhsuldarlıq əldə etsələr də, bununla əlaqədar olaraq onların arasında stress amili çoxalmağa başlasa da ona məhəl qoyulmur və yaxud ciddi yanaşılmır (5,6). Bəzi müəlliflər bildirmişlər ki, iplik istehsalı üzrə işçilər arasında əsasən ilk rast gəlinən xəstəliklər pambıq və kətan zavodunda qeydə alınır ki, bu da pambığın ilkin emalı mərhələlərində tayların yumşaldılması, təmizlənməsi və daranması zamanı işçilərin yarıdan çoxu döş qəfəsinin sıxılmasından, tənəffüs yollarının iltihabı simptom-larından şikayət edirlər (7,8).
Pambığın sonrakı emalında xəstələnmələrin nisbətən azalması müşahidə edilir ki, bu da xəstəliyin yaranmasına səbəb olan liflərdə toplanan kimyəvi agentlərin təmizlənməməsi ilə əlaqələndirilir. Pambıq ipliyi fabrikləri olan bütün ölkələrdə aparılan müayinələr zamanı Bissinoz xəstəliyinin əmələ gəlməsi barəsində məlumat verilir. Bununla belə, bəzi ölkələrdə o cümlədən Avstraliyada xəstələnmə göstəricilərinin aşağı olması qeyd edilir (9,10).
Böyük Britaniyada və Birləşmiş Ştatlarda tekstil müəssisələrində işçilər arasında ağciyər xəstəliklərinin yayılması və onun ağırlaşmaları qeyd olunmaqla, bu ölkələrdə havanın təmizliyinin qorunması istiqamətində ciddi standartlar tətbiq olunmağa başlayır.
Bissinoz bütün dünyada əsasən dövlət standartı mövcud olmayan və yaxud bu standartların dəqiq olmadığı- Hindistan, Kamerun, Efiopiya, Sudan, Misir kimi ölkələrdə bissinoz xəstəliyi 20%-i ötüb keçir (11).
Dubrow və Gutenin 1988-ci ildə ABŞ-ın Rod-Aylend ştatında yerləşən tekstil istehsalatında 1968-1978-ci illərdə işləyən kişilər üzərində apardıqları müayinələrdə məlum olmuşdur ki, mütanasib ölüm əmsalı götəricisinin (PMR) artması ağciyərlərdəki xoşxassəli xəstəliklərlə əlaqədardır. (11)
Pambıq liflərinin emalı zamanı pambıq tozları ilə nəfəs alma bəzi personallar arasında ağciyər xəstəliklərinin əmələ gəlməsinin səbəbi kimi göstərilir. Qeyd olunur ki, havada tozların miqdarının 0,5-1 mq/m3 olması şəraitində xəstələnmə riskinin baş verməsi üçün 15-20 il tələb olunur. Əməyin mühafizəsi və sağlamlığı üzrə beynəlxalq təşkilatı (OSHA) və Amerika Dövlət Sənaye Gigiyenistləri konfransının (American Conference of Governmental Industrial Hygienists -ACGIH) standartlarına uyğun olaraq, tekstil sənayesində pambıq tozlarının havadakı miqdarının limit dəyəri 0.2 mq/m3 müəyyən edilmişdir (1).
Pambıq tozları havaya heterogen, bitki mənşəli zibil qarışıqları şəklində, bakteriya və göbələklərlə çirklənmiş şəkildə daxil olur ki, onlar tərkibinə və bioloji aktivliyinə görə müxtəlif ola bilər. Bissinozun patogenezində etioloji agent məlum olmadığı qeyd edilir (1,12,13).
Ədəbiyyat məlumatlarında iplik sexlərində maşın və qurğuların intensiv işi zamanı səs-küyün yaranmasında ən yüksək səs-küy səviyyəsi lif qarışıqlarının maşınlarla daranması və düzləndirilməsi zamanı baş verir. İntensiv səs-küyün yorğunluğa, arterial təzyiqin artmasına, diqqətin və iş qabiliyyətinin azalmasına və travmatizmin artmasına səbəb olması qeyd olunur (14,15).
İş yerlərinin erqonomik cəhətdən düzgün təşkil olunmaması yəni istifadə olunan avadalıq və qurğuların, maşın və mexanizmlərin ölçülərinin işçilərin anatomik, fizioloji, psixoloji cəhətdə uyğun təşkil olunmaması iş qabiliyyətinin və dözümlülük həddinin azalmasına səbəb olmaqla yanaşı işin ağırlıq və gərginlik göstəricilərinin artmasına gətirib çıxarır (15,16). Göründüyü kimi erqonomikanın əsas vəzifəsi iş yerinin təşkilinin əsas meyarlarını təmin etməklə yanaşı, insan əməyinin əsas şərtlərinin təyin edilməsi və tənzimləməsi prosesini qiymətləndir-məkdən ibarətdir.
Texnoloji proseslərin layihələşdirilməsində erqonomik layihələşdirilmə istehsalatın spesifik funksiyalarını təyin etməyə imkanı verməklə, özünün təbii tamlığını təmin etmiş olur. Erqonomik layihələndirmə “insan-texnika-mühit” sisteminin fəaliyyət funksiyasının effektivliyinin yüksəldilməsinə kömək etməklə, elmi biliklərin erqonomik müayinələrin bu sahəyə yönəldilməsinə və tətbiqinə imkan yaradır (17).
Əmək proseslərində işçinin iş yerinin erqonomik vəziyyətinin (oturaq və yaxud ayaqüstü pozası) analizi, insanın hərəki aktlarının dəqiq işə hazırlığını təmin edən sinir-əzələ strukturunun hazırlıq vəziyyəti əmək prosesinin həyata keçirilmə-sində mühüm rol oynamaqla yanaşı insanın çox saylı hərəkətlərinin təkmilləşdiril-məsinə imkan yaradır. Qeyri-münasib və yaxud adət olunmamış poza işin dəqiqlik dərəcəsinə mənfi təsir göstərməklə, mürəkkəb hərəkət kordinasiyası üzrə hərəkətlərin yerinə yetirilməsinə mane olur (10,18).
İplik sexlərində pambıq taylarının düzülməsi, daranması və daranmış pambığın iri silindrik qablarla daşınması, iplik bobinlərinin dəyişilməsi kimi əllə daşınması kimi görülən işlərin bir çoxu əsasən ayaqüstü vəziyyətdə icra olunur. Detalların dəyişdirilməsi prosesində bədənin uzanaraq və yaxud əyilərək icra olunması sümük-əzələ sistemində narahatlığa səbəb olduğundan, iplik istehsalı müəssisələrində işləyənlər daha çox bel, boyun, əl və qollarda əmələ gələn ağrıdan ağrıdan şikayət edirlər (19).
İş fəaliyyəti zamanı fiziki və psixososial təsir riski ağrı, hərəkət məhdudluğu, sümük-əzələ sistemi xəstəliklərinə şərait yaradır ki, bu da işçilər üçün ümumi sağlamlıq problemindən ibarətdir. Peşə ilə əlaqədar yaranan sümük-əzələ sistemi xəstəliklərinin yaranmasında əsasən çox saylı təkrarlanan işlər, çətinliklə yerinə yetirilə bilən hərəkətlər, bədənin uyğun olmayan pozalarında işləmək və erqonomik çatışmazlıqlarla xarakterizə olunur (20). Davamlı statik gərginlik hərəki dayaq aparatının həddindən artıq gərginliyə gətirib çıxarmaqla, bir sıra periferik sinirlərdə, əzələ və oynaqlarda bəzi xəstəliklərin inkişafına kömək edir (21).
Problem üzrə araşdırdığımız çox saylı ədəbiyyat məlumatlarına istinad edərək belə nəticəyə gəlmək olur ki, tekstil sənayesi (iplik istehlsalı) üzrə işləyənlərin əmək şəraitinin öyrənilməsinə həsr olunmuş ABŞ, Avropa, MDB və Türkiyə ki ölkələrdə işçi orqanizminə təsir göstərən ayrı-ayrı istehsalat faktorları (səs-küy, vibrasiya, işıqlanmanın toz, qaz və mikrobioloji çirklənməsi) öyrənilməsilə yanaşı onların aradan qaldırılmasına yönəldilmiş profilaktik tədbirlər, nəzərdə tutulmuş beynəlxalq və regional tövsiyyələr və sənədlər işlənib hazırlanmışdır. Bununla belə Azərbaycanda işçilərin əmək şəraitinin ağırlaşmasına səbəb olan məlum faktorlarla yanaşı, erqonomik amillər öyrənilməmiş və bu sahədə fundamental elmi-tədqiqat işləri yerinə yetirilməmişdir. Bu səbəbdən ölkəmizdə hər bir istehsalat sahələrində olduğu kimi iplik istehsalı üzrə yeni texnika və texnologiyanın tətbiq olunması, həmçinin avtomatlaşdırma və mexanikləşdirmə ilə əlaqədar olaraq, işçilərin əmək şəraitinin ağırlaşmasına səbəb olan digər faktorlarla yanaşı erqonomik problemlərin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Müasir dövrdə istehsalatda insan-maşın-mühit faktorlarını nəzərə almaqla insanın işə uyğunlaşdırlması deyil, işin insana uyğunlaş-dırılması, yüklərin uyğun daşınması vasitələrinin təmin edilməsi erqonomikanın yeni baxış bucağına daxildir. Problemə həllinə yönələn yeni yanaşma tərzi əməyin ağırlıq və gərginlik dərəcəsinin, onun agırlıq və gərginlik təsnifatına uyğun olaraq əməyin siniflərinin dərəcələrinin kompleks qiymətləndirilməsi imkan verəcəkdir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Phillip J. Wakelyn, Cotton Yarn Manufacturing //ILO: Encyclopedia of Occupational health and safety, 1998: s.278
2.Yüngül sənaye üzrə arayış , Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, 2015; s.2-5
3.Kaya, S., Ergonomi ve Çalışanların Verimliliği Üzerine Etkileri//Ar-Ge Bulten, İzmir Ticaret Odası, Ağustos-Kurumsal, 2008; s.25-35.
4.Sudha Babel , Meenaxi Tiwari, Occupational health hazards in textiles industry // Asian Journal of Home Science, 2014: № 9: s.267-271
5.Leon J. Warshaw, Текстильная промышленность: история и меры по охране здоровья и безопасности // Энциклопедия MOT, 1998: s.275 И.М.Елина, М.П.Лашнев, О.И.Юшкова, Экспериментально-произвоственное обоснование оптимизации течнологического оборудования // Медицинский Институт им. И.М.Сеченова, кафедра гигиены труда, Актуальные Проблемы Гигиены Труда, Сборник под ред. Н.Ю.Тарасенко, 1978; с. 82-88
6.Can Ayanoğlu, İşyerinde ergonomi ve stress // İş sağlığı ve işvenliği dergisi, 2007; №34: s.29-36
7.Nadi Bakırcı, Pamuk iplik üretimi ve işçi Sağlığına etkileri// Mesleki sağlık ve güvenlik dergisi, 2002; №9: s.12-16
8.Peggy S. Lai, David C. Christiani, Long term respiratory health effects in textile workers // Current Opinion in Pulmonary Medicine 2013; № 9: s. 152–157
9.Nadi Bakırcı, Nazmi Tümerdem, Pamuk Tozunun Sağlık Etkileri ve Bisinozis // Mesleki sağlık ve güvenlik dergisi, 2002; №9: s.12-21
10.İnci Dengizler, Konfeksiyon sektöründe işçi sağlığı ve iş güvenliği,// Yüksek lisans tezi, 2002; 55-58, 70-80
11.E. Neil Shachter, Respiratory Effects and other Disease Patterns in the Textile Industry // ILO:Encyclopedia of Occupational health and safety, 1998: s.289
12.Emine Kaplan, Ayşegül Gürleyen, Damla Köle, A.Aydın Bıyık, Burak Yasun, F.Gülay Gedikli, Tekstil sektöründe tozla mücadele rehberi // Ç.S.G.B. İş Sağlığı ve Güvenliği Genel Müdürlüğü , 2016: s. 10-32
13.John J. May, Occupational Hearing Loss// American journal of industrial medicine, 2000; №37: s.112-120
14.Fatih Uğurlu, Tekstil sektöründe iş sağlığı ve güvenliği// Ç.S.G.B. İş Teftiş Kurulu Başkanlığı, 2011: s. 32-35, 36-38
15.Ömer Faruk EFE, Burak EFE, Tekstil sektöründe iş kazalarının oluşumuna ait ergonomik risklerin değerlendirilmesi //Mühendislik Bilimleri ve Tasarım Dergisi, 21. Ulusal Ergonomi Kongresi Özel Sayısı, № 3 ,2015 ; s. 623-629
16.Esra Akbaş, İplikhanelerin iş sağlığı ve güvenliği riskleri ve çözüm öneriler // İş Sağlığı ve Güvenliği Uzmanlık Tezi, 2016; s. 14-21
17.Dhananjay Ikhar, V. S. Deshpande, Intervention of Ergonomics in Hand Driven Cotton Spinning Operation // International Journal of Ergonomics, №: 2011; s.12-19
18.Nazmi Bilir, Mesleksel kas iskelet sistemi hastalıkları// İş sağlığı ve güvenliği dergisi, 2007; №34: s.10.13
19.Emel Özcan, Nur Kesiktaş, Mesleki kas iskelet hastalıklarından korunma ve ergonomi // İş sağlığı ve güvenliği dergisi, 2007; № 34:s.6-9
20.Елина И.М., Лашнев М.П., Юшкова О.И., Экспериментально-произвоственное обоснование оптимизации течнологи-ческого оборудования // Медицинский Институт им. И.М.Сеченова, кафедра гигиены труда, Актуальные Проблемы Гигиены Труда, Сборник под ред. Н.Ю.Тарасенко, 1978; с. 82-88
21.Ragnar Rylander, Richard S. F. Schlling, Diseases Caused by Organic Dusts // ILO: Encyclopedia of Occupational health and safety, 1998:67
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı