MÜASİR DÖVRÜN QLOBAL TİBBİ-SOSİAL PROBLEMİ, UŞAQLARDA ARTIQ ÇƏKİ VƏ PİYLƏNMƏNİN YAYILMASI VƏ SƏBƏBLƏRİ HAQQİNDA.
14-01-2019
Artıq çəki və piylənmə dünyanı bürüyən qeyri-infeksion epidemiya, ən çox yayılmış ictimai sağlamlıq problemlərindən biridir (1,8). Piylənmə maddələr mübadiləsinin xroniki pozğunluğu olub, qəbul və sərf olunan enerji arasında disbalans nəticəsində orqanizmdə artiq piy toxumasının yığılmasıdır ki, bu da orqanizmin sağlamlığına zərər verir (1,6,12). Müsbət energetik balans piy toxumasının quruluşundan: məsələn, adipositlərin miqdarının çoxlugu, adipositlərdə əmələ gələn leptin zülalının miqdarının aşagı olmasından asılıdır. Piy toxuması nəinki dərialtı piy qatının, eləcə də bütün digər daxili orqanların da həcmini artıra bilir. Piy toxuması orqanizmin bütün toxumalarında müxtəlif miqdarda cinsdən, yaşdan, genetik xüsusiyyətlərdən, fiziki aktiflik dərəcəsindən, qidanın xarakterindən asılı olaraq paylanır (13). Piylənmə göstəricisi kimi Bədən kütləsinin indeksi (BKİ) əsas meyar götürülür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyəyə əsasən “piylənmə” diaqnozu qoyulur: BKİ 25-30 arası olduqda artıq çəki, BKİ ≥ 30 olduqda piylənmə. Fiziki fəaliyyətin olmaması, qeyri-sağlam qida, genetik faktorlar və ya bu amillərin kombinasiyası, nadir hallarda hormonal pozgunluq artıq çəkiyə gətirib çıxarır.
Bütün dünyada uşaqlarda artıq çəki və piylənmə artaraq, 1990-cı ildən 2010-cu ilə qədər 4, 2%-dən 6, 7%-ə çatıb. 2020-ci ildə bu rəqəmin 9, 1% olması gözlənilir. ÜST-ün 2018-ci il məlumatına görə 2016-cı ildə dünyada 41 milyon məktəbəqədər yaşda olan uşaqlarda artıq çəki və ya piylənmə qeyd edilib. 2016-cı ildə 340 milyon uşaq və yeniyetmələrdə (5-19 yaş) artıq çəki və ya piylənmə aşkarlanmışdır. Afrikada 2000-ci ildə piylənmədən və artıq çəkidən əziyyət çəkən 5 yaşa kimi uşaqların sayı 50%-dək artıb. Asiyada 2016-cı ildə 5 yaşa kimi uşaqların demək olar ki, 50%-də artıq çəki və piylənmə qeyd olunub (51). Piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ciddi problemlərdən biri olaraq qalır (2). Piylənmə əvvəllər gəliri daha yüksək olan ölkələr üçün səciyyəvi idisə, indi orta və aşağı gəlirli ölkələrdə getdikcə daha çox yayılır(əsasən şəhərlərdə). Ailə və uşaq faktorlarını araşdırarkən məlum olur ki, az gəlirli ailələrdə (afro- və latın amerikan gəncləri arasında) piylənmə daha çox qeydə alınmışdır (11). Amerika Birləşmiş Ştatlarında da uşaqlarda piylənmə səhiyyə təşkilatlarının qarşısında duran ciddi problemlərdən biridir. Üç uşaqdan biri artıq çəki və ya piylənmədən əziyyət çəkir. Az təmin olunmuş uşaqlar arasında piylənmə 2000-2010-cu illərdə əhəmiyətli dərəcədə (14%-dən 15, 0%-dək) artmışdır (6,27,48). Piylənmə Rusiya Federasiyasında da aktual problem hesab edilir (42). Statistikaya görə Rusiyada 2016-cı ildən 2017-ci ilə əhali arasında piylənmə 6% artmışdır. Meksikada 5-11 yaşlı uşaqların 34, 4%-i artıq çəki və piylənmədən əziyyət çəkir (24). Araşdırmalar göstərir ki, Avstraliyada 5 yaşında olan hər beş uşaqdan biri piylənmədən əziyyət çəkdiyinə görə profilaktikanın bu yaşdan aparılması məqsədəuyğundur (27).
Azərbaycan populyasiyasında 2-5 yaşlı kənd uşaqları arasında artıq çəki 16, 1% təşkil edir. Keysəriyyə ilə dogulanlarda, bərk gidaların 4 aydan tez verilməsi və çəkisi 4000 q-dan yüksək dogulan uşaqlarda artıq çəki üç dəfə çox rast gəlmişdir (36).
Yeniyetmələrdə metabolik pozulmaların potensial determinantı erkən yaş dövrüdür (5, 46). Uşaqların həyatının birinci ilində artıq çəkinin risk faktorlarının təyini, problemin erkən aşkarlanmasına və məqsədyönümlü müdaxiləyə kömək edir (46,42) “İlk 1000 gün” uşaqların piylənməsinin inkişafında və profilaktikasında həlledici əhəmiyyətə malikdir (28). Tədqiqatlardan aydın olmuşdur ki, 2-6 yaşlarda artıq çəki və piylənməsi olan uşaqlar yeniyetmə dövründə piylənmədən əziyyət çəkirlər (26). Digər tədqiqatda isə bətndaxili və uşağın həyatının birinci ilində piylənmənin əsas risk faktoru hamiləlik zamanı ananın siqaret çəkməsi, yenidoğulmuşlarda süni qidalanma və erkən əlavə qidanın verilməsidir (42). 5 yaşa kimi uşağın antropometrik parametrləri (çəki və boy) onun balanslaşdırılmiş qidasının əsas indikatoru hesab olunur (36,46). Hamiləlikdən əvvəl artıq cəki və ya piylənməsi olan analardan doğulan uşaqlarda risk iki dəfə artıq olur (43). Piylənmə uşaqlıqdan böyük həyatına izlər buraxır. (15,12). Böyük yaşlarda piylənmənin risk faktorları – fiziki aktivliyin aşağı olması, yüksək kalorili qidaların çox qəbulu, hipodinamiya, yuxu rejiminin düzgün olmaması və düzgün olmayan həyat tərzidir (27,42). Valideynlərdə olan piylənmə uşaq piylənməsinə güclü təsir edir. Uşaqlarda artıq çəki piylənmə probleminin görünən tərəfidir, onun kökündə valideyn və uşağın həyat tərzi, ətraf mühitin təsiri, sosial determinant durur. Evdə sağlam qidalanan uşaq məktəbdə, restoranda düzgün gida seçiminə riayət edəcək (15,16,12). Tədqiqatlar göstərir ki, özləri yemək hazırlayan uşaqlar çox yeyirlər (25). Artıq çəki və piylənmə həyat fəaliyyətinin azalmasına səbəb ola bilər (47). Piylənmə uşaqların fiziki və psixiki sağlamlığı, tibbi, sosial-iqtisadi, emosional vəziyyəti, özünə hörmətlə bağlıdır (12,34,17).
Piylənmə mürəkkəb neyroendokrin komplekslərin qarşılıqlı əlaqəsinin nəticəsidir. Neyroendokrin requlyasiyanın istənilən zəncirində olan pozğunluq çox yeməyə və patoloji kütlə artımına gətirib çıxarır (10). Uşaqlarda piylənmə ətraf mühit faktorları, hormonal pozgunluqlar, genetik, metabolik xəstəliklər, qrelin-leptin tarazlıgının pozgunlugu və bir sıra bu kimi səbəblərlə əlaqəlidir. Yag toxumasından qana bəzi zərərli molekullar ifraz olunur ki, bu da qan-damar sisteminə, hormonal balansa, metabolizmə təsir edərək müxtəlif xəstəliklərın (ürək damar xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, qaraciyərin alkoqolsuz piy xəstəliyi, dislipedemiya kimi qeyri-infeksion xəstəliklərın) rastgəlmə riskini artırır (6,12,30,39,49,19,3).
Piy toxuması endokrin vəz olub piyi passiv yığmaqla yanaşı, metabolik aktiv toxuma olub çox miqdarda hormon, bioloji aktiv maddələr sekresiya edir (1). Adipositlər tərəfindən istehsal olunan, piylənmənin gen məhsulu və neyrohumoral mediatoru olan leptinin kəşf edilməsi piylənməyə baxışı dəyişdirdi (17). Leptin piy toxumasının çox funksiyalı hormonu olub, mərkəzi sinir sisteminə, sümük metobolizmə, lipid və karbohidrat mübadiləsinə, immun sistemə təsiri sübut olunmuşdur (1). Leptinin qandaki səviyyəsi piy toxumasının miqdarından asılıdır və məntiqi olaraq piylənməsi olan insanlarda yüksək olur (32). Tədqiqatlardan aydın olur ki, leptinə piylənmə zamanı orqanizmin piy deposunu artıran marker kimi baxmaq olar. Aclıq və ya az qida qəbulu zamanı mənfi energetik balans leptinin konsentrasiyasını azaldır (17). Leptinin anadangəlmə çatmamazlığı piylənmə, hiperfaqiya ilə müşaiət olur. Əsasən karbohidratlarla zəngin olan qida qəbulunun nisbi və ya mütləq çoxlugu hiperinsulinemiyaya gətirib çıxarır. Piy toxumasından ifraz olunan adiponektin periferik toxumaların insulinə həssaslığını aşağı salır, buda insulinə rezistentliyin nəzərə çarpacaq dərəcədə artması ilə müşahidə olunur, II tip şəkərli diabetin patogenezində iştirak edir. Insulinə rezistent II tip şəkərli diabet abdominal və visseral tipli piylənməsi olan xəstələrdə daha qabarıq gözə çarpır. Sitokinlər, adipokinlər, hemokinlər qrupu bir model təşkil edir və hiperinsulinemiyalı piylənməsi olan uşaqları müəyyən etmək üçün klinik praktikada tətbiq oluna bilər (20). Yeniyetmə dövündə piylənməsi olan uşaqlarda leptinin səviyəsinin artması və adiponektinin azalması metabolik sindrom və kardiovaskulyar ağırlaşmaların erkən əlaməti ola bilər (14).
Tədqiqatlar göstərir ki, artıq çəkisi olan uşaqlarda bifidum bakterinin miqdarı aşağı olur və mədə-bağırsaq funksional pozğunluqları tez- tez rast gəlinir (37,31).
Dərialtı və visseral piy toxumaları müxtəlif metobolik xarakterə malikdilər. Əsas diqqəti visseral piy toxumasının ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, insulinə rezidentlik və dislipidemiya ilə əlaqəsi cəlb edir. Artıq çəkinin bütün dünyada artması uşaq yaşlarında ürək damar xəstəliklərin riskini artırır (15). Beləliklə, visseral piylənmə yüksək kardio-metabolik riski müəyyən edir və onun öyrənilməsi aktualdır (13).
1875-ci ildə ilk dəfə şəkərli diabet və piylənmə arasındakı sıx əlaqəni Fransız həkimi A. Bouchard göstərmişdi (1). Uşaqlarda piylənmə II tip şəkərli diabetin əmələ gəlməsində əhəmiyyətli rol oynayır və piy toxumasından ifraz olunan bioloji aktiv maddələrin çoxu insulinərezistentliyin özünü göstərmək dərəcəsinə təsir edir (17,45).
Piylənmə və ya artıq bədən çəkisi metabolik xəstəliklər qrupuna aid olaraq əksər hallarda təcrid olunmuş bir patologiya kim deyil, digər xəstəliklərlə və metabolik pozuntularla birgə çıxış edir (50). Həm astma, həm də piylənmə orqanizmdə davamlı iltihabi prosesi formalaşdıran bir xəstəliklər hesab edilə bilər. Astmada iltihabi proses lokal, piylənmədə proses daha geniş xarakter daşıyaraq başqa sistem və orqanları da əhatə edir (32). Orqanizmdə piy toxumasının həddindən artıq dərəcədə toplanması zamanı baş verən iltihabi dəyişikliklərinin yaranma mexanizmlərini izlədikdə, astmanın piylənmə ilə olan əlaqəsi daha aydın surətdə aşkar olunur (23,40). Piylənmə və astmanın inkişaf mexanizmləri qarşılıqlı əlaqəlidir. Pylənmə adətən nəzarət olunmayan astmanın səbəbi hesab olunur. Həm astma, həm də piylənmə orqanizmdə davamlı iltihabi prossesi formalaşdıran xəstəliklər hesab edilə bilər (50). Astma və piylənmə tibbi-sosial əhəmiyyət və yüksək yayılmasına görə səhiyyənin qlobal problemlərinə daxildir (49). Piylənməsi olan astmalı uşaqlarda astmanı kontrol etmək çətin olur və tez-tez ağır kəskinləşmə baş verir. Qəbul olunan inhalyasion kortikosteroidlərə cavab reaksiyası aşağı olur və az fəal həyat tərzi qeyd olunur (41).
Böyrək xəstəliklərinin yaranmasının və proqressivləşməsinin səbəblərindən biri piylənmədir. Ağır piylənməsi olan uşaqda erkən böyrək anomaliyası, böyük yaşlarda böyrək çatmamazlığı riskinin inkişafı böyükdür. Piylənmə böyrək daşı xəstəliyinin risk faktorudur. Böyrəklərin qorunmasında nəzarət mühim yer tutur (9). Kifayət qədər məlumatlar qlomerulopatiyanın yeni formasının piylənmə ilə bağlı olduğunun göstərir (7). Albuminuriya piylənməsi olan uşaq və yeniyetmələrdə tez-tez rast gəlinir (38).
Piy toxuması – energetik depo olmaqla yanaşı, vacib endokrin orqandır. Araşdırmalar göstərir ki, piylənməsi olan qızlarda cinsi yetişkənliyin erkən başlanması müşahidə olunub (29). Dərman preparatları o cümlədən turşuluğu aşağı salan antibiotiklər piylənmə ehtimalını artırır (22).
Artıq çəki uşaqlarda böyük əhəmiyyətə malikdir, çünki o, sonra orta yaşlarda piylənməyə və vaxtından əvvəl ölümə gətirib çıxaran xroniki xəstəliklərə səbəb ola bilər (18, 47).
Uşaqlar arasında piylənmə epidemiyasının qarşısının alınması valideynlər-dən, səhiyyə və təhsil sektorunun nümayəndələrindən böyük səy tələb edən işdir.
Azərbaycanda məktəb yaşlı uşaqlar arasında artıq çəki və piylənmənın yayılması və belə uşaqlarda yanaşı gedən xəstəliklərin araşdırılması kifayət qədər aparılmayıb və müasir şəraitdə ona təsir edən risk faktorlarının öyrənilməsi aktual hesab edilə bilər.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА – REFERENCES:
1. Бутрова С. А., Плохая А. А. Ожирение и сахарный диабет: общность этиологии и профилактики. 2005. ГУ Эндокринологический научный центр.
2. Aakash Pandita, Deepak Sharma, DhartiPandita, et al. Childhood obesity: prevention is better than cure. // Diabetes Metab Syndr Obes. 2016; 9: 83–89.
3. Carsley SE, Anderson LN, Plumptre L, et al. Severe Obesity, Obesity, and Cardiometabolic Risk in Children 0 to 6 Years of Age. // Child Obes. 2017 Oct;13(5):415-424.
4. de Onis M, Blossner M, Borghi E Global prevalence and trends of overweight and obesity among preschool children. // Am J Clin Nutr (2010) 92:1257–1264.
5. Солнцева А.В., Вязова Л.С. Ранние маркеры метаболического синдрома у подростков. Современные спектры диабетологии №12 (декабрь) 2013.
6. Kumar S, Kelly AS. Review of Childhood Obesity: From Epidemiology, Etiology, and Comorbidities to Clinical Assessment and Treatment. Mayo Clin Proc. 2017 Feb;92(2):251-265
7. Koulouridis E, Georgalidis K, Kostimpa I, et al. Houliara D (2010) Metabolic syndrome risk factors and estimated glomerular filtration rate among children and adolescents. Pediatr Nephrol 25:491–498
8. Childhoodobesity. Kumar S, Kaufman T. Panminerva Med. 2018 Oct 5.
9. Obesity and stones. SaricaK. CurrOpinUrol. 2018, Oct 10.
10. Солнцева А.В., Сукало А.В., Загребаева О.Ю. Крум А.В. Нейроэндокринная регуляция ожирения. www.zdrav. by/ neyroendokrinnaya-regulyaciya-ozhireniya №11 (ноябрь) 2014 г.
11. Kumanyika SK Supplement overview: what the Healthy Communities Study is telling us about childhood obesity prevention in U. S. communities. 2018 Oct. 13
12. Sahoo K, Sahoo B, Choudhury AK, et al. Childhood obesity: causes and consequences. J Family Med Prim Care. 2015 Apr-Jun; 4(2):187-92
13. Окороков П. Л., Васюкова О. В., Воронцов А. В. Методы оценки количества и распределения жировой ткани в организме и их 2014. https://cyberleninka.ru /metody-otsenki-kolichestva-i-raspredeleniya-zhirovoy-tkani.
14. Солнцева А.В. Показатели состава тела и адипокинов у детей с ожирением в пубертатный период. www.zdrav.by/pokazateli-sostava-tela-i-adipokinov-u-detey-s-ozhireniem-v-pubertatny. №2 (февраль) 2014 г.
15. Barczyńska R, Litwin M, Sliżewska K, et al. Obesity in childhood and cardiovascular risk. Pol J Microbiol. 2018;67(3):339-345 августа 2006 г.
16. СолнцеваА. В. Первичнаяпрофилактикадетскогоожирения №6 (июнь) 2016 www. zdrav. by/endokrinologiya/pervichnaya-profilaktika-detskogo-ozhireniya.
17. Солнцева А. В. Ожирение и сахарный диабет 2 типа у детей: единый взгляд на этиологию и патогенез. г. Минск. «Медицинская панорама» № 5, апрель 2008.
18. Franks PW, Hanson RL, Knowler WC, et al. Childhood obesity, othercardiovascularriskfactors, andprematuredeath. N Engl J Med. 2010 Feb 11;362 (6):485-93.
19. Banik S, Rahman M. Prevalence of Overweight and Obesity in Bangladesh: a Systematic Review of the Literature. CurrObes Rep. 2018 Dec;7 (4):247-253.
20. Rivera P, Martos-Moreno GÁ, Barrios V, et al. A novel approach to childhood obesity: circulating chemokines and growth factors as biomarkers of insulin resistance. Pediatr Obes. 2018 Oct 22.
21. Batiha AM, Daradkeh S, ALBashtawy M, et al. The relationship between physical activity and diet, and overweight and obesity, in young people. Nurs Child Young People. 2018 Oct
22. Stark CM, Susi A, Emerick J, NylundCM. Antibiotic and acid-suppression medications during early childhood are associated with obesity. https://www.ncbi.nlm.nih.gov/pubmed/303771882018 Oct 30.
24. Maya-Lucas O, MurugesanS, NirmalkarK, et al. The gut microbiome of Mexican children affected by obesity. 2018 Oct 23.
25. DeJesus JM, Gelman SA, Herold I, Lumeng JC. Children eat more food when they prepare it themselves. https://www.ncbi.nlm.nih.gov/pubmed/30448413 . 2018 Nov 15.
26. Geserick, M. Ускорение ИМТ в раннем детстве и риск устойчивого ожирения. N. Engl. J. Med. 379, 1303-1312 (2018).
27. Mihrshahi, S., Gow, M. L. &Baur, L. A. Contemporary approaches to the prevention and management of paediatric obesity: an Australian focus. Med. J. Aust. 209, 267–274 (2018).
28. Blake-Lamb, T. L. Interventions for childhood obesity in the first 1, 000 days: a systematic review. Am. J. Prev. Med. 50, 780–189 (2016).
29. Reinehr T, Roth CL. Is there a causal relationship between obesity and puberty? Lancet Child Adolesc Health. 2018 Nov 13.
30. Kim A, Shah AS, Nakamura T. Extracellular Vesicles: A Potential Novel Regulator of Obesity and Its Associated Complications. Children (Basel). 2018 Nov 15;5 (11).
31. Tambucci R, Quitadamo P, Ambrosi M, et al. Association Between Obesity/Overweight and Functional Gastrointestinal Disorders in Children. J Pediatr Gastroenterol Nutr 2018 Nov 15.
32. Fərəcova N. А, Sultanova S. S, Qasımova F. N. Аstma və Piylənmə. Tibb və Elm jurnalı, №4 (10) 2017, 8-13
33.Yıldırım S, UskunE.TurkPediatriArs Risk factors affecting obesity development in high school students: a community based case-control study. Turk Pediatri Ars. 2018 Sep 1;53(3):155-162.
34. Hoeeg D, Mortil AMA, Hansen ML, et al. Families' Adherence to a Family-Based Childhood Obesity Intervention: A Qualitative Study on Perceptions of Communicative Authenticity. Health Commun 2018 Nov 16.
35. Şendur R, Özcabı B, Mutlu GY, BozaykutA Effective sociodemographic and clinical factors in weight loss in childhood obesity. Turk Pediatri Ars. 2018 Sep 1.
36. Валиева С.Т., Гасанов А. И, Рустамова Ш.М. Оценка пищевого статуса детей до 5 лет в азербайджане в зависимости от возраста. www. adhti. edu. az/works/S. T. Veliyeva. pdf
37. Gao, X. Obesity in school-aged children and its correlation with Gut E. coli and Bifidobacteria: a case-control study. BMC Pediatrics. 15, 64 (2015).
38. Sawamura LS, Souza GG, Santos JDGD, et al. Albuminuria and glomerular filtration rate in obese children and adolescents. J Bras Nefrol. 2018 Oct 11.
39. Евдокимова Е.Ю., Попова У. Ожирение у детей. маркеры метаболического синдрома у детей.ttps://cyberleninka. ru/... /ozhirenie-u-detey-markery-metabolicheskogo-sindroma-u-d...2017
40. Obese Children Suffer Greater Asthma-Related Morbidity Than Their Nonobese Peers With Asthma. www. practiceupdate. com/. obese-children-suffer-greater-ast. . 27окт. 2017 г.
41. Di Genova L, Penta L, Biscarini A, et al. Children with Obesity and Asthma: Which Are the Best Options for Their Management? Nutrients 2018 Nov 2;10 (11).
42. Карпушкина А. В, Панкратова М. С. Стратегия профилактики ожирения среди детей школьного возраста. search. ebscohost. com/login. aspx?direct=true&profile=ehost. site. 2016
43. Lianhong Guo, Jufen Liu, Rongwei Ye, et al. J Epidemiol. Gestational Weight Gain and Overweight in Children Aged 3–6 YearsJ Epidemiol. 2015; 25(8): 536–543
44. Anderson. Childhood obesity: trends and potential causes. - NCBI PM. 2006
45. Минеев. В, Лалаева Т.. Бронхиальная астма, ожирение и адипокины. pulmo. rusvrach. ru/archive/vrach-2011-04-12. pdf
46. Weng SF, Redsell SA, Swift JA, et al. Systematic review and meta-analyses of risk factors for childhood. /https://www. ncbi. nlm. nih. gov/pubmed/23109090 29 окт. 2012 г.
47. Yang SJ, Kim HS, Yoon KH. Analyzing the distinguishing factors that affect childhood obesity in South Korea. 2018 Nov 9.
48. Hu EY, Ramachandran S, Bhattacharya K, Nunna S. Obesity Among High School Students in the United States: Risk Factors and Their Population Attributable Fraction. Prev Chronic Dis 2018 Nov 8.
49.Астафьева Н.Г., Гамова И.В., Удовиченко Е.Н., Перфилова И.А. Ожирение и бронхиальная астма. Связь между ожирением и бронхиальной астмой обсуждается. https://www. lvrach. ru/2014/04/15435930/ 2апр. 2014 г.
50. Fərəcova N. А., Султанова S. S., Гасымова F. Н. Astma və piylənmə. Тибб və Елм Журналы, №4 (10) 2017, 8-13
51. https://www. who. int/ru/news-room/fact-sheets/detail/obesity-and-overweight
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı