NEVROLOJİ DİSFUNKSİYANIN MİOKARDİAL REVASKULYARİZASİYANIN NƏTİCƏLƏRİNƏ TƏSİRİ

10-09-2019

 

Material və metodlar:Çalışma populyasiyası Bakıda tam təşəkküllü mərkəz-də 1661 xəstənin retrospektiv araşdırılmasından seçildi. Tədqiqata 40-80 yaş arası xəstələr daxil edilmişdir. Xəstələr revaskulyarizasiyadan sonra 5 il müşahidə edilmişdir. Xaricetmə kriteriyaları tətbiq edilərək araşdırılan mövzuya uyğun 1418 xəstə tədqiqata alındı. Xəstələr nevroloji disfunksiyası olan və olmayanlar olaraq, iki qrupa ayrıldı. Böyük kardiovaskulyar hadisələr, kəskin miokard infarktı, ölüm və təkrari revaskulyarizasiya dəyərləndirildi.

Nəticələr:Nevroloji disfunksiyanın (ND) revaskulyarizasiyanın nəticələrinə təsirini qiymətləndirmək üçün ND olan və olmayan qruplarda araşdırma aparılmışdır. ND olan və olmayan xəstələrdə miokardial revaskulyarizasiyadan sonrakı 5 il müddətində yaşayan xəstələrin sayı  1-ci şəkildə göstərilmişdir.

Göründüyü kimi, MR sonrası müşahidə müddətində ND olmayan xəstələrin 93,6% yaşadığı halda (ölüm faizi - 6.4%), ND olan xəstələrin 93,8% yaşamışdır (ölüm faizi - 6.2%). Hər iki qrupda yaşayan xəstələrin sayını, eləcə də ölüm faizini müqayisə etdikdə əhəmiyyətli fərq aşkar edilmir (P=0.974), (şəkil 2). Beləliklə, ND olması MR sonrası yaşam müddətinə ciddi təsir etmir.

MR sonrası ND olmayan kişi xəstələrin 93,8% yaşadığı halda (ölüm faizi - 6,2%), ND olan kişi xəstələrin 92,9%yaşamışdır  (ölüm faizi - 7.1% ). Hər iki qrupda yaşayan xəstələrin sayını, eləcə də ölüm faizini müqayisə etdikdə əhəmiyyətli fərq aşkar edilmir (p=0.883). Beləliklə, ND olması kişi xəstələrdə MR sonrası yaşam müddətinə ciddi təsir etmir.

MR sonrası ND olmayan qadın xəstələrin 92,1% yaşadığı halda (ölüm faizi - 7,9%), ND olan qadın xəstələrin hamısı yaşamışdır. Hər iki qrupda yaşayan xəstələrin sayını, eləcə də ölüm faizini müqayisə etdikdə əhəmiyyətli fərq aşkar edilmir (p=0.678). Beləliklə, ND olması qadın xəstələrdə MR sonrası yaşam müddətinə ciddi təsir etmir.

 Şəkil 1.  Nevroloji disfunksiyası olan və olmayan xəstələrdə  miokardial revaskulyarizasiyadan sonra yaşayan xəstələrin sayı (faizlə).

 Şəkil 2. Nevroloji disfunksiyası olan və olmayan xəstələrdə miokardial revaskulyarizasiyadan sonra ölüm faizi

Müzakirə: Koronar arteriya xəstəliyi və nevroloji disfunksiyanın ümumi damar patologiyasına aid olduğunu əsas götürərək miokardial revaskulyarizasiya olunmuş xəstələrdə nevroloji disfunksiyanın sıxlığının çox ola biləcəyi düşünülmüşdür. Nevroloji disfunksiyanın olması xəstənin proqnozuna pis təsir göstərir, təkrari revaskulyarizasiyaların riskini artırır. Koronar arteriya xəstəliyi və karotid arteriya xəstəliyi 1.5-6% hallarda birgə müşahidə edilir 4.

Nevroloji disfunksiya ürək cərrahiyyəsinin ətraflı öyrənilmiş ağırlaşmasıdır 1.Əvvəlki tədqiqatlarda nevroloji disfunksiya yüngül psixomotor oyanıqlıqdan tutmuş böyük sahəli insultlara qədər olmaqla 33-53% tezliklə müşahidə edilmişdir2,3.

İnsult üçün risk faktorlarının çox olmasına baxmayaraq, perkutan koronar müdaxilədən sonra (PKM) serebrovaskulyar hadisə-nevroloji disfunksiyanın sıxlığı aşağıdır5. Bu risk faktorlarına irəli yaş, böyrək çatışmazlığı, insulindən asılı diabet, miokard infarktı və s. aiddir. Lakin nevroloji disfunksiya baş vermiş xəstələrin xəstəxadaxili və 1 illik ölüm göstəriciləri yüksəkdir. Bir tədqiqatda5 2002-2015-ci illər arası PKM olunmuş 25626 xəstə tədqiq edilmişdir. Bunlar arasında ilk 24 saatda 110 nevroloji hadisə qeyd edilmişdir.

Bizim çalışmada miokardial revaskulyarizasiya olunmuş xəstələrdə nevroloji disfunksiyanın rastgəlmə tezliyini araşdırdıq. Tədqiq etdiyimiz xəstələrdə təqib müddətində 8 ölüm hadisəsi izləndi. 2 xəstə təqibdən itdi. Hər iki qrupda yaşayan xəstələrin sayını, eləcə də, ölüm faizini müqayisə etdikdə əhəmiyyətli fərq aşkar edilmir (P=0.974).

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Neurological Complications of Coronary Revascularization, Robert M. Bojar, M.D., Hassan Najafi, M.D.Correspondence information about the author M.D. Hassan Najafi ,Giacomo A. DeLaria, M.D., Cyrus Serry, M.D., Marshall D. Goldin, M.D. Department of Cardiovascular-Thoracic Surgery, Rush-Presbyterian-St. Luke's Medical Center, Chicago, IL, DOİ: https://doi.org/10.1016/S0003-4975(10)60482-1
2.Javid H, Tufo HM, Najafi H, et al: Neurological abnormalities following open-heart surgery. J Thorac Cardiovasc Surg 58:502, 1969.
3. Breslau PJ, Fell G, Ivey TD, et al: Carotid arterial disease in patients undergoing coronary artery bypass. J Thorac Cardiovasc Surg 82:755, 1981.
4.Rice PL, Pifarre R, Sullivan HJ, et al: Experience with simultaneous myocardial revascularization and carotid endarterectomy. J Thorac Cardiovasc Surg 79:922, 1980.
5.Didier R, Gaglia MA Jr, Koifman E, et al. Cerebrovascular accidents after percutaneous coronary interventions from 2002 to 2014: incidence, outcomes, and associated variables. Am Heart J. 2015;Epub.


Müəlliflər:
F.N. İbrahimov

Digər jurnal və qəzetlər