YÜKSƏK DƏRƏCƏLİ BASKETBOLÇULARIN FİZİKİ İŞDƏN ƏVVƏL VƏ SONRA TƏNƏFFÜS SİSTEMİNİN TƏDQİQİ
03-12-2019
Açar sözlər: ağ ciyərlərin həyat tutumu, tənəffüsün tezliyi, step-test, fiziki yük, fiziki
iş qabiliyyəti.
Key words: cardiovascular system, heart rate, arterial pressure, Harvard step test,
physicaloperability.
Ключевые слова: жизненная ёмкость легких, частота дыхания, Гарвардский -
степ-тест, физическая работоспособность.
Giriş. İdman fiziologiyasının mühüm problemlərindən biri olub, idmançıların məşq və yarış fəaliyyətini tibbi-bioloji cəhətdən qiymətləndirilməsində yorulma çox mühüm rol oynayır. Onun mexanizmini və inkişaf mərhələlərini bilmək həm idmançıların funksional vəziyyətini həm də iş qabiliyyətini düzgün qiymətləndirməyə imkan verir, həmçinin onların sağlamlığını və yüksək idman nəticələrinin saxlanmasına yönəlmiş tədbirlərin işlənib hazırlanmasına yardım edir (1,2,3). Fizioloji nöqteyi-nəzərdən yorulma orqanizmin fizioloji halı olub zehni və fiziki işin nəticəsində baş verir. Bu zaman fiziki iş qabiliyyəti, orqanizmin funksiyaları müvəqqəti olaraq dəyişir və subyektiv yorğunluq hissi baş verir. (4). Hal-hazırda yorulmanın diaqnostikası çox aktualdır, çünki yorulmanın səviyyəsini təyin etməklə bir tərəfdən yorulmanın qabağını almaq, orqanizmin funksional imkanlarını inkişaf etdirmək, idman hərəkətlərinə davamlı mativasiya yaratmaq, digər tərəfdən istifadə olunan vasitələri, metodların seçilməsi, təşkilati məşq formaları, hərəkət aktivliyinin yeni formalarını axtarmağa imkan yaranar.
Təqdim olunan işin əsas məqsədi: Az.DBTİA-nın basketbol üzrə yığma komandasının yüksək dərəcəli idmançıların fiziki yükdən əvvəl və sonra orqanizmin ağ ciyərin həyat tutumu (AHT) və tənəffüsün tezliyini (TT) tədqiq etmək olmuşdur.
Tədqiqatın metodları.Tədqiqatlar Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası yüksək dərəcəli basketbolçuların üzərində aparılmışdır. Ürək-damar sisteminin funksional vəziyyətini qiymətləndirmək üçün funksional prob olan Harvard step testindən istifadə edilmişdir. Bu testin mahiyyəti ondan ibarətdir ki, idmançı dəqiqədə 30 qalxma (120 addım) etməklə 5 dəq müddətində hündürlüyü 50 sm olan pilləni təkrar qalxır. Tənəffüs sisteminin yoxlanılan yükə qarşı reaksiyası Harvard step testinin indeksini nəzərə almaqla, ağ ciyərin həyat tutumu (AHT) və tənəffüsün tezliyi (TT) təyin edilmişdir.
Alınan nəticələr və onların müzakirəsi.Tənəffüs orqanlarını tədqiq edən zaman onların funksional qabiliyyətini fiziki işdən sonra baş verən dəyişiklikləri təyin etmək vacibdir. Bunun üçün klinik metodlardan – xarici tənəffüsün göstəricisi olan ağ ciyərlərin həyat tutumunu və tənəffüsün tezliyi tətbiq olunur.
Tənəffüs fuksiyasının mühüm göstəricisi ağ ciyərin həyat tutumudur (AHT) - maksimal nəfəsalmadan sonra alınan havanın həcmi. AHT-un böyüklüyü tənəffüs əzələlərinin gücünü, ağ ciyər toxumasının elastikliyini xarakterizə edir və tənəffüs orqanlarının iş qabiliyyəti üçün mühüm kriteriya hesab olunur. AHT tənəffüs sisteminin funksional imkanlarını əks etdirir. AHT-un təyini tənəffüs sisteminin funksional qabiliyyətini dərindən öyrənməyə imkan verir. Bir qayda olaraq AHT-u spirometrin köməyi ilə təyin olunur. AHT –un ölçülməsi faktiki adlanır və metrlərlə ifadə olunur. AHT cinsdən, yaş səviyyəsindən bədənin ölçülərindən fiziki hazırlıqdan asılıdır.
Eksperementlərimiz zamanı AHT yüksək ixtisaslı basketbolçularda Harvard testinin əvvəl və sonra, daha sonra isə bərpa dövrünün birinci, ikinci, üçüncü və ardıcıl dəqiqələrdə ölçülür. Eksperement göstərir ki, AHT-un orta göstəricisi 3000-4500 ml (3-4,5 l) həddində dəyişir. Xüsusən qeyd etmək lazımdır ki, sakit halda AHT-un ən böyük göstərici -3600, 3800, 4000, 4500 ml yüksək ixtisaslı idmançılarda (ustalığa namizəd) və AHT-un nisbəti aşağı göstəriciləri -3000, 3200,3500 ml nisbəti dərəcəsi aşağı (1 dərəcə) olanlarda qeyd olunur.
Harvard step testindən sonra birinci dəqiqədə AHT göstəricilərinin aşağı düşməsi qeyd olunur 2200-4000 ml, bu da faizlə istifadə olunduqda 11-39% sakit hala nisbətən qeyd etmək lazımdır ki, AHT-un daha çox aşağı düşməsi idman dərəcələri nisbətən aşağı olan idmançılarda müşahidə olunur. Bəzi basketbolçularda yerinə yetirilmiş fiziki işdən sonra, beşinci dəqiqədə AHT-un göstəricilərinin artması tendensiyası -200-500 ml (9-12,5%) müşahidə olunur. Göstəricilərin tam bərpası bir qrup basketbolçularda 10 digər qruplarda 15-20-ci dəqiqədə özünü göstərir.
Tədqiqatlarımız göstərir ki, fiziki işdən sonra (çox məşq və ya çox gərginlik zamanı) AHT-un təkrar ölçülməsi zamanı tədricən azalır. Bu tənəffüs əzələsinin yorulması və mərkəzi sinir sisteminin funksional halının aşağı düşməsindən asılıdır. Tədqiq etdiyimiz idmançı basketbolçularda AHT 3000-4500 ml həddində yerləşir. Uzun, intensiv, yorucu yüklənmədən sonra bizim eksperimentlərdə AHT-u orta hesabla 200-500 ml aşağı düşsə də onun bərpa sürəti müxtəlif olmuşdur.
AHT-un göstricilərinin başlanğıc həddə qədər bərpası üçün nisbəti uzun müddətin lazım olması yüklənmənin çox olmasından xəbər verir – çox yorulmanın baş verdiyi və buna görə də bərpanın da uzun çəkdiyi müşahidə olunur. Yüklənmədən sonra yorulma halında AHT funksional azalır və yorulma nə qədər dərindirsə, dəyişikliklər də bir o qədər çox təzahür edir. Tədqiqatlarımız göstərir ki, yaxşı məşq etmiş idmançılarda (i.u.) AHT fiziki yüklənmədən sonra adətən az aşağı düşür, nəinki az məşq etmişlərdə (1 dəqiqədə).
AHT müxtəlif göstəricilər həmçinin boydan, çəkidən, sağlamlıqdan, fiziki hərəkətlərlə məşğulluğun müddətindən və məşğələlərin istiqamətindən asılı ola bilər. Aldığımız nəticələr ədəbiyyat məlumatları ilə üst-üstə düşür yəni çox məşq və çox gərginlik halında təkrar ölçmələr göstərir ki, AHT-mu tədricən azalır. Bu tənəffüs əzələlərinin yorulmasından və mərkəzi sinir sisteminin funksional halının azalması ilə əlaqədardır.
Tədqiqatlarımız zamanı basketbolçularda tənəffüsün tezliyi Harvard step testdən əvvəl və sonra ölcülmüşdür. Məlum olmuşdur ki, yüksək ixtisaslı basketbolçularda sakit halda tənəffüs tezliyi dəqiqədə 8-14 təşkil edir. Qeyd etmək lazımdır ki,, tənəffüs tezliyi idmançıların məşqinin səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Belə ki, yüksək ixtisaslı basketbolçularda (i.u.n) bizim tədqiqatlarda tənəffüsün tezliyi 8-10 arasında tərəddüd etdiyi halda nisbətən aşağı dərəcəli (1 dəq.) idmançılarda tənəffüs hərəkətlərinin sayı 12-14 təşkil etmişdir. Lakin, tədqiqatlarımız göstərdi ki, ətraf mühitin temperaturunun dəyişməsi və emosional gərginliklə əlaqədar olaraq tənəffüs ritmi fiziki yüklənmədən sonra dəyişir. Tədqiq olunan fiziki yüklənmə zamanı işin gərginliyi çox olduqca tənəffüs tezliyi də bir o qədər artir və dəqiqədə 40-60 tənəffüs hərəkəti yerinə yetirilir. Burada həmçinin, qeyd etmək lazaımdır ki, nisbətən məşqli idmançılarda (i.u.n.) Harvard step test yüklənmədən sonra tənəffüs hərəkətlərinin sayı 40-45 diapazonunda olmuş, nisbətən aşağı dərəcəli idmançılarda (1 dəq.) bu 50-60-a çatır ki, bu da tezliyin 3-4 dəfə artması hesabına baş verir.
Tənəffüs tezliyinin müxtəlif göstəriciləri yaşdan, sağlamlığından, fiziki məşqin səviyyəsindən, fiziki yüklənmənin böyüklüyündən əhəmiyyətli dərəcədə asılıdır. Bundan əlavə, tənəffüs tezliyi, boydan, çəkidən və idmançının funksional halından da asılıdır.
İntensiv fiziki iş yerinə yetirən zaman tənəffüs orqanlarının rolunu qiymətləndirərkən belə güman etmək olar ki, fiziki iş yerinə yetiriləndə əzələlərin aktiv işi baş verir, işləyən əzələlərin beyinin oksigenə tələbatı kəskin artır, bu da qan təchizatının gücləndirir, bununla əlaqədar olaraq, tənəffüs orqanlarının funksiyası çoxalır.
Fiziki yüklənmə döş qəfəsinin ölçülərini, onun hərəkətliyini artırır, ağ ciyər ventilyasiyasını tənəffüsün tezliyini və dərinliyini yəni nəfəsalma və nəfəsvermə zamanı havanın miqdarını çoxaldır. Əgər tənəffüs tezliyi dəyişirsə, onun dərinliyi də dəyişir: tənəffüs nə qədər tez-tez baş verirsə, bir o qədər səthi olur, tənəffüsün tezliyi nə qədər azdırsa, dərinliyi bir o qədər səthi olur, tənəffüsün tezliyi nə qədər azdırsa, dərinliyi bir o qədər çox olur. Bütün bu dəyişikliklər ürək vurğularının sayını (ÜVS) artırır, arteriyal təzyiqi yüksəldir və tənəffüsün tezliyini güclənməsinə gətirib çıxarır. İdmanda tənəffüs orqanlarının funksiyasının tədqiqi, qan və qan–damar sistemi ilə yanaşı idmançının funksional halını və onun ehtiyat imkanlarını da qiymətləndirməyə şərait yaradır. Aldığımız nəticələr ədəbiyyat məlumatları ilə təsdiq olunur. Orada göstərildiyi kimi çox məşqetmə zamanı və yorulma halında tənəffüsün tezliyi müəyyən qədər arta bilər, tənəffüsün dərinliyi azalır, tənəffüs bir dəqiqəlik həcmi az miqdarda yüksəlir. Lakin, ağ ciyərlərin maksimal ventilyasiyası oksigenin istifadəsi və yorulma halında onun istifadə əmsalı aşağı düşür. Bu zaman, bərpa olunma nisbətən yavaş gedir və çox zaman bu dövrdə ağ ciyərlərin maksimal ventelyasiyası azalmağda davam edir. Hər şey yorulmanın dərəcəsindən asılıdır nə qədər o dərindirsə, ağ ciyərlərin maksimal ventilyasiyası bir o qədər azdır (5,6).
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Баевский Р.М., Берсенева А.П. Оценка адаптационных возможностей организма и риск развития заболеваний М. Медицина,1997, 235с.
2.Вовк С.И. Особенности долговременной динамики тренированности Теор. и практ. физ. культ., 2001, №2, С.28-31.
3.Бондаренко А.Е. Физиология спорта: практическое пособие / А.Е. Бондаренко, Т.А. Ворочай, В.В. Солошик; Мин-во обр. РБ, Гомельский государственный университет им. Ф. Скорины.– 2010. – 86с.
4.Солодков А.С., Сологуб Е.Б. Физиология человека. Общая. Спортивная. Возрастная. Учебник для высших учебных заведений физической культуры М. Терра-спорт, 2001.
5.Кузнецова В.К., Аганезова Е.С., Яковлева Н.Г. и др. Методика проведения и унифицированная оценка результатов функционального исследования механических свойств аппарата вентиляции на основе спирометрии Пособие для врачей. СПб., 1996, 36с.
6.Исаев А.П Быков Е.В Кабанов С.В. Корреляционный анализ отдельных показателей кардиореспираторной системы для выявления стресс-состояний Теор. и практ. физ. культ., 1999, №9, С.11-13.
7.Шалдин В.И. Клиническая проба с форсированным дыханием в спортивной практике. Теор. и практ. физ. культ., 2000, №4, С.42-44.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı