MÜXTƏLİF YAŞ QRUPLARINA MƏNSUB ORTOPEDİK XƏSTƏLƏRDƏ AĞIZ BOŞLUĞU GİGİYENASININ QİYMƏTLƏNDİRİLMƏSİ
18-06-2019
Keywords: prosthetics, hygiene, staining of teeth, assessment
Ключевые слова: протезирование, гигиена, окрашивание зубов, оценка
Açar sözlər: protez, gigiyena, dişlərin boyanması, qiymətləndirmə
Stomatoloji xəstələnmənin əksər nozoformalarının inkişafının mikrob nəzəriyyəsi təsdiq edildikdən sonra aydın oldu ki, yeganə effektiv, kütləvi münasib və iqtisadi cəhətdən sərfəli vasitə ağız boşluğunun gigiyenasına qulluqdur. Ona görə də, bu sahədə çoxlu sayda tədqiqatlar aparılmış, yüzlərlə gigiyenik vasitələr təklif edilmişdir və onlar hal-hazırda davam etdirilir [1,2,3]. Bərk gigiyenik vasitələrin (məcunlar) istifadə normativlərinin müntəzəm və mütləq gözlənilməsi ağız boşluğunun gigiyenasını qənaətbəxş vəziyyətdə saxlamağa imkan verir [4,5,6]. Maye gigiyenik vasitələr, o cümlədən xlorheksidin-tərkibli vasitələr olduqca effektivdirlər [7,8,9]. Hazırkı dövrdə əhalinin bütün yaş qrupları üçün ağız boşluğunun gigiyenası üzrə dəqiq qulluq həddləri (rejimləri) təyin edilmişdir. Lakin yalnız bir neçə işdə dişlərə qulluq vasitələrinin antiadheziv xüsusiyyətlərinə münasibətdə gigiyenik vasitələrin aprobasiyası aparılmışdır. Onlardan bəzilərinin antiadheziv effektinin fərqlənməsinə baxmayaraq, bu vasitələrin konkret istifadə rejimləri hələ təklif edilməmişdir. Beləliklə, mikroorqanizmlərin adheziyası, diş protezlərinin davamlılığına və dayaq dişlərinin və protez yatağının xəstəliklərinin inkişafına onların təsiri, effektiv və münasib antiadheziv vasitələrin axtarışı ortopedik stomatologiyanın mühüm vəzifələrindən birinə çevrilmişdir.
Tədqiqat məqsədi: Şiller-Pisaryev sınağına əsasən müxtəlif yaş qruplarında diş səthlərinin Lüqol məhlulu ilə boyanması hallarının müəyyənləşdirilməsi.
Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən ATU-nun Stomatoloji klinikasına ortopedik stomatoloji xidmətdən yararlanmaq üçün müraciət etmiş 200 pasiyent tədqiqat obyekti kimi seçilmişdir. Xəstələrin yaşı 14-65 arasında tərəddüd etmişdir. Xəstələr yaş qrupları üzrə; yaşı 20-dən aşağı, yaşı 20-29, yaşı 30-39, yaşı 40-49, yaşı 50-59 və yaşı 60-dan yuxarı olmaqla ayrılmışdır. Daha sonra xəstələrdən qruplar üzrə Şiller-Pisaryev sınağı icra edilmişdir. Şiller-Pisarev sınağı Qrin-Vermillion modifikasiyasında parodontda iltihabi proseslərin olduğunu təyin etməyə imkan verir. Bu sınağın əhəmiyyəti ondadır ki, o, hətta hələ vizual olaraq görünməyən iltihabın başlanğıc mərhələlərini aşkar edir. Lüqol məhlulu parodontun selikli qişasına sürtülür, o, qəhvəyi rəngə boyandıqda 5 bal, zəif-qəhvəyi rəngdə - müvafiq olaraq 4 bal, sarı rəngdə - 3 bal, samanı rəngdə - 2 bal verilir. Əgər selikli qişa rənlənmirsə, onda bu zaman 1 bal verilir. Tədqiqat obyektlərinin hamısı könüllü olaraq hər iki sınağın eyni vaxta qoylumasına razılıq vermişlər. Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir. Qeyd edək ki, tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi kompüter proqramı ilə aparılmışdır, nəticələr cədvəlləşdirilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi: Tədqiqat nəticəsində yaşı 20-dən aşağı olan 34 nəfər xəstədən 2 nəfərində yaxud onların 5,9±4,04%-də Şiller-Pisaryev sınağına görə 5 balla qiymətləndirilmə müşahidə edilmişdir. Müvafiq yaş qrupu üzrə qeyd edilən indeksin 3 balla qiymətləndirilməsi 6 şəxsdə qeydə alınmışdır ki, bu da qrup üzrə 17,6±6,54% deməkdir. Müvafiq indeksin 4 balla qiymətləndirilməsi halı 2 şəxsdə müşahidə edilmişdir və bu müvafiq yaş qrupu üzrə 5,9±4,04% təşkil edir. Şiller Pisayrev indeksinin 2 balla qiymətləndirilməsi halı 34 nəfər yaşı 20-dən aşağı olan şəxslər qrupundan 10 nəfərində yaxud onların 29,4±7,81%-də müşahidə edilmişdir. Müvafiq indeksin 1 balla qiymətləndirilməsi halı isə müvafiq yaş qrupu üzrə 14 nəfərdə müşahidə edilmişdir və bu göstərici qrup üzrə 41,2±8,44% təşkil etmişdir.
31 nəfərlik yaşı 20-29 arasında tərəddüd edən pasiyentlər qrupunda Şiller-Pisaryev sınağı üzrə qiymətləndirmələr nəticəsində müvafiq indeksin 5 balla qiymətləndirilməsi halları 3 nəfərdə müşahidə edilmişdir ki, bu da qrup üzrə 9,7±5,31% təşkil etmişdir. İndeksin qiymətinin 4 balla qiymətləndirilməsi halı müayinə edilən 31 xəstədən 4-də müşahidə edilmişdir ki, bu da müvafiq yaş qrupu üzrə 12,9±6,02% deməkdir. 8 nəfərdə indeks 3 balla qiymətləndirilmişdir ki və bu yaşı 20-29 arasında tərəddüd edən tədqiqat obyektlərinin 25,8±7,86%-ni əhatə edir.
33 nəfər yaşı 30-39 arasında tərəddüd edən xəstələr qrupunda Şiller-Pisaryev indeksi üzrə qiymətləndirmələr zamanı müvafiq indeksin göstəricisinin 5 bal qiymətləndirilməsi halları 6 şəxsdə müşahidə edilmişdir ki, bu müvafiq yaş qrupu üzrə 18,2±6,71% təşkil edir. İndeksin qiymətinin 3 bal olması halları qeyd edilən yaş qrupunda 9 şəxsdə müşahidə edilməklə qrupun 27,3±7,75%-ni əhatə etmişdir.
Cədvəl № 1.
Şiller-Pisaryev sınağına əsasən müxtəlif yaş qruplarında diş səthlərinin Lüqol məhlulu ilə boyanması halları.
Yaş qrupları |
N |
5 bal |
4 bal |
3 bal |
2 bal |
1 bal |
|||||
Müt. |
% |
Müt. |
% |
Müt. |
% |
Müt. |
% |
Müt. |
% |
||
<=20 |
34 |
2 |
5,9± 4,04 |
2 |
5,9± 4,04 |
6 |
17,6± 6,54 |
10 |
29,4± 7,81 |
14 |
41,2± 8,44 |
20-29 |
31 |
3 |
9,7± 5,31 |
4 |
12,9± 6,02 |
8 |
25,8± 7,86 |
8 |
25,8± 7,86 |
8 |
25,8± 7,86 |
30-39 |
33 |
6 |
18,2± 6,71 |
6 |
18,2± 6,71 |
9 |
27,3± 7,75 |
9 |
27,3± 7,75 |
3 |
9,1± 5,00 |
40-49 |
41 |
9 |
22,0± 6,46 |
13 |
31,7± 7,27 |
9 |
22,0± 6,46 |
7 |
17,1± 5,88 |
3 |
7,3± 4,07 |
50-59 |
38 |
12 |
31,6± 7,54 |
9 |
23,7± 6,90 |
8 |
21,1± 6,61 |
7 |
18,4± 6,29 |
2 |
5,3± 3,62 |
>=60 |
23 |
6 |
26,1± 9,16 |
5 |
21,7± 8,60 |
6 |
26,1± 9,16 |
5 |
21,7± 8,60 |
1 |
4,3± 4,25 |
Cəmi |
200 |
38 |
19,0± 2,77 |
39 |
19,5± 2,80 |
46 |
23,0± 2,98 |
46 |
23,0± 2,98 |
31 |
15,5± 2,56 |
Yaşı 20-29 arasnda tərəddüd edən xəstələr qrupunda Şiller-Pisaryev sınağı üzrə qiymətləndirmə zamanı 2 balla qiymətləndirilmə 8 nəfərdə müşahidə edilmişdir ki, bu da müvafiq yaş qrupu üzrə 25,8±7,86% deməkdir. Müvafiq yaş qrupu üzrə adı çəkilən indeksin qiymətinin 1 balla qiymətləndirilməsi halları da 8 xəstədə (25,8±7,86%) müşahidə edilmişdir. Buna baxmayaraq, yaşı 30-39 arasında tərəddüd edən 33 nəfər pasiyentlər qrupunda müvafiq indeksin göstəricisinin 1 bal qiymətləndirilməsi halları cəmi 3 xəstədə müşahidə edilmişdir ki, bu da müvafiq yaş qrupunda daxil edilmiş xəstələrin 9,1±5,00%-i deməkdir. Bu yaş intervalına daxil edilmiş xəstələrdə indeksin 2 balla qiymətləndirilməsi halları 9 xəstədə müşahidə edilmişdir ki, bu da 30-39 yaşı xəstələrin 27,3±7,75%-dir. İndeksin göstəricisinin 4 balla qiymətləndirilməsi halları 33 nəfərdən 6-nəfərində müşahidə edilmişdir ki, bu da qrup üzrə 18,2±6,71% deməkdir.
Yaşı 40-49 arasında tərəddüd edən 41 nəfərlik yaş qrupundan 9 nəfərində yaxud onların 22,0±6,46%-də Şiller Pisaryev sınağı 5 bal qiymətləndirmə ilə nəticələnmişdir. Müvafiq indeksin 4 balla qiymətləndirilməsi halları uyğun yaş qrupundan 13 nəfərdə müşahidə edilmişdir ki, bu da qrup üzrə 31,7±7,27% təşkil etmişdir. Buna baxmayaraq, yaşı 50-59 arasında tərəddüd edən pasiyentlər qrupundan (n=38) 12 nəfərdə indeksin göstəricisi 5 balla qiymətləndirilmişdir. Bu da müvafiq yaş qrupu üzrə 31,6±7,54%-dir. Bu yaş qrupunda uyğun indeksin 4 balla qiymətləndirilməsi halları 9 nəfərdə müşahidə edilmişdir ki, bu da qrup üzrə 23,7±6,90% deməkdir. Sınağın 3 balla qiymətləndirilməsi halları yaşı 50-59 arasında tərəddüd edən qrupda (n=38) 8 nəfərdə müşahidə olunsa da, yaşı 40-49 arasında tərəddüd edən edən yaş qrupunda 9 nəfərdə (n=41) qeydə alınmışdır ki, bu da müvafiq olaraq, hər qrup üzrə 21,1±6,61% və 22,0±6,46% deməkdir.
Yaşı 40-49 arasında tərəddüd edən 41 nəfərlik yaş qrupundan 7 nəfərində Şiller-Pisaryev sınağı 2 balla qiymətləndirilmişdir ki, bu da müvafiq qrup üzrə 17,1±5,88% təşkil etmişdir. Müvafiq qrup üzrə indeksin 1 balla qiymətləndirilməsi halları isə 7,3±4,07% xəstələrdə müşahidə edilmişdir ki, bu da 3 xəstəyə müvafiqdir. Yaşı 50-59 arasında tərəddüd edən xəstələr qrupunda isə sınağın 1 balla qiymətləndirilməsi 2 xəstədə müşahidə edilmişdir və bu qrup üzrə 5,3±3,62%-i əhatə edir. Bu yaş qrupu üzrə indeksin göstəricisinin 2 balla qiymətləndirilməsi 7 xəstədə müşahidə edilmişdir ki, bu da yaş qrupu üzrə 18,4±6,29% təşkil edir.
Yaşı 60-dan yuxarı olan xəstələr qrupunda (n=23) müvafiq indeksin göstəricinin 5 balla qiymətləndirilməsi 6 xəstədə müşahidə edilmişdir ki, bu da yaş qrupu üzrə 26,1±9,16% pasiyentləri əhatə edir. 5 nəfər xəstədə isə müvafiq indeksin göstəricisi 4 balla qiymətləndirilmişdir və bu qrup üzrə 21,7±8,60% obyektləri təşkil etmişdir.
Yaşı 60-dan yuxarı olan şəxslər qrupunda Şiller-Pisaryev sınağının qiymətinin 3 bal olması halları 6 nəfər xəstədə olmaqla, 26,1±9,16% təşkil etmişdir. Sınaq üzrə 2 balla qiymətləndirmə halları isə müvafiq yaş qrupu üzrə 21,7±8,6% olmaqla, 5 xəstədə müşahidə edilmişdir. Cəmi 1 şəxsdə yaxud yaş qrupu üzrə 4,3±4,25% xəstələrdə Şiller-Pisaryev sınağı 1 balla qiymətləndirilmişdir.
Ümumilikdə, müayinələrə cəlb etdiyimiz 200 nəfər xəstədən 38 nəfərində yaxud onların 19,0±2,77%-də qeyd edilən indeks 5 balla, 39 nəfərində yaxud onların 19,5±2,80%-də 4 balla, 46 nəfərində yaxud onların 23,0±2,98%-də 3 balla, digər 46 nəfərində 2 balla və 31 nəfərində yaxud, onların 15,5±2,56%-də 1 balla qiymətlən-dirilmişdir.
Beləliklə, stomatoloji xəstələnmənin əksər nozoformalarının inkişafının mikrob nəzəriyyəsi təsdiq edildikdən sonra aydın oldu ki, yeganə effektiv, kütləvi münasib və iqtisadi cəhətdən sərfəli vasitə ağız boşluğunun gigiyenasına qulluqdur. Şiller-Pisaryev sınağına əsasən müxtəlif yaş qruplarında diş səthlərinin Lüqol məhlulu ilə boyanması hallarının müəyyənləşdirilməsi məqsədilə ortopedik stomatoloji xidmətdən yararlanmaq üçün müraciət etmiş 200 pasiyent üzərində aparılan tədqiqat nəticəsində yaşı 40-49 arasında tərəddüd edən 41 nəfərlik yaş qrupundan 9 nəfərində yaxud onların 22,0±6,46%-də Şiller Pisaryev sınağı 5 bal qiymətləndirmə ilə nəticələnmişdir. Müvafiq indeksin 4 balla qiymətləndirilməsi halları uyğun yaş qrupundan 13 nəfərdə müşahidə edilmişdir ki, bu da qrup üzrə 31,7±7,27% təşkil etmişdir. Buna baxmayaraq, yaşı 50-59 arasında tərəddüd edən pasiyentlər qrupundan (n=38) 12 nəfərdə indeksin göstəricisi 5 balla qiymətlən-dirilmişdir. Ümumilikdə, müayinələrə cəlb etdiyimiz 200 nəfər xəstədən 31 nəfərində yaxud onların 15,5±2,56%-də sınağın nəticəsi 1 balla qiymətləndiril-mişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Гилева О.С., Муравьева М.А., Свистков А.Л., и др. Экспериментальное исследование поверхности эмали зуба при различных лечебно% профилактических воздействиях. Вестник Пермского научного центра УрО РАН 2017; 3: 15–21
2.Гриценко Е.А., Суетенков Д.Е., Харитонова Т.Л., Лебедева С.Н. Основные аспекты этиологической профилактики пародонтопатий у детей и подростков, // Саратовский научно-медицинский журнал. – 2011. – Т. 7, №1. – С. 234-239.
3.Грудянов А.И. Александровская И.Ю. Планирование лечебных мероприятий при заболеваниях пародонта– М. : ООО «Медицинское информационное агентство», 2010. – 56 с.
4.Автина Н.В., Панкрушева Т.А., Автина Т.В., Спичак И.В. Микробиологические исследования при разработке стоматологической пленки антибактериального действия // Вестник новых медицинских технологий. – 2010. – №1. – С. 120-121
5.Булкина Н.В., Поспелов А.Н., Соболева Л.А., Шульдяков А.А. Новый подход в терапии воспалительных заболеваний полости рта // Саратовский научно-медицинский журнал. – 2013. – Т. 9, №3. – С. 467-469
6.Прядильщиков И.О. Воробьева М.В. Принцип комплексного лечения при осложненной форме генерализованного пародонтита // Бюллетень медицинских интернет-конференций. – 2013. – Т. 3, № 3. – С. 727.
7.Копецкий И.С. Побожьева Л.В. Современные лечебно-профилактические средства для индивидуальной гигиены полости рта // Лечебное дело. – 2012. – №3. – С. 29-32.
8.Lawn B.R., Lee J.W., Chai H. Teeth: among nature’s most durable Biocomposites. //Annu Rev Mater Res 2010; 40: 55–75.
9.Yi, T.L. Comparative Evaluation of Antimicrobial Efficacy of Coffee Extract and 0.2% Chlorhexidine Mouthwash on the Periodontal Pathogens Porphyromonas Gingivalis, Prevotella Intermedia, Fusobacterium Nucleatum and Aggregatibacter Actinomycetemcomitans: An In Vitro Study // Advances in Human Biology. – 2016. – Vol. 6, №2. – P. 99
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı