YÜKSƏK DƏRƏCƏLİ GÜLƏŞÇİLƏRDƏ İNTENSİV YÜKLƏMƏLƏRİN DİNAMİK QÜVVƏNİN FORMALAŞMASINA TƏSİRİ

29-04-2019

Açar sözlər: start qüvvəsi, işin şiddəti, partlayış qüvvəsi, çəki dərəcəli güləşçilər, makrotsikl, mikrotsikl.

Ключевые слова: стартовая сила, мощность работы, взрывная сила, борцы весовой категории, макроцикл, микроцикл.

Giriş. İdmançılarda dinamik qüvvənin inkişaf etdirilməsi yalnız onların fərdi və funksional xüsusiyyətlərinin nəzərə alınması yolu ilə uğurla həyata keçirilə bilər. Özünün biodinamik xüsusiyyətlərinə görə maksimal yarış yüklərinin strukturuna yaxın olan tapşırıqların yerinə yetirilməsi ilə formalaşdırıcı pedaqoji eksperiment aparılmışdır. Tədqiqatlarda 18 nəfər yüksək nailiyyətli güləşçi iştirak etmişdir. Müəyyən olunmuşdur ki, intensiv dartılmalar daha çox 66-74 kq çəkiyə malik güləşçilərin sinir-əzələ sisteminin funksional göstəricilərinə təsir edir, nəinki 55-60 kq çəki dərəcəsinə malik olan güləşçilərin. Beləki, illik xüsusi qüvvə hazırlığından sonra güləşçilərdə şiddətin nisbi göstəricisinin artması 55-60 kq çəkiyə malik olan güləşçilərlə müqayisədə, 66-74 kq çəkiyə malik olanlarda 14%-ə qədər (p<0,01) partlayış qüvvəsi isə, müvafiq olaraq, 8,8%-ə qədər (p<0,05) yüksək olduğu müəyyən olunmuşdur.

Məlum olduğu kimi, qüvvə əzələlərinin gərginləşməsinin dərəcəsi ilə xarakterizə olunur. Qüvvə fiziki hərəkətlərin yerinə yetirilməsi üçün vacibdir, onun ölçüsündən idman uğurunun səviyyəsi, hərəki qabiliyyətlərin təkmilləşdirilməsi asılı olur, bu daha çox özünü standart qeyri-dövri (atsiklik) idman növlərində büruzə verir. Dinamik qüvvənin müxtəlifliyi- partlayış qüvvəsi əzələlərin konsentrik şəraitində (əzələlərin qısalması) özünü büruzə verilir. Mütəxəssislərin gəldiyi qənaətə görə bu zaman amortizasiya qüvvəsini də ayırmaq mümkündür, bu özünü daha çox əzələlərin eksentrik rejimində (əzələlərin boşalmasında) büruzə verir. Bunlardan əlavə, həmçinin, mütləq və nisbi əzələ qüvvəsini də ayırd etmək mümkündür. (7,3)

Əzələ qüvvəsinin mütləq ölçüsü dinamometrin köməyi ilə təyin olunur və kiloqramlarla (kq) ifadə olunur. Belə əzələ qüvvəsi xüsusi qüvvə hərəkətlərinin qiymətləndirilməsində istifadə olunur, burada əzələlərin izometrik rejmdə izometrik gərginləşməsi xarici müqaviməti dəf olunmasını təmin edir.

İdman təcrübəsində nisbi qüvvəni təyin etmək üçün əzələ qüvvəsini idmançının bədən kütləsinə bölməklə əldə olunur. Əzələlərin nisbi qüvvəsindən, sürət-güc  hərəkətlərində daha çox istifadə olunur, burada xarici qüvvə maksimal izometrik qüvvənin 40-70%-i səviyyəsində olur. Onların yerinə yetirilməsi zamanı nisbətən çox qüvvə aşkarlanır, əzələlərin təqəllüs sürəti artır və idmançı öz bədəninin yerdəyişməsini təmin edir. Partlayış qüvvəsi də, həmçinin, idmançının sürət-güc imkanları ilə təyin olunur. O daha çox bədənə daha çox bədənə və idman mərmisinə böyük miqdarında sürət verməkdən ibarət olur. Bundan həmçinin idmançılarda tullanma keyfiyyətlərinin inkişafında və kəskinliyinində çox vacibdi. Partlayış qüvvəsinin aşkarlanması təkcə qüvvənin ölçüsündən, həm də qüvvənin zamana görə artmasında- qüvvə qradizentində mühüm rol oynayır. Matoneyronların ilkin implus selinin tezliyi nə qədər yüksək olarsa, əzələ qüvvəsi bir o qədər sqrətlə inkişaf edir, bir o qədər tullanmalarda, artmalarda, tullamalarda, zərbələrdə məhsuldarlıq yüksək olmuş olur (9).

Əzələlərin dinamik qüvvəsini idmançının fiziki və funksional imkanlarının fərdi xüsusiyyətlərini nəzərə almaqla effektiv həyata keçirmək mümkündür. Lakin, idman təcrübəsində yüksək dərəcəli idmançıların hazırlığı məsələsində yekdil fikir yoxdur. Belə ki, bir çox tədqiqatçılar belə hesab edirlər ki, yüksək dərəcəli güləşçilərin hazırlığında qüvvənin inkişafı üçün istifadə olunan metodlar, birincisi intensiv deyildir (8,2), ikincisi güləşçilərin sinir-əzələ aparatı sisteminin funksional imkanları nəzərə alınmır (4,2; 1,4). Mütəxəssislər yunan-roma güləşi ilə məşğul olan güləşçilərdə intensiv dartılma metodundan istifadə etməklə dinamik qüvvənin inkişafına və yüksək dərəcəli, ağır çəkili idmançılarda xüsusi dinamik qüvvənin formalaşmasına nail olmağa çalışmışlar (4,14).

Güləşçilərdə dinamik gücün təkmilləşdirilməsi ilə bağlı olan ziddiyyətli fikirlər onunla bağlı olmuşdur ki, bu sahədə artıq mövcud olan  fizioloji məlumatlar onun yüksəldilməsi ilə bağlı ağır maksimal yükləmələrdən istifadəni və onun illik məşq dövründə yunan-roma güləşçilərinə tətbiqi  ilə bağlı texnologiyaların olması ilə əlaqələndirmişlər (15; 1). Göründüyü kimi, yunan-roma güləşçilərində dinamik gücün inkişafı və təkmilləşdirilməsi aktualdır, onun tədqiqi dinamik gücün təkmilləşdirilməsində yeni-yeni üsul və vasitələrin axtarışını tələb edir.

Tədqiqatın məqsədi:  Dinamik qüvvənin aşkarlanmasının xüsusiyyətlərinin araşdırılması  üçün biodinamik struktur təbiətinə görə maksimal yarış yüklərinə yaxın məşq tapşırıqların yunan-roma güləşçilərinin parterdə icrası olmuşdur.

Tədqiqatın təşkili və metodları.Biodinamik strukturuna görə yarış yüklərinə yaxın olan laksimal ağır yükləmələrin tətbiqindən sonra aşkarlanan dinamik qüvvənin xüsusiyyətlərini aydınlaşdırmaq üçün formalaşdırıcı pedaqoji eksperimentlər aparılmışdır.

Eksperimentlərdə iştirak edən yüksək dərəcəli güləşçilər iki qrupa ayrılmışlar: 10 nəfər -55-60 kq, digərləri 8 nəfər- 66-74 kq çəki dərəcəsinə malik olmuşlar. Yoxlamalar güləş zalında məşqçi-müəllimlərin iştirakı ilə aparılmışdır.

Dinamik qüvvənin qeydiyyat proqramı özündə məlumatların qeydiyyatı, onların işlənilməsi, çevrilməsi, qrafik və cədvəl halına salınmasını birləşdirmişdir.

Tətbiq olunan yüklər aşağıdakı kimi yerinə yetirilmişdir. İlk olaraq mərmi dğşəkdən dizə qədər qaldırılmışdır (dinamik rejim). İkincisi, mərminin diz səviyyəsində 5 saniyyə müddətində saxlanılması (izometrik rejim). Üçuncüsü fəaliyyət zamanı mərminin ayaqların dizlərdə və qamətin tam düzəlməsinə qədər dartıması (dinamik rejim). Aşağıdakı güc göstəriciləri tədqiq olunmuşdur: bel əzələlərinin gücü (Q) kq-la, statik gərginlikdə işin şiddətinin (N), kqm/san, partlayış gücünün maksimal göstəricisini (F max), kq/san. İki çəki dərəcəsindən olan iki qrup güləşçilərdə (55-60 və 65-75 kq) illik məşq dövründə alınan qüvvə göstəriciləri qiymətləndirilmişdir. Pedaqoji eksperiment zamanı alınan nəticələr güləşçilərin hazırlığının hər üç makrotsiklində alınan göstəricilərinin analizi əsasında aparılmışdır.

Birincisi makrotskildə (ölkə çempionatına hazırlığın gedişində) məşqə ayrılan vaxtın 2/3 hissəsi güləşçilərin qüvvə hazırlığına, maksimalın 50-60 %-i ağırlıq yükləmələrinə və 1/3 hissəsi maksimal səviyyənin 80 %-i, partlayış qüvvəsinin inkişafına yönəldilmişdir.

İkinci makrotskldə (Avropa çempionatına hazırlığın gedişində) qüvvə hazırlığı daha intensiv olur (şəkil 1). Bu mərhələdə güləşçilər məşq vaxtının 80 %-ni maksimal yükün 70-80 %-i qüvvə hazırlığına, vaxtın 20 %-ni isə maksimal səviyyənin 80-90 %-i səviyyəsində qüvvə hazırlığına ayırmışlar.

Üçuncü makrotsikldə (dünya çempionatına hazırlıqda) xüsusi qüvvə hazırlığının yüksəlməsi daha da intensivləşir. Bunun üşün məşqə ayrılan vaxtın 60 %-i maksimalın 85-100%-i səviyyəsində qüvvə hazırlığına, vaxtın 40 %-i isə 70-80 % ağırlaşdırılmış yükləmələrin istiqaməti statik-dinamik qüvvənin inkişafına yönəldilmiş olur.

Tədqiqatın nəticələri. Əzələlərin start qüvvəsi (Q), kq-larla ifadə olunmuşdur. Onun qeyd olunması ştanqın döşəmədən qaldırılması anında başlanmışdır (şəkil 1).

Məlum olduğu kimi, əzələlərin start qüvvəsinin inkişaf səviyyəsi, bir çox hallarda, güləşçinin yerinə yetirdiyi işin texniki-taktiki cəhətdən uğurlu fəaliyyətindən asılı olur. Bu parterdə rəqibinin xalçadan yuxarı qaldırılmasında xüsusilə özünü açıq büruzə verir (1). Tədqiqatlar göstərmişdirdir ki, güləşçilərdə start qüvvəsinin daha çox artması aşağı və orta çəki dərəcələrində hazırlığın üçüncü makrotsiklində müşahidə olunmuşdur. Bu 55-60 kq çəki dərəcəsində üçüncü makrotsikldə 15 %, 66-74 kq-da isə dördüncü makrotsikldə 16 %-ə bərabər olmuşdur. Statik qüvvənin (Q) göstəricisi birinci makrotsikldə hər makrorotsikl 4 mikrotsikldən ibarətdir. 55-60 kq çəki dərəcəsində -14%, ikinci makrotsikdə -28%, üçüncü makrotsikldə -50% olmuşdur. 66-74 kq çəki dərəcəsində bu, müvafiq olaraqq, birinci makrotsikldə -20%, ikincidə 22 % və üçüncüdə isə 54 % təşkil etmişdir. Tam olaraq, statik qüvvənin illik qüvvə məşqi müddətində artması daha yüksək olmuş və bu 55-60 kq çəki dərəcəsində - 30,7 % , 66-74 kq çəki dərəcəsində isə -32 % təşkil etmişdir.

Statik  gərginliyə malik işin icrası zamanı şiddət (N), kq m/san. ilə ifadə olunur. Məlum olduğu kimi, şiddət kimi vahid zamanda icra olunan işin müddəti qəbul edilir (A=A/t), daha doğrusu, “mexaniki işin” zamana nisbəti götürülür. Bununla yanaşı, güləşçilərin qüvvə hazırlığının göstəricisi məşq prosesində mühüm əhəmiyyət kəsb edir

İşin şiddətinin artmasının dinamikasını ştanqın statik duruş zamanı 5 saniyyə müddətində  müxtəlif çəki dərəcəsinə malik güləşçilər tərəfindən icra edilən işin şiddəti ilə qiymətləndirilir. Aparılan tədqiqatlar göstərmişdir ki, aşağı və orta çəki dərəcəsinə malik güləşçilərdə işin şiddətinin artması hazırlığın hər üç makrotsiklində 8-10 % səviyyəsində müşahidə olunmuşdur. Bu zaman onu da qeyd etmək lazımdır ki,  N daha çox dalğaşəkilli əyri şəkilində dəyişilir, bu həm bir makrotsikl müddətin-də və həm də illik hazırlıq prosesi boyu davam edir. (şəkil 2)

Mikrotskillər

                    1-ci makrotsikil                      2-ci makrotsikil                      3-cü makrotsikil

Şəkil 1. Yunan-Roma güləşçilərində əzələlərin start qüvvəsi (Q) göstəricilərinin artma dinamikası.

                                                    Mikrotsikllər

              1-ci makrotsikl              2-ci makrotsikl             3-cü makrotsikl

Mikrotskillər

                         1-ci makrotsikil           2-ci makrotsikil                      3-cü makrotsikil

 

Şəkil 2. Yunan-Roma güləşçilərində işin şiddətinin (N) göstəricilərinin statik vəziyyətdə  ştanqın 5 san. müddətində saxlanılması zamanı artmasının dinamikası.

Hazırlığın birinci makrotsikli dövründə N artmasının cəmi dörd mikrotsikl dövründə 55-60 kq çəki dərəcəsində -23 %, ikinci makrotsikldə -30%, üçüncüdə -39 % olmuşdursa, 66-74 kq çəkiyə malik atletlərdə, müvafiq olaraq, birinci makrotsikldə -16 %, ikincidə -15 % və üçüncüdə isə -17 % olmuşdur. Tam olaraq, N-nin hazırlığın hər üç makrotsiklinin gedişi müddətində artmasının orta  göstərcisi 55-60 kq çəki dərəcəsində -30,6 %, 66-74 kq çəkili atletlərdə isə  -16 %-ə bərabər olmuşdur.

Maksimal partlayış qüvvəsi (F max), kq/san ilə ifadə edilir. Aparılan tədqiqatlar göstərmişdir ki, 55-60 kq çəki dərəcəsində F max güləşçilərdə ən çox artması ikinci və üçüncü makrotsikldə, 66-74 kq çəkiyə malik güləşçilərdə isə üçüncü makrotsikldə müşahidə olunmuşdur (şəkil 3).

 Mikrotsikllər

                        1-ci makrotsikl                       2-ci makrotsikl                           3-cü makrotsikl

Şəkil 3.  Yunan-Roma güləşçilərində maksimal partlayış qüvvəsinin (F max) göstəricilərinin artma  dinamikası.

F (max) ölçüsünün ən çox artması 55-60 kq çəki dərəcəsinə malik güləşçilərdə -9 %, 66-74 kq çəkiyə malik güləşçilərdə isə -14 % təşkil etmişdir. Hazırlığın birinci makrotsiklində F max ümumi artması 55-60 kq çəkiyə malik atletlərdə - 14%,  ikinci makrotsikldə -31%, üçüncü makrotsikldə isə -22 % olmuşdursa, 66-74 kq çəki dərəcəsində bu göstərici, müvafiq olaraq, birinci makrotsikldə-18%, ikincidə -33 % və üçüncüdə isə 41 % olmuşdur.

F (max) artmasının orta göstəricisi birinci qrupa daxil olan güləşçilərdə birinci makrotsikldə -3,5 %, ikincisində - 7,8 %, üçüncü makrotsikldə - 5,5 %, ikinci qrup atletlərdə, müvafiq olaraq, birinci makrotsikldə - 4,5 %, ikincisində 8,3 % və üçüncüsündə isə -10,3 % olmuşdur.

F (max) orta göstəricilərinin artması bütün qüvvə hazırlığı müddəti boyu 55-60 kq çəki dərəcəsinə malik olan güləşçilərdə- 22,2 %, 66-74 kq çəkiyə malik olanlarda isə - 31 % təşkil etmişdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Уруймагов В.Б. Специальная силовая подготовка высококвалифицированных борцов греко-римского стиля тяжелых  весовых категории: дис… канд.пед. наук–Майков. 2009- 187 с.
2.Войнек, Ю. Спортивная анатомия, М.: Изд. Центр «Академия», 2008. – 304 с.
3.Ааqaard P., Simonsen E.B., et al. Dyhre-Poulsen Neural adaptation to resistance traininq: сhanges in evoked V-wave and H- reflex responses // J.Appl Physiol 2002, 92.2309 -318.
4.Чиккий А.С., Назаренко А.С. Физиология  спорта  – М:  Изд-во «Спорт» - М: 2016-120 с.
5.Коблев Я.К.  Базовая техника  дзюдо в стойке. – Майкоп: АТУ.1995-142 с.
6.Иванов  И.И. Повышение надежности соревнователъной деятелъности высококвалифицированных борцов греко-римского стиля: дис, канд. пед. наук. – Краснодар, 2002 – 185 с.
7.Башкин, В.М. Изменение взрывной мышечной силы спортсменов в зависимости от выполненной тренировочной нагрузки / В.М.Башкин// Ученые записки университета имени   П.Ф. Лесгафта. – СПБ.2009- С.16-19


Müəlliflər:
S.A. Quliyev
F.M. Ocaqverdiyev
Ə.Ə. Əliəfsərov
T.O. Salahov
Z.Ə. Rəsulova
S.Ş. Məmmədova

Digər jurnal və qəzetlər