PHLOMIS PUNGENS WILLD. VƏ PHLOMIS CAUCASICA RECH. FIL. BİTKİ NÖVLƏRİNİN EHTİYATŞÜNASLIQ TƏDQİQİ

26-07-2019

Açar sözlər: Phlomis, ehtiyatşünaslıq tədqiqi və  illik tədarük miqdarı

Azərbaycan Respublikasının florasında dodaqçiçəkkimilər fəsiləsinə daxil olan cinslərdən biri də Phlomis – odotudur. Cinsə 6 bitki növü daxildir [1].

Hal-hazırda, dünyanın müxtəlif ölkələrində Phlomis L. cinsinə aid növlər fitokimyəvi və farmakoloji cəhətdən tədqiq olunur və Respublikamızın ərazisində geniş yayılan odotu - Phlomis L. cinsinə aid bəzi növlərin də farmakoqnostik tədqiqatları aparılır [3,2].

Odotunövlərinin tədqiqi nəticəsində onlardan efir yağları, iridoidlər, feniletanoid qlikozidləri, liqnanlar, flavonoidlər, monoterpen və diterpen qlikozidləri ilə zəngin olduğu müəyyən edilmişdir.

Aparılmış ilkin ehtiyatşünaslıq tədqiqatları nəticəsində, həmçinin AMEA-nın Botanika İnstitutunun herbari fondunda araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, odotunun bəzi növlərinin kifayət qədər kütləvi yayılma sahələri mövcuddur. Ona görə də cinsə daxil olan bitki növlərinin ehtiyatşünaslıq tədqiqat-larını həyata keçirməyi qarşımıza məqsəd qoyduq [5,4].

Nəticələr və müzakirələr:Son illər odotu cinsinə aid bitkilərdən yüksək bioloji fəallığı ilə seçilən birləşmələrin, xüsusən iridoidlərin və flavonoidlərin alınması onların yayılmasını və təbii ehtiyatlarının öyrənilməsinə maraq yaratmışdır. Uzun illər ərzində aparılmış ekspedisiyalar nəticəsində odotu cinsinə aid növlərin ölkənin daha çox yayıldığı əraziləri aşkar edilmişdir. Müəyyən edilmişdir ki, cinsə aid olan bitki növləri daha çox dağətəyi (900-1100 m dəniz səviyyəsindən hündürlükdə), orta dağlıq (1400-1800 m dəniz səviyyəsindən hündür) və hündür dağlıq ərazilərdə (2300-2400 m-ə qədər) yayılmışdır. Aparılmış tədqiqat işləri nəticəsində aşkar edilmişdir ki, odotu növləri daha intensiv şəkildə dağətəyi bölgələrdə rast gəlinir. Qeyd etmək lazımdır ki, son illərə qədər odotu növlərinin Azərbaycan ərazisində yayılması və onların xammal ehtiyatı təyin edilməmişdir.

Odotu bitkilərinin Azərbaycanın müxtəlif bölgələrində yayılma areallarını və xammal ehtiyatını müəyyənləşdirmək üçün müvafiq istiqamətlər seçilmişdir:

Naxçıvan MR-sı üzrə:

1-ci istiqamət. Şahbuz rayonu: Kolanı, Kükü, Külüs, Badamlı, Nurs və Arınc kəndləri;

2-ci istiqamət. Babək rayonu: Sirab, Cəhri və Vayxır kəndləri;

3-cü istiqamət. Culfa rayonu: Ərəfsə, Ləkədağ və Bəyəhməd kəndləri;

4-cü istiqamət.Yardımlı rayonu üzrə: Peştəsər, Arvana, Tiləkənd, Güduvar, Pirembel, Avaş, Deman və Qaravuldaş kəndləri;

5-ci istiqamət. Qazax rayonu üzrə: Ağköynək və Qarapapaq kəndləri;

6-ci istiqamət. Quba rayonu üzrə: Qrız, Qrızdəhnə, Alpan, Uzunmeşə, Susay, Qonaqkənd, Cimi, Ördüc, Qəçrəş və Qımılqazma kəndləri;

7-ci istiqamət. Şabran rayonu üzrə: Ərəblər, Xəlfələr, Uzunboyat və Dəhnə kəndləri;

8-ci istiqamət. Xızı rayonu üzrə Xızı qəsəbəsi, Altıağac, Vərdağ, Dizəvəz və Əmbizlər kənləri;

9-cu istiqamət Siyəzən rayonu üzrə: Qalaaltı, Qozağan, Qərəh və Daşlı çalğan kəndləri:

Göstərilən istiqamətlər üzrə bitkinin yayılma arealları və kütləvi yayılma sahələri müəyyən edilmişdir (Şəkil 1).

Şəkil 1.  Ph. pungens Willd. və Ph. caucasica Rech. fil. yayılma sahəsi.

Beləliklə, aparılan tədqiqatlar nəticəsində Qafqaz odotu bitkisinin Şahbuz rayonu üzrə 11,1 ha, Babək rayonu üzrə 5,3 ha və Tikanlı odotu bitkisinin Culfa rayonu üzrə 6,1 ha, Yardımlı rayonu üzrə 22,1 ha, Qazax rayonu üzrə 16,3 ha, Quba rayonu üzrə 34,2 ha, Şabran rayonu üzrə 7,9 ha, Xızı rayonu üzrə 26,3 ha, Siyəzən rayonu üzrə 23 ha yayılma sahələri müəyyən  olunmuşdur.

Tədqiq olunan bitkinin xammal ehtiyatı müvafiq üsulla həyata keçirilmişdir [6,8,9,10]. Müəyyən edilən hər bir kütləvi yayılma sahəsində eni 1 m olan və bir-birinə paralel yerləşən transektlər qurulmuşdur. Həmin ərazi daxilində, nizamsız olmaqla hər 10 m-dən bir hesabat meydançaları ayrılmışdır. Hər hesabat meydançasında olan odotu xammalı toplanmış, ayrı-ayrı olmaqla hər meydançada olan bitki xammalının yaş çəkisi müəyyən edilmişdir. Sonra isə bütün hesabat meydançalrı üçün orta məhsuldarlıq müəyyən edilmişdir (Şəkil 2).

Beləliklə, ehtiyatşünaslıq tədqiqatları nəticəsində, Qafqaz odotu bitkisinin orta məhsuldarlıq göstəricisinin Şahbuz  rayon ərazisində  212,6 kq / ha, Babək rayon ərazisində  221,4 kq / ha və Tikanlı odotu bitkisinin orta məhsuldarlıq göstəricisinin Culfa rayonu üzrə 182,2 kq / ha, Yardımlı rayon ərazisində  244,1 kq / ha, Qazax rayonu üzrə 269,5 kq/ha, Quba rayonu üzrə 226 kq / ha,  Şabran rayonu üzrə 199,2 kq/ha, Xızı 202,6 kq / ha, Siyəzən rayonu üzrə 211,3 kq/ha olduğu müəyyən olunmuşdur.

Şəkil 2. Odotu növləri xammalı üçün orta məhsuldarlıq

Ehtiyatşünaslıq tədqiqatları nəticə-sində Naxçıvan MR-nın ərazisində Şahbuz və Babək rayonu üzrə Qafqaz odotu növünün bioloji ehtiyatının 41939 kq, istismar oluna biləcək ehtiyatının 27231 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 6627 kq və Culfa rayonu üzrə Tikanlı  odotu növünün bioloji ehtiyatının 13575 kq, istismar oluna biləcək ehtiyatının 8812 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 2140 kq olması müəyyən edilmişdir [7].      

 

Cədvəl  № 1.

Tədqiq olunan bütün bölgələr üzrə Odotu bitkisinin xammal ehtiyatı

Yayıldığı ərazilər

Kütləvi yayılma sahəsi, ha-la

Orta məhsuldarlıq (quru qalıqla), kq/ha-la

Xammalın quru qalıqla ehtiyatı, kq-la

İllik tədarük oluna biləcək miqdar, kq-la

Bioloji

İstismar oluna biləcək

Yardımlı

22,1

244,1

67368

41999

10501

Şahbuz

11,1

212,6

27854

18056

4515

Babək

5,3

221,4

14085

9175

2294

Culfa

6,1

182,2

13575

8812

2203

Qazax

16,3

269,5

53059

33811

8453

Quba

34,2

226

92955

57244

14312

Şabran

7,9

199,2

19539

11936

2985

Xızı

26,3

202,6

65326

40724

10182

Siyəzən

23

211,3

60583

37565

9391

         N

9

9

9

9

9

M

16,92

218,8

46038,2

28813,6

7204,0

±m

3,37

8,6

9425,7

5787,8

1447,0

Min

5,3

182,2

13575

8812

2203

Max

34,2

269,5

92955

57244

14312

S

152,3

 

414344

259322

64836

±m

4,1

 

214,6

169,7

84,9

Ehtiyatşünaslıq tədqi-qatları nəticəsində Yardımlı rayonu ərazisində Tikanlı odotu növünün bioloji ehti-yatının 67,368 kq, istismar oluna biləcək ehtiyatının 41,999 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 10501 kq olması müəyyən edilmişdir. Ehtiyatşünaslıq tədqi-qatları nəticəsində Qazax rayonu ərazisində Tikanlı odotu növünün bioloji ehtiyatının 53,059 kq, istismar oluna biləcək ehtiyatının 33,811 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 8,453 kq olması müəyyən edilmişdir.                                            

Ehtiyatşünaslıq tədqi-qatları nəticəsində, Quba rayonu ərazisində Tikanlı odotu növünün bioloji ehtiyatının 92,955 kq, istismar oluna biləcək ehtiyatının 57,244 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 14,312 kq olması müəyyən olunmuşdur [8, 10].

Ehtiyatşünaslıq tədqi-qatları nəticisində Xızı rayonu ərazisində Tikanlı odotu növünün bioloji ehtiyatının 65,326 kq, istismar oluna biləcək ehtiyatının 40,724 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 10,182 kq olması müəyyən  edilmişdir [6].      

Ehtiyatşünaslıq tədqiqatları nəticəsində Siyəzən rayonu ərazisində Tikanlı odotu növünün bioloji ehtiyatının 60,583 kq, istismar oluna biləcək ehtiyatının 37,565 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 9391 kq olması müəyyən edilmişdir.

Beləliklə, Azərbaycanın müxtəlif bölgələrində aparılmış  ehtiyatşünaslıq tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Tikanlı odotu xammalının bioloji ehtiyatı 372405 kq, istismar oluna biləcək ehtiyatı 232091 kq və illik tədarük oluna biləcək miqdarı isə 58027 kq,  Qafqaz odotu növünün bioloji ehtiyatının 41939 kq, istismar oluna biləcək ehtiyatının 27231 kq və illik tədarük oluna biləcək ehtiyatın isə 6809 kq olduğunu müəyyən edilmişdir (Cədvəl  1.).

Alınmış nəticələr odotu bitksinin təbii ehtiyatlarına ziyan vurmadan onun xammalının toplanma miqdarının 64836 kq olduğunu göstərir  ki, bu da bitkinin xammalından səmərəli istifadə etməyə və bitkinin mühafizəsini həyata keçirməyə imkan verir (Şəkil 3.) [8].  

 

Şəkil. 3. Tikanlı odotu və Qafqaz odotu növlərinin illik tədarük oluna biləcək  miqdarı

Beləliklə, aparılan ehtiyatşünaslıq tədqiqatları nəticəsində Qafqaz odotu xammalının illik tədarük oluna biləcək miqdarının  Şahbuz rayonu üzrə 4515 kq, Babək rayonu üzrə 2294 kq və  Tikanlı odotu  xamamalının illik tədarük oluna biləcək miqdarının  Culfa rayonu üzrə 2203  kq, Yardımlı rayonu üzrə 10501 kq, Qazax rayonu üzrə 8453 kq, Quba rayonu üzrə 14312 kq, Şabran  rayonu üzrə 2985 kq, Xızı rayonu üzrə 10182 kq, Siyəzən  rayonu üzrə 9391 kq olduğu aşkar edilmişdir.

[email protected]

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Флора Азербайджана,Баку. Изд-воАНАзССР, 1957, том.7, с. 290-295.
2.Süleymanov T. A, Şükürova A.S., Phlomis (Odotu) cinsinə aid növlərin kimyəvi tərkibi və farmakoloji təsiri // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı,  2014, № 1, s. 34-40.
3.Saracoglu I., Suleimanov T., Shukurova A., Dogan Z., Iridoids and phenylethanoid glycosides from Phlomispungens of the flora of Azerbaijan // Chemistry of Natural Compounds, 2017, Vol. 53, issue 3, pp 576-579.
4.Nese Kirimer, Tahir A.Suleymanov, Mine Kurkcuoglu,  Ayten S. Shukurova, Abolghasem Jouyban and et al., Essential Oil Constituents of Phlomis pungens Willd. from Azerbaijan // Journal of Essential Oil Bearing Plants, London, 2017, Vol. 20, № (6),  p. 1492 – 1501.
5.Süleymanov T.A., Şükürova A.S., Fatih Göger, Phlomis pungens Willd. otunun flavonoid tərkibinin  öyrənilməsi // Əziz Əliyev  adına  elmi-praktik  jurnal  “Tibb və Elm”, 2019, №1 (15), s. 35-39.
6.İsayev C.İ. Böyük Qafqaz dağ massivinin şəraq hissəsində (Xızı rayonu) yabanı dərman bitki ehtiyatının təyini  // Azərbaycan Təhsil cəmiyyətinin Bilgi dərgisinin <> seriya jurnalı, 2004, № 3, s. 109-115.
7.İsayev C.İ., Kərimov Y.B. Quba-Xaçmaz bölgəsinin aran və dağətəyi hissəsində yabanı dərman bitki ehtiyatının təyini  // Azərbaycan  Mill Elmlər Akademiyasının <> seriya jurnalı, 2004,  № 5-6, s. 179-186.
8.Буданцев А.Л.,Харитонова Н.П. Ресурсоведение лекарственных растений. Санкт-петербург, 2003, 86 с.
9.Исаев Д.И., Керимов Ю.В. Ресурсы дикорастущих лекарственных растений Кубинского горного массива (Азербайжан) // Растительные ресурсы, Журнал Российской Академии Наук , 2005, Т. 41, № 1, с. 82-90.
10.İsayev C.İ. Naxçıvan  dağlıq  geobotanik bölgəsinin Şahbuz rayonu ərazisində yabanı dərman bitki ehtiyatının təyini // Azərbaycan Əczaçılıq Jurnalı,  2005, № 1, s. 32-35.


Müəlliflər:
A. S. Şükürova

Digər jurnal və qəzetlər