HƏRBİ MƏKTƏBLƏRDƏ TƏDRİSİN TƏŞKİLİNİN SPESİFİK XÜSUSIYYƏTLƏRİ VƏ GİGİYENİK QİYMƏTLƏNDİRİLMƏSİ

03-10-2019

Müasir dövrdə təhsilin ən prioritet vəzifələrindən biri təhsil prosesinin ümumi və peşə mərhələlərinin varisliyinin təmin edilməsindən ibarətdir. Məktəb təhsil sisteminin modernləşdirilməsi, xüsusilə tam orta təhsil mərhələsində profil təhsilinin tətbiq edilməsi şagirdlərə peşə seçimində yeni imkanlar yaratmaqla yanaşı, onların fərdi keyfiyyətlərinin və bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Belə təhsil formalarından biri orta təhsilin son mərhələnin hərbi peşə ixtisasına yiyələnmək məqsədilə paralelləşdirilməsindən ibarətdir. Kifayət qədər mürəkkəbləşdirilmiş bu təhsil növünün inkişaf etməkdə olan yeniyetmə orqanizminə təsiri müasir gigiyenanın müxtəlif əhali qruplarının sağlamlığının mühafizəsinə aid probleminin mühüm aspektlərindən birini təşkil edir.

İşin məqsədimüasir ədəbiyyat məlumatlarında hərbi ixtisas verən təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair materialları  araşdırmaqla bu prosesin gigiyenik xüsusiyyətlərini müəyyən etməkdən ibarətdir.

Hazırda, bir çox ölkələrdə orta təhsilin son mərhələsində yeniyetmələrə eyni zamanda  ümumi hərbi peşə hazırlığı və ya hərbi ixtisasların bu və ya digər növü üzrə təhsil almağa imkan verən ixtisaslaşdırılmış liseylər fəaliyyət göstərir. Məsələn, Rusiya Federasiyasında ümumi orta təhsil standartları üzrə şagird hazırlığı kadet korpuslarında, Suvorov hərbi məktəblərində və Naximov hərbi-dənizçilik məktəblərində həyata keçirilir. Bu təhsil müəssisələrində məktəb yaşlı uşaqların ümumtəhsil proqramları əsasında tam orta təhsili və hərbi-uçot ixtisasları üzrə peşə yönümlü təhsili həyata keçirilir [1,2,3].

Məlumdur ki, orta ümumtəhsil müəssisələrində şagirdlərin sağlamlığının qorunub saxlanması və normal fiziki inkişafının təmin edilməsi müasir dövrün ən mühüm gigiyenik problemlərindən hesab edilir. Ətraf və yaşayış mühitlərinin müxtəlif  mənşəli əlverişsiz amillərinin təsirinə yüksək həssaslıq göstərən uşaqların

sağlamlığında bir sıra meyilliklər barəsində ədəbiyyatda kifayət qədər məlumatlar vardır [4,5,6]. Qeyd edilir ki, təhsil müəssisələrində tədrisin təşkili, gündəlik tədris yükünun həcmi, şagirdlərin gün rejimi, qidalanmanın kəmiyyət və keyfiyyət göstəricilərinin uşaq orqanizmin üçün müəyyən edilmiş normativə nisbətən çox və ya az olması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, bir sıra xronik patologiyaların inkişaf  etməsinə, fiziki və zehni inkişafda müəyyən pozuntuların və ən çox hallarda ləngimələrin baş verməsinə, immunitetin aşağı düşməsinə səbəb olur [7,8,9].

Hərbi yönümlü müasir tədris müəssisələrində təhsil alan yeniyetmələrin sağlamlığının qorunub saxlanması və möhkəmləndirilməsi ölkənin intellektual potensialının daha da inkişaf etdirilməsi və onun hərbi təhlükəsizliyinin təmin edilməsi məqsədilə qarşıya qoyulmuş əsas vəzifəni müəyyən edilmiş vaxtda, effektiv və yüksək keyfiyyətlə yerinə yetirməsinin vacibliyi nöqteyi-nəzərindən xüsusi aktuallaq kəsb edir. Bu istiqamətdə aparılan tədqiqatlarda ilk növbədə hərbi liseylərdə bir sıra spesifik amillərin və xüsusiyyətlərin olması qeyd edilir və bu amillərin təhsil alanların sağlamlığına təsir riskinin mövcudluğu göstərilir [10,11,12].

Müasir dövrdə hərbi təhsil müəssisələrində tədris prosesi təhsilin müxtəlif forma və metodlarının tətbiq edilməsi, əməyin yüksək intensivliyi, yeni texniki vasitələrin tətbiq edilməsilə xarakterizə olunur. Tədrislə yanaşı gedən informasiya və emosional stres vəziyyəti təhsil alanların sağlamlıq vəziyyətinə müəyyən tələblər irəli sürür. Əmək və istirahət, yuxu və qidalanma rejimlərinin dəyişməsi, adəti məktəb stereotipinin pozulması, öz vaxtını sərbəst bölə bilməməsi böyüklərin (valideyinlərin) daimi və sistematik nəzarətinin olmaması kursantlarda müəyyən diskomfort yaradır. Nəticədə qidalanmanın və ümumiyyətlə, davranışın qeyri-düzgün modeli formalaşa bilir ki, bu da gələcəkdə müxtəlif patoloji vəziyyətlərin baş verməsinin və inkişafının əsasını təşkil edir [13].

Hərbi məktəblərdə tədrisin spesifik xüsusiyyətlərinə ilk növbədə orta təhsilin yuxarı siniflərində orta ümumtəhsil fənnlərinin tədrisi hesabına yeniyetmələrin ümumi tədris yükünün həcminin daha da artması və çətinləşməsilə yanaşı, gündəlik dərs cədvəlinə bir sıra digər hərbi profilli  fənnlərin əlavə edilməsi də aid edilir. Bu isə öz növbəsində tədris proqramının daha da genişlənməsinə, yeniyetmələrin zehni yükünün artmasına və ağırlaşmasına səbəb olur [14,15]. Eyni zamanda kursantların yüksək fiziki hazırlığının formalaşması məqsədilə tətbiq edilən fiziki hazırlıq fənnləri orqanizmin ümumi gərginliyinin artmasına, bəzi hallarda isə stress xarakteri almasına səbəb olur [16,17]. 

Orta təhsilin yuxarı pilləsinin hərbi məktəblərdə davam etdirilməsi kursantların yeniyetməlik dövrünə təsadüf edir. Bu yaş dövrü orqanizmin ətraf və yaşayış mühiti amillərinin təsirinə yüksək həssaslıq göstərməsi dövrü kimi xarakterizə olunur. Bu dövrdə yeniyetmənin yaşayış və davranış mühitinin qapalı mühitlə əvəzlənməsi yolu ilə kəskin dəyişməsi, qidalanma rejiminin, yaxın insanlarla təmasının yeni rejimlə əvəz olunması və s. onların sağlamlığı üçün risk amilləri rolunu oynayır [18,19,4,2]. Göstərilir ki [20,21,22], yeniyetmələrin sağlamlığının formalaşmasında məktəbdaxili mühitin rolu  21-27% təşkil edir.

Orta hərbi təhsil müəssisələrinin əsas növlərindən biri kadet korpuslarıdır. Bir təhsil müəssisəsi kimi burada uşaqlar həftənin 6 günü ərzində ümumtəhsil proqramı əsasında təhsil almaqla yanaşı, həm də idman və sıra hazırlığı ilə məşğul olurlar. Məktəbə yalnız oğlanlar 10 yaşından qəbul olunurlar. Bu tipli tədris müəssisəsinin əsas xüsusiyyətlərinə uşaqların məktəbin ərazisində yaşamaları, kifayət qədər gərgin gün rejimi, yüksək fiziki aktivlik, cinsə görə ayrı təhsil və kursantların mənəvi-etik tərbiyəsinə yüksək tələbkarlıq  aiddir [23].

Hərbi kadet məktəblərində tədrisin təşkili məsələlərini araşdıran Е.В. Булычева [24], Э.Р. Валеева [25], А.Т. Зулькарнаева [26],  Е.В. Михеева [27], А.Н. Полякова [22], М.И.Степанова və həmmüəlliflər [28],  Е.П. Тимошенко [29] göstərirlər ki, kadetlərin təlim-tərbiyyə prosesləri məktəbdaxili mühitin bütün sutka ərzində onların sağlamlığına kompleks təsirilə əlaqədardır. Burada gündəlik və həftəlik dərs yükünün normadan artıq səviyyəsi, onun günlər və həftələr üzrə düzgün və səmərəli bölüşdürülməməsi, məktəb mebellərinin üşaqların yaşına və bouyna uyğun olmaması müəlliflər tərəfindən müəyyən edilmişdir.

Ümumiyyətlə, qeyd edilir ki, hazırda orta ümumtəhsil və hərbi yönümlü təhsil müəssisələri üçün tədris yükünün artması, şagirdlər və kursantların aldığı və təhlil etməli olduğu informasiyanın həcminin çox olması xarakterikdir. Belə ki, ümumtəhsil kadet məktəblərində ümumi tədris yükünün artıq olması ilə yanaşı, dərs cədvəlində olan bədən tərbiyyəsi dərslərindən əlavə kursantların məcburi olaraq müxtəlif idman məşğələlərinə cəlb edilməsi, hərbi-təlim, sıra təlimləri və gündəlik səhər idmanı hesabına onların fiziki fəallığının həddən artıq olması müşahidə edilir [30,31,16]. A.B. Гущенко və həmmüəlliflər [32], Н.Г.Чекалова və həmmüəlliflər [33] eyni zamanda dərs cədvəlində fənnlərin ağırlığına görə qeyri-səmərəli yerləşdirilməsilə yanaşı, həm də dərslər arasında fasilələrin müddətinin pozulmalarını da qeyd edirlər.

        Tədrisinintensiv formaları tətbiq edilən orta ümumtəhsil məktəblərində, kadet korpuslarında və digər hərbi təhsil müəssisələrində təhsil alanların yüksək zehni və fiziki yükə tədricən adaptasiya olunmasının, habelə orqanizmin fiziki və zehni iş qabiliyyətinin gün ərzində adekvat səviyyədə saxlanmasının təmin edilməsi müvafiq və gigiyenik cəhətdən əlverişli gün rejiminin yaradılmasını və ona ciddi əməl edilməsini tələb edir. Ədəbiyyat məlumatlarının araşdırılması kursantların gün rejiminin tədqiqi sahəsində kifayət qədər məlumatların olmamasını göstərir. Qeyd edilir ki, kadet məktəblərində kursantların gün rejimi gigiyenik tələblərə cavab vermir, ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan vaxt müəyyən edilmiş normalardan artıqdır, açıq havada gəzintilərə vaxt ayrılmır və s. [34,31,35,37].

        Gün rejiminin strukturunda yuxunun müddəti əsas elementlərdən hesab edilir. Bu istiqamətdə bir sıra müəlliflərin [38,39,35,37,40] tədqiqatlarının nəticələrinə görə fərqli tədris proqramları ilə təhsil alan yeniyetmələrin gecə yuxusunun müddətilə onların həftəlik tədris yükünün ağırlığı və dərs mənimsəmə qabiliyyəti arasında statistik əhəmiyyət daşıyan əks korrelyasiya asılılığı vardır. Gecə yuxusunun normadan 3 saata qədər az olması ilk növbədə inkişaf etməkdə olan orqanizmin fiziki və zehni iş qabiliyyətinə əlverişsiz təsir edir. 

Göstərilənləri nəzərə alaraq, hərbi tədris müəssisələrində tədris prosesinin təşkili yüksək peşə hazırlığına malik  hərbi mütəxəssislərin hazırlanmasının təmin edilməsilə yanaşı, onların fiziki sağlamlığının qorunub saxlanmasını da nəzərə almalıdır. Bu baxımdan, tədris texnologiyasının bütün elementləri müasir elmi tədqiqatlar əsasında işlənib hazırlanmış səmərəli gigiyenik tələblərə cavab verməlidir.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Иванова М.В., Савельев В.В. Факторы социально-психологической адаптации подростков к обучению в суворовском военном училище // Образование и наука, 2016, № 7, с. 105-116
2.Оконечникова Л.В., Сыманюк Э.Э., Усольцева Н.В. Исследование личностной и групповой компоненты социально-психологической адаптации у суворовцев // Педагогическое образование в России, 2017, №  11, 102-108
3.Саханский Н.Б. На службе отечеству // Управление образованием: теория и практика,  2013, № 2, с.1-18
4.Кучма В. Р. Модель организации медицинской помощи обучающимся // Российский педиатрический журнал,  2014, № 6,  с. 40-44
5.Тапешкина Н.В., Лобыкина Е.Н. Оценка физического развития школьников, проживающих на юге Кемеровской области / Актуальные проблемы здоровья детей и подростков и пути их решения.  Материалы 3-го всероссийского конгресса с международным участием по школьной и университетской медицине  // М.: Издательство Научного центра здоровья детей РАМН, 2012, с.419-421
6.Ширко Д.И. Оценка состояния здоровья, обусловленного питанием  // Особенности формирования здорового образа жизни: факторы и условия, 2015, май, с. 341-344
7.Святова Н.В., Ситдикова А.А., Мисбахов А.А. и соавт. Взаимосвязь микро­элементного статуса детей, проживающих в мегаполисе, и  автотранспорта как источника воздействия поражающих факторов опасных ситуаций, ини­циированных хозяйственной деятельностью человека // Фундаментальные исследования,  2015, №2, с. 4665-4670
8.Holland N., Fucic A., Merlo D.F.et al.  Micronuclei in neonates and children: effects of environmental, genetic, demographic and disease variables // Mutagenesis,  2011,  v. 26,  № 1, p. 51-56
9.Schoeller D.A. Integrating Therapeutic and Complementary Nutrition // Medicine & Science in Sports & Exercise, 2007, July, р.1207
10.Мощик К.В.,  Дорошевич   В.И.  Гигиеническая оценка фактического питания курсантов // Военная медицина, 2015,  №5,  с. 205-209
11.Рахманов P.C.,  Шумских Д.С. Оценка показателей статуса питания и физического развития курсантов, обучающихся по программе среднего профессионального образования  //Актуальные вопросы медико - психологической реабилитации лиц опасных профессий: Мат. VIII Межрегион, науч.-практич. конф. Н.Новгород:  2013,  с. 263-264
12.Шумских Д.С., Рахманов P.C. Оценка показателей морфо функционального состояния курсантов, обучающихся по программе среднего профессионального образования // Социально-гигиенический мониторинг здоровья населения: Мат. Всеросс. науч.-практич. конф. с междунар. участием.  Рязань: 2013, вып. 7, с. 142-144
13.Воробьёва Л.В. Динамика алиментарного статуса студентов // Материалы Всероссийского конкурса молодых ученых «Гигиеническая наука – путь к здоровью нации» (Москва, 6 февраля, 2018 года). М.: 2018,  с.72-79
14.Казанская В. Подросток: социальная адаптация: книга для психологов, педагогов и родителей. С.-Петербург: Питер, 2011, 288 с.
15.Зулькарнаева А.Т.,  Поварго Е.А., Зулькарнаев Т.Р. и др. Влияние отдельных факторов на состояние здоровья школьников  // Здоровье населения и среда обитания,  2012, № 8, с.29-31
16.Лукашова Ю.А. Гигиенические принципы организации рационального питания воспитанников кадетских школ- интернатов: Автореф. дис. ... канд. мед. наук. Москва,  2012, 23 с.
17.Мыльникова И.В. Гигиеническая оценка внутришкольной среды городских и сельских общеобразовательных учреждений // Гигиена и санитария, 2016, № 95 (12), с. 1193-1197
18.Григорьев Ю.Г. Резервы увеличения продолжительности жизни населения Сибири: Автореф. дис. ... докт. мед. наук. Новосибирск, РАМН НЦ КиЭМ, 2000,  39 с.
19.Кравченко Ю. В. Особенности процесса адаптации подростков к условиям обучения в общеобразовательных военных учебных заведениях: Дис. ... канд. психол. наук.  Ленинградский гос. ун-т. им. А.С.Пушкина,  СПб.: 2006,  167 с.
20.Богомолова Е.С., Кузмичев Ю.Г., Бадеева Т.В. и др. Физическое развитие современных школьников Нижнего Новгорода  // Медицинский альманах, 2012, №3, с.193-198
21.Земляной Д.А. Гигиеническая оценка факторов школьной среды и состояния здоровья обучающихся (на примере Невского и Выборгского районов Санкт-Петербурга): Автореф. дис. …  канд. мед. наук. Санкт-Петербург,  2014, с.25
22.Полякова А.Н.,  Селезнева Е.В., Денисова Н.Б. Средовые факторы образовательного учреждения и состояние здоровья учащихся // Вестник новых медицинских технологий, Электронное издание,  2013, № 1, c. 242
23.Яманова Г.А. оценка состояния здоровья и уровня адаптации кадетов казачьего корпуса //  Материалы Всероссийского конкурса молодых ученых «Гигиеническая наука – путь к здоровью нации». М.: 2018,  с.275-283
24.Булычева Е.В. Гигиеническая характеристика факторов внутришкольной среды образовательных учреждений инновационного типа // Вестник Оренбургского государственного универститета, 2011, № 16 (135), с. 248-250
25..Валеева Э.Р., Зиятдинова А.И., Акберова Г.Р.Гигиеническая оценка внутришкольной среды в образовательных учреждениях различного типа  // Современные проблемы науки и образования,  2015, № 6.  Электронный ресурс URL: http://www.science-education.ru/ru/article/view?id=23056
26.Михеева Е.В., Новикова И.И., Ерофеев Ю.В. Гигиеническая оценка условий воспитания и обучения школьников в современных условиях  // Здоровье населения и среда обитания,  2011, №9, с. 37-40
27.Степанова М.И.,  Сазанюк З.И., Лапонова И.П. и др. Гигиеническая регламентация занятий школьников за компьютером  // Здоровье населения и среда обитания,  2012,  №8, с. 25-27
28.Тимошенко Е.П. Гигиеническая безопасность гимназистов младшего школьного возраста в рамках модернизации современного образовательного процесса: Автореф. дис. ... канд. мед. наук.  Оренбург, 2014, 23 с.
29.Бокарева Н.А., Милушкина О.Ю., Овчинникова З.А. и др.  Гигиеническая оценка влияния организации образовательного процесса на физическое развитие школьников г. Москвы  // Вестник Российского государственного медицинского университета,  2016,  №3,  с. 63-69
30.Кабанец Л.В. Гигиеническая оценка условий обучения и состояния здоровья кадетов 6-11 классов: Автореф. дис. канд. мед. наук. Ростов-на-Дону, 2009,  23 с.
31.Гущенко A.B.,  Лещенко Я.А., Прусакова М.В. Гигиеническая характеристика учебной нагрузки на соматическое здоровье учащихся старшего школьного возраста // Экология человека, 2010,  №3, c. 40-43
32.Чекалова Н.Г., Силкин Ю.Р., Матвеева H.A. и др. Особенности функциональных резервов организма школьников в динамике обучения  // Медицинский альманах, 2016,  №5 (45), c. 232-234
33.Ашвиц И.В.,  Ширинский В.А. Гигиеническая оценка здоровья воспитанников кадетского корпуса // Вестник Уральской медицинской академической науки, 2009,  № 3 (26),  с.6- 7
34.Рукавникова Е.М.,   Пахомова Ж.В., Бубликова Л.И. Гигиеническая оценка режима дня школьников  //  Ученые записки Орловского государственного университета. Серия: Естественные, технические и медицинские науки,   2014, т. 2,  №7, с. 175-176
35.Титова Ю.В., Нагирная JI.H., Шепарев A.A. Сравнительная гигиеническая оценка режима дня учащихся православной гимназии и школьников г. Владивостока / // Здоровье населения и среда обитания, 2012,  №1, c. 44-46
36.Флянку И.П., Приешкина А.Н., Салова Ю.П. и др. Морфо функциональные показатели, характеризующие уровень физического развития школьников // Фундаментальные исследования, 2015,  № 1, с. 154-158
37.Алёшина Т.Е., Наумова А.А., Наумова Т.А.  Зависимость работоспособности от соблюдения режима дня // Международный научный журнал «Инновационная наука, 2016, №10-3, с. 28-3
38.Грицина О.П., Транковская Л.В., Нагирная Л.Н.Гигиеническая оценка режима дня и умственной работоспособности детей, посещающих организации дополнительного образования // Гигиена и санитария, 2016, № 2, с.185-189
39.İto Y. Development of a digitalized child's checkups information system / Y. Ito, H. Takimoto // Japan. J. Hygiene,  2017, v. 72, № 1, p. 5-9
40.Tomporowski P. D., McCullick B., Pendleton D. M., Pesce C. Exercise and children's cognition: The role of exercise characteristics and a place for metacognition //Journal of Sport and Health Science, 2015, №4(1), p. 47–55


Müəlliflər:
M.A. Kazımov
A.Y. Ağasiyeva

Digər jurnal və qəzetlər