CİNSİ YETİŞKƏNLİK DÖVRDƏ HİPERANDROGENİYA SİNDROMU OLAN QIZLARDA FİZİKİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

16-12-2019

Açar sözlər: Cinsi yetişgənlik, hiperandrogeniya sindromu.

Ключевые слова: гиперандрогения, период полового созревания, андроидный тип телосложения, гирсутизм.

Key words: puberty, hyperandrogenia syndrome, hirsutism, android body type .

Problemin aktuallığı Cinsi yetişkənlik dövrünün gedişatına çox saylı amillər təsir edir. Bu amillərdən qidalanma, ekoloji mühit, prenatal amillər, fiziki aktivlik, xroniki somatik xəstəliklərin olması, neyro-endokrin və immun sistemin funksional vəziyyəti, anadangəlmə qüsurların olması və digər amillər mühüm  əhəmiyyət kəsb edir (1,5,7,8).

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, cinsi inkişaf dövrdə 13-15 yaşlı qızların boyu 158,85±0,32 sm, bədən çəkisi 50,7±0,18 kq qeyd olunur. İkincili cinsi inkişaf əlamətlərindən J.Tanner şkalasına görə süd vəzilərinin II-III mərhələdə, qoltuqaltı və qasıqüstü nahiyyədə tüklənmənin II-III dərəcədə, menarxenin 13,25±0,2 yaşda olması təyin edilir (4).

Son illərdə fiziki və cinsi inkişafın ləngiməsi tezliyi yüksək tezliklə rast gəlinir. Müəyyən edilmişdir ki, keçmiş SSR məkanının ölkələrində fiziki inkişafın ləngiməsi populyasiyada astenik tipli və bədən çəkisi az olan qızların hesabına artır. Fiziki və cinsi inkişafın ləngiməsinə təsir edən amillərdən qızların sağlamlıq vəziyyəti, somatik xəstəliklərin olması, sosial ekonomik şərait, ekoloji disbalansın təsiri qeyd olunur. Müəyyən edilir ki, cinsi yetişkənlik dövrünün ləngiməsi olan qızların 43%-də xromosom anomaliyaları, 10%-də isə fiziki və cinsi inkişafın ləngiməsinin konstitusional formaları qeyd  olunur (2,3,6).

Hiperandrogeniya yüksək tezliklə rastgəlinən  endokrin patologiyadır. Bu patologiyanın  rastgəlmə tezliyi 10-20% hallarda tərəddüd edir və kişi cinsi hormonların ifrazının artması nəticəsində və yaxud toxumaların, orqanların  kişi cinsi hormonlarına həssaslığının artması nəticəsində qeyd olunur (9,10).

Müəyyən edilmişdir ki, androgenlərin səviyyəsinin dəyişməsi stress amillərdən, o cümlədən psixiki və fiziki gərginlikdən, hipotermiya və hipoqlikemiya nəticəsində artır. Yumurtalıq mənşəli androgenlərdən androstendion (An) və testosteron (T) əsasən stromal toxumanın teka hüceyrələrində ifraz olunur.

Böyrəküstü vəzi androgenlərinə isə dehidroepiandrosteron-sulfat (DHEA-S) və dehidroepiandrosteron (DHEA) aiddir. Bu androgenlər zəif təsirə malikdirlər. Orqanizmin toxumalarında xüsusən piy toxumasında androgenlərin daha aktiv androgenlərə: testosteron və dehidrotestosterona konsepsiya olunur (9,11).

        Hiperandrogeniya sindromu müxtəlif xəstəlikləri və vəziyyətləri birləşdirən termindir. Hiperandrogeniya sindromu əsasən özünü üzdə, bədəndə kişi tipli tüklərin boyüməsi, dəridə aknelərin əmələ gəlməsi, başda saçların tökülməsi  (allopesiya), səs tembrinin azalması (barifoniya), bədən quruluşunun dəyişməsi (maskulinizasiya), çiyinlərin genişlənməsi, çanağın həcminin azalması, klitorun hipertrofiyası (klitoromeqaliya) ilə bürüzə verir (8,10,11).

Hiperandrogeniyanın  simptomlarına:

-hipertrixoz: yumşaq və terminal tüklərin aşağı ətraflarda, bel-büzdüm nahiyyəsində və yaxud bütün bədəndə həddindən artıq artması;

-hirsutizm: kişi bədəninə xaş olan nahiyyələrdə (üst dodaq, çənədə, bakinbard, süd giləşi ətrafı, döşdə, qarnın aşağı nahiyyəsində, aralıqda, baldırın daxili hissəsində uzun sərt tüklərin böyüməsi;

-piyli seboreya: üz nahiyyəsində, alında, sinədə, kürəkdə, başın saçlı hissəsində dəri piyinin həddindən artıq ifrazı;

-Akne: komidonların, papulların, fistulaların və sistlərin olması;

-Allopesiya: tüklərin yumşaq və qısa olması, təpə və gicgah nahiyyəsində tüklərin diffuz tökülməsi;

-Virilizm: maskulinizasiya və defeminizasiya (hirsutizm, saçın tökülməsi, barifoniya, klitorun hipertrofiyası, süd vəzilərinin inkişafdan qalması və uşaqlığın hipoplaziyası;

-Aybaşı funksiyasının pozulması: aybaşı tsiklinin və aybaşının müxtəlif pozulmaları, o cümlədən opsomenoreya, hipomenoreya, amenoreya aiddir (7,9,10).

Problemin aktuallığını nəzərə alaraq tədqiqatın məqsədi təyin edilmişdir. Tədqiqatın məqsədi cinsi yetişkənlik dövrdə hiperandrogeniya (HA) sindromu olan qızlarda fiziki inkişafın  xüsusiyyətlərinin öyrənilməsi olmuşdur.

        Kliniki material və metodlar. Tədqiqatın məqsədinə uyğun olaraq 137 HA sindromu olan qızlar müayinə olunmuşdur. Müayinələrə kliniki, hormonal, funksional, biokimyəvi, rentgenoloji, laborator müayinələr daxil edilmişdir. Müayinə olunan qızların orta yaşı 14,84±0,16 (12-17) yaş olunmuşdur.

Aparılan tədqiqatda cinsi yetişkənlik dövründə HA sindromu olan  137  qız 3 qrupa bölünmüşdür: 12-13 yaş (I qrup), 14-15 yaş (II qrup) və 16-17 yaşında (III qrup) qızlar daxil olunmuşdur.

-I qrupa (n=27) qızların orta yaşı 12,93±0,07 (12-13);

-II qrupa (n=63) qızların orta yaşı 14,64±0,008 (14-15);

-III qrupa (n=47) qızların orta yaş 16,53±0,008 (16-17) olmuşdur.

Aparılan tədqiqatda cinsi yetişkənlik dövrdə HA sindromu olan qızların çəkisi 49,07±2,8 (23-75) kq, boyu 156±0,02 (115-171) sm  olmuşdur.

Müəyyən edilmişdir ki, cinsi yetişkənlik dövrdə HA sindromu olan qızların 75-də (54,7%) yüngül hirsutizm, 60-da (43,8%) orta ağır hirsutizm, 2-də (1,5%) isə ağır hirsutizm olmuşdur.

Aparılan kliniki, funksional, hormonal, rentgenoloji, biokimyəvi, tədqiqatlar nəticəsində HA sindromunun səbəbləri təyin  edilmişdir.

HA sindromu olan qızlarda 53,3%-də (n=73) yumurtalıq polikistoz sindromu, 19%-da (n=26) hiperprolaktinemiya, 15,3%-da (n=21) piylənmə yüksək tezliklə təyin edilir. Cinsi yetişkənlik dövrdə 5,8%-da (n=8) hipotireoz, 3,6%-da (n=5) yumurtalıqların follikulyar sisti, tək-tək hallarda böyrəküstü vəzin anadangəlmə hiperplaziyası 1,5%-da (n=2) və hipoqonadotrop hipoqonadizm 1,5%-da (n=2) təyin  edilir.

        Tədqiqatın nəticələri və alınan nəticələrin müzakirəsiCinsi yetişkənlik dövrdə HA sindromu olan  qızların fiziki inkişafın göstəriciləri cədvəl 1-də təqdim edilmişdir.

          Cədvəl 1-dən  göründüyü kimi cinsi yetişkənlik dövrün dinamikasında HA sindromu olan qızlarda fiziki inkişaf göstəricilərindən ciyinlərin eninin  nəzərə çarpacaq qədər artması qeyd olunur (P<0,05). Digər göstəricilər isə, o cümlədən, boy,

Cədvəl  № 1.

Cinsi yetişkənlik dövrdə HA  sindromu olan  qızların fiziki  göstəriciləri (M±Se)

 

Göstəricilər

Müayinə qrupları

 

P

1

2

3

12-13 yaş (n=27)

14-15 yaş (n=63)

16-17 yaş (n=47)

Boy, sm

159,9±1,47   (150-165)

160,6±1,2         (145-175)

163,43±2,47  (155-175)

P1-2>0,05;     P2-3>0,05;    P1-3>0,05

Çəki, kq

48,43±2,4         (33-70)

49,84±1,25        (40-69)

50,43±1,82     (45-57)

P1-2>0,05;    P2-3>0,05;     P1-3>0,05    

Əllərin açılma vəziyyətində uzunluğu, sm

161,36±2,0   (150-172)

161,98±1,14     (147-173)

160,7±2,19    (158-165)

P1-2>0,05;     P2-3>0,05;    P1-3>0,05       

Çiyinləri eni, sm

36,5±0,67       (32-41)

38,83±0,18    (34-46)

39,6±0,13    (37-42)

P1-2<0,05;    P2-3>0,05;     P1-3<0,05         

Döş qəfəsinin çevrəsi, sm

70,71±1,56       (61-91)

71,47±1,0      (62-82)

75,3±1,86      (73-79)

P1-2>0,05;     P2-3>0,05;    P1-3>0,05       

Aşağı ətrafların uzunluğu, sm

93,5±1,91       (79-104)

93,1±1,1    

(78-103)

93,3±0,88      (94-97)

P1-2>0,05;     P2-3>0,05;    P1-3>0,05       

    Qeyd:   P - dürüstlük əmsalıdır.

Cədvəl2.

Pubertat dövrdə HA sindromu olan qızlarda  antropometrik  göstəricilərin fizioloji göstəricilərlə  müqayisəsi (M±Se)

       Göstəricilər    

Müayinə qrupları

12-13 yaş

14-15 yaş

16-17 yaş

Boy, sm

-əsas qrup

-müqayisəli qrup

159,9±1,47  (150-165) 156,42±1,45 (141-170)

160,6±1,2  (145-175)

158,85±0,79 (147-172)

163,43±2,47 (155-175)   161,5±1,04 (150-175)

P

>0,05

>0,05

>0,05

Çəki, kq

-əsas qrup

-müqayisəli qrup

48,43±2,4  (33-70)  44,75±2,0 (25-71)

49,84±1,25  (40-69) 49,44±0,73 (35-61)

50,43±1,82  (45-57) 52,09±1,04 (41-65)

P

>0,05

>0,05

>0,05

Əllərin açılmış vəziyyətdə uzunluğu, sm

-əsas qrup

-müqayisəli qrup

161,36±2,0 (150-172)                

165,12±0,68 (150-169)

161,98±1,14 (147-173) 

168,54±0,39 (155-171)

160,7±2,19 (158-165) 

171,94±0,54 (159-178)

P

>0,05

<0,05

<0,05

Ciyinlərin eni, sm

-əsas qrup

-müqayisəli qrup

36,5±0,67  (32-41)  34,52±0,79 (30-38)

38,83±0,18 (34-46) 35,04±0,39 (31-45)

39,6±0,13 (37-42)  37,0±0,60 (32-47)

P

>0,05

<0,05

<0,05

Döş qəfəsinin çevrəsi, sm

-əsas qrup

-müqayisəli qrup

70,71±1,56  (61-91) 70,24±1,99 (60-96)

71,47±1,0 (62-82) 72,80±1,03 (61-99)

75,3±1,86 (73-79) 76,79±0,22 (66-100)

P

>0,05

>0,05

>0,05

Aşağı ətrafların uzunluğu, sm

-əsas qrup

-müqayisəli qrup

93,5±1,91  (79-104) 79,24±1,40 (73-100)

93,1±1,1 (78-103) 81,67±0,93 (75-103)

93,3±0,84 (94-97)  82,87±0,97 (72-105)

P

<0,05

<0,05

<0,05


            çəki, əllərin açılmış vəziyyətdə uzunluğu, döş qəfəsinin çevrəsi, aşağı ətrafların uzunluğu 12-13 yaşdan 16-17 yaşa qədər praktiki olaraq  dəyişmir (P>0,05). 

        Pubertat dövrdə HA sindromu olan qızların (əsas qrup) fiziki inkişaf göstəriciləri Наджи Л.Л. (4) göstəriciləri ilə (müqayisəli qrup) təhlil edilmişdir və cədvəl 2-də təqdim edilmişdir.

Cədvəl 2-dən  göründüyü kimi HA sindromu olan qızların 14-15 yaş, 16-17 yaşında əllərin açılmış vəziyyətdə uzunluğu fizioloji göstəricilərdən statistik dürüst dərəcədə nəzərə çarpacaq qədər  azalması qeyd edilmişdir (P<0,05).

        Eyni zamanda pubertat dövrün 14-15 yaş, 16-17 yaş dövründə ciyinlərin eninin nəzərə çarpacaq qədər artması təyin edilmişdir (P<0,05).

        Aparılan tədqiqatda hər 3 qrupda aşağı ətrafların uzunluğu fizioloji göstəricilərindən statistik dürüst dərəcədə artması təyin edilmişdir (P<0,05).

        Tədqiqat nəticəsində HA sindromu olan qızların boyu, çəkisi, döş qəfəsinin çevrəsi fizioloji parametrlərlə müqayisədə praktiki olaraq eyni olmuşdur (P>0,05).

                 Aparılan tədqiqatda HA sindromu olan qızların çanağının xarici ölçüləri təyin  edilmişdir. Alınan nəticələr cədvəl 3-də  təqdim edilmişdir.


Cədvəl  № 3.

Pubertat dövrdə HA sindromu olan qızlarda çanağın xarici ölçüləri (M±Se)

Göstəricilər           

Müayinə qrupları

 

      P

1

2

3

12-13 yaş (n=27)

14-15 yaş (n=63)

16-17 yaş (n=47)

Dist.spinarum, sm

21,29±0,38         (21-26)

21,8±0,32           (16-25)

22,0±0,15      (23-25)

P1-2>0,05;       P2-3>0,05;        P1-3>0,05

Dist.cristarum, sm

23,93±0,43         (21-26)

23,07±0,32         (18-27)

23,0±0,58      (25-27)

P1-2>0,05;       P2-3>0,05;        P1-3>0,05

Dist.trochanterican, sm

25,13±0,14         (21-29)

25,42±0,13         (24-30)

26,33±0,88    (27-30)

P1-2>0,05;       P2-3>0,05;        P1-3>0,05

Conjugata externa, sm

16,0±0,53           (14-20)

16,25±0,3           (12-21)

16,33±0,33     (16-17)

P1-2>0,05;       P2-3>0,05;        P1-3>0,05

 

        Cədvəl 3-dən göründüyü kimi, HA sindromu olan qızlarda dinamikada praktiki olaraq dəyişmir (P>0,05). Alınan nəticələr praktiki sağlam qızların çanağının ölçüləri ilə müqayisə olunmuşdur.

        HA sindromu olan qızların fizioloji göstəricilərlə müqayisəsi cədvəl 4-də təqdim  edilmişdir.

        Cədvəl 4-dən göründüyü kimi cinsi yetişkənlik dövründə HA sindromu olan qızlarda çanağın xarici ölçülərindən dist.spinarum, dist.cristarum və conyuqata externanın yaş dinamikasında alınan göstəricilər analoji praktiki sağlam qızların göstəricilərindən statistik dürüst olaraq azalması qeyd olunur (P<0,05).

        Beləliklə, cinsi yetişkənlik dövrünün dinamikasında HA sindromu olan qızların çiyinlərin eninin statistik dürüst dərəcədə artması müşahidə edilir: 12-13 yaşında 36,5±0,67 sm, 14-15 yaşında 38, 83±0,18 sm, 16-17 yaşında 39,6±0,13 sm təyin olunur.

Alınan nəticələrin fizioloji parametrlərlə müqayisədə çiyinlərin eninin aşağı ətrafların uzunluğunun nəzərə çarpacaq qədər artması əllərin açılmış vəziyyətdə

 

Cədvəl4.

Pubertat dövrdə HA sindromu olan qızlarda çanağın xarici ölçülərinin müqayisəli ölçüləri (M±Se)

       Göstəricilər    

Müayinə qrupları

12-13 yaş

14-15 yaş

16-17 yaş

Dist.spinarum, sm                       -əsas qrup                    -müqayisəli qrup

                               21,29±0,38  (21-26)  21,42±0,38 (16-25)

                                 21,8±0,32 (16-25)     23,07±0,22 (18-25)

                                 22,0±0,15  (23-25)     23,57±0,25 (20-26)

P

>0,05

<0,05

<0,05

Dist.cristarum, sm                      -əsas qrup                    -müqayisəli qrup

                                23,93±0,43 (21-26)     23,88±0,37 (18-27)

                              23,07±0,32 (18-27)      25,31±0,19 (22-27)

                                  23,0±0,58 (25-27)      25,87±0,26 (22-28)

P

>0,05

<0,05

<0,05

Dist.trochanterica, sm                              -əsas qrup                    -müqayisəli qrup

                            25,13±0,14 (21-29)    26,64±0,43 (20-31)

                                25,42±0,13  (24-30)     28,31±0,20 (24-31)

                                 26,33±0,88  (27-30)     29,83±0,31 (24-32)

P

<0,05

<0,05

<0,05

Conyuqata externa, sm                          -əsas qrup                    -müqayisəli qrup

                                 16,0±0,53 (14-20) 17,44±0,23 (15,5-20)

                               16,25±0,3 (12-21)  18,12±0,11 (16-19)

                           16,33±0,33 (16-17)   19,57±0,17 (16-20,5)

P

>0,05

<0,05

<0,05

uzunluğunun azalması HA sindromunda olan qızların android tipli bədən quruluşuna meyilliyini əks edir.

HA sindromu olan qızlarda pubertat dövrdə çanağın xarici ölçülərinin yaş dinamikasında praktiki olaraq  artması qeyd olunur. Bu göstəricilər 14-15 yaş, 16-17 yaş qrupunun göstəricilərindən statistik dürüst qədər azalması qeyd edilmişdir, bu da, hiperandrogeniya sindromu olan qızlarda ümumi infantilizmin təzahürüdür (P<0,05).

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Коколина В.Ф. Детская и подрастковая гинекология // М., Медпрактика, 2012, 680 с.
2.Кузнецова И.В. Девочка-подросток как пациент. Эндокринная гинекология физиологического пубертата: оптимальный минимум коррекции // Информативный бюллетень. Редакция журнала StatusPraesens, 2014, 20 с.
3.Левенец С.А., Нечетова Т.А. Гиперпролактинемия у девушек-подростков с нарушениями менструальной функции и методы ее коррекции // Здоовье женщины, 2010, №4, с.127-128.
4.Наджи Л.А., Алиева Э.М. Особенности физического развития девочек с  физиологическим течением периода полового созревания // Azərbaycan təbabətin müasir nailiyyətləri.-2010.-№4.-səh 47-50.
5.Петеркова В.А., Семечева Т.В., Горелышев С.К. Преждевременное половое развитие. Клиника, диагностика, лечение: Пособие для врачей // М., 2013, 40 с.
6.Полтава Н.В. Эндокринные нарушения репродуктивного здоровья девочек-подростков и современные возможности их гормональной коррекции и профилактики // Автореф. дисс. … канд.мед.наук: 14.01.01, Бишкек, 2017, 25 с.
7.Ящук А.Г. Формирование репродуктивной системы девочек-подростков в современных условиях // Репродуктивное здоровье детей и подростков, 2012, №6, с.30-44.
8.Bauman D. Diagnostic methods in pediatric and adolescent gynecology // Endocrine development, 2012, vol.22, p.40-55.
9.Fruzzetti F., Campagna A.M., Perini D., Carmina E. Ovarian volume in normal and hyperandrogenic adolescent women //Fertil Steril., 2015, №104, p.196-199.
10.Georgopoulos N.A., Kandaraki E., Panidis D.Hyperandrogenism in PCOS // Fertil.Steril., 2009, №3, p.1-6.
11.Huang A., Brennan K., Azziz R. Prevalence of hyperandrogenemia in the polycystic ovary syndrome diagnised by the National Institute of Health 1990 criteria // Fertil Steril, 2009, №86, p.5458-5467.


Müəlliflər:
A.A. Talıblı

Digər jurnal və qəzetlər