DİŞLƏRİN BOYUN NAHİYYƏSİNDƏ LOKALLAŞMIŞ KARİYESİN MÜALİCƏSİNDƏ MÜXTƏLIF MÜALİCƏ TEXNİKALARININ TƏTBİQİ İMKANLARI
13-05-2019
Keywords: caries, classification, appliances restoration
Ключевые слова: кариес, классификация, реставрация, техника
Açar sözlər: кariyes, təsnifat restavrasiya, texnika
Dişlərdə kariyes prosesi müxtəlif aspektlərdən öyrənilir. Bu baximdan lokallaşmasına görə kariyesin öyrənilməsi kariyes boşluqların Blek təsnifatının əsasini təşkil edir və perspektivliyinə görə bütün dünyada qəbul edilir.Blek təsnifati dişin müxtəlif səthlərində karioz boşluqların lokallaşmasını təsnif etməklə bərabər, həm də onların preparasiyası və restavrasiyasını da müəyyən edir.Dişlərin boyun nahiyyəsində yerləşən karioz boşluqalarin müalicəsi həm dişlərin kökünə, həm də dişətinə münasibətdə daha çox maraq doğurur [2,6]. Kariyesin müalicəsinin əsasını dişlərin plomblanması yolu ilə anatomik və funksional bərpası təşkil edir ki, müasir dövrümüzdə bu sahədə müxtəlif restavrasiya materiallarından istifadə edilir. Klinik praktikada plombun dişin sərt toxumaları ilə mikromexaniki, kimyəvi rabitə yaratmaq qabiliyyətinə, dentinin səthini kip hermetikləşdirməsinə,plombun kənar örtülməsinə və plomblama prossesində polimerizə kiçilməsi kimi məsələlərə daha çox diqqət yetirilir [1,4,5,7,9]. Kompozitlərlə restavrasiyanın uğurlu olması həmçinin karioz boşluqların preparasiya və plomblanması prinsiplərinin gözlənilməsi ilə yanaşı plomblanma texnikasına düzgün riayət edilməsindən və adgeziv sistemlərin düzgün tətbiq edilməsindən də asılıdir [3,8].
Tədqiqatın məqsədi. Kariyesin müalicəsində baş verə biləcək ağırlaşmaların qarşısını almaq üçün optiaml müalicə üsulunun seçilməsini.
Tədqiqatin material və metodları. Qarşıya qoyulan məqsədə nail olmaq üçün 90 xəstənni müayinə və müalicəsi aparılmışdır.Kariyesin gedişini ağırlıq dərəcələrindən, yəni intensivliyindən asılı olaraq müayinə edilən xəstələrdən 3 qrup yaradılmışdir.Bütün qruplarda V sinif karioz boşluğu olan dişlərin kompozit materiallarla və müxtəlif texnnikalarla restevrasiyası həyata keçirilmişdir. Yungul və orta dərəcədə V sinf karioz boşluqu olan 30 xəstədən ibarət I qrupda adgeziv texnika ilə müalicə aparılmışdır. Orta və ağır dərəcədə V sinf karioz boşluğu olan 30 nəfərdən ibarət II qrupun xəstələrində sandvic texnika ilə restavrasiya aparılmışdır. Boyunətrafı kariyesin orta və agir dərəcəsi olan 30 nəfərlik III qrupun xəstələrində qatlarla (total) restavrasiya texnikası tətbiq olunmuşdur.Müayinə olunan qruplarda kariyesin agirliq dərəcələri A.İ.Nikolayev və Z.M.Tsepov tərəfindən 2005-ci ildə təklif edilmiş dişlərdə kariyesinin gedişinin agirliq dərəcəsi təsnifatına görə müəyyən olunmuşdur.KPC indeksi hər bir müayinə olunan xəstədə dişlərin kariyeslə zədələnmə intensivliyini göstərir.Təşkil edilmiş qruplar 2 il müddətində müşahidəmiz altinda olmuşlar.Hər 3 qrupda V sinf karioz boşluqlarin plomblanmasından 1 il və 2 il sonra müxtəlif texnikalarla aprılmış restavrasiyalarin keyfiyyəti müqayisəli şəkildə öyrənilmişdir.
Restavrasiya olunan dişlərin hamısı daimi dişləmə, plomblamada istifadə olunan kompozitlər eyni firmaya mənsub olmuşdur.Müşahidə müddətlərindən asılı olaraq plombun və plomblanmış dişlərin konturları, anatomik formaları, plombun kənar örtülməsinin pozulması, ikincli kariyesin və kariyesin residivinin rastgəlmə tezliyi, plombun defektləri və rənginin dəyişilməsi müalicə aparıldıqdan 1 il və 2il sonrakı müddətlərdə öyrənilmişdir. V sinif karioz boşluqların restavrasiyasından sonra plomblarda və plomblanmış dişlərdə yaranan keyfiyyət dəyişiklikləri G.Rygenin dişlərin restavrasiyasınin qiymətləndirilməsi üçün işləyib hazırladığı klinik testlərdən istifadə etmişik.Restavrasiyaların anatomiyasinda, formasında,kənarında,rəngində və residiv kariyesin əmələ gəlməsində baş verən dəyişiklikləri göstərmək üçün həriflərlə bildirilən kriterilərdən istifadə etmişik.Bu kriterilerdən istifadə edərək plombu 4 kateqoriya üzrə xarakterizə etmək olar:
R(romeo) plombun normal, üstün vəziyyəti
S(sierra) normaldan cuzi kənaraçixma, plombun qəbul edilən vəziyyəti
T(tango) prafilaktika məqsədi ilə plombun əvəzlənmasi
V(viktor) plombun dərhal əvəzlənməsi
Alinmiş ədədi verilənlər müasir tələbər nəzərə alinmaqla statistik metodlarla işlənmişdir.Qrup gostəriciləri ucun orta qiymətlər (M),onlarin standart xətasi (m) siralarin minimal (min) və maksimal (max) qiymətləri ,həmcinin qruplarda keyfiyyət gostəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir. Qeyd edək ki,tətqiqat işi zamani alinan nəticələrin stsistik işlənməsi Statistika 7.0 tətbiqi komputer proqrami ilə aparilmişdir.
Tədqiqatın nəticələriMüxtəlif müalicə texnikalarından istifadə etməklə mikrohibrid və nanokompozitlərlə plomblama aparıldiqdan sonra tədqiqatlarımızın nəticələri aşağıdakı kimi olmuşdur.Dişlərdə movcud olan V sinif karioz boşluqlar dişəti səviyyəsində və dişətindən 1-2 mm aşağıda olmuşdur. Adgeziv texnikanin tətbiq edildiyi 30 nəfərlik xəstələr qrupunda plomblar qoyulduqdan 1 il sonra baxilmış 29 xəstədən( 96,7%) 26 xəstədə plomblar normal vəziyyətdə olmuş, 2 xəstədə plomblar az dəyişikliyə uğramiş, bir xəstədə isə profilaktika məqsədi ilə əvəzlənmişdir (Cədvəl-1). Bu qrupda 2 il sonra 25 xəstəyə baxılmişdir.Onlardan 88.0%(22 nəfər) hallarda plomblar dəyişilməz, 8.0%(2 nəfər) hallarda cuzi dəyişikliyə uğramiş, 4.0%(1 nəfər) hallarda plomba əvəzlənmişdir. Sandvic texnikanin tətbiq edildiyi V sinif karioz boşluqlu 30 şəxsdən ibarət II qrupda 1 il sonra baxılmış 28 nəfərdən 89,3% hallarda plomblar toxunulmaz qalmiş, 7,1% hallarda plomblar az dəyişikliyə uğramış və 3,6% halda plomba çox zədələdiyinə görə əvəzlənmişdir.Bu qrupda 2 il sonra 25 xəstəyə baxilmişdır.Baxilmışlarin 84,0% -də plomba normal vəziyyətdə qalmış, 12,0% hallarda az dəyişilmiş və 4,0% halda çox dağıdıldığına görə əvəzlənmişdir. Total texnikanin istifadə edildiyi 30 nəfərdən ibarət III qrupda 1 il sonra baxilmış 28 xəstədən 23-də plomblar normal, yəni dəyişilməz qalmış, 3 dişdə plomba az dəyişikliyə uğramiş, 2 dişdə plomba zədələdiyinə görə əvəzlənmişdir.2 ildən sonra total texnika ilə aparılmış III qrupda müayinə olunmuş 25 xəstədən 20-sində plomblar normal halda qalmış, 3 xəstədə plomblar cuzi dəyişikliyə uğramiş və 2 xəstədə isə plomblar dagıldıgina görə əvəz olunmuşdur.
Sandvic texnikanin tətbiq olunduğu 30 xəstədən ibarət II qrupda müalicədən 1 il sonra baxilmiş 27 xəstədən (90,0%) 24-ündə (88,9%) plombun kənar örtülməsi pozulmamış, 2 xəstənin dişində kiçik yarıqşəkilli defekt əmələ gəlmiş, 1 xəstədə isə dərin yarıqşəkilli defekt əmələ gəldiyinə görə plombla əvəzlənmişdir.Qeyd olunan II qrupda müalicədən 2 il sonra isə baxılmış 25 xəstədən( 83,3%) 21-də (84,0%) plombun kənar örtülməsi pozulmamış, 2 xəstədə (8,0) plombun kənarında dayaz yarıqşəkilli defekt aşkarlanmiş və 1 xəstədə plombun kənarında dərin yarıqşəkilli defekt əmələgəldiyinə və plomb daha çox zədələndiyinə görə əvəzlənmiş, 1 xəstədə isə plomb laxladığına və sındığına görə əvəzlənmişdir.
Total texnikanın tətbiq olunduğu 30 xəstədən ibarət III qrupda plomblamadan 1 il sonra 27 xəstə (90,0%) müayinə olunmuşdur.Müayinə olunanların 22-də (81,5%) plomblarda zədələnmə olmamış, 3-də (11,1%) plombun kənarında kiçik ölçüdə yarıqşəkilli defekt aşkarlanmiş, 2 xəstədə isə dərin defektlər əmələ gəldiyinə və plombun əsası göründüyünə görə əvəzlənmə tələb olunmuşdur.Total texnikanın tətbiq olunduğu III qrupdda plomblanmadan 2 il sonra 25 xəstə müayinə olunmuşdur. Müayinə olunanların 20-də (84,0%) plombun kənar örtülməsi pozulmamış, 2-də (8,0%) yüngül yarıqşəkilli defekt yaranmiş,2 xəstədə isə plomb sındığına və dərin oyuqşəkilli defekt əmələ gəldiyinə görə əvəzlənmişdir. Sandvic texnikanın tətbiq olunduğu 30 nəfərdən ibarət II qrupda plomblama aparıldiqdan 1 il sonra baxılmış 28 xəstədən (93,3%) 27-də (96,4%) plombun rəngi ilə dişin rəngi arasında uyğunsuzluğ müşahidə edilməmişdir.Ancaq 1 xəstənin dişində plombun rəngi minanın rəngində fərqlənmişdir.Sandivic texnikanın istifadə olunduğu bu qrupda isə müalicədən 2 il sonra baxılmış 25 xəstədən (83,3%) 22-də (88,0%) rəng uygunsuzluğa qeyd olmamış
Cədvəl № 1.
Boyun ətrafı kariyesin restavrasiyası zamanı tətbiq edilən müalicə texnikalarının müqayisəli qiymətlədirilməsi.
Plombların keyfiyyət kriteriləri |
Qruplar
|
Plombların sayı |
Vəziyyətin kriteriləri |
2 il sonra baxılmış-lar |
Vəziyyətin kiteriləri |
||||||
Qoyulmuş plomb-lar |
1 il sonra baxılmışlar |
R |
S |
T |
R |
S |
T |
V |
|||
Anatomik forma |
I qrup Adgeziv texn. |
30 |
29 (96,7%) |
26 (89,7) |
2 (6,9%) |
1 (3,4%) |
25 (83,3%) |
22 (88,0%) |
2 (8,0%) |
1 (4,0%) |
- |
II qrup Sandvic texn. |
30 |
28 (93,3%) |
25 (89,3%) |
2 (7,1%) |
1 (3,6%) |
25 (83,3%) |
21 (84,0%) |
3 (12,0%) |
1 (4,0%) |
- |
|
III qrup total texnika |
30 |
28 (93,3%) |
23 (82,1%) |
3 (10,7%) |
2 (7,1%) |
25 (83,3%) |
20 (80,0%) |
2 (7,7%) |
2 (8,0%) |
- |
|
Kənar örtülmənin pozulması |
I qrup Adgeziv texn |
30 |
28 (93,3%) |
27 (96,4%) |
1 (3,6%) |
- |
26 (86,7%) |
23 (88,5%) |
2 (8,0%) |
1 (3,8%) |
- |
II qrup Sandvic texn |
30 |
27 (90,0%) |
24 (88,9%) |
2 (7,4%) |
1 (3,7%) |
25 (83,3%) |
21 (84,0%) |
2 (8,0%) |
1 (4,0%) |
1 (4,0%) |
|
III qrup Total texnika |
30 |
27 (90,0%) |
22 (81,5%) |
3 (11,1%) |
2 (7,4%) |
25 (83,3%) |
20 (80,0%) |
2 (7,7%) |
2 (8,0%) |
1 (4,0%) |
|
Rəng dəyişil-məsi |
I qrup Adgeziv texn |
30 |
28 (93,3%) |
27 (96,4%) |
1 (3,6%) |
- |
26 (86,7%) |
23 (88,5%) |
2 (8,0%) |
1 (3,8%) |
- |
II qrup Sandvic texn |
30 |
28 (93,3%) |
27 (96,4%) |
1 (3,6%) |
- |
25 (83,3%) |
22 (88,0%) |
3 (12,0%) |
1 (4,0%) |
- |
|
III qrup Total texnika |
30 |
26 (86,7%) |
23 (88,5%) |
2 (7,7%) |
1 (3,8%) |
25 (83,3%) |
20 (80,0%) |
1 (4,0%) |
2 (8,0%) |
- |
|
İkincili kariyes |
I qrup Adgeziv texn |
30 |
28 (93,3%) |
28 (100%) |
- |
- |
25 (83,3%) |
24 (96,0%) |
1 (4,2%) |
- |
- |
II qrup Sandvic texn |
30 |
28 (93,3%) |
28 (100%) |
- |
- |
24 (80,0%) |
23 (95,8%) |
1 4,2%) |
- |
- |
|
III qrup Total texnika |
30 |
26 (86,7%) |
25 (96,2%) |
1 (3,8%) |
- |
24 (80,0%) |
21 (87,5%) |
2 (8,3%) |
1
(4,2%) |
- |
və 1 xəstədə (4,0%) estetik qusur yarandiğına, yəni rəng uyğunsuzlugu çox nəzərə çarpdiğına görə plomba əvəzlənmişdir. Total texnikanın istifadə olunduğu 30 nəfərdən ibarət III qrupda ,V sinif karioz boşluqlarının plomblanmasından 1 il sonra 26 xəstə ( 86,7%)müayinə olunmuşdur.Müayinə olunanlardan 23 nəfər şəxsin (88,5%) dişlərində rəng uyğunsuzluğu müşahidə olunmamış,2 xəstənin (7,7%) dişlərində plombun rəngi minadan fərqlənmiş və 1 xəstədə plomb çox boyandığına görə əvəzlənmişdir. Sandivic texnikanın tətbiq edildiyi 30 nəfərlik II qrupda boyunətrafı karioz boşluqların restavrasiyasından 1 il sonra 28 nəfər (93,3%) xəstəyə baxılmişdır. Baxılmış xəstələrin heç birində I qrupda olduğu kimi ikincili kariyes əmələ gəlməmişdir. Müalicədən 2 il sonra II qrupda baxılmış 24 xəstədən (80,0) 23-də (95,8%) kariyes müşahidə olunmamış,yalnız 1 xəstədə ikincili kariyesə rast gəlinmişdir. Cədvəl-1-dən aydın görünür ki, total texnikanın tətbiq olunduğu 30 nəfərlik şəxslərdə V sinif karioz boşluqların plomblanmasından 1 il sonra baxılmış 26 xəstədən (86,7%) 25-də (96,2%) ikincili kariyes əmələ gəlmişdir.Ancaq 1 xəstədə minanın kənarında piqmentasiya şəklində dəyişiklik qeyd olunmuşdur.Bu qrupda müalicədən 2 il sonra baxılmış 24 xəstədən (80,0%) 21-də (87,5%) kənar kariyes əmələ gəlməmişdir. 2 xəstədə piqmentasiya,1 xəstədə isə dentini əhatə edən karioz dərinlik müşahidə olunmuşdur. Kariyesin mealicəsinin əsasını dişlərin plomblama yolu ilə anatomik və funksional bərpası təşkil edir ki,müasir dövrümüzdə bu sahədə müxtəliif müalicə üsulları-restavrasiyası texnikalarını tətbiq etməklə mikrohibrid və nanokompozitlərdən istifadə edilir.Tədqiqatımızın nəticələri göstərmişdir ki, Adgeziv texnikanın tətbiq olunduğu I qrupda müaşlicədən 1 il və 2 il sonra plombun formasında, rəngində baş verən dəyişikliklər,kənar örtülmənin pozulması və ikincili karyes kimi hallar II və III qrupla müqayisədə az olmuşdur. Bu texnika kompozitin polimerizə kiçilməsinin neqativ nəticələrini və ağırlaşmaların inkişaf riskini azaldır.Adgeziv texnikanın kariyesin gedişinin ağır dərəcəsində tətbiq etmək məqsədəuyğun deyil.Çünki,bu hallarda ağırlaşmaların inkişaf riski, xususi ilə residiv kariyes çox yüksək olur.
Sandivic texnikanın tətbiq olunduğu II qrupda müalicədən 1 il və 2 il sonra plombun formasında və rəngində yaranmıs dəyişikliklər və kənar örtülmənin pozulması və ikincili kariyes kimi hallar I qrupla müqayisədə çox (cədvələ bax) III qrupla müqayisədə az olmuşdur. Bu qrupda müalicə aparıldiqdan 2 il sonra müayinə olunmuş 25 xəstədə (83,3%) restavrasiyalar uğurlu olsada, 3-də (12,0%) plombun deformasiyası və rəng uyğunsuzluğu kimi ağırlaşmalar olmuşdur.Böyük sahədə dişin sərt toxumaları kənar olduğuna görə tacın sınıqları müşahidə edilşdur.
Total texnika ,yəni effektli adgeziv və müxtəlif kompozit materiallarla(üst-üstə qoyulmaqla) dişlərin tacının restavrasiya olunmasına baxmayaraq dişin toxumalarının xeyli hissəsi dağıldığına görə bu qrupun xəstələrində ağırlaşmaların inkişaf riski çox olmuşdur. Digər tərəfdən də müxtəlif kompozit materialların üst-üstə qoyularaq qatlarla restevrasiya olunmasına xeyli vaxt sərf olunmuşdur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Шуимилович Б.Р., Санеев А.В., Малыхина И.Е., Чертовских А.В. Морфологические особенности микроструктуры эмали и дентина при их препарировании ротационным инструментом (исследование in vitro) // Журнал анатомии и гистопатологии. – 2016. – Т. 5, № 1. – С. 69–75./
2.Alomari QD, Barrieshi-Nusair K, Ali M. Effect of C-factor and LED curing mode on microleakage of Class V resin composite restorations. Eur J Dent 2011;5(4):400–8/
3.Borges AL, Borges AB, Xavier TA, et al. Impact of quantity of resin, C-factor, and geometry on resin composite polymerization shrinkage stress in Class V restorations. Oper Dent 2014;39(2):144–51
4.Cai K, Delaviz Y, Banh M, et al., Biodegradation of composite resin with ester linkages: identifying human salivary enzyme activity with a potential role in the esterolytic process. Dent Mater. 2014;30(8):848-60.
5.Chen L, Liang K, Li J, et al. Regeneration of biomimetic hydroxyapatite on etched human enamel by anionic PAMAM template in vitro. Arch Oral Biol. 2013;58(8):975–80.
6.Grippo JO, Chaiyabutr Y, Kois JC. Effects of cyclic fatigue stress-biocorrosion on noncarious cervical lesions. J Esthet Restor Dent 2013;25(4):265–72.
7.Mirmohammadi H, Kleverlaan CJ, Aboushelib MN, Feilzer AJ. Influence of salivary enzymes and alkaline pH environment on fatigue behavior of resin composites. Am J Dent. 2011;24(1):31-6.
8.Opdam NJ, van de Sande FH, Bronkhorst E, et al. Longevity of posterior composite restorations: a systematic review and meta-analysis. J Dent Res. 2014;93(10):943-9.
9.John P, Ambooken M, Kuriakose A, Mathew JJ. The periorestorative interrelationship-expanding the horizons in esthetic dentistry. J Interdiscip Dentistry. 2015;5:46-53.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı