HƏRBİ QULLUQÇULARIN SUİSİDOLOJİ GÖSTƏRİCİLƏRİNƏ VƏ KLİNİK-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ ALLAHA İNANCIN OLMASININ TƏSİRİNİN TƏHLİLİ.

23-09-2019

İslama görə, insanın vücudu onun öz malı deyil, ona verilmiş bir əmanətdir. Özünə qəsd etmək, əmanətə xəyanət etmək mənasına gəlir. Buna görə, İslam dini yalnız intihar etməyə mənfi münasibət bəsləmir, bununla yanaşı, insanın hər hansi bir bədən üzvünün kəsilməsinə də icazə vermir. Qurani-Kərimin «Nisa» surəsinin 29-cu ayəsindəki “İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın” özünüzə qəsd etməyin” ifadəsi intiharın qəti bir surətdə haram olduğuna dəlildir [1,2]. Məhəmməd peyğəmbər (s) də hədislərində intiharın böyük günah olduğunu bildirmişdir: “Özünü boğaraq öldürən kimsə Cəhənnəm üçün boğmuşdur. Özünü vuran kimsə də Cəhənnəm üçün vurmuşdur”. Həmçinin başqa hədisdə buyurulur: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" [3].

Dünya – islam ənənəsində din insanı Allah ilə müəyyən xüsusi əlaqəsini və bu əlaqənin subyektiv təcrübəyə əsaslanan yanaşmasını, eləcə də, bu inamı hiss edən fərd üçün müstəsna aşkarlığı və həqiqiliyini əks etdirən əlaqəni ifadə edir. Din problemi ilə istənilən insan qarşılaşır və burada nəzərə almaq lazımdır ki, “Allaha inam” anlayışı, “inamın” özü yalnız insandan insana keçə bilər. Yəni, bu anlayış və onun qəbul edilməsi adətən ailədən irəli gəlir, eləcə də, azərbaycanlılar tərəfindən məscidlərin, Qafqaz Müsəlmanları idarəsinin, kütləvi informasiya vasitələrinin maarifləndirici işi, atalar sözləri, folklor, zərbi – məsələlər vasitəsilə fəal şəkildə yayılır. İslam dininin inanclarından biri bildirir ki, intihar etmə - ən ağır günahdır, onu bu dünyada bağışlamaq və ya ona göz yummaq mümkün deyil, çünki Qurani-Kərim hər bir günahı yalnız tövbə etdikdən sonra bağışlayır. Burada, intihar problemində intihar edən şəxs tərəfindən tövbə etməyin mümkünsüz olması ilə yanaşı qətl faktı (özünü öldürmək), dinsizlik və ya az inamlılıq, ruhdan düşmə, ümidsizlik kimi günahların birləşməsi problemi də yaranır. Beləliklə, bu günah Allahın xilasedici olmasını şübhə altında qoyur və insan özünü onun yerinə qoyaraq, özünün dünyada mövcudluğunu dayandırmaq haqqında qərar vermiş olur.

Məlumdur ki, intihar autoaqressiv (təcavüzkar) davranışın ən hədd təzahürüdür [1]. Eyni istiqamətə malik olan və yalnız xaricən, özünün nisbətən qəbul olunan sosial “trayektoriyası” baxımından o dərəcədə də mənfur görünməyən, ənənəvi ictimai – dini qanunlarla aşkar ziddiyyət təşkil etməyən bir sıra digər qeyri suisidal autoaqressiv fenomenlər mövcuddur [3,1,4]. Şübhəsiz ki, Allaha inam suisidoloqlar tərəfindən ənənəvi olaraq ifadə olunmuş provital qayda kimi nəzərdən keçirilir ki, o, adətən özü özlüyündə mümkün olan fakt kimi qəbul olunur [5,6].

Tərəfimizdən tədqiq olunan əsgər və zabitlər qrupunun (hərbi qulluqçuların) ciddi empirik – sübutedici bazasını birmənalı olaraq, bu sual altına gətirən hər hansı bir ciddi tədqiqatlar həyata keçirilməmişdir. Bu baxımdan iki məqam diqqəti cəlb edir. Birincisi, məhz bu qrupun həddindən artıq yüksək suisidal potensialı olmasıdır [4,7]. İkincisi isə, dinin xarici atributlarının mövcudluğu, xüsusən də, boyundan asılma quran, dualar taxmaq, məscid dinləmələrinə (dualar, yasin və s.) nadir hallarda da olsa, getmək. Bu kimi hallar tamamlanmış intihar cəhdlərinin araşdırılması zamanı tez–tez rast gəlinən məqamlardır [7].

Beləliklə, bu tədqiqatın məqsədi Allaha inamın hərbi xidmətdə olan əsgər və zabitlərin intihar etmə cəhdlərinə təsirinin müəyyən edilməsindən, dindar və inamsız əsgər və zabitlərin suisidal əhəmiyyət kəsb edən şəxsi psixoloji xarakteristikalarının fərqlərinin müəyyən edilməsindən, aşkar edilmiş xüsusiyyətlərin irsi spesifikasını müəyyənləşdirməkdən ibarət olmuşdur.

Material və metodlar:Qarşıya qoyulan suallara cavab almaq üçün 959 hərbi qulluqçu sorğu edilmişdir, onlardan “Allaha inanırsınızmı?” sualına müsbət cavab verən 847 nəfər (669 əsgər və 178 zabit), mənfi cavab verən isə 112 (63 əsgər və 49 zabit müvafiq olaraq) nəfər olmuşdur.

Tədqiqatın dizaynı üç müqayisə seriyası nəzərdə tutub. Bunun üçün bütün tədqiq olunan respondentlər şərti olaraq, altı qrupa bölünmüşdür. İlk iki qrupa rütbəsindən asılı olamayaraq, Allaha itaət edən bütün hərbiçilər və itaət etməyən hərbiçilər daxil edilmişdir. Yəni, qrup əmələ gətirən amil kimi yalnız Allaha inamın olması və ya olmaması götürülmüşdür. Bu seriya şərti olaraq dini inancların bu qrupa aid gənc insanlara qlobal təsirini dəyərləndirilib. Növbəti iki qrupu öyrənilən amilin əsgərlərin suisidal və antisuisidal “sistemlərinə” təsirini müəyyən etmək məqsədi ilə Allaha itaət edən və itaət etməyən əsgərlər (AİEdƏ və AİEtƏ müvafiq olaraq) təşkil etmişlər.

Qalan iki qrupa həmçinin, respondentlərin autoaqressiv (autotəcavüzkar) potensialını öyrənmək üçün Allaha itaət edən və itaət etməyən zabitlər (AİEdZ və AİEtZ) daxil edilmişdir. 

Birinci iki qrupda yaş həddi Allaha itaət edən respondentlərdə 21,17 ± 0,09 və Allaha itaət etməyən respondentlərdə 20,38 ± 0,17 yaş təşkil etmişdir. Müqayisənin ikinci seriyasında AİEdƏ üçün 20,92±0,40 yaş və AİEtƏ üçün 20,71±0,18 yaş təşkil etmişdir; üçüncü seriya ilə müqayisədə isə AİEdZ üçün yaş həddi 21,61±0,14, AİEtZ üçün isə 21,27±0,20 yaş təşkil etmişdir. Tədqiq olunan respondentlər əsas sosial–demoqrafik göstəricilərə görə uyğun gəlirdilər, qruplarda yeganə əhəmiyyətli fərq Allaha inamın olması və ya olmaması idi. 

Diaqnostika vasitəsi qismində keçmişdə və hal-hazırda autoaqressiv patternlərin və onların prediktorlarının aşkar edilməsi üçün sorğu kitabçası istifadə olunub [1].

Şəxsi psixoloji profil göstəricilərinin qiymətləndirilməsi üçün Plutçek–Kellerman–Konte-nin əsas psixoloji müdafiə mexanizmləri testi (LSI), Mini–Mult Testi (qısaldılmış variant ММРI), eləcə də, əsəbin yaşanma spesifikasının diaqnostikası üçün sorğu kitabçası State Anger İnventory–STAXI və “Göstərişlər şkalası” sorğu – testi istifadə olunmuşdur [4, 8].

Məlumatların işlənməsi və onların statistik analizi Мicrosoft Excell 2010 və STATİSTİKA 7.0 kompyuter proqramları bazasında həyata keçirilmişdir. Öyrənilən qruplar arasında fərqlərin düzgünlüyünün müəyyən olunması üzrə statistik metodların tətbiqi həmçinin, paylaşma xarakteri və tətqiq olunan kəmiyyətlərin növü ilə müəyyən olunub. Əlamətlərin normal paylaşdığı halda Styudentin t–meyarı tətbiq olunub. Digər hallarda qeyri parametrik statistik metodlar tətbiq olunub (χ2 metodu və eləcə də Yets düzəlişi olmaqla χ2 metodu istifadə olunub). İki qrupun tətqiq olunan əlaməti üzrə dürüstlüyü haqqında sıfır hipotezası р<0,05 əhəmiyyət səviyyəsi olmuşdur. Seçmə deskriptiv statistikalar М±m şəklində təqdim olunmuşdur.

 

Cədvəl  № 1.

İnancsız respondentlərdə inanclı respondentlərlə müqayisədə suisidal patternlər baxımından statistik əhəmiyyət kəsb edən əsas fərqləri.

 

Əlamət

Allaha itaət

edən respondentlər

(n = 847)

Allaha itaət etməyən respondentlər

 (n = 112)

Р

göstəricisi

Son iki il ərzində intihar fikirləri

12%

20%

0,0335

Anamnezində intihar fikirlərin mövcud olması

22%

30%

0,047

 

Nəticələr və onların müzakirə olunması:Suisidal və qeyri-suisidal autioaqressiv patternlər, eləcə də, onların prediktorları baxımından keçmişdə və müasir zamanda mövcud olan əsas statistik əhəmiyyətli fərqlər aşağıdakı cədvəllərdə verilmişdir.

İnancsız respondentlərdə və inanclı respondentlərdə davranışın nəzərdə keçirilən suisidal patternləri baxımından təcrid olunmuş fərqləri nəzərdən keçirək.

Cədvəl №1– də verilmiş məlumatlardan görünür ki, Allaha inamın olması inanclı respondentləri davranışının keçmişdə və müasir zamanda “suisidal fikirlərin mövcudluğu” kimi klassik autoaqressiv patternlərindən “qoruyur” ki, bunu da Dünya – islam dinində intiharın günah kimi qəbul olunması ilə izah etmək olar: “ağacdan asılmış hər kəs Allah tərəfindən lənətlənmişdir”.

Davranışın digər autoaqressiv patternlərinə görə inancsiz respondentlər və inanclı respondentlər qruplarında statistik əhəmiyyət kəsb edən fərqlər aşkar olunmadı. Buna baxmayaraq, “son iki ildə intihar cəhdi”, “son iki ildən əvvəl intihar cəhdi” və “anamnezində ümumilikdə intihar cəhdi” kimi göstərici üzrə Allaha itaət edən respondentlər qrupu Allaha itaət etməyən respondentlər qrupu ilə müqayisədə daha uğurlu oldu (müvafiq olaraq 0% və 9%, 3% və 11%, 30% və 15%). Bu halda əldə olunmuş göstəricilərin ümumi məcmusunu klassik suisidal patternlər baxımından nəzərdən keçirdikdə, belə bir nəticəyə gəlmək olar ki, Allaha inamın olmadığı zaman intihar fikirləri daha yüksək “yoluxuculuğa” malikdir. Lakin, bu yaş qrupunda öz həyatına intihar yolu ilə son qoymuş şəxslər arasında Allaha itaət edənlərin və inanmayanların sayı haqqında dəqiq məlumatlar mövcud deyil.

Allaha itaət edən və Allaha itaət etməyən respondetlər qruplarında nəzərdən keçirilən patternlər və əlamətlər baxımından təcrid olunmuş fərqləri nəzərdən keçirək.

        Təqdim olunmuş cədvəl №2-də Allaha inamın klassik autoaqressiv patternlərə təsiri daha gözə çarpandır. Belə ki, AİEtZ qrupu son iki ildə intihar cəhdinin mövcudluğuna görə AİEdZ–dən demək olar ki, dörd dəfə fərqlidir, digər əlamətlərə görə isə - üç dəfədən artıqdır.

Allaha itaət edən əsgərlər və itaət etməyən əsgərlərə gəldikdə isə, burada qruplar arasında davranışın suisidal patternlərinin statistik əhəmiyyətli fərqləri müəyyən olunmamışdır. AİEdƏ qrupunda “son iki ildə intihar cəhdi”, “son iki ildən əvvəl intihar cəhdi” və “anamnezində ümumilikdə intihar cəhdi” kimi göstərici üzrə müvafiq olaraq aşağıda göstərilən məlumatlar əldə olunmuşdur: 4%, 7% və 8%; bu zaman AİEtƏ qrupunda isə, göstəricilər aşağıdakı şəkildə paylaşmışdır: müvafiq olaraq 2%, 5% və 6%.

“Son iki ilə intihar cəhdi”, “son iki ildən əvvəl intihar cəhdi” və “anamnezində ümumilikdə intihar cəhdi” kimi parametrlər üzrə AİEdƏ və AİEtƏ qruplarında aşağıda qeyd olunan göstəricilər əldə olunmuşdur: 14% və 17%, 20% və 25%, 23% və 33% (müvafiq olaraq). Bu rəqəmlər göstərir ki, AİEdƏ və AİEtƏ qrupları respondent əsgərlərin sayını nəzərə alaraq, davranışın klassik autoaqressiv patternləri haqqında göstəricilər üzrə demək olar ki, fərqlər mövcud deyil. Lakin, zabitlərin qrupunda aşkar olunmuş tendensiyaya, analoji tendensiya aydın şəkildə burada da müəyyən olunur. Maraqlıdır ki, Allaha itaət etməyən respondentlər qrupunda davranışın klassik autoaqressiv patternləri üzrə əsas antivital potensiala məhz Allaha itaət etməyən zabitlər qrupu malikdir. Əsgərlərin qrupunda intihara daha az meylliliyi, cəmiyyətdə müəyyən olunmuş evin gələcək “kişisi”, ata, ocağın qoruyucusu kimi rolu ilə izah etmək olar [9, 8].

Cədvəl  № 2.

Allaha itaət etməyən zabitlərdə Allaha itaət edən zabitlərlə müqayisədə davranışın suisidal patternləri baxımından  statistik əhəmiyyət kəsb edən əsas fərqləri

 

Əlamət

AİEdZ

 (n = 178)

AİEtZ

(n = 49)

р

göstəricisi

Son iki ildə intihar cəhdi

3%

11%

0,0142

Anamnezdə intihar cəhdi

5%

14%

0,0257

Son iki ildə intihar fikirlərin mövcud olması

7%

22%

0,0023

 

Allaha itaət edən və Allaha itaət etməyən respondentlər qruplarında davranışın öyrənilən autoaqressiv prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqləri nəzərdən keçirək.

Allaha itaət etməyən respondentlərdə ölüm qorxusunun olmaması, eləcə də, uşaqlıqda qaranlıqdan qorxma hissi (ölüm qorxusunun ekvivalenti) autoaqressiv davranışın təklik hissi, həyatın mənası haqqında dəqiq müəyyən olunmş fikrin mövcud olmaması kimi əlamətləri ilə uyğunlaşır ki, bu da qrupu “autoaqressiv” impulsların həyata keçməsi baxımından qrupu daha həssas edir. Bütün bunlar cədvəl №3–da əks olunmuş məlumatlarda öz davamını tapır.

Adətən, Allaha itaət edən respondentlər uzunmüddətli tənhalıq hissini yaşamırlar: “Allah səninlədirsə, sən tək deyilsən”. Bunun izahını ali qüvvələrin daimi iştirakında asanlıqla tapmaq olar – bu, öz növbəsində islamın dua taxmaq ənənəsində əks olunur ki, bu da inamın fərqləndirici nişanı kimi deyil, həmçinin, daha çox Allahın daim yanında olduğunun xatırlanması əlaməti kimi çıxış edir. Həmçinin, Allaha itaət edən respondentlərdə uzunmüddətli səbrin ər və ya gec mükafatlandırılacağına inamı böyükdür. Bu hissi də geniş yayılmış cümlə ilə izah etmək olar: “Allah səbrlidir və bizə səbr etməyi buyurub”.

Uşaqlıqda ölümdən və ya qaranlıqdan qorxma hisslərinin yüksək göstəriciləri İsa peyğənbər tərəfindən ölümündən əvvəl yaşadığı iztirablarla izah olunur ki, bunu Allaha itaət edən hər bir kəs bilir və unutmur. Eləcə də, bu qorxu hisslərinin yüksək göstəriciləri ölümdən sonra nəyin baş verəcəyi haqqında düşüncələrlə izah olunur [9]. Dünya – islam dini ənənəsində ölümdən sonra yalnız vücud öz dünyavi mövcudluğunu başa çatdırmış olur, ruh isə axirət dünyasında daha da ağır və qorxunc görünən səyahət qarşısında durur. Ali Hakim tərəfindən haraya – cənnətə və ya cəhənnəmə göndəriləcəyi barədə qərarın verilməsinə qədər ruhun yaşadığı əzablar dini ədəbiyyatda “qorxunc” və “dəhşətli” yaşantılar kimi şərh olunur.

Aşağıda Allaha itaət edən və Allaha itaət etməyən zabitlər qruplarında öyrənilən autoaqressiya prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqlərin əks olunduğu cədvəli nəzərdən keçirək. Cədvəl №4–də tərəfimdən cədvəl №3–də əks etdirilmiş oxşar hallar qeyd olunmuşdur.

Ayrıca olaraq qeyd edək ki, Allaha itaət etməyən zabitlər qrupunda nəsildə uzunömürlü insanların sayı daha azdır. Qrupda qısa ömürlülüyün müəyyən senari əsasında baş verdiyini təxmin etmək olar [4,10]. Ruhun xilas olacağına inanan zabitlərin aşağı faizi bu qrupun respondentlərinin hazırkı həyata, “burada və hazırda” baş verən həyata daha çox potensial konsentrasiyasını nümayiş etdirir ki, bu da aktual stresin səviyyəsinin artmasına və nəticə olaraq, bu stresi müxtəlif aradan qaldırma cəhdlərinin artmasına gətirib çıxara bilər [4].

Cədvəl  № 3.

Allaha itaət etməyən respondentlərdə Allaha itaət edən respondentlərlə müqayisədə autoaqressiya prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqləri

 

 

Əlamət

Allaha itaət edən respondentlər

(n = 847)

Allaha itaət etməyən respondentlər

 (n = 112)

 Р

göstəricisi

Uşaqlıqda qaranlıqdan qorxmaq hissinin mövcud olması

48%

37%

0,0212

Ölümdən qorxu hissinin mövcud olması

58%

37%

0,0326

Son illər ərzində tənhalıq hissinin mövcud olması

31%

41%

0,0352

Ümumilikdə həyat boyunca tənhalıq hissinin mövcud olması

37%

49%

0,0129

Günahkarların cəhənnəmə düşəcəyinə inam hissi

68%

9%

0,0001

Həyat mənasının mövcud olması

58%

46%

0,018

“Ruhun xilas olunmasına” inam hissi

60%

30%

0,0001

Uzun müddətli səbr etmənin nəticəsində mükafatlandırılacağına inam hissi

 

71%

 

57%

 

0,002

 


Cədvəl  № 4.

Allaha itaət etməyən zabitlərdə Allaha itaət edən zabitlərlə müqayisədə autoaqressiya  prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqlər

 

Əlamət

AİEdZ

(n =178)

AİEtZ

(n = 49)

Р

göstəricisi

Uşaqlıqda qaranlıqdan qorxmaq hissinin mövcud olması

37%

18%

0,0164

Son iki ildə tənhalıq hissinin mövcud olması

26%

43%

0,0208

Nəsildə uzunömürlü insanların olması

69%

33%

0,004

Günahkarların cəhənnəmə düşəcəyinə inam hissi

64%

10%

0,0000

“Ruhun xilas olunmasına” inam hissi

63%

35%

0,0003

Əxlaq normalarını pozma bacarığı

3%

55%

0,0404

Ananın alkoqoldan asılılığı

0%

8%

0,0001

 

Allaha itaət etməyən zaitlər qrupunda əxlaqı pozmağı bacaran insanların faizi Allaha itaət edən əsgərlər qrupunda olduğundan 18 dəfədən yüksəkdir  (müvafiq olaraq, 55% və 3%).

Əksər hallarda, islam qanunlarına əsaslanan ümumi qəbul olunmuş əxlaq normalarını pozan istənilən hərəkət ya Allah, məscid və cəmiyyət tərəfindən mühakimə olunur və qəbul olunmur, ya da ki, özündə insanın həyat və sağlamlığı üçün təhlükəli nəticələrə səbəb olur. Allaha itaət etməyən və Allaha itaət edən zabitlər qrupları arasında daha bir maraqlı fərq – alkoqollu asılılığından əziyyət çəkən ananın vəfat etmə faktının mövcud olmasıdır (müvafiq olaraq 8% və 0%). Bu fərq insanın, xüsusən də, kişi cinsinə aid insanların antivital senarisinin öyrənilməsi üçün mühüm göstəricidir, çünki transakt analizi nəzəriyyəsi çərçivəsində bir müşahidə mövcuddur ki, “senari” uşağa əks cinsin nümayəndəsi olan valideyn tərəfindən ötürülür və bu halda alkoqol asılılığından əziyyət çəkən ana uşağa onun həyatını məhv edən senarini ötürə bilər [10].

Cədvəl  № 5.

Allaha itaət etməyən əsgərlərdə Allaha itaət edən əsgərlərlə müqayisədə autoaqressiya prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqlər.

 

Əlamət

AİEdƏ

(n = 669)

AİEtƏ

(n = 63)

Р göstəricisi

Hər hansı bir qohumu psixiki xəstəlikdən əziyyət çəkmişdir

 

6 %

 

13 %

 

0,0336

Tənhalıq hissi

39 %

54 %

0,0182

Günahkarların cəhənnəmə düşəcəyinə inam hissi

70 %

8 %

0,0001

Ölümün hələ uzaqda olduğuna inam hissi

57 %

71 %

0,0307

Həyatın mənasının olması

57 %

40 %

0,0084

“Ruhun xilas olunmasına” inam hissi

59 %

27 %

0,0001

Əxlaq normalarını pozma bacarığı

26 %

46 %

0,0005

Uzun müddətli səbr etmənin nəticəsində mükafatlandırılacağına inam hissi

71 %

52 %

0,0024

 

Aşağıdakı cədvəl №5-də Allaha itaət etməyən əsgərlərdə Allaha itaət edən əsgərlərlə müqayisədə autoaqressiya prediktorları baxımından əsas statistik əhəmiyyətli fərqlər əks olunmuşdur.

Əsgər qrupunda analoji göstəricilər üzrə fərqlərdən danışarkən, qeyd edək ki, AİEtƏ üçün daha çox tənhalıq hissinin mövcud olması səciyyəvidir (çox guman ki, irsiyyət baxımından izah olunan fərq – tətqiq olunan yaşda partnyora malik olmaq istəyinin nəticəsi kimi yaranmış olur). Bu qrup məntiqi olaraq, ruhun xilas olunacağına inam hissinin olmaması xarakterizə edir ki, bu da artıq yuxarıda təhlil edilmişdir. Həmçinin, bu qrupda hər hansı qohumunun psixi xəstəlikdən əziyyət çəkdiyi əsgərlərin faizi yüksəkdir (bu halda söhbət məhz psixiatrik patologiyadan gedir).

Bir qədər gözlənilməz, lakin, həddindən artıq maraqlı fakt odur ki, Allaha itaət etməyən əsgərlərin 71%-i hesab edir ki, onların ölmək vaxtı hələ çox uzaqdadır, lakin, bu zaman onlardan yalnız 40% əsgərlər həyatın mənasının mövcud olmasına əmindirlər.

Çox guman ki, müəyyən dərəcədə bu, islami qayda ilə əlaqəlidir ki, Allah fərdi həyatın davamiyyət müddətini müəyyən edir, insan yalnız “Allah tərəfindən çağırıldığı” zaman vəfat edir. Maraqlı faktdır ki, Allaha itaət etməyən əsgərlərin qrupunda aşkar şəkildə əxlaq normalarını pozmağı bacaran əsgərlər üstünlük təşkil etməsinə baxmayaraq, Allaha itaət edən əsgərlər arasında bu tip əsgərlər analoji zabit qrupunda olduğundan daha çoxdur. 

Lakin, ümumilikdə qeyd edək ki, suisidoloji cəhətdən əhəmiyyət kəsb edən bir sıra prediktorlar baxımından nəzərdən keçirilmiş bütün yaş qrupları daha da əlverişlidir. Bu yaş və irsiyyət qruplarında Allaha inamsızlıq faktı onların daha yüksək autoaqressiv potensialını konstatasiya etmək imkanını verən bir sıra fenomenlər ilə sıx şəkildə assosiasiya olunur.

Allaha itaət edən və Allaha itaət etməyən respondentlər qruplarında öyrənilən patternlər baxımından təcrid olunmuş fərqləri nəzərdən keçirək.

Statistik əhəmiyyət kəsb edən qeyri suisidal autoaqressiv patternlər sırasında Allaha itaət etməyən respondentlər qrupunda anamnezində (üçdə bir hissəsində iki ildən artıq) sınıqları və ya cərrahi müdaxilələri olan gənclərin yüksək faizi diqqəti cəlb edir.

Cədvəl  № 6.

Allaha itaət etməyən respondentlərdə  Allaha itaət edən respondentlərlə müqayisədə qeyri suisidal autoaqressiv patternlər baxımından statistik əhəmiyyət kəsb edən fərqləri.

 

Əlamət

Allaha itaət edən respondentlər

(n = 847)

Allaha itaət etməyən respondentlər

 (n = 112)

 

Р

göstəricisi

Anamnezində sınığın mövcud olması

20 %

33 %

0,0156

Cərrahi müdaxilələrin mövcud olması

20 %

30 %

0,0149

Alkoqollu içkilərdən çox istifadə etmə

6 %

16 %

0,026

Siqaret çəkmək

22 %

36 %

0,002

Son iki ildə daha çox siqaret çəkməyə başlayıb

15 %

25 %

0,0061

Həyat üçün təhlükəli xobbinin olması

8 %

14 %

0,0241

Fiziki və ya seksual zorakılığa məruz qalmışdır

5 %

10 %

0,0287

Qardaşlaşma

11%

17 %

0,047

Son iki ildə narkotik maddə qəbulu

8 %

16 %

0,0084

Ümumilikdə həyat boyunca narkotik maddə qəbulu

12 %

19 %

0,0375

Subyektiv heteroaqressivlik

18 %

28 %

0,0152

САGЕ (birinci suala müsbət cavab)

12 %

23 %

0,0007

САGЕ (ikinci suala müsbət cavab)

7 %

17 %

0,0003

САGЕ (dördüncü suala müsbət cavab)

2 %

5 %

0,0149

Cədvəl  № 7.

Allaha itaət etməyən zabitlərdə Allaha itaət edənzabitlərlə müqayisədə qeyri suisidal autoaqressiv patternlər baxımından statistik əhəmiyyət kəsb edən fərqlər.

Əlamət

AİEdZ

(n =178)

AİEtZ

(n = 49)

Р

göstəricisi

Bədbəxt hadisələrin mövcudluğu

13 %

27%

0,0209

Qardaşlaşma

11 %

24%

0,0182

Son iki ildə narkotik maddə qəbulu

8 %

16%

0,0084

САGЕ (birinci suala müsbət cavab)

17 %

37%

0,0036

САGЕ (ikinci suala müsbət cavab)

10 %

24%

0,0055

САGЕ (dördüncü suala müsbət cavab)

3 %

10%

0,0491

 

Onlar alkoqollu içkiləri və narkotik vasitələrini daha sıx şəkildə istifadə edir, daha çox siqaret çəkirdilər (adətən çəkilən siqaretlərin sayının artması tendensiyası ilə). Bundan əlavə, onlar adətən, həyat üçün təhlükəli olan xobbilərə malik olurdular, fiziki və ya seksual zorakılığın qurbanları olublar (“Tanrının səbrini tükədərək”), daha yüksək təcavüzkarlıq səviyyəsinə malik idilər ki, bu da, adətən cavab təcavüzkarığına səbəb olurdu. Bu məşhur atalar sözündə də əks olunub: “Allah qoruyana zaval yoxdur”.

Həmçinin, САGЕ testinin suallarına respondentlərin fikrincə, diqqətə layiq olan cavablarını da qeyd edək. Allaha itaət etməyən respondentlərin 23% САGЕ testinin birinci sualına müsbət cavab vermişlər (“Sizə nə vaxtsa deyiblərmi ki, daha az içməlisiniz və ya içkiyə son qoymalısınız?”), bu da, Allaha itaət edən respondentlər qrupunda olduğundan demək olar ki, iki dəfə çoxdur. САGЕ testinin ikinci və dördüncü sualına müsbət cavab vermiş zabitlərin də sayı iki dəfədən artıqdır (“Digər şəxs tərəfindən həddindən artıq spirtli içkilər qəbul etdiyinizə görə tənqid olunduğunuz zaman əsəb hissini keçirmisinizmi?” və “Əhvalınızı yaxşılaşdırmaq üçün nə vaxtsa səhərlər alkoqollu içki qəbul etmisinizmi?”). Təəssüf hissi ilə qeyd etməliyik ki, Allaha itaət etməyən respondentlərin qrupunda alkoqol asılılığının yaranma və mövcud olma riski daha yüksəkdir. Xatırladaq ki, bir sıra müəlliflərin fikrinə görə bu xəstəlik özünün mahiyyətinə görə autoaqressivdir [4,11].

Bir sıra müəlliflər qeyd edirdilər ki, məhz alkoqollu içkilərin və narkotiklərin istifadəsi ekzistensional böhranlı vəziyyətlərdə sakitləşmənin surroqat üsulu kimi çıxış edə bilər [4,11,12].

Beləliklə, Allaha itaət etməyən qrupda qeyri suisidal autoaqressiv qütb əsasən özünü məhv etmənin somatik istiqaməti ilə, addiktiv pozuntuların mövcudluğu ilə, eləcə də, antivital impulsların həyata keçirilməsinin müxtəlif riskli yolları ilə ifadə olunur.

Allaha itaət edən və Allaha itaət etməyən zabitlər qruplarında öyrənilən patternlər baxımından təcrid olunmuş fərqləri nəzərdən keçirək.

AİEdZ və AİEtZ qruplarında statistik əhəmiyyət kəsb edən fərqlər yalnız üç qeyri suisidal autoaqressiv davranış patterni üzrə aşkar edilir ki, onların göstəriciləri iki və daha artıq dəfə fərqlidir ki, bu da, çox guman ki, autoaqressiv impulsların həyata keçirilməsinin irsi növünü əks etdirir [7].

САGЕ testi nəticəsində AİEtZ qrupunda ümumilikdə, Allaha itaət etməyən respondentlər qrupunda mövcud olan oxşar mənzərə yaranır. Lakin, zabitlərdə özünü alkoqollu içkiləri sui istifadə edən insan kimi subyektiv qiymətləndirmə mövcud deyil – ümumilikdə yüksək olmayan rəqəmlərin mövcud olmadığı halda (təxminən 7-10%) qruplar arasında fərq yoxdur.

Bu da qoruyucu reaksiyanın formalaşması planında diqqətsiz qala bilməz – tənqidin aradan qaldırılması və alkoqolun qəbulunun nəticələrini yox etmək formasındadır. Bu, özünü həddindən artıq içki qəbul edən insan kimi subyektiv qiymətləndirmə ilə və alkoqol asılılığının test qiymətləndirməsinin nəticələri ilə təsdiq olunur [4].

Əsgərlər arasında analoji fərqlərin öyrənilməsi zamanı aşağıda göstərilən nəticələr əldə olunmuşdur (cədvəl №8).

Cədvəl  № 8.

Allaha itaət etməyən əsgərlərdə  Allaha itaət edənəsgərlərləmüqayisədə qeyri suisidal autoaqressiv patternlər baxımından statistik əhəmiyyət kəsb edən fərqlər.

 

Əlamət

AİQ

(n =669)

AİMQ

(n =63)

Р göstəricisi

Cərrahi müdaxilənin mövcudluğu

19 %

32 %

0,0156

Daha çox siqaret çəkməyə başlayıb

12 %

22 %

0,0199

Son iki ildə heteroaqressiyaya meyllilik

18 %

29 %

0,0425

Sınıqların sayı

0,19 ± 0,02

0,35 ± 0,17

0,0467

 

Cədvəl №8–də əks olunmuş məlumatlardan göründüyü kimi, Allaha itaət edən əsgərlərin qrupu şəxsi autoaqressivliyin operativ patologiyanın mövcudluğu, təcavüzkar siqaret çəkmək, heteroaqressivlik kimi yollarının həyata keçirilməsi baxımından Allaha itaət etməyən əsgərlərin qrupundan daha uğurludur, bu da məntiqi olaraq, əxlaq normalarının pozulması imkanı ilə korrelyasiya edir. Həmçinin, onlarda sınıqların sayı 1,5 dəfədən artıqdır.

Qruplarda respondentlərin şəxsi–psixoloji xarakteristikalarının analizinə keçid alaq (cədvəl №9).

Allaha itaət etməyən respondentlərin qrupunda “Yaxın olma” kimi senari göstərişi baxımından göstəricilər daha yüksəkdir [8,10], - bu cür senari göstərişi olan insanlar fiziki və ya emosional yaxınlığa qadağa almış olurlar ki, bu da, qapalılığa və tənhalığa səbəb ola bilər. “Sağlam olma” – bu cür göstəriş almış uşaq düşünə bilər ki, diqqəti cəlb etmək üçün o, xəstə olmalıdır, yəni, xəstələnməlidir. “Normal olma” – bu halda bu cür göstərişi almış ağılsız olaraq, kütlədən seçilə biləcəyini düşünə bilər.

 «Məxsus olma», -  öz “senari profilində” bu cür göstərişə malik olan insanlar özlərini cəmiyyətdə yad hiss edirlər. Dinə münasibət baxımından əldə olunmuş məlumatlar Allaha “məxsus olma” kimi izah oluna bilər. 

Allaha itaət edən respondentlərə gəldikdə isə, onların arasında psixoloji müdafiənin “İnkar etmə” kimi mexanizmi (PMM) geniş yayılmışdır. Onun mahiyyəti ondan ibarətdir ki, bu mexanizmi istifadə edən şəxs qəbul edə bilmədiyi hadisəni və ya informasiyanı inkar edir; bu zaman inkar edilən fakt mövcud olan və ya müəyyən mənaya malik olan fakt kimi qəbul edilmir.

Allaha itaət edən  insanlar üçün bu cür müdafiə mexanizminin qəbulolunmaz hissləri, emosiyaları, fikirləri, Allahın mövcudluğuna olan şübhələri aradan qaldırmaq imkanını verir [9]. “İnkar etmə” obyektin çatışmazlıqlarına fikir vermədən onu ideallaşdırmaq imkanını verir. Bu mexanizm reallıqdan qorumur - əlverişsiz emosiyaları, fikirləri, hissləri, hərəkətləri inkar etmək olar, lakin, bu zaman, onlar ləğv olmur, aktuallıqlarını itirmir, beləliklə də, onlara görə məsuliyyəti Yaradanın çiyinlərinə yıxmaq olar.

 

Cədvəl  № 9.

Allaha itaət etməyən respondentlərdə şəxsi – psixoloji xarakteristikalar baxımından Allaha itaət edən respondentlərlə müqayisədə statistik əhəmiyyət kəsb edən fərqlər.

 

Əlamət

Allaha itaət edən respondentlər

(n = 847)

Allaha itaət etməyən respondentlər

 (n = 112)

 

 Р

göstəricisi

 «Yaxın olma» göstərişi

16,75 ±0,24

18,49 ±0,74

0,027537

 «Sağlam olma» göstərişi

13,38 ±0,22

14,83 ±0,67

0,046212

 «Məxsus olma» göstərişi

12,91 ±0,23

15,66 ±0,79

0,000167

 «Normal olma» göstərişi

13,52 ±0,20

14,91 ±0,62

0,036293

PMM İnkar etmə

5,73 ±0,09

4,89 ±0,27

0,001457

PMМ  Çıxarma

3,25 ±0,07

4,25 ±0,22

0,000004

PMМ Əvəz etmə

3,72 ±0,09

4,50 ±0,28

0,004478

PMМ Əqliləşdirmə

5,31 ±0,07

6,03 ±0,21

0,001601

ТRАТЕ-АNGER/Т (təcavüz temperament kimi)

4,91 ±0,06

5,31 ±0,18

0,043174

АX/İN (autoaqressiya)

13,59 ±0,14

14,64 ±0,39

0,029095

 

Allaha itaət etməyən respondentlərin sevimli mexanizmləri “çıxarma”, “əvəz etmə”, “əqliləşdirmədir”.

“Çıxarma” zamanı əlverişsiz informasiya, emosiyalar, fikirlər, hisslər, hadisələr şüursuz olaraq öz mövcudluğunu davam edir, lakin, insanın davranışına təsirini dayandırmır [6].

“Əvəz etmə” mexanizminin tətbiq olunmasını Allaha itaət etməyən respondentlərin antivital profili mövqeyindən izah etmək olar ki, onlar arasında qeyri suisidal autoaqressiv patternlərin müxtəlif formaları kifayət qədərdir və onlarla intiharı əvəz etmək olar. “Əqliləşdirmə” emosiyaların tam gücünü və mənasını dolğun şəkildə dəyərləndirmək imkanını vermir və onları abstrakt səviyyəyə keçirir. Bu cür müdafiə mexanizminin “Məxsus olma”, “Yaxın olma” kimi senari göstərişləri ilə kombinasiyası uzunmüddət yaşanan tənhalıq hissini yaradır və ya bu cür hiss şəxsiyyətlərarası qarşılıqlı əlaqədə artıq mövcud olduqda onu daha da kəskinləşdirir. Bu isə öz növbəsində, intihar fikirləri yarada bilər ki, onları bir və ya bir neçə qeyri suisidal autoaqressiv patternlərlə əvəz etmək əlverişlidir [4,13].

Allaha itaət etməyən gənclər həmçinin, TRATE-ANGERT/Т (təcavüz temperament kimi) и АХ/IN (autoaqressiya) test göstəricilərinin daha yüksək göstəriciləri fərqləndirir ki, bu da tərəfimizdən qrupun suisidoloji profilində aşkar edilmiş fərqləri hormonik tamamlayır.

Birinci halda bu, insanın ətraf mühitlə əlaqəsini müəyyən edən sinir sisteminin qıcıqlanma xüsusiyyətidir və bu xüsusiyyət kimi təcavüzkarlıq çıxış edir. Allaha itaət etməyən respondentlər tərəfindən istifadə olunan yuxarıda şərh edilmiş qoruyucu mexanizmlərlə birlikdə yolverilməz təcavüzkar davranış autodestruksiyaya keçirilir ki, bu da onu tam şəkildə həyata keçirmək imkanını verir [11].

Allaha itaət etməyən zabitlər arasında «Məxsus olma», “Yaxın olma”, “Sağlam olma”, “Özün olma” kimi göstərişləri ilə zabitlərin sayı çoxdur. “Özün olma” kimi valideyn göstərişi yalnız uşağın arzuolunan “ideala” (cins, bacarıqlar, fenotip və sair) uyğun olmadığını bildirir. Allaha itaət etməyən zabitlərdə də yuxarıda izah olunan “əvəz etmə” mexanizminə üstünlük verirlər.

Əsgər qrupunun analoji xarakteristikaları barədə məlumatlar cədvəl №11–da əks olunmuşdur.

Cədvəl10.

Allaha itaət etməyən zabitlərdə şəxsi – psixoloji xarakteristikalar baxımından  Allaha itaət edən zabitlərlə müqayisədə statistik əhəmiyyət kəsb edən fərqlər.

 

 

Əlamət

AİEdZ

(n =178)

AİEtZ

(n = 49)

Р

göstəricisi

 «Yaxın olma» göstərişi

16,19±0,51

19,23±1,16

0,041146

 «Sağlam olma» göstərişi

12,37±0,47

15,68±1,13

0,011367

 «Məxsus olma» göstərişi

12,74 ±0,51

15,60±1,13

0,043622

 «Özün olma» göstərişi

11,31±0,42

13,83±1,04

0,037194

PMМ Əvəz etmə

3,55±0,18

4,60±0,47

0,032264

 

Təqdim olunmuş cədvəl №10–un məlumatlarının təhlili zamanı qeyd etmək olar ki, AİEtƏ qrupunda ümumilikdə daha autoaqressiv psixoloji “profil” mövcuddur. Onların şəxsi təcavüzkarlığı temperamentin tərkib hissəsi kimi çıxış edir və istər şəxsiyyətin özünə, istərsə də ətrafdakılara yönəlir ki, bu da birinci halda tərəfimizdən aşkar edilmiş kliniki – suisidal patternlər ilə uyğun gəlir, ikinci halda isə - respondentlərin ifadə olunmuş heteroaqressivliyi ilə, onların özünü doğrultmayan riskə meylliliyi ilə, davranışında və qərarlarında ümumi qəbul olunmuş əxlaq normalarından asanlıqla yan keçmək bacarığı ilə uyğunlaşır.

AİEtƏ qrupundan respondentlər adətən “Məxsus olma” kimi valideyn göstərişini  ifadə edirdilər ki, bu göstərişin mahiyyəti yuxarıda açıqlanmışdır. Bu qrupu xarakterizə edən əsas müdafiə mexanizmi “Çıxarmadır”. Allaha itaət edən əsgərlər adətən “İnkar etmə” mexanizmini istifadə edirlər və problemi fakt kimi inkar edirlər, eləcə də, şəxsiyyət üçün yolverilməz, mənfi  hissi aradan qaldırmaq imkanını verən “Reaktiv təhsilə” üstünlük verirlər, bu zaman, onu müsbət mexanizm kimi əks etdirirlər.

Cədvəl 11.

Allaha itaət etməyən əsgərlərdə şəxsi – psixoloji xarakteristikalar baxımından  Allaha itaət edənəsgərlərlə müqayisədə statistik əhəmiyyət kəsb edən fərqlər.

<td valign="top" width="94

Əlamət

AİEdƏ

(n =669)

AİEtƏ

(n =63)

P

göstəricisi

ТRАТЕ - АNGER/Т

4,91±0,21

5,44 ±0,25

0,0195

АХ/IN

13,63±0,15<

Müəlliflər:
E.S. Mehdiyev