DRACOCEPHALUM AUSTRIACUM L. BİTKİSİNİN XAMMAL EHTİYATININ TƏYİNİ

27-12-2019

Dracocephalum cinsinin Qafqazda 6, Azərbaycan florasında isə 4 növü yayılmışdır. Cinsin bütün növləri çoxillik ot bitkiləridir. Əsasən subalp və alp çəmənliklərdə yayılmışdır [1]. İlanbaşı cinsinə aid bitki növlərindən efir yağı, flavonoidlər, iridoidlər, polisaxaridlər və digər qrup bioloji fəal birləşmələr alınmışdır [2,3,4]. Bu bitkilərin xammalı, eləcə də onlardan alınmış fitovasitələr antimikrob, iltihab əleyhinə, sedativ və s. effektə malik olmaqla müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur [5,6,7].

Avstriya ilanbaşı bitkisinin ilkin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, bitki flavonoid, efir yağları və iridoidlər baxımından maraq kəsb edən növlər-dəndir. Bu bitki növünün farmakoqnostik tədqiqi aktual məsələdir. Ona görə də, ilk növbədə bitkinin yayılma areallarının və xammal ehtiyatının təyini məsələlərini qarşımıza məqsəd qoyduq. 

Material və metodlarEhtiyatşünaslıq tədqiqatları Qusar, Quba, Şabran və İsmayıllı rayonları ərazisində yerinə yetirilmişdir. Avstriya ilanbaşı bitkisi dağlıq və dağətəyi ərazilərdə, çəmənliklərdə yayılmışdır. Bitkinin xammal ehtiyatı mövcud üsullarla həyata keçirilmişdir [8]. Tədqiq edilən bitki çoxillik ot bitkisidir, ona görə də onun kökü və yerüstü hissəsi - otu istifadə olunduğundan onun xammal ehtiyatı bəzi xarakterik sahələrdə, xammalın məhsuldarlığının hesabat meydançaları üsulu vasitəsilə təyin edilməsi ilə həyata keçirilmişdir. Bu üsulla alınan nəticələr dəqiqliyi ilə fərqlənir və uzun müddət dəyişməz qalır. Tədqiq olunan ərazilərdə Avstriya ilanbaşı bitkisi geniş yayılma sahələri əmələ gətirir, lakin bu sahələrdə bitkiyə nisbətən seyrək rast gəlinir.

Müzakirə və nəticələrTədqiqatlar zamanı müəyyən edilmişdir ki, Avstriya ilanbaşı bitkisi Qusar, Quba, Şabran və İsmayıllı rayonlarının ərazisində kütləvi yayılma sahələri əmələ gətirir. Bitkinin xammal ehtiyatını təyin etmək üçün həmin ərazilərdə müvafiq istiqamətlər seçilmişdir. Bitkinin kütləvi yayılma sahələrinin müəyyən edilməsi, eləcə də xammal ehtiyatının təyini üçün rayonlar üzrə aşağıda qeyd olunan istiqamətlər seçilmişdir:

Qusar rayonu üzrə: Kuzun, Əniq, Hil, Laza, Çətgün, Zindanmuruq, Tahircal və Sudor kəndləri;

Quba rayonu üzrə: Qonaqkənd, Cimi, Yerfi, Adur, Xaşı, Haputlu, Əlik, Qrız, Cek, Xınalıq və Qalayxudat kəndləri;

Şabran rayonu üzrə: Qalagah, Ləcədi, Qorqan, Düz Bilici və Sincan Boyat kəndləri;

İsmayıllı rayonu üzrə: Namazgah, Lahıc Müdri, Həftəsov, Əhən, Buynuz və Qalacıq kəndləri.

D. austriacum növünün otunun məhsuldarlığını təyin etmək üçün Qusar rayonunun Laza kəndi ətrafında 23,1 ha yayılma sahəsində ehtiyatşünaslıq  tədqiqatları yerinə yetirilmişdir. Ərazinin müxtəlif hissələrində ölçüləri 1m2 olan 25 sayda hesabat meydançası təyin edilmişdir. Hesabat meydançalarında olan bitkinin otu toplanmış, ayrı-ayrı olmaq şərtilə tərəzidə çəkilmişdir (x1=94-220 kq məhsuldarlıq müəyyən edilmişdir). Bitki xammalının çəkiləri təyin olunduqdan sonra tədqiqatın nəticələrinin statistik işlənməsi yerinə yetirilmişdir. Orta ədədi qiymət aşağıdakı kimi hesablanır:

 (158,0)

Orta ədədi qiymətin riyazi xətasını (m) tapmaq üçün orta kvadratik meyli (s) hesablamaq lazımdır. Burada (x1-x)2 ifadəsi 64-4096 intervalında müxtəlif qiymətlər almışdır.

Orta kvadratik xəta aşağıdakı kimi hesablanır:

Orta ədədi qiymətin riyazi xətası aşağıdakı düstur əsasında təyin edilir:

Beləliklə, xammalın orta məhsuldarlığı (Y) bu düsturla tapılır:

Y= ± m=158±7,7

Avstriya ilanbaşı bitkisinin xammalının istismar oluna biləcək ehtiyatını (E) tapmaq üçün bitkinin kütləvi yayılma sahəsinin ölçüsü məhsuldarlığın minimal rəqəminə vurmaqla tapılır:

E = S ´ (Y – 2m)

23,100 x [158 + (2 x 7,7)] = 23,100  x 173,4 = 4,005,540 kq

4,005,540 x 22 % quru qalıq = 881,219 kq bioloji ehtiyat.

23,1 ha və ya 23,100 x [158 - (2 x 7,7)] = 23,100  x 142,6 = 3,294,060 kq.

3,294,060 x (22 % quru qalığa) = 724,693 (724,7 kq) istismar oluna biləcək ehtiyat.

Məlumdur ki, Avstriya ilanbaşı bitkisi çoxillik ot bitkisidir. Bitkinin özünü tam bərpasına 4 il vaxt gedir. Çoxillik ot bitkilərinin xammalının illik tədarük oluna biləcək miqdarını (V) tapmaq üçün istismar oluna biləcək miqdarı (E) tədarük ili ilə (T) kütləvi yayılma sahəsinin özünübərpasına gedən müddətin (M) cəminə bölmək lazımdır:

kq (145 kq)

Yerinə yetirilmiş ehtiyatşünaslıq tədqiqatları nəticəsində Qusar rayonunun Laza kəndi ətrafında 23,1 ha ərazidə yayılmış Avstriya ilanbaşı bitkisinin illik tədarük oluna biləcək miqdarı 145 kq təşkil edir (cədvəl 1).

Ehtiyatşünaslıq tədqiqatları nəticəsində müəyyən etdik ki, Qusar rayonu ərazisində Avstriya ilanbaşı bitkisinin 153,7 ha kütləvi yayılma sahəsi vardır, bitkinin bioloji ehtiyatı 8229 kq, istismar oluna biləcək ehtiyatı 5459 kq və illik tədarük oluna biləcək ehtiyatı 1092 kq təşkil etmişdir. Quba rayonu ərazisində bu bitkinin 266,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin bioloji ehtiyatı 15510 kq, istismar oluna biləcək ehtiyatı 9882 kq və illik tədarük oluna biləcək ehtiyatı 1976 kq, Şabran rayonu ərazisində bu bitkinin 84,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin bioloji ehtiyatı 4775 kq, istismar oluna biləcək ehtiyatı 3127 kq və illik tədarük oluna biləcək ehtiyatı 625 kq, İsmayıllı rayonu ərazisində isə bu bitkinin 114,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin bioloji ehtiyatı 6374 kq, istismar oluna biləcək ehtiyatı 4175 kq və illik tədarük oluna biləcək ehtiyatı 835 kq olduğu müəyyənləşdirilmişdir.

Beləliklə, Azərbaycan Respublikasının müxtəlif bölgələrində ümumilikdə D.austriacum növünün 618 ha kütləvi yayılma sahəsi aşkar edilmişdir, bitkinin otunun bioloji ehtiyatının 34888 kq (35 ton), istismar oluna biləcək ehtiyatının 22643 kq (23 ton) və illik tədarük oluna biləcək ehtiyatı isə 4529 kq (4,5 ton) olması müəyyən edilmişdir.       

D. austriacum E. növünün kökünün məhsuldarlığını təyin etmək üçün bitkinin otunun təyin edildiyi ərazidə, Qusarın Laza kəndi ətrafında 23,1 ha yayılma sahəsində ehtiyatşünaslıq  müəyyən edilmişdir. Ərazinin müxtəlif hissələrində ölçüləri 1m2 olan 25 sayda hesabat meydançası təyin edilmişdir. Hər bir hesabat meydançasının ərazisinə düşən bitkinin kökləri toplanmış, ayrı-ayrı olmaq şərtilə onların çəkisi təyin edilmişdir (x1 = 129-217 kq məhsuldarlıq müəyyən edilmişdir). Yekunda statistik işləmələr həyata keçirilmişdir.

Orta ədədi qiymət aşağıdakı kimi hesablanır:

Orta ədədi qiymətin riyazi xətasını (m) tapmaq üçün orta kvadratik meyli (s) hesablamaq lazımdır:

 Cədvəl  № 1.

 Avstriya ilanbaşı bitkisinin otunun xammal ehtiyatının təyini

Yayıldığı ərazilər

Kütləvi yayılma sahəsi, ha-la

Orta məhsuldarlıq (quru qalıqla) kq/ha-la

Xammalın quru qalıqla ehtiyatı, kq-la

İllik tədarük oluna biləcək miqdar, ka-la

Bioloji

İstismar oluna biləcək

Qusar rayonu

Laza

23,1

158

881,22

724,69

144,94

Hil

17,4

222,6

1039,68

664,54

132,91

Əniq

21,8

198,3

1161,11

740,98

148,20

Kuzun

15,3

187,1

767,78

491,77

98,35

Çətgün

9,7

225,9

587,92

376,22

75,24

Zindanmuruq

27,4

198,0

1438,28

948,81

189,76

Sudor

29,6

230,7

1829,22

1175,42

235,08

Yuxarı Tahircal

9,4

207,9

523,41

336,46

67,29

Cəmi

153,70

1628,50

8228,63

5458,90

1091,78

Quba rayonu

Qrız

18,6

201,0

998,45

646,54

129,31

Cek

31,3

198,4

1643,00

1089,37

217,87

Qalayxudat

28,1

229,0

1717,36

1114,00

222,80

Xınalıq

32,0

229,4

2043,01

1186,94

237,39

Əlik

15,3

183,1

743,55

489,08

97,82

Haputlu

24,0

229,8

1462,56

964,13

192,83

Qonaqkənd

34,7

221,6

2071,87

1311,52

262,30

Cimi

17,3

228,8

1052,74

688,89

137,78

Xaşı

9,4

237,1

594,14

386,51

77,30

Yerfi

18,3

221,9

1095,47

691,26

138,25

Adur

37,1

208,4

2087,84

1314,08

262,82

Cəmi

266,10

2388,50

15509,98

9882,31

1976,46

Şabran rayonu

Qalagah

17,1

188,5

861,12

557,15

111,43

Ləcədi

23,6

228,4

1441,30

930,41

186,08

Qorqan

17,5

207,2

946,33

649,11

129,82

Düz Bilici

16,3

228,7

995,83

644,40

128,88

Sincan Boyat

9,6

207,5

530,75

345,73

69,15

Cəmi

84,10

1060,30

4775,33

3126,81

625,36

İsmayıllı rayonu

Namazgah

8,5

231,0

523,60

340,34

68,07

Lahıc

12,8

193,9

659,23

432,82

86,56

Müdri

22,7

218,3

1312,92

867,46

173,49

Həftəsov

25,8

201,3

1385,51

899,65

179,93

Əhən

19,5

200,6

1042,47

678,68

135,74

Buynuz

7,2

201,8

386,496

252,8064

50,56128

Qalacıq

17,6

228,2

1064,0256

703,1552

140,63104

Cəmi

114,1

1475,1

6374,25

4174,90

834,98

İllik cəm

618,00

6552,40

34888,19

22642,92

4528,58

 

Burada (x1-x)2 ifadəsi 27-3995 intervalında müxtəlif qiymətlər almışdır.

Orta kvadratik xəta aşağıdakı kimi hesablanır:

 

Orta ədədi qiymətin riyazi xətası aşağıdakı düstur əsasında təyin edilir:

 (4,8)

Beləliklə, xammalın orta məhsuldarlığı (Y) bu düsturla tapılır:

Y= ± m=192,2 ± 4,8

Avstriya ilanbaşı növünün kökünün istismar oluna biləcək ehtiyatını (E) tapmaq üçün bitkinin kütləvi yayılma sahəsinin ölçüsünü məhsuldarlığın minimal rəqəminə vurmaqla tapılır:

E=S ´ (Y – 2m)

23,100 x [192,2 + (2 x 4,8)] = 23,100 x 201,8 = 4,661,580 kq

4,661,580  x 22 % quru qalıq = 1,025,548 kq bioloji ehtiyat

23,1 ha və ya 23,100 x [192,2 - (2 x 4,8)] = 23,100  x 182,6 = 4,218,060 kq.

4,218,060 x 22% quru qalıq = 927,973 kq istismar oluna biləcək ehtiyat

Toplanan bitki xammalı yeraltı orqanlar olduqda, ekoloji tarazlığı pozmamaq üçün bitkinin xammalı hər 15-20 ildən bir tədarük oluna bilər. Başqa sözlə, hər hansı ərazidə bitkinin yeraltı hissəsini topladıqda, bitkinin özünü bərpasına 15-20 il vaxt sərf olunur. Ona görə də Avstriya ilanbaşı növünün özünü bərpa etməsinə minimum 15 il vaxt gedəcəyini nəzərə alaraq, onun köklərinin illik tədarük oluna biləcək miqdarını (V) tapmaq üçün istismar oluna biləcək miqdarı (E) tədarük ili ilə (T) kütləvi yayılma sahəsinin özünübərpasına gedən müddətin (M) cəminə bölmək lazımdır:

 (58kq)

Ehtiyatşünaslıq tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Qusar rayonunun Laza kəndi ətrafında 23,1 ha ərazidə yayılmış Avstriya ilanbaşı bitkisinin köklərinin illik tədarük oluna biləcək miqdarı 58 kq təşkil edir (cədvəl2).

Ehtiyatşünaslıq tədqiqatları nəticəsində müəyyən etdik ki, Qusar rayonu ərazisində Avstriya ilanbaşı bitkisinin 153,7 ha kütləvi yayılma sahəsi vardır, bitkinin kökünün bioloji ehtiyatı 8373 kq, istismar oluna biləcək ehtiyatı 5662 kq və illik tədarük oluna biləcək ehtiyatı 354 kq təşkil etmişdir. Quba rayonu ərazisində bu bitkinin 266,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin kökünün bioloji ehtiyatı 10901 kq, istismar oluna biləcək ehtiyatı 6952 kq və illik tədarük oluna biləcək ehtiyatı 435 kq, Şabran rayonu ərazisində bu bitkinin 84,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin kökünün bioloji ehtiyatı 2982 kq, istismar oluna biləcək ehtiyatı 1915 kq və illik tədarük oluna biləcək ehtiyatı 120 kq, İsmayıllı rayonu ərazisində isə bu bitkinin 114,1 ha kütləvi yayılma sahəsi vardır, bitkinin kökünün bioloji ehtiyatı 4723 kq, istismar oluna biləcək ehtiyatı 3017 kq və illik tədarük oluna biləcək ehtiyatı 189 kq olduğu müəyyənləşdirilmişdir.

Beləliklə, Azərbaycan Respublikasının müxtəlif bölgələrində ümumilikdə D.austriacum növünün kökünün bioloji ehtiyatının 26979 kq (27 ton), istismar oluna

 

Cədvəl № 2.

Avstriya ilanbaşı bitkisinin kökünün xammal ehtiyatının təyini

Yayıldığı ərazilər

Kütləvi yayılma sahəsi, ha-la

Orta məhsuldarlıq (quru qalıqla) kq/ha-la

Xammalın quru qalıqla ehtiyatı, kq-la

İllik tədarük oluna biləcək miqdar, ka-la

Bioloji

İstismar oluna biləcək

Qusar rayonu

Laza

23,1

192,2

1025,55

927,97

58,00

Hil

17,4

222,6

1039,68

664,54

41,53

Əniq

21,8

198,3

1161,11

740,98

46,31

Kuzun

15,3

187,1

767,78

491,77

30,74

Çətgün

9,7

225,9

587,92

376,22

23,51

Zindanmuruq

27,4

198

1438,28

948,81

59,30

Sudor

29,6

230,7

1829,22

1175,42

73,46

Yuxarı Tahircal

9,4

207,9

523,41

336,46

21,03

Cəmi

153,70

1662,70

8372,96

5662,18

353,89

Quba rayonu

Qrız

18,6

114,8

572,06

367,46

22,97

Cek

31,3

177,4

1473,60

969,55

60,60

Qalayxudat

28,1

139,2

1047,23

673,84

42,11

Xınalıq

32,0

179,0

1530,50

989,82

61,86

Əlik

15,3

165,7

676,90

438,59

27,41

Haputlu

24,0

189,4

1220,74

779,33

48,71

Qonaqkənd

34,7

131,0

1226,02

774,09

48,38

Cimi

17,3

158,4

717,81

487,93

30,50

Xaşı

9,4

157,5

399,74

251,68

15,73

Yerfi

18,3

143,6

722,26

434,00

27,13

Adur

37,1

128,6

1314,08

785,18

49,07

Cəmi

266,10

1684,60

10900,95

6951,47

434,47

Şabran rayonu

Qalagah

17,1

145,7

670,01

426,23

26,64

Ləcədi

23,6

148,0

933,52

603,31

37,71

Qorqan

17,5

117,6

550,55

354,97

22,19

Düz Bilici

16,3

127,9

559,77

357,52

22,35

Sincan Boyat

9,6

104,3

268,01

172,55

10,78

Cəmi

84,10

643,50

2981,87

1914,59

119,66

İsmayıllı rayonu

Namazgah

8,5

134,1

305,75

195,79

12,24

Lahıc

12,8

177,3

603,47

395,08

24,69

Müdri

22,7

128,7

781,56

503,89

31,49

Həftəsov

25,8

111,9

784,99

485,30

30,33

Əhən

19,5

176,8

916,34

600,60

37,54

Buynuz

7,2

194,0

374,1408

240,4512

15,0282

Qalacıq

17,6

200,5

956,7712

595,9008

37,2438

Cəmi

114,1

1123,3

4723,02

3017,02

188,56

İllik cəm

618,00

5114,10

26978,80

17545,26

1096,58

biləcək ehtiyatının 17545 kq (18 ton) və illik tədarük oluna biləcək ehtiyatı isə 1097 kq (1,1 ton) olması müəyyən edilmişdir.

Nəticələr.

Yerinə yetirilmiş ehtiyatşünaslıq tədqiqatlarının yekunu olaraq, müəyyən edilmişdir ki, 618 ha ərazidə Avstriya ilanbaşı otunun bioloji ehtiyatı 35 ton, istismar oluna biləcək ehtiyatı 23 ton və illik tədarük oluna biləcək miqdarı isə 4,5 tondur. Bitkinin köklərinin bioloji ehtiyatı 27 ton, istismar oluna biləcək ehtiyatı 18 ton və illik tədarük oluna biləcək miqdarı isə 1,1 ton olması təyin edilmişdir. Tədqiqatların yekunu olaraq belə qənaətə gəlmək olar ki, bitkinin təbii ehtiyatlarına xələl gətirmədən xammalından səmərəli istifadə etmək olar ki, bu da, ekoloji baxımdan növün mühafizəsini və özünü bərpasına şərait yaradır.

 

ƏDƏBİYYAT - ЛИТЕЛАТУРА – REFERENCES:

1.Флора Азербайджана. Баку, Изд-во АН Аз ССР, в 8-х томах, т. 7, 1957, с. 273-277.
2.Khodaei M., Amanzadeh Y., Faramarzi M.A., Hamedani M.P. Chemical analysis and anti-bacterial effect of essential oils from three different species of Dracocephalum in Iran // American Journal of Essential Oils and Natural Products, 2018, vol. 6(3), p. 31-34.
3.Olennikov D.N., Chirikova. N.K., Okhlopkova Z.M., Zulfugarov I.S. Chemical composition and antioxidant activity of Tánara Ótó (Dracocephalum palmatum Stephan), a medicinal plant used by the North-Yakutian Nomads.Molecules,
4.Selenge E., Murata T., Tanaka S., et al. Monoterpene glycosides,phenylpropanoids, and acacetin glycosides from Dracocephalum foetidum. // Phytochemistry 2014, vol. 101, p. 91-100.
5.Ehsani1 A., Alizadeh O., Hashemi M., Afshari A., Aminzare M. Phytochemical, antioxidant and antibacterial properties of Melissa officinalis and Dracocephalum moldavica essential oils. // Veterinary Research Forum., 2017, vol. 8(3), p. 223-229.
6.Mirsane S.A., Oraei N. Mentha, Dracocephalum and Propolis effects on the health of Pancreas and Liver cells // International Electronic Journal of Medicine,  2016, v. 5(3), p. 9-10.
7.Salehi M., Hesamzadeh-Hejazi S.M., Tabaei Aghdaei S.R. Cytogenetic studies of two Dracocephalum (Lamiaceae) species and populations in Iran. // International Journal of Biosciences, 2014, vol. 4 (9), p. 100-108.
8.İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s.


Müəlliflər:
G.S. Cəfərova
C.İ. İsayev

Digər jurnal və qəzetlər