TERMİKİ ZƏDƏLƏNMƏLƏRİN MÜALİCƏSİNİN MÜASİR ASPEKTLƏRİ.

23-09-2019

Açar sözlər: Versajet,Hidrocərrahiyyə, Baktiqras, Cuticerin, Efferent, Aeroterapevtik qurğular. Hidrofil, hidrofob maddələr.

Ключевые слова:Версажет, Гидрохирургия, Бактиграз, Кутикерин, Ефферент, Аеротерапевтический установка, Гидрофил, гидрофобное вещества

Key words:Versajet, hydrosurgery, bactrigrase, kutikerin, efferent, aerotherapeutic setting, hydrphilic, hydrophobic substances.

Termiki zədələnmələrin müasir konservativ, cərrahi yolla müalicəsi, təbabətin müasir səviyyədə inkişaf etməsinə  baxmayaraq aktual və mübahisəli olaraq qalır. Hərbi təbabətin inkişafında bu aktuallıq xüsusi əhəmiyyət kəsb edir. Respublika Silahlı Qüvvələrində xidmət zamanı termiki zədələnmələr almış hərbi qulluqçuların müalicə, diaqnostikasında görülən işlər bu baxımdan elmin müasir aspektlərinin əsasına aid edilir(6).

Termiki zədələnmələrdən ən çox rast gəlinən yanıqların müalicə müddətinə görə hesablanması.  cədvəldə (cədvəl.1)  göründüyü kimi, əsas göstəricilər nəzərə alsaq ki, ixtisaslı yardım şəraitində olunmuşdur, Beynəlxalq Səhiyyə Təşkilatının göstəricilərində və ayrılıqda lokal konfliktlərdə gedən hərbi döyüşlərdə olan göstəricilərdən fərqlənmir (5). Əlbəttə, bütün təxliyyə qaydalarında göstərilən tibbi yardımın vaxtında olmaması, ixtisaslı həkim yardımınin nəticələrinə böyük yarıtmaz təsir göstərir. Ağır dərəcəli yanıqlar, yanıq xəstəliyinin bütün mərhələlərini keçirlər.

 

Cədvəl  № 1.

Yanıq zədələnmələrinin müalicə müddəti və nəticələri.

Göstəricilər

Əfqanıstan (1979-1989)

Tacikistan (1986- 1996)

Çeçenistan (1991-2001)

Azərbaycan (1992-2002)

Orta müalicə müddəti

36,0+0,4

     

      ---------

39,5+0,6

60,0+0,5

Tərxis olunanlar

18,0

      ----------

23,0

10,0

Ölənlər

3,6

7,4

2,8

4,0

 Digər cədvəldə(Cədvəl.2) isə 10 il ərzində donmaların dərəcələrinə görə müalicənin nəticələri göstərilir


Cədvəl2.

 

Dərəcələri

(donmalar)

Sayı

Faizlə

Hərbi qulluğa qayıdanlar

Tərxis olunanlar

I-dərəcə

3

2,9

3

---------

II-dərəcə

26

18,8

26

--------

III-dərəcə

42

37,7

39

3

IV-dərəcə

40

40,8

20

20

CƏMİ

138

100

115(83,3%)

 23(27,7%)

Silahlı Qüvvələrin Baş  Klinik Hospitalında ixtisaslı, kompleks müalicə-diaqnostik üsulları yaradılmışdır. Bu üsullar şəraitdən asılı olaraq  istifadə edilməsinə əsaslanır və müasir elmi tədqiqat işlərinin nəticələrinin tətbiqi ilə öz inkişaf səviyyəsini həkim yardımı, ixtisaslı tibbi yardım əsasında tapır. Belə ki, müxtəlif tədqiqatların göstəricilərinə görə yanıqdan zərəçəkənlərdə qan dövranının dəqiqəlik həcmi orta hesabla 35-45%, vurma həcmi isə 40-50% aşağı düşür, ümumi periferik müqavimət 1,5-2 dəfə artır. Qeyd olunan dəyişikliklərdə termiki “zədəyə nəzarət” (Damage control) müalicəsinin əsasında intensiv infuzion terapiya durur. Köçürüləcək məhlulların həcminin təyini haqda hazırkı vaxtadək yeganə bir fikir formalaşmamışdır. Ağır dərəcəli yaniqlarda “zədəyə nəzarət” düzgün aparılmış  şok əleyhinə terapiyanın göstəriciləri,  orqanizmin hemodinamikasının dəyişməsini və oksigen statusundan istifadə etmək imkanı yaradır. Əgər xəstədə üzülmə sindromu inkişaf edirsə, vəziyyət daha da ağırlaşır. Bu zaman kolloid, kristalloidlər, zülal preparatları, qan, qan əvəzedicilər, vitaminlər, ürək dərmanları, qlükokortikoidlər və s. vena daxili infuzion terapiya tətbiq etməklə ümumi intoksikasiyanın əlamətlərinin qarşısı alınır anemiya, proteinemiya, elektrolit çatışmazlığı aradan qaldırılır (4;6). Yaralar sanitar işlənilir və qansız, mərhələli nekrektomiyalar aparılaraq, nekrotik toxumalardan təmizlənir. Təmiz qranulyasiya edən yaraların səthinə sərbəst dəri parçaları ilə autodermoplastika cərrahi əməliyyatı icra edilərək, dəri örtüyü  bərpa olunur. Tənəffüs yollarının yanıqlarında bronxolitik qarışıqlardan inholyasiya edilir. Əgər, ağ ciyərin tənəffüs funksiyası konservativ yolla bərpa olunmursa, pozularsa, həyatı göstərişlə traxeostomiya qoyularaq, hava keçiriciliyi bərpa olunur. İnkişaf etmiş ölkələrdə yanıqların müalicəsi, təmiz oksigen axını olan aeroterapevtik qurğulu otaqlarda, flüdizeedici çoxfunksiyalı xüsusi yaniq üçün olan çarpayıların (Klinitron) üzərində, sarğılarn olunmaması ilə aparılır. Belə ki, yanıq yaralarında əmələ gələn nekrotik toxumalarını və irinli yaraların səthindəki dehidratadları təmizləmək üçün anesteziya tətbiq etmədən “VERSAJET” hidrocərrahiyyə sistemi vardır ki, onu tətbiq etməklə, yaraları vaxtında qansız, ağrısız, sağlam toxumalara zədə yetirmədən təmizləyib müalicə edirlər(7).Həmin sistemin işçi parametrləri aşağıdakı cədvəldə göstərilir (cədvəl 3).

Cədvəl  № 3.

VERSAJET Hidrocərrahiyyə cihazının işçi parametrləri.

Rejim

Axın

Təzyiq

Axının sürəti

1

090 mldəq

1500 Pa.103 bar

426 kmsaat

2

125 mldəq

3850 Pa.265 bar

591 kmsaat

3

188 mldəq

8520 Pa 587 bar

885 kmsaat

4

230 mldəq

12000 Pa 827 bar

1078 kmsaat

Cihazın ucluğunda 0,12 sm diametrli, 8-14 mm uzunluqda əməliyyat sahəsinə yüksək sürətlə steril fizioloji məhlul axını yaradılaraq, kollektorda lokal evakuasion vakuum yaratmaqla lazım olan toxuma qatlarını kəsib götürür və yara detritlərini aspirasiya edərək təmizləyir. Cərrah cihazın parametrinə uyğun olaraq, məhlulun axın gücünü artırmaqla, müxtəlif qalınlıqda olan qalın qatlı nekrotik toxumaları kəsib götürməyə nail olur. Bu üsul skalpellə kəsməklə olan tradiditsion ağrılı usuldan fərqlənməklə narkoz vermədən, xəstədə artıq narahatlıq yaratmır. Yeni steril setkalı  antiseptik levomekol, parafin və xlorheksidin məhlulu hopduurulmuş tənzif sarğı materialı olan “BAKTİQRAS”, hidrofil məlhəm hopdurulmuş sarğı materialları “CUTİCERİN” və.s vardır ki, yanıq yaralarının sarğısında istifadə olunur(7).

Donmaların dioqnostikasında ilk dəfə olaraq, gizli dövrdə termopar termometriya aparmaqla istənilən nahiyyədə dəri və toxumadaxili hərarətin ölçülüb, ilkin dioqnoz qoyularaq erkən simptomatik kompleks müalicə təyin olunur(1;3). Donmaların ağırlıq dərəcələrinə görə apardığımız ekspres termopar termometriyanın nəticələri aşağıdakı diogramda göstərilir.

Göründüyü kimi  +15º +16ºS-də I-ci dərəcə, +13º+14ºS-də II-ci dərəcə, +11º+12ºS-də II-III-cü dərəcə, +8º+9ºS-də III- dərəcə, -3º-4ºS-ə III-IV-cü dərəcə donmalar uyğun gəlir.

Ağır dərəcəli donmaların müalicəsində  davamlı ağrı sindromunu aradan qaldırmaq üçün uzunmüddətli (4- 5 gün) epidural anesteziyanın tətbiqi, mioreloksant dərmanlardan istifadə etməklə narkozun müalicəvi müddətdə verilməsi, infuziyaların damardaxili yerinə yetirilməsi, ətrafların ləng və tez qızdırılma vannalarında  isidilməsi, istisaxlayıcı sarğıların olunması və. s. kimi müasir elmi əsaslandırılb təkmilləşmiş müalicə üsullarından istifadə olunur(1,2). Məhz belə erkən başlayan kompleks müalicələrin nəticəsində ətrafların amputasiya sahəsini 30-50%-ə kimi azaltmaq olar.

Ümumiyyətlə termiki zədələnmələr zamanı intensiv infuziyalarla yanaşı, hiperbarik oksigenasiyası seanslarının olunması, qanın ekstrakorporal ultrabənövşəyi şualanması, damar daxili lazer şualanması, süni böyrək sistemində dializi, açıq yaraların ultrabənövşəyi, lazer şualanması kimi dərmansız efferent üsullarla müalicəsi və yerli sarğılarda hidrofil, hidrofob dərmanlardan geniş istifadə olunması,  intoksikasiya əlamətlərin azaldaraq müalicəni dayanıqlı edir, qan dövranı çatışmazlığının qarşısı  alınır, ətraflarda amputasiyaların səviiyyə və sayını azaldır, toxumalarda regenerasiyanı artırır. Xəstələrin  sağalmasını sürətləndirərək, çarpayı günlərinin sayını azaldır, aktiv cərrahi taktikaların seçilib bərpaedici əməliyyatların ilkin və reabilitasion dövrlərdə yerinə yetirilməsinə şərait yaradaraq, müalicənin müasir aspektlərini özündə cəmləşdirir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Beynəlxaq Simpozium. “Təbii kataklizmlər və müasir sivilizasiyanın qlobal məsələləri.” R.S.Əhmədov. Donmaların dioqnostika və müalicəsi.  Bakı.İnzbyrq 2007 –ci il səh. 415 . 

2.Журнал «Вестник хирургия»№3.том 160.2001-г.стр.45.

3.Журнал «Хирургия» им. Н.М.Пирогов 1988г. №8 стр.93. Лечение и диагностика отморожений.

4.Б.А.Парамонов и.др. «Ожоги» Санкт-Петербург. 2000 г. Стр.113.  

5.Сделников В.О. Парамонов Б.А. Татарин С.Н. «О медицинском помощи обожженным в военных современных, локалных военных конфликтах».«Военно медицинский журнал»№7 2002 г. Стр.35-39.

6.“Hərbi səhra cərrahiyyəsi”   Bakı. Hərbi həşriyyat .  2002-ci il səh.108.

7.Kаталог средств для лечения ран.  Москва. 2009. стр. 32.


Müəlliflər:
R. S. Əhmədov

Digər jurnal və qəzetlər