ORQANİZMİN İMMUN CAVAB REAKSİYALARI

20-01-2020

Orqanizmin immun sistemi limfa şəbəkəsindən, immuntrop orqanlardan (qaraciyər, dalaq, limfa düyünləri mərkəzi orqan olan timusdan) ibarətdir. Bu orqanlarda, xüsusən monopiklear sistemin, hüceyrələri olan granulositlər, limfosit və monositlər orqanizmdə daimi fəaliyyətdədirlər. Limfa şəbəkəsi, qan şəbəkəsi kimi daimi işləkdir və immun kompitent  hüceyrələrin məkanıdır. Limfa mayesi bütün orqan və hüceyrələrin toxumalarının arasında mövcuddur. Göstərilən qan hüceyrələri, daimi qan və limfa mayesində aşkarlanan mikroorqanizmlər və orqanizmdə yadlığ təşkil edən zülal, yağ, karbohidrat hissəciklərinin təmizlənməsində aparıcı hüceyrələr sayılır. Leykositlər qeyrispesifik müdafiəni təşkil etdiyi kimi, limfosit və monositlər də spesifik müdafiə hüceyrələridir. Bu hüceyrələrdən monositlər xüsusən orqanların, damar-kapilyar sistemlərində orqanların, özlərini qoruyan hüceyrələri (qaraciyərdə kupfer hüceyrələri, spesifik mononukleoz immun hüceyrələr) qaraciyərin damar-kapilyar şəbəkəsinin qorunmasını, tənzimləyirlər (1,2,3).

Qan hüceyrələrinin 37%-ni təşkil edən limfositlər və monositlərin 10%-i əsas qoruyucu amillərdir. Orqanizmində  normada  qoruyucu limfositlərin CD4/CD8 nisbəti 2 dəfədən çox olur, iş qabiliyyəti və d orqanizmin immun hüceyrələrinə məlumatın  ötürülməsi də artmış olur. Bu hüceyrələr orqanizmdə timusla  tənzimlənir ki, sağlam insanları bu göstərici saglamlığının əsasını təşkil etmiş olur. CD4 – helperlərin azalması CD-8 supressorlarda sintezi dəyişir. Bu zaman, orqanizmdə yad  zülalların titri qanda 2dəfə artmış olur. CD 8 limfositlərin daimi sintez etdiyi lizosim H – peptid (defenzin) zülalı və digər fermentlər hüceyrə və toxuma mayelərində, mikroorqanizmlərlə və viruslarla mübarizəyə qalxmış olurlar. Monositlər, T,B - limfositlər, leykositlər, netrofillər daimi qaraciyərdə, dalaqda, limfa düyünlərində özlərinin funksiyasını bərpa edirlər və ixtisaslaşmış hüceyrələr kimi fəaliyyət göstərirlər (4,5). Sağlam orqanizmdə T-NK-killerlər 15% təşkil edir ki, daimi virusların məhvinə səbəb olan əsas hüceyrələrdir və yüksək fermantativ aktivdirlər. Monositlər – makrofaq adı ilə həm yerli orqanlarda, həm də limfa qan-damar sistemində bütün yad faktorları faqositoza uğradır. Yerli toxuma makrofaqları isə orqanların damar-kapilyar sistemi şəbəkəsində yerləşmiş olub bu orqanları və damarları qoruyur. Məsələn qaraciyərdə-kupfer hüceyrələri, ağciyərdə - alveolyar - makrofaq kimi böyrək və digər orqanlarda isə xüsusən baş –beyində makrofaq və makrofaq adı altında, qliya hüceyrələri kimi fəaliyyətdədirlər (4,7). Makrofaqlar daha çox mədə-bağırsaq sistemində 45%, ağciyərdə 30%, qaraciyərdə 25% təşkil etmiş olur. Bu hüceyrələr, həm humoral, həm də hüceyrə immunitetinin əsasını təşkil edir ki, bu qoruyucu sistemə mononuklear sistem deyilir. Makrofaqlar və limfositlər - yüksək fermentativ aktivlikli mürəkkəb zülal fraksiyalarını humoral sistemə: - lizosim, interferonlar, interleykinlər və defenzin ( kimi mediatr olan aktiv zülallar sintez edirlərlər. Bunun sayəsində formalı elementlərin və orqanizmin mövcudluğunu daimi qoruyurlar. (6,7)      

İmmun cavab reaksiyalarını araşdırmaq 1 saylı şəhər xəstəxanasının hepatolo-giya şöbəsində üçün immun defisit diaqnozu ilə müalicə olunan 15 xəstə tədqiqata cəlb edilmişdir. Onlardan 4 nəfəri qadın, 11 nəfəri kişi olmuşdur. Onlardan götürülmüş qan və limfa mayesində olan müdafiə hüceyrələri araşdırılmışdır. Göstərilən xəstələrin: 4 qadın xəstədə xroniki-biliar hepatit,11 kişi xəstələrdə isə kəskin gedişatlı hepatitlər və Xroniki I-sklerozlaşmış xolangit diaqnozu qoyulmuşdur. 15 xəstənin klinik-laborator göstəriciləri cədvəl N 1 qeyd edilmişdir.

Cədvəl  № 1.

Xroniki  hepatitli  xəstələrin biokimyəvi  və immunoloji  göstəriciləri.

Xroniki virus hepatitləri

kişi

qadın

A.

B.

C.

Kontrol qrup

NK

killer

15 xəstə

8

7

4

5

6

3 kişi 3 qadın→

12-15%

Umumi bilirubin.

8

5

20,2±  0,6

22,0±  0,4

18,7±  0,8

15,9±  0,6

 

Düz bilirubin.

7

6

6,6±          0,2

4,6±    0,3

5,2±    0,3

3,1±    0,2

 

Sərbəst bilirubin. MK mol/l

7

7

25,0±  0,6

19,7±  0,7

17,8±  0,8

12,0±  0,6

 

AlAT ME/l

8

7

37,8±  1,1

46,7±  1,5

67,2±  1,7

5,0±    0,3

 

AcAT ME/l

8

7

58,8±     1,7

60,2±  1.8

71,4±  1.1

4,2±    0,2

 

α-glutamil transferaza ME/l

6

6

17,3±  1.9

22,5±  1,4

28,6±    1,1

15,2±  1,6

 

NK killerlər

7%

8%

66±     7,0

89,5±  7,8

71,2±  7,8

103±15% 7,0

12 -15%

norma

CD4/CD8

71/66

58/48

0,9±  0,02

0,8±  0,03

0,8±  0,05

55/23

-

CD4

22,1±  1.6

31±     1,4

27,1±  1,4

28,2±  1,6

26,0±  1,5

36-2,9

-

CD8

30 .1,2

28 1,2

29,0±  1,5

35,0±1,3

40,1±  6,1

28,1-   7,0

 

 

Xəstələrin klinik laborator müayinəsinə əsasən, (Cədvəl 1) 15 xəstədən 7 nəfərində NK-T- limfositlərin  ümumi göstəricisi isə 15%-dən 7%-ə enmişdir. Qaraciyər göstəriciləri Alat, Asat, L-glutaminfofotazanın miqdarı normadan 7-10 dəfə artıq olmuşdur. Yanaşı bu xəstələrdə CD4/CD8 nisbəti (1,2dəfə) azalmışdır, bu da qanda CD4 xelperlərin 1,6 dəfə azalmasını və CD8 linefositlərin isə 1,2 dəfə göstəricisinin artması aşkar edilmişdir.      

Sağlam şəxslərdə CD4 2-3 dəfə CD8- dən artıq olduğu halda, CD4 2 dəfə azalmışdır. Xəstələrin qaninda NK T killerlər 6-8 % aşkarlanır ki, bu göstərici xəstələrdə müdafiə hüceyrəsinin kəmiyətcə 2 dəfə azalmasına, orqanizmin spesifik müdafiə amillərinin zəifləməsini göstərir. Yanaşı xəstələrin əksəriyyətində leykopeniya, eozinofiliya aşkarlanır ki, bu göstəricilər orqanizmdə autoallergik reaksiyaları formalaşmasının səbəbidirlər. Yəni, orqanizmin geyri - spesifik immun  cavab  reaksiyaları zəifləmiş olur. Qanda yad - antimitoxondirial anticismlər artmış olur ki, bu da İg M miqdarının qanda 50-60%-ə yüksəlməsinin əsasını təşkil edir. Kişilərdə isə qanda İg A 1 (sekretor immunqlobulin) artımı ilə yanaşı ALT fermenti artmış olur yanaşı qanda leykositozlu - limfositoz, CD4 hüceyrələrin artımı 1.0 dəfəyə yüksəlir. NK-T-lər isə nisbi azalma ilə özünü göstərir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Паковский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. ‹‹Инфекционное болезни и эпидемиология›› Москва-2013 səh.312-335
2.Волчек. И.В, Сологуб.Т.В, Нестеров.Н.И, Пути оптимизации противовирусной терапии хронического гепатита С// Terra medica nova 2004. N-2, стр.2-17
3.Бондаренко.А.М. Индукция уровня  α-интерферона циколофероном у наркозависимых больных вирусым гепатитом // Врач 2003, N-6, стр 55-58.
4.Жмуровская.Л.С. Клинико-иммунологические особенности и исходы гепатитов В,С и В+С у болных наркоманией; Автореф, дис канд. мед. наук. Сaнkт-Петербург.Cпб. 2001  стр 23-29
5.Потатуркина. Н.Й. Нестеров.В.С. Энdогенные антимикробные пептиды человека Современные проблемы науки  и образования Москва 2015 №1, стр. 126-132
6.Хаитов Р.М.  Клиническая иммунология Москва-2015, стр 210-235
7.Schafer M. Schmidt  F.,  Amman  B.,  Schlosser S.  et at. Adding lowdose antidepressant to interferon al pha treatment for chronic hepatitis C improved psyuchiatric tolerability in a patient with schizoaffectibe Psy chosis Neuropsychobiology 2000 Vol.42, N-1. P.43-45


Müəlliflər:
T.Ə. Hacıyeva
Z.M. Omarova

Ü.C. Ağamalıyeva
G.Z. Cavadova

Digər jurnal və qəzetlər