FREMİNGEM TƏDQİQATI VƏ RİSK HESABLAYICI KALKULYATORLARI

23-10-2015

     XX əsrin 40-cı illərinin sonunda ABŞ-da koronar damarların aterosklerozu ölüm hallarının əsas səbəbi kimi qəbul edilmişdir. Bununla belə ürək-damar xəstəliklərinin yaranmasına təsir edən amillər haqqında elmi məlumatlar mövcud deyildir, aterosklerozun səbəbi isə qocalığın və irsi meylliliyin qaçılmaz nəticəsi kimi qəbul edilirdi. Bununla əlaqədar olaraq, 1948-ci ildə ABŞ-ın İctimai Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə ilkin məqsədi aterosklerozun epidemiologiyasının öyrənilməsindən ibarət olan Fremingem Ürək Tədqiqatının keçirilməsi təşəbbüsü irəli sürülmüşdür [1]. Fremingem Ürək Tədqiqatı bir neçə əsas  mərhələlərdə aparılmışdır.
     Fremingem tədqiqatının (FT) başlanmasından bir ildən də az müddət keçdikdən sonra adı çəkilən tədqiqata rəhbərlik hazırda Milli Ürək, Ağciyər və Qan İnstitutu kimi tanınan Milli Ürək İnstitutuna verildi. Tədqiqat obyekti qismində Fremingem şəhərciyi seçilmişdir. 1953-cü ilin mart ayına qədər 10 min namizəddən son seçim kimi 30-62 yaş  arasında olan 5209 kişi və qadın seçilmişdir ki, onlar tədqiqatın orijinal koqortunu təşkil edirdi [2]. Orijinal koqort 2 ildə 1 dəfə müayinə olunmuşdur.1971-ci ildə orijinal koqort üzvlərinin 5121 oğul və qızları (onların ər və arvadları da daxil olmaqla) gələcək nəsil tədqiqatının (Offspring Study) aparılması üçün seçilərək 4 ildə bir dəfə müayinə olunmuşlar [3]. Nəhayət, 2002-ci ildə üçüncü nəslə aid koqort formalaşmışdır  ki, onların 4095 iştirakçısı gələcək nəslin koqortlarının övladlarından seçilmişdir [4]. Tədqiqatı aparan komitet (7 ekspertdən təşkil olunmuşdur) 6 kateqoriyadan ibarət müayinəsi mümkün olan dəyişən göstəricilərin siyahısını təklif etmişdir [5]:anamnestik məlumatlar,fizikal müayinənin nəticələri,döş qəfəsi orqanlarının rentgenoloji müayinələrinin nəticələri,elektrokardioqrafiyanin nəticələri, qanda hemoqlobinin, xolesterinin (XS), fosfolipidlərin və qlükozanin təyininin nəticələri, sidiyin ümumi müayinəsinin nəticələri.
      Bu ənənəvi müayinə üsulları hər üç koqortun iştirakçıları üçün tətbiq edilmişdir. Lakin zaman keçdikcə təyin olunan göstəricilərin sayı artmışdır. Belə ki, əgər birinci tədqiqat zamanı 30 əsas  göstəriciyə dair məlumat toplanmışdırsa, getdikcə ölçüləri təyin edilən göstəricilərin sayı 1500-ə çatmışdır [6].
      Ürək-damar sistemi xəstəliklərin etiologiyasının təbiətini heterogen mənşəli olması FT-nin aparılmasına qədər də məlum idi. Bəzi əsas etioloji amillər müstəqil və ya kumulyativ olaraq onların inkişafına təsir edir. Yalnız FT-nin aparılması prosesində risk amili termini təklif edilmiş və təcrübəyə daxil edilmişdir [7]. Hazırda risk amili ya ölçülməsi mümkün olan göstərici kimi, ya da xəstəliyin rastgəlmə tezliyini müəyyən edən, onun inkişaf riskinin müstəqil və əhəmiyyətli prediktoru kimi anlaşılır.
      İlkin risk amilləri özündə yaş, sistolik arterial təzyiqin səviyyəsi, bədən çəkisi indeksi, ümumu XS/XS YSLP olan nisbəti, şəkərli diabetin mövcud olması, tütün məmulatlarından istifadəni birləşdirirdi [7]. Sonralar onlara sol mədəciyin hipertrofiyası əlamətləri, fibrinogenin səviyyəsi, az hərəkətli həyat tərzi və digər risk amilləri əlavə edildi [8]. Ürəyin işemik xəstəliyinin (ÜİX) əsas risk amilləri modifikasiya oluna bilən (lipidlərin səviyyəsi, ümumi xolesterin, ASLP xolesterini, YSLP xolesterin, triasilqliserollar, arterial təzyiqin səviyyəsi, şəkərli diabet, piylənmə, az hərəkətli həyat tərzi, alkoqoldan sui- istifadə, tütün məmulatlarından istifadə); modifikasiya olunması ehtimal edilən (lipidlərin səviyyəsi: lipoproteinlər (a), oksidləşmiş ASLP, sol mədəciyin hipertrofiyası, qlükozaya qarşı tolerantlıq, homosisteinin səviyyəsi, fibrinogenin səviyyəsi, stress); modifikasiya olunmayan kimi (yaş, cins, ailə anamnezi) qruplara bölünür.

FT-yəəsasən ÜİX -in klassik risk amilləri.

      Qanda lipidlərin səviyyəsi.FT-nin elə ilk nəticələrində göstərilmişdir ki, ümumi tədqiqatda iştirak edən qrupla müqayisədə xolesterinin səviyyəsi qanda 260 mq/dl-dən (6,76 mmol/l) artıq olan 30-49 yaşlı kişilərdə ÜİX inkişaf riskinin iki dəfədən çox artması, xolesterinin səviyyəsi 220 mq/dl (5,72 mmol/l-dən) az olan kişilərdə isə ÜİX inkişaf riskinin iki dəfə az olması aşkar edilib [9]. Qadınlarda xolesterinin səviyyəsi ilə ÜİX-nin korrelyasiyası 40-49 yaş qrupu arasında xolesterinin səviyyəsinin təsiri daha aşkar müşahidə olunduğu halda, 50 yaşdan yuxarı yaş qrupunda isə belə əlaqə müşahidə edilməmişdir. 1971-ci ildə 14 illik müşahidə müddəti ərzində 2282 kişidə və 2845 qadında xolesterinin səviyyəsi ilə ÜİX inkişafının tezliyi arasındakı nisbət haqqında məlumatlar təqdim edilmişdir. Bu zaman xolesterinin səviyyəsi ilə ÜİX inkişaf tezliyi arasında pozitiv korrelyasiyanın olması aşkar edilmişdir ki, bu da aterosklerozun inkişafında [10] xolesterinin rolunun klassik sübutuna çevrilmişdir. Sonralar qanda XS səviyyəsi ilə ÜİX inkişaf riski arasında pozitiv korrelyasiya digər epidemioloji tədqiqatlarda da əksini tapmışdır. Bu tədqiqatlar arasında ən əhəmiyyətlisi 361622 iştirakçı ilə aparılan çoxsaylı Risk Amilləri Tədqiqatı olmuşdur [11]. Həmin tədqiqatda ÜİX səbəbindən ölüm hallarının sayı qan zərdabında XS səviyyəsi 200 mq/dl-dən (5,2 mmol/l-dən) başlayaraq proqressiv sürətdə artmışdır və XS səviyyəsi 300 mq/dl (7,8 mmol/l) olduğu hallarda isə ölüm riski 4 dəfə artmışdır. Bundan əlavə qidalanma tərzinin dəyişdirilməsi hipoxolesterinemik müalicə nəticəsində XS qandakı səviyyəsi ilə ÜİX inkişafı arasında korrelyasiya da müəyyən edilmişdir [12]. Bu tədqiqatların nəticələri baxımından bir çox klinisistlər və epidemioloqlar əmin olmuşlar ki, qanda XS səviyyəsi ÜİX inkişafını proqnozlaşdıran etibarlı marker hesab edilə bilər. Bu hal aşağı sıxlıqlı lipoproteinlərin xolesterinin (ASLP XS) səviyyəsinin ÜİX inkişafı tezliyi ilə birbaşa korrelyasiyası faktının aşkar edilməsi ilə özünün əlavə təsdiqini tapmışdır [13]. Aterosklerozun müasir diaqnostikası və müalicəsi standartları, xüsusən də ABŞ-da qan zərdabında ASLP XS optimal səviyyəyə çatdırılmasını hipolipidemik müalicənin əsas məqsədi kimi qəbul edilir [14].
      Keçən əsrin 50-60-cı illərində müəyyən edilmişdir ki, qan zərdabında yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsi yüksək olan insanlarda yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsi aşağı olan şəxslərlə müqayisədə ÜİX inkişaf ehtimalı az olur. Bununla belə yalnız Lipoproteinlərin Kooperativ tədqiqatının və Fremingem ürək tədqiqatının nəticələri çap edildikdən sonra YSLP XS aterosklerozla əlaqəsi olan vacib amil kimi qeyd edilmişdir [15, 16].
      Aterosklerozun inkişafında triqliseridlərin (TQ) səviyyəsindən asılı olmayan müstəqil risk amili kimi rolu ziddiyyətlidir və mövcud olan sübutlara baxmayaraq TQ səviyyəsi və aterosklerozun inkişafı arasında qarşılıqlı əlaqənin asılılığın olmaması məsələsi hələ ki, mübahisəlidir [17].
      Arterial hipertenziya.1948-ci ildə hesab edilirdi ki, yüksək arterial təzyiq yaşlı insanlarda ateroskleroz nəticəsində daralmış arteriyalardan qan cərəyanının güclənməsi üçün mütləqdir və bu yaşlı adamlarda normal hal hesab edilir. Buna görə də ahıl yaşlı insanlarda labil və sistolik arterial hipertenziyaya əhəmiyyət verilməyərək müalicəsi ilə məşğul olmurdular. Fremingem tədqiqatı bu yanlışlığı aradan qaldıraraq göstərdi ki, arterial hipertenziyanın labil gedişinə baxmayaraq arterial təzyiq birbaşa ÜİX ilə assosiasiya olunur [18]. Həmçinin müəyyən edilmişdir ki, təcrid edilmiş sistolik hipertenziya ürək-damar xəstəliklərinin inkişafında əhəmiyyətli proqnozlaşdırıcı amildir [19]. Belə ki, 40-70 yaş arasında sistolik arterial təzyiqin hər 20 mm c.s. yüksəlməsi, yaxud diastolik arterial təzyiqin normadan 10 mm c.s.-a qədər yüksəlməsi ürək-damar  patologiyasının inkişaf riskini iki dəfə artırır [20]. Bundan əlavə Fremingem ürək tədqiqatı arterial təzyiq səviyyəsi 130-139/85-89 mm c.s. arasında dəyişən şəxslərdə ürək-damar xəstəliklərinin inkişafının risk dərəcəsini müəyyən etmişdi. Son illərin ədəbiyyatının təhlili də həmçinin göstərir ki, Fremingem tədqiqatının nəticələri arterial hipertenziya ilə ürək-damar xəstəlikləri arasında qarşılıqlı əlaqənin mövcud olmasına dair ən müasir baxışlarla kifayət qədər uzlaşır [35].
      Şəkərli diabet.Fremingem tədqiqatının nəticələrinin göstərdiyi kimi şəkərli diabet miokard infarktının, ürək çatışmazlığının, insultun, periferik arteriyaların zədələnməsinin inkişaf riskinin 2-4 dəfəyədək artması ilə assosiasiya olunur [21]. Müəyyən edilmişdir ki, şəkərli diabet qadınlar üçün kişilərlə müqayisədə daha ciddi risk amilidir. Yalnız şəkərli diabetin mövcud olması deyil, onun davametmə müddəti və ÜİX nəticəsində ölüm hallarının risk amilidir [22]. Qlikemiya və ürək-damar patologiyası arasındakı  qarşılıqlı əlaqənin əhəmiyyəti sübutedici təbabət çərçivəsində sonradan aparılmış  çoxsaylı tədqiqatlarda da öz təsdiqini tapmışdır. Hazırda II tip ŞD-li xəstələrdə ölüm hallarının səbəbi kimi ürək-damar patologiyası praktiki olaraq dünyanın bütün ölkələrində birinci yer tutur [36]. Bundan əlavə hipoqlikemiyanın əhəmiyyəti də müəyyən edilmişdir [37]. Qeyd etmək lazımdır ki, hipoqlikemiya problemi onun həmişə aşkar olunmaması və çox zaman gizli getməsi ilə səciyyələnir [38].
      Son illər aparılan tədqiqatlar avtonom diabetik neyropatiyanın da ürək-damar xəstəlikləri və ölüm hallarının risk amili kimi əhəmiyyətini müəyyən edib [39]. Şəkərli diabet metabolik sindromun tərkib hissəsi sayılır [40]. Metabolik sindromun tərkibinə daxil olmuş komponentlərin sayı artdıqca ürək-damar xəstəliklərinin nisbi inkişaf riski də artır.
       Yaş.Fremingem tədqiqatı ÜİX mütləq inkişaf riskinin kişi və qadınlarda yaşa dolduqca yüksəlməsini göstərdi [23]. ASLP yüksək səviyyəsi bütün yaş qruplarında 82 yaşa qədər ÜİX inkişafının yüksəlməsi riski ilə assosiasiya olunur, YSLP səviyyəsi isə 49-82 yaş qrupunda ÜİX-nin inkişafı ilə neqativ korrelyasiya olunur [23]. Aparılan tədqiqatların əksəriyyəti göstərir ki, ÜİX birincili profilaktikasına yönəlmiş tədbirlər 65-75 yaş dövründə aparılması özünü doğruldur. 75 yaşdan yuxarı ÜİX profilaktikasının cavanlarla müqayisədə daha ehtiyatla aparmaq lazımdır. Belə ki, tütün məmulatlarından imtina etmək istənilən yaşda labüddir, sistolik arterial hipertenziyanın müalicəsi hətta qocalarda ÜİX və insultların inkişaf riskini azaldır [24].
       Tütün məmulatlarının istifadəsi.Tütün məmulatlarının istifadəsi ÜİX inkişafının mühüm risk amilidir. Fremingem patomorfoloji tədqiqatlarının nəticələrinə əsasən tütün məmulatlarının istifadəsi koronar aterosklerozun inkişafını sürətləndirir. Ürək-damar xəstəliklərinin inkişafının risk amili kimi tütün məmulatlarından istifadə edilməsinin əhəmiyyətinə dair əldə edilmiş məlumatlar öz  təsdiqini sübutedici təbabət çərcivəsində tapıb və  hazırda heç bir şübhə doğurmur [41]. Hesab edilirdi ki, tütün məmulatlarından imtina tez bir zamanda miokard infarktının inkişaf riskinin azalmasına səbəb olur [25]. Lakin əvvəllər güman edildiyi kimi son illərdə aparılan tədqiqatların nəticələri  göstərdi ki, tütün məmulatlarından imtina ürək-damar sisteminin fəaliyyətinə təsiri tez aradan  qalxmır, siqaretdən imtinadan 15 il sonraya qədər saxlanılır [43].
       Piylənmə.Piylənmə xroniki metabolik xəstəlik olub, ÜİX, ŞD tip 2, arterial hipertenziya, bir sıra bədxassəli şişlər zamanı ölümün artması iləassosiasiya olunur. Fremingem ürək tədqiqatı tərəfindən hələ 45 il bundan əvvəl müəyyən edilmişdir ki, piylənmə bütün növ ölüm səbəblərinin müstəqil amili hesab edilir [26]. Son dövrlərdə aparılan tədqiqatlar, həmçinin göstərmişdir ki, artmış bədən kütlə indeksi ÜİX inkişaf riskinin artması ilə assosiasiya olunur [27].
      Həyat tərzi.1953-cü ildə D.Morris tərəfindən aparılmış birinci tədqiqatdan etibarən bir sıra epidemioloji tədqiqatlar az hərəkətli həyat tərzi ilə ÜİX arasında əlaqənin mövcudluğunu təsdiq etdi [28]. Az hərəkətli həyat tərzi keçirən insanlar üçün ÜİX-dən nisbi ölüm riski aktiv insanlarla müqayisədə 1,9 təşkil edir [1].
      Ailə anamnezi.Fremingem ürək tədqiqatı ÜİX ailəvi xəstəlik və valideynlərdə ürək-damar xəstəliklərinin mövcud olmasının onların övladları üçün müstəqil risk amili olması faktını təsdiqlədi. Belə ki, yaxın qohumlar arasında anamnezdə miokard infarktının keçirilməsi kişilərdə onun yaranma riskini iki dəfə artırır, qadınlarda isə 70%-ə qədər yüksəldir. Valideynlərlə uşaqlar arasında dürüst korrelyasiya əlaqəsi arterial hipertenziya üçün də mövcuddur.
       İrsi amillər.Çox faktorlu xəstəliyin inkişafında irsi amillərin rolunun qiymətləndirilməsi üçün məhsulları təqdim edilən xəstəliyə cəlb olunmuş namizəd genlərdə polimorf  markerlərin tədqiqatı böyük praktiki əhəmiyyət kəsb edir. Yüksək effektliyə malik genotipləşdirmə üsullarının inkişafı bir tədqiqat çərçivəsində yüzlərlə və minlərlə polimorf markerlərin istifadəsinə səbəb olur. Genetik epidemiologiyada belə tədqiqatlar genişgenom assosiasiyaların tədqiqatları (GWA, genome-wide assosiation) və ya tamgenom assosiasiyaların tədqiqatları (WGA, whole genome association) kimi məlumdur. Bu tədqiqatlarda hər hansı bir genetik variantın fenotipik əlamətləri ilə qarşılıqlı əlaqəsinin tapmaq üçün müxtəlif insanlarda çox saylı ümumi genetik variantlar öyrənilir. Bu tədqiqatlar adətən bir nukleotidin polimorfluğu və fenotipik əlamət arasındakı oxşarlığa görə birləşirlər. 2006-cı ildən ürək, ağciyər və qan Milli institutu (ABŞ-ın) tərəfindən Fremingem ürək tədqiqatının üç nəsil iştirakçılarına genotipləşməsi aparılır. SHAR layihə (Songle nucleotide polimorphizm Heath Association Resource) adı altında tanınan həmin tədqiqata bir nukleotidə görə 550 min gen polimorfizm və 10000 yaxın iştirakçını əhatə etmişdir. Tədqiqatın fenotipik komponentinə 16800-dən artıq dəyişən göstəricilər və həmçinin risk amilləri, aterosklerozun klinikaönü və kliniki təzahürlərinin parametrləri daxildir. Əldə edilmiş genotipik fenotipin nəticələri məlumatlar bazası formasında toplanılır və onların işlənilməsindən sonra bu məlumatlar bütün dünya tədqiqatçılarına NCBİ dbGaP (database of genotype and phenotype) veb saytında məlum olacaq.
      Fremingem Ürək Tədqiqatının direktor müavini Kristofer C., O.Donnell qeyd etdiyi kimi “Yeni tədqiqatın nəticələri bizım diqqətimizi spesifik irsi əlamətlərə yönəldir və müxtəlif ictimai təbəqələrdən olan bir çox insanlarda xolesterinin və qanın digər lipidlərinin səviyyəsinin pozulmalarının mövcudluğu onlarda ürək xəstəliklərinin inkişaf etməsinə səbəb olmasını daha dərindən dərk etmək imkanı verir. İşimizdə ən maraqlısı ondan ibarətdir ki, biz nadir kəşfdən, irsi pozğunluqların lipid mübadiləsinin pozulmalarına və ürək xəstəliklərinin inkişafına necə səbəb olması kimi dərin anlayışa doğru irəliləyirik.
     Ümumiyyətlə, 2012-ci ilə qədər aparılmış tamgenomlu assosiativ tədqiqatlar, o cümlədən Fremingem Ürək Tədqiqatının nəticələri də daxil olmaqla, ürəyin işemik xəstəliyi ilə assosiyasiya olunan 30-dan çox irsi lokus, arterial hipertenziya ilə assosiasiya olunan 30-dan çox irsi lokus, qanın lipidlərinin səviyyəsi ilə assosiasiya olunan 95 irsi lokus, II tip şəkərli diabetlə və bədən çəkisi indeksi ilə [29] assosiasiya olunmuş 30-dan çox irsi lokus aşkar edilmişdir.
      Risk amilləri və ÜİX inkişafının proqnozlaşdırılması.Ürək-damar xəstəlikləri irsi və ətraf  mühit amillərinin kompleks şəkildə təsirlərinin nəticəsidir. Fremingem Ürək Tədqiqatının nailiyyətlərindən biri multifaktorlu xəstəliklərin inkişafının təhlilində yeni statistik üsulun tərtibi və onun təkmilləşdirilməsindən ibarətdir. Bu müxtəlif risk amillərinin təzahür dərəcəsinə müvafiq olaraq ÜİX inkişafında fərdi riskin qiymətləndirilməsi üsulunun yenidən işlənilib  öyrənilməsinə imkan verdi.
      Hazırda ÜİX inkişaf riskini qiymətləndirmək üçün istifadə olunan sistem ilk dəfə 1998-ci ildə çap olunmuşdur və yaxın on il ərzində ÜİX inkişafını proqnozlaşdıran sadələşdirilmiş modeldir [30]. Bu modeldə yeddi risk amili  nəzərə alınır- yaş, cins, qan zərdabında XS və YSLP XS-nin səviyyələri, sistolik arterial təzyiq, şəkərli diabet və tütün məmulatlarının istifadəsi. ÜİX inkişaf riskinin belə hesablanması alqoritmi sonradan Avropa və Britaniya ürək-damar xəstəlikləri cəmiyyəti tərəfindən ÜİX qarşısının alınması məqsədilə özlərinin proqramları üçün uyğunlaşdırılmışdır. Fremingem qiymətləndirilmə şkalasının vasitəsi ilə ÜİX inkişaf riskinin proqnozunda qəbul edilmiş məqbul dəqiqlik ABŞ-ın, Avstraliyanın və Yeni Zelandiyanın müxtəlif populyasiyalarında nümayiş etdirilmişdir. Çinin və Avropanın bəzi ölkələrində riskin dürüst şişirdilməsinə baxmayaraq balların hesablanması sistemində bəzi düzəlişlər aparıldıqdan sonra müxtəlif populyasiyalarda istifadə oluna bilər [31]. ÜİX inkişaf riskini qiymətləndirmək üçün istifadə olunan Fremingem sistemi digər risk amillərinin TQ, lipoprotein (a), homosistein kimi göstəricilərin səviyyəsinin təsirlərini nəzərə almır. Bununla belə, ÜİX inkişafında bu yeni risk amillərinin kəmiyyət göstəricilərinin mahiyyəti kifayət qədər müəyyən edilməmişdir, onlardan bəzilərinin isə rutin klinik təcrübədə geniş istifadə edilməsi hələ ki, mümkün deyil. Bütün bunlara baxmayaraq görünür ki, hər bir yeni müəyyən edilmiş risk amili ÜİX inkişafına öz müstəqil töhvəsini verir və bu gələcəkdə riskin qiymətləndirilməsi bu risk amillərinin təyin edilmə cədvəllərinə daxil edilməsi nəticəsində yaxşılaş-dırıla bilər.
       Yaxınlarda keçirilmiş tamgenomlu assosiativ tədqiqatların nəticələrindən istifadə edərək Fremingem Ürək Tədqiqatının əməkdaşları miokard infarktı və ÜİX digər təzahürləri ilə assosiasiya olunmuş 13 irsi polimorfizmlərdən ibarət irsi riskin ballarının hesablanması sistemini yaradıblar. Göstərilmişdir ki, bu hesablanma sistemi dürüstlüklə ÜİX inkişafı ilə assosiasiya olunur, lakin onu standart risk amilləri sırasına əlavə etdikdə o, ÜİX inkişafı riskinin proqnozlaşdırılmasına yalnız cüzi məlumatın əlavə edilməsini təmin edir. Digər tərəfdən bu sistem koronar arteriyalarında kalsiumun yüksək səviyyəsi ilə dəqiq assosiasiya olunur [32].
       Son illər aparılan bir sıra tədqiqatlar sağlam həyat tərzinin və ÜİX risk amillərinin cəm ballarının aşağı rəqəmi onların xəstəliyinin son nəticələrinə və yaşam müddətinə əlverişli təsirini təsdiq edir. Bu tədqiqatlarda təxmin edilir ki, lap erkən yaşdan ÜİX risk amillərinin meydana çıxmasının qarşısının alınması  uzun ömürlülüyə səbəb ola bilər. Belə ki, Fremingem Ürək Tədqiqatı göstərdi ki, 50 yaşlı şəxslər üçün sağlamlığın optimal göstəriciləri arterial təzyiqin səviyyəsinin 120/80 mm c.s. aşağı olması, qan zərdabında XS səviyyəsinin 4,7 mmol/l-dən az olması, şəkərli diabetin mövcud olmaması və tütün məmulatlarının istifadəsindən imtinadır [33]. Əsas risk amilləri kimi arterial hipertenziyanın II mərhələsi, hiperxolesterinemiya (XS səviyyəsinin 6,2 mmol/l-dən çox olması) tütün məmulatlarının istifadəsi və şəkərli diabetin mövcud olması qəbul edilib. Miokard infarktı, stenokardiya, beyin insultları və ürək çatışmazlığı daxil olan ürək-damar xəstəliklərinin inkişaf riski 50 yaş dövründən başlayaraq qalan həyat müddəti üçün əsas risk amilləri mövcud olmadığı halda kişilər üçün 5,2%, qadınlar üçün isə 8,2% təşkil edir. Lakin iki və daha çox əsas risk amilləri mövcud olan kişilər və qadınlar üçün yuxarıda qeyd edilən risk 68,9% kişilərdə və 50% qadınlar da təşkil edir. Həmçinin əsas risk amilləri mövcud olmayan kişilər və qadınlarda orta həyat müddət iki və ya üç risk amili olanlarla müqayisədə ən azı 10 il çox olur. Fremingem tədqiqatının digər layihəsində 40-50 yaş arasında olan 2531 kişi və qadınların seçimi zamanı 85 və daha çox yaşa qədər yaşama imkanı öyrənilirdi. Ümumilikdə müşahidə olunanların 35,7% 85 yaşa qədər və onlardan 22%-də ölüm hallarının əsas səbəbi olan xəstəliklər müəyyən edilməmişdir.
       Belə uzun yaşama müddəti ilə assosiasiya edilən amillər aşağıdakılar olmuşdur: 1) qadın cinsi; 2) sistolik arterial təzyiqin aşağı olması; 3) qan zərdabında XS səviyyəsinin aşağı olması; 4) qlükozaya qarşı normal tolerantlıq; 5) tütün məmulatlarının istifadəsindən imtina; 6) təhsil səviyyəsinin yüksək olması. Qeyd etmək lazımdır ki, miokard infarktı, ürək çatışmazlığı, insult, demensiya və xərçəngin inkişaf etməməsi şərti ilə 85 yaşa qədər yaşama imkanı ilə assosiasiya olunan amillər olduqca oxşardır. Bununla belə əgər ahıl yaş dövründə yuxarıda qeyd edilən amillərin dördünün pozulması mövcud olarsa, bu zaman kişilərin 5%-dən azı və qadınların yalnız 15% 85 yaşa qədər yaşayır [34]. Fremingem tədqiqatı nəticəsində risk hesablayıcı kalkulyatoru [42] işlənib tərtib olunmuşdur ki, bu da ürəyin koronar xəstəliyi, miokard infarktı, ürəyin koronar  xəstəliyindən ölüm, insult, kardiovaskulyar xəstəlik, kardiovaskulyar ölüm kimi riskləri hesablanma imkanı verir.

ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 

1.Куликова В.А. Фремингемское исследование сердца: 65 лет изучения причин атеросклероза // Вестник ВГМУ, 2012, т.11, №2, с.16-24.
2.Kagan A., Dawber T.R., Kannel W.B., Revotskie N. The Framingham Study: a perspective study of coronary heart disease // A Federation Proceedings, 1962,  v.21, p.52–57.
3.Kannel W.B., Feinleib M., McNamara P.M., et al. An investigation of coronary heart disease in families. The Framingham offspring study // Am. J. Epidemiol., 1979, v.110, p.281-290.
4.Splansky G.L., Corey D., Young Q., et al. The third generation cohort of the National Heart, Lung, and Blood Institute’s Framingham Heart Study: Design, Recruitment, and Initial Examination // Am J Epidemiol., 2007, v.165, p.1328-1335.
5.Dawber T.R., Meadors G.F., Moore F.E. Epidemiological approaches to heart disease: The Framingham Study // Am. J. Public Health, 1951, v.41, p.279-286.
6.Govindaraju D.R., Cupples L.A., Kannel W.B., et al. Genetics of the Framingham Heart Study Population // Adv. Genet., 2008, v.62, p.33-65.
7.Kannel W.B. Dawber T.R., Kagan A.,  3rd Factors of risk in the development of coronary heart disease – six-year follow-up experience // Ann. Int. Med., 1961, v.55, p.33-50.
8.Wilson P.W. Established risk factors and coronary heart disease: The Framingham Study // A.J.H., 1994, v.7, p.7S–12S.
9.Dawber T.R. Kannel W.B., Revotskie N., Kagan A. The Epidemiology of Coronary Heart Disease –The Framingham Enquiry // Ann. Intern.Med., 1962, v.S5, p.265-271.
10.Kannel W.B., Castelli W.P., Gordon T., McNamara P.M. Serum cholesterol, lipoproteins, and the risk of coronary heart disease // Ann. Intern. Med., 1971, v.74, p.1-12.
11.Multiple Risk Factor Intervention Trial Research Group. Multiple risk factor intervention trial: Risk factor changes and mortality results // JAMA., 1982, v.248, p.1465-1477.
12.Grundy L., Hunninghake D., Bush D., et al. The cholesterol facts. A summary of the evidence relating dietary fats, serum cholesterol, and coronary heart disease. A joint statement by the American Heart Association and the National Heart, Lung, and Blood Institute. The Task Force on Cholesterol Issues, American Heart Association // Circulation, 1990, v.81, p.1721-1733.
13.Kannel, W.B., Castelli W.P., Gordon T. Cholesterol in the prediction of atherosclerotic disease. New perspectives based on the Framingham Study // Ann. Intern. Med., 1979, v.90, p.85-91.
14.Third Report of the National Cholesterol Education Program (NCEP) Expert Panel on Detection, Evaluation, and Treatment of High Blood cholesterol in Adults (Adult Treatment Panel III) Final report // Circulation, 2002, v.106, p.3143-3421.
15.Castelli W.P., Doyle J.T., Gordon T., Hames C.G. et al. HDL cholesterol and other lipids in coronaryheart disease: the Cooperative Lipoprotein Phenotyping Study // Circulation, 1977, v.55, p.767-772.
16.Gordon  T., Castelli  W.P., Hjortland  M.C., et al.,  High density lipoprotein as a protective factor against coronary heart disease—the Framingham Study // Am J Med., 1977, v.62, p.707-714.
17.Sarwar N., Danesh J., Elriksdottir G., et al. Triglycerides and the risk of coronary heart disease: 10,158 incident cases among 262,525 participants in 29 Western prospective studies  // Circulation, 2007, v.115, p.450-458.
18.Kannel W.B., Sorlie P.,  Gordon T. Labile hypertension: a faulty concept? The Framingham study // Circulation, 1980, v.61, p.1183-1187.
19.Kannel W.B., Dawber T.R., McGee D.L. Perspectives on systolic hypertension: the Framingham study // Circulation, 1980, v.61, p. 1179-1182.
20.Lewington S., Clarke R., Qizilbash N., et al. Agespecific relevance of usual blood pressure to vascular mortality // Lancet, 2002, v.360, p.1903-1913.
21.Fox C.S. Cardiovascular Disease Risk Factors, Type 2 Diabetes Mellitus, and the Framingham Heart Study // Trends Cardiovasc. Med., 2010, v.20, p.90-95.
22.Fox C.S., Sullivan L., D'Agostino R.B., Wilson P.W.; Framingham Heart Study. The significant effect of diabetes duration on coronary heart disease mortality: the Framingham Heart Study // Diabetes Care, 2004, v.27, p.704-708.
23.Kannel W.B., Gordon T. Evaluation of cardiovascular risk in the elderly: the Framingham Study // Bull. N. Y. Acad. Med., 1978, v.54, p.573-591.
24.Prevention of stroke by antihypertensive drug treatment in older persons with isolated systolic hypertension: final results of the Systolic Hypertension in the Elderly Program (SHEP) / SHEP Cooperative Research Group // JAMA., 1991, v.265, p.3255-3264.
25.Rosenberg N., Kaufman D.W., Heirlich S.P., Shapiro  S. The risk of myocardial infarction after quitting smoking in men under 55 years of age // N Engl. J. Med., 1985, v.313, p.1511-1514.
26.Kannel W.B., LeBauer E.J., Dawber T.R., McNamara P.M. Relation of body weight to developement of coronary heart disease. The Framingham Study // Circulation, 1967, v.35, p.734-744.
27.Baker J.L., Olsen L.W., Sorensen T.I. Childhood body-mass index and the risk of coronary heart disease in adulthood // N. Engl. J. Med., 2007, v.357, p.2329-2337.
28.Berlin J.A., Colditz G.A. A meta-analysis of physical activity in the prevention of coronary heart disease // Am. J. Epidemiol., 1990, v.132, p.612-628.
29.O’Donnel C.J.,  Nabel E.G. Genomics of Cardiovascular disease // N. Engl. J. Med., 2011, v.365, p. 2098-2109.
30.Wilson P.W., D'Agostino R. B., Levy D., et al. Prediction of coronary heart disease using risk factor categories // Circulation, 1998, v.97, p.1837-1847.
31.Marrugat J., SubiranaI., Comín E., et al. VERIFICA Investigators. Validity of an adaptation of the  Framingham cardiovascular risk function: the VERIFICA Study // J. Epidemiol. Community Health, 2007, v.61, p.40-47.
32.Thanassoulis G. A Genetic Risk Score Is Associated With Incident Cardiovascular Disease and Coronary Artery Calcium // Circ. Cardiovasc.Genet., 2012, v.5, p.113-121.
33.Lloyd-Jones D.M., Leip E.P., Larson M.G., D’Agostino R.B. et al. Prediction of lifetime risk for cardiovascular disease by risk factor burden at 50 years of age // Circulation, 2006, v.113, p.791-798.
34.Terry D.F., Pencina M.J., Vasan R.S., Murabito J.M. et al. Cardiovascular risk factors predictive for survival and morbidity-free survival in the oldest-old Framingham Heart Study participants // J. Am.Geriatr. Soc., 2005, v.53, p.1944-1950.
35.American Diabetes Association. Standards of medical care in diabetes: 2015 // Diabetes Care, 2015, v.38, Suppl.1, p.S11 S66.
36.Аметов А.С., Курочкин И.О., Зубков А.А.Сахарный диабет и сердечно-сосудистые заболевания. РМЖ, 2014, № 13, 954, http://www.rmj.ru/articles_9505.htm
37.Dandona P, Chaudhuri A, Dhindsa S: Proinflammatory and prothrombotic effects of hypoglycemia // Diabetes Care, 2010, v.33, p.16861687.
38.Мирзазаде М.В. Значение системы длительного мониторирования глюкозы для оценки состояния метаболизма у больных сахарным диабетом. Автореф. дис… д.ф.м., Москва, 2014, 24 с.
39. Balcıoğlu A.S., Müderrisoğlu H. Diabetes and cardiac autonomic neuropathy: Clinical manifestations, cardiovascular consequences, diagnosis and treatment // World J Diabetes, 2015, v.6, p.80–91.
40.Reaven G.M. Insulin resistance: the link between obesity and cardiovascular disease // Med Clin North Am., 2011, v.95, p.875-892.
41.Mendis S., Puska P., Norrving B. (Eds.). Global Atlas on Cardiovascular Disease Prevention and Control. World Health Organization (in collaboration with the World Heart Federation and World Stroke Organization), Geneva, 2011
42.Framingham Risk Score. http://integrate. ccretherapeutics.org.au/Calculator/ Fram91.aspx
43.
Ahmed A.A., Patel K., Nyaku M.A., Kheirbek R.E. et al. Risk of Heart Failure and Death After Prolonged Smoking Cessation: Role of Amount and Duration of Prior Smoking. Circulation: Heart Failure,  2015, 114, 001885, Published online before print June 2, 2015, doi: 10.1161/, http://circheartfailure. ahajournals.org/content/early/2015/06/02/CIRCHEARTFAILURE.114.001885.abstract

 


Müəlliflər:
V. A. Mirzəzadə
Y. Z. Qurbanov
N. V. Zeynalova
M. S. Novruzova

Digər jurnal və qəzetlər