AĞCİYƏRİN XRONİK OBSTRUKTİV XƏSTƏLİYİNİN AĞIR KƏSKİNLƏŞMƏLƏRİNDƏ BİR İL ƏRZİNDƏ XƏSTƏLƏRİN YENİDƏN HOSPİTALA QAYITMA HALLARI VƏ ÖLÜM RİSKİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

13-12-2019

Açar sözlər: AXOX ağır kəskinləşməsi, yenidən hospitalaqayıtma

Ключевые слова: Тяжелые обострения ХОБЛ, повторная госпитализация

Key words: Acute exacerbation COPD, readmission

Giriş: Ağciyərin xronik obstruktiv xəstəliyi (AXOX) bütün dünyada  xəstələnmə halları və ölüm göstəricilərinə görə əsas yerlərdən birini tutur [1]. AXOX xəstələri bəzi klinik və bioloji fenotiplərə malikdir [2, 3]. Onlardan biri AXOX-un ağır kəskinləşmələri [4] və bu kəskinləşmələrə görə hospitalizasiya onunla əlaqəli xərclərin əsas hissəsini təşkil edir [5]. Xəstəxanadan çıxdıqdan sonra AXOX xəstələrinin 10-20 %-ə qədərinin 30 gün ərzində kəskinləşmə ilə yenidənhospitala qayıtma riski var [6]. AXOX kəskinləşməsinə görə yenidən hospitala qayıdan xəstələrin ölüm riski daha yüksək olub və daha pis nəticələrlə xarakterizə olunur [7].

Yaxın zamanlarda aparılan tədqiqatlar xəstələrin xəstəxanadan çıxdıqdan sonrakı günlərin və ayların onlar üçün həssas olduğunu göstərmişlər [8]. Bu posthospitalizasiya sindromu kimi təqdim olunmaqla fizioloji, psixoloji pozğunluq və hətta yuxu pozğunluğundan fiziki aktivliyin pozğunluğuna qədər dəyişikliklərlə şərtlənmişdir [9].

Tədqiqatın məqsədi: Məqsədimiz  verilən ventilyasiya dəstəyinin növünə görə AXOX kəkinləşmələri olan xəstələrin xəstəxanadan evə yola salındıqdan sonra 1-30, 31-60, 61-90, 91-180 və 181-360- cı günlərdə yenidən hospitalaqayıtma hallarının və ölüm riskinin  araşdırılması olmuşdur.

Tədqiqatın material və metodları. Müşahidəmiz altında 1 il müddətində ≥40 yaşdan yuxarı 149 AXOX ağır kəskinləşməsi olan xəstə olmuşdur. Qəbul etdikləri ventilyator dəstəyə görə xəstələr 3 qrupa bölünmüşdür: invaziv ventilyasiya dəstəyi alanlar, qeyri-invaziv mexaniki ventilyasiya dəstəyi alanlar və ventilyasiya dəstəyi almayanlar.

Alınan nəticələr və onların müzakirəsi. Bizim tədqiqatın çox mühüm tapıntılarından biri pasientlər arasında yenidən xəstəxanayaqayıtma riskinin illik müşahidə zamanı hospitaldan xaric edildikdən sonra ilk 50 günlük müşahidə müddətində daha yüksək olmasıdır.

Qeyd etmək lazımdır ki, hətta ventilyator dəstəyin xarakteri AXOX pasientlər hospitaldan xaric edildikdən sonra birinci 30 gün ərzində rehospitalizasiya riskinin fərqli göstəriciləri ilə nümayiş olunmuşdur. Belə ki, bu göstəricilərin daha yüksək intensivliliyi mexanik invaziv ventilyasiyaya məruz qalan pasientlərdə qeydə alınmışdır. Rehospitalizasiya riski ventilyasion dəstəyə ehtiyacı olmayan pasientlərdə daha az olmuşdur. Lakin hər üç qrup pasientlərdə rehospitalizasiya riski hospitaldan xaric edildikdən sonra 90 gün müddətindən sonrakı dövrdə eyni göstəricilərlə xarakterizə olunmuşdur.

AXOX-a görə hospitalizasiyadan sonra birinci il ərzində müşahidə göstərmişdir ki, bütün qrup xəstələr arasında ən yüksək ölüm göstəriciləri birinci 30 gün ərzində müşahidə edilmişdir. Lakin bu göstərici ən yüksək pikə invaziv mexanik ventilyasiyaya məruz qalmış pasientlərdə qeydə alınmış və ventilyasiyaya ehtiyacı olmayan pasientlərlə müqayisədə birinci 30 gün ərzində daha  yüksək olmuşdur. Sonrakı 60 günlük müşahidədə müddətində bu göstərici azalsa da müqayisədə yenə də yüksək qalmışdır (cədvəl 1).

Cədvəl № 1.

AXOX-a görə hospitalizasiyadan sonrakı birinci il ərzində pasientlərdə yenidən xəstəxanayaqayıtma halları və ölüm riskinin qiymətləndirilməsi.

Rehospitalizasiya

 

Ventilyator dəstəyə ehtiyacı olmayanlar

Qeyri-invaziv ventilyasiya

İnvaziv ventilyasiya

P dəyərləndirmə

0-30 gün

Yox

Var

 

57 (86,4%)

9 (13,6%)

 

53 (82,8%)

11 (17,2%)

 

16(84,2%)

3 (15,8%)

χ2  =0,316

p =0,854

 

31-60 gün

Yox

Var

 

58 (90,6%)

6 (9,4%)

 

52 (88,1%)

7 (11,9%)

 

14(87,5%)

2 (12,5%)

χ2  =0,252

p =0,881

 

 

61-90 gün

Yox

Var

 

58 (92,1%)

5 (7,9%)

 

51 (91,1%)

5 (8,9%)

 

12 (85,7%)

2 (14,3%)

χ2  =0,564

p =0,754

 

91-180gün

Yox

Var

 

59 (95,2%)

3 (4,8%)

 

52 (94,5%)

3 (5,5%)

 

13 (92,9%)

1 (7,1%)

χ2  =0,122

p =0,941

 

181-365 gün

Yox

Var

 

60 (96,8%)

2 (3,2%)

 

52 (96,3%)

2 (3,7%)

 

12 (92,3%)

1 (7,7%)

χ2  =0,583

p =0,747

 

Ölüm

 

Ventilyator dəstəyə ehtiyacı olmayanlar

Qeyri-invaziv ventilyasiya

İnvaziv ventilyasiya

P dəyərləndirmə

0-30 gün

Yox

Var

 

64 (97,0%)

2 (3,0%)

 

59 (92,2%)

5 (7,8%)

 

16 (84,2%)

3 (15,8%)

χ2  =4,053

p =0,132

 

31-60 gün

Yox

Var

 

63 (98,4%)

1 (1,6%)

 

56 (94,9%)

3 (5,1%)

 

14 (87,5%)

2 (12,5%)

χ2  =3,854

p =0,146

 

61-90 gün

Yox

Var

 

62 (98,4%)

1 (1,6%)

 

55 (98,2%)

1 (1,8%)

 

14 (100,0%)

0 (0,0%)

χ2  =0,247

p =0,884

 

91-180 gün

Yox

Var

 

62 (100,0%)

0 (0,0%)

 

54 (98,2%)

1 (1,8%)

 

13 (92,9%)

1 (7,1%)

χ2  =3,929

p =0,140

 

181-365gün

Yox

Var

 

62 (100,0)

0 (0,0%)

 

54 (100,0%)

0 (0,0%)

 

13 (100,0%)

0 (0,0%)

 

 

 

             

 

AXOX-a görə hospitaldan xaric edildikdən sonra birinci il ərzində müşahidə edərkən ilk 30 gün ərzində pasientlərə ventilyator dəstəyin fərqindən asılı olaraq, yenidən hospitalizasiya hallarının kəskin fərqləri olmadıqda belə, ventilyator dəstəkdən asılı olaraq ölüm halları arasında müəyyən fərqlər qeyd edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hospitaldan xaric edildikdən sonra 1 il müddətində müşahidə nəticəsində alınan nəticələr statistik əhəmiyyətli olmasa da, onlar  azalmağa doğru dəyişir. Belə ki,  hospitaldan xaric edildikdən sonrakı dövrdən 60 gün keçməsinə baxmayaraq bu göstərici invaziv mexanik ventilyasiyaya məruz qalan pasientlərdə daha yüksək olmuşdur [2 (12,5%) və 3 (5,1%); (p=0,146)] və 90 gün ərzində bu göstəricilər arasında kəskin fərq olmasa da, bu meyllik hətta hospitalizasiyadan sonrakı 180 gün ərzində qalmaqda davam etmişdir [1 (7,1%) və 1 (1,8%); (p=0,140)]. Ventilyasiyaya ehtiyac olmayan pasientlərdə qeyri-invaziv ventilyasiya dəstəyinə ehtiyacı olan pasientlərin müqayisəsi statistik əhəmiyyətli olmasa da fərqli göstəricilərin nümayişi ilə xarakterizə olunmuşdur. Belə ki, rehospitalizasiya riskinin bu qrup pasientlərdə fərqli göstəriciləri ilə yanaşı birinci 30 gün ərzində ölüm göstəricilərində fərqlər müşahidə olunmuş [3 (5,1%) və 1 (1,6%); (p=0,146)],  bu dəyişiklik sonrakı 60 və 180 gündə  davam etmiş və yalnız illik müşahidənin sonuna yaxın bu göstəricilər arasında fərq demək olar ki, çox azalmışdır.

Beləliklə, bizim tədqiqatın önəmli tapıntılarından biri AXOX-a görə hospitalizasiya zamanı və eyni zamanda hospitalizasiya və ölüm riskinin yüksəlməsi ilə assosiasiya olunan hallarda invaziv və qeyri-invaziv ventilyasiyaya zərurətin yaranmasıdır. Nəticədə ventilyator dəstəyin dərəcəsinə görə yenidən hospitalaqayıtma halları və ölüm riskinin dinamikada necə dəyişməsini aşkar edərək bu riskin ventilyasiya dərəcəsinə görə variasiyaya uğradığını müşahidə etdik.

Fikrimizcə, hospitala yenidənqayıtma və ölüm riski dinamik olub, AXOX kəskinləşmələrində ağciyərlərin süni ventilyasiyasının vacibliyi ilə sıx assosiasiya olunur və xəstə stasionardan çıxdıqdan sonra da üzun müddət ərzində yüksək qalır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Beran D, Zar HJ, Perrin C, Menezes AM, Burney P. Burden of asthma and chronic obstructive pulmonary disease and access to essential medicines in low-income and middle-income countries. Lancet Respir Med. 2015;3 (2): 159-170

2.Carolan BJ, Hughes G, Morrow J, et al. The association of plasma biomarkers with computed tomograph-assessed emphysema phenotypes. Respir Res. 2014; 15:127

3.Castaldi PJ, Dy J, Ross J, et al. Cluster analysis in the COPD Gene study identifies subtypes of smokers with distinct patterns of airway disease and emphysema. Thorax. 2014; 69 (5):415-422

4.Wedzicha JA, Singh R, Mackay AJ. Acute COPD exacerbations. Clin Chest Med. 2014; 35 (1): 157-163

5.Marchetti N, Criner GJ, Albert RK. Preventing acute exacerbations and hospital admissions in COPD. Chest. 2013; 143 (5); 1444-1454

6.Shah T. Churpek MM, Perraillon MC, Konetzka RT. Understanding why COPD patients get readmitted: A large national study to delineate the Medicare population for the readmissions penalty expansion. Chest. 2015; 147 (5): 1219-1226

7.Almagro P, Calbo E, de Echagüen AO, et al. Mortality after hospitalization for COPD. Chest. 2002; 121 (5) 1441-1448)

8.Dharmarajan K, Hsieh AF, Kulkarni VT, Lin Z, Ross JS, Horwitz LI, et al. Trajectories of risk after hospitalization for heart failure, acute myocardial infarction, or pneumonia: retrospective cohort study. BMJ 2015; 350: h411.

9.Detsky AS, Krumholz HM. Reducing the trauma of hospitalization. JAMA. 2014; 311:2169-2170


Müəlliflər:
K.T. Abbasəliyeva

Digər jurnal və qəzetlər