ASKARİDOZ VƏ TRİXOSEALYOZUN MÜXTƏLİF PATOLOGİYASI OLAN ŞƏXSLƏR ARASINDA YAYILMASI VƏ KLİNİK ƏLAMƏTLƏRİ

27-01-2020

Açar sözlər: askaridoz; trixosefslyoz; müxtəlif patologiyalar

Ключевые слова: аскаридоз; трихоцефалез; различные патологии

Key words: askaridoz; trichosefalyoz; varios psthologies

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə geohelmintozların profilaktikası və ona nəzarət proqramı çərçivəsində məktəb yaşlı uşaqlar arasında bu helmintozların 2020-ci ilə eliminasiyası nəzərdə tutulub.

2016-2020-ci illər üçün nəzərdə tutulan bu proqram çərçivəsində çox mühüm işlər görülsə də, qarşıya qoyulan məqsədə tam nail olunmamışdır. Buna səbəb kimi bəzi bölgələrdə əhalinin keyfiyyətli mərkəzləşdirilmiş su ilə tam təmin olunmaması, sanitar-gigiyenik qaydalara düzgün riayət etməmələri, parazitoloji xidmət sahələrində kadr çatışmazlığı, tibb işçilərinin bu sahəyə lazımi diqqət ayırmamaları, bu xəstəliklərin laborator və klinik diaqnostika imkanlarının nisbətən zəif olması, parazitozların insan patologoyalrında rolunun düzgün qiymətləndirilməməsi və s. amillər göstərilir [1,2].

Azərbaycan respublikasında da geohelmintozlar, xüsusən də, askaridoz və trixosefalyoz əhali arasında geniş yayılmışdır və onlara çoxlu sayda elmi-tədqiqat işləri həsr olunmuşdur [3,4,5,6]. Lakin, buna baxmayaraq, bir sıra ölkələrdə, o cümlədən, Azərbaycamda bu helmintozların insan patologiyalarında rolu, onların vaxtında və düzgün diaqnozu tam həllini tapmayan problemlərdəndir.

Bunları nəzərə alaraq, praktik sağlam şəxslərlə yanaşı müxtəlif patologiyası olan insanlarda askaridoz və trixosefalyozun mono- və mikst invaziyalarının rast gəlmə tezliyini və onların klinik əlamətlərini dəqiqləşdirmək üçün müayinələr aparılmışdır.

İşin məqsədi. Askaridoz və trixosefalyozun klinik əlamətlərinin və onların müxtəlif patologiyası olan şəxslər arasında rastgəlmə tezliyinin dəqiqləşdirilməsi.

Material və metodlar. Bu məqsədlə V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun klinikalarına və 12 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət edən  623 şəxsin ambulator vərəqələri və xəstəlik tarixləri araşdırılmışdır.

Askaridoza görə müayinələr koproloji və seroloji metodlarla, trixosefalyoza görə müayinələr isə yalnız parazitoloji metodlarla aparılmışdır.

Helmintoloji müayinə Kato-Miura və adi yaxma üsulu, seroloji müayinələr isə immunferment analizi (İFA) ilə aparılmışdır. Alınmış rəqəm göstəricilərinin statistik işlənməsi ümumi qəbul edilmiş Stüdentin (t) etibarlılıq meyarının istifadəsi, orta arifmetik kəmiyyətin (M) və səhvlərin (m) hesablanması ilə işlənmişdir. Fərqlər 0<0,05 olduqda etibarlılıq qəbul edilmişdir.

Tədqiqatın nəticələri və müzakirəsi

Alınmış nəticələr 1 saylı cədvəldə öz əksini tapmışdır.

Cədvəldən göründüyü kimi,  askaridoz praktik sağlam şəxslərə nisbətən (6,73±2,46%) patologiyası olanlar arasında xeyli çox rast gəlir. Eyni hal trixosefalyozda da özünü göstərir. Bundan başqa, askaridozla trixosefalyozun müxtəlif patologiyası olan şəxslər arasında yayılma səviyyəsi də müxtəlif olub, bir-birindən fərqlənir. Məsələn, askaridoz ən çox allergiyası olan şəxslərdə (27,27±5,08%), sonra pnevmoniyası olanlarda (22,22±5,66%), nisbətən az obstruktiv bronxiti olanlarda (20,83±4,79%), ən az isə qastriti olanlarda (9,52±3,70%) rast gəlirsə, trixosefalyoz ən çox xronik koliti (11,84±3,71%), sonra entero-koliti (8,62±3,69%), nisbətən az allergiyası (6,49±2,81%) və qastriti (6,35±3,07%) olanlarda, ən az isə obstruktiv bronxiti olanlar arasında aşkar edilir.

Cədvəl  № 1.

Müxtəlif patologiyası olan və praktik sağlam şəxslərdə askaridoz və trixosefalyozun aşkar edilməsi

Patologiyası olan və praktik sağlam şəxslər

Müayinə olunanların sayı

Parazitozu olan şəxslər

Askaridoz

Trixosefalyoz

müt.

%

müt.

%

Xroniki kolit

76

8

10,53±3,52

9

11,84±3,71

Qastrit

63

6

9,52±3,70

4

6,35±3,07

Entero-kolit

58

9

15,52±4,76

5

8,62±3,69

Pnevmoniya

54

12

22,22±5,66

2

3,70±2,57

Obstruktiv bronxit

72

15

20,83±4,79

2

2,78±1,94

Allergiya

77

21

27,27±5,08

5

6,49±2,81

Dermatoz

53

9

16,98±5,16

3

5,66±3,17

Hepatomeqaliya

66

7

10,61±3,79

3

4,55±2,57

Praktik sağlam şəxslər

104

7

6,73±2,46

2

1,92±1,35

CƏMİ

623

94

15,09±1,43

35

5,62±0,92

 

Bu parazitoozların mono və mikst invaziyalarının göstərilən patologiyası olan şəxslər arasında rast gəlməsi də müqayisəli araşdırılmışdır. Nəticələr 2 saylı cədvəldə öz əksini tapmışdır.

Cədvəldən göründüyü kimi, askaridozla trixosefalyozun mikst invaziyası ən çox xronik koliti olanlar (6,58±2,84%), sonra enterokoliti olanlarda (5,17±2,91%), nisbətən az allergiyası olanlarda (2,60±1,81%), ən az və təqribən bərabər pnevmoniya (1,85±1,83%), dermatozu (1,89±1,87%), qastriti (1,59±1,58%) və hepatomeqaliyası (1,52±1,51%) olanlarda aşkar edilmişdir. Praktik sağlam şəxslər arasında askaridoz və trixosefalyozun mikst invaziyası aşkar edilməmişdir.

Parazitologiya elminin inkişafına və müasir diaqnostika üsullarının olmasına baxmayaraq, bu gün də askaridoz və trixosefalyozun vaxtında və düzgün diaqnozu həllini tapmayan problemlərdəndir. Buna səbəb bu xəstəliklərin başlanğıcda əsasən simptomsuz keçməsi, polimorf klinikaya malik olmaları onların vaxtında uyğun laborator müayinələrə göndərilməsinə mane olur. Ona görə də, bu parazitozların mono və mikst invaziyalarına xas klinik əlamətlərin diferensiasiya edilməsi olduqca vacibdir.


Cədvəl  № 2.

Müxtəlif patologiyası olan və praktik sağlam şəxslərdə askaridoz və trixosefalyozun mono və mikst invaziyalarının aşkar edilməsi

Patologiyası olan və prak-tik sağlam şəxslər

Müayi-nə olu-nanla-rın sayı

Parazitoz aşkar edilənlər

Askaridoz

mono

Trixosefalyoz

mono

Askaridoz+

Trixosefalyoz

müt.

%

müt.

%

müt.

%

Xroniki kolit

76

3

3,95±2,23

4

5,26±2,56

5

6,58±2,84

Qastrit

63

5

7,94±3,41

3

4,76±2,68

1

1,59±1,58

Entero-kolit

58

6

10,34±3,40

2

3,45±2,40

3

5,17±2,91

Pnevmoniya

54

11

20,37±5,48

1

1,85±1,83

1

1,85±1,83

Obstruktiv bronxit

72

15

20,83±4,79

2

2,78±1,94

0

 

Allergiya

77

19

24,68±4,91

3

3,90±2,21

2

2,60±1,81

Dermatoz

53

8

15,09±4,41

2

3,77±2,62

1

1,89±1,87

Hepatome-qaliya

66

6

9,09±3,54

2

3,03±2,11

1

1,52±1,51

Praktik sağ-lam şəxslər

104

7

6,73±2,46

2

1,92±1,35

0

 

CƏMİ

623

80

12,84±1,34

21

3,37±0,72

14

2,25±0,59

 

Bunu nəzərə alaraq, askaridoz və trixosefalyozun mono və mikst invaziyalarının klinik əlamətləri araşdırılmışdır. Nəticələr 3 saylı cədvəldə göstəril-mişdir.

Cədvəl  № 3.

Askaridoz və trixosefalyozun mono və mikst invaziyalarında klinik əlamətlər

Klinik

əlamətlər

Askaridoz

n=80

Trixosefalyoz

n=21

Askaridoz+ Trixosefalyoz

n=14

müt.

%

müt.

%

mü.

%

1

2

3

4

5

6

7

Qarın nahiyə-sində ağrılar

41

51,25±5,59

36

45,0±10,86

11

78,57±10,97

Ürək bulanması

39

48,75±5,59

11

52,38±10,89

12

85,71±9,35

Ağızdan su gəlməsi

30

37,50±5,41

7

33,33±10,29

9

64,29±12,81

Meteorizm

35

43,75±5,55

11

52,38±10,89

10

71,43±12,07

Hepatomeqaliya

31

38,75±5,45

5

23,81±9,29

6

42,86±13,23

Qəbizlik

23

28,75±5,06

5

23,81±9,29

5

35,71±12,81

İshal

27

33,75±5,29

11

52,38±10,89

10

71,43±12,07

1

2

3

4

5

6

7

Dəridə səpgilər

24

30,0±5,12

3

14,29±7,64

6

42,86±13,23

Allergiya əlamətləri

49

61,25±5,41

7

33,33±10,29

10

71,43±12,07

Baş ağrıları

22

27,50±5,0

6

28,57±9,86

5

35,71±12,81

Yuxusuzluq

20

25,0±4,84

5

23,81±9,29

6

42,86±13,23

Öskürək

24

30,0±5,12

4

19,05±8,57

6

42,86±13,23

 

Cədvəldən göründüyü kimi, bu parazitozların mikst invaziyalarında klinik əlamətlər mono invaziyalara nisbətən özünü daha qabarıq göstərir. Məsələn, qarın nahiyəsində ağrılar askaridozun mono invaziyası olanların 51,25±5,59% (P<0,05), trixosefalyozun mono invaziyasında 45,0±10,86% (P>0,05), mikst invaziyası olanların 78,57±10,97%-də müşahidə edilir. Eyni hal ürəkbulanması, ağızdan su gəlməsi, meteorizm, hepatomeqaliya, qəbizlik, ishal, dəridə səpgilər, allergiya, baş ağrıları, yuxusuzluq, öskürək kimi klinik əlamətlərdə də özünü göstərir. Bundan başqa, askaridanın miqrasiya və bağırsaq mərhələsinin olmasını nəzərə alaraq, klinik əlamətlər müqayisəli araşdırılmışdır. Nəticələr 4 saylı cədvəldə öz əksini tapmışdır.

Cədvəldən göründüyü kimi, askaridanın miqrasiya və bağırsaq mərhələsində klinik əlamətlər bur-birindən xeyli fərqlənir. Belə ki, askkaridozun miqrasiya mərhələsində qarın nahiyəsindəki ağrılar (39,54±7,46%; P<0,05), ürək bulanması (37,21±7,37%; P<0,05), meteorizm (32,56±7,15%; P>0,05), qəbizlik (18,60±5,93%; P>0,05), ishal (23,26±6,44%; P>0,05),  bağırsaq mərhələsinə (müvafiq olaraq – 64,87±7,85%, 62,16±7,97%, 56,76±8,14%, 40,54±8,07%, 45,95±8,19%), nisbətən az, hepatomeqaliya (48,84±7,62%; P>0,05), allergiya əlamətləri (72,09±6,84%; P<0,05), baş ağrıları (32,56±7,15%), öskürək (41,86±9,87%), bağırsaq mərhələsinə (müvafiq olaraq 27,02±7,30%, 48,65±8,22%, 21,62±6,77%, 16,22±6,06%) nisbətən çox müşahidə edilir. Ona görə də, klinisistlər bu invaziyalara düzgün diaqnoz qoymaq və müvafiq laborator müayinələrə göndərmək üçün göstərilən klinik əlamətlərə fikir verməlidirlər.

Cədvəl № 4.

Askaridozun miqrasiya və bağırsaq mərhələsinin klinik əlamətləri

Klinik əlamətlər

Miqrasiya mərhələsi, n=43

Bağırsaq mərhələsi, n=37

müt.

%

müt.

%

1

2

3

4

5

Qarın nahiyəsində ağrılar

17

39,54±7,46

24

64,87±7,85

Ürək bulanması

16

37,21±7,37

23

62,16±7,97

Ağızdan su gəlməsi

14

32,56±7,15

16

43,24±8,14

Meteorizm

14

32,56±7,15

21

56,76±8,14

Hepatomeqaliya

21

48,84±7,62

10

27,02±7,30

Qəbizlik

8

18,60±5,93

15

40,54±8,07

İshal

10

23,26±6,44

17

45,95±8,19

Dəridə səpgilər

16

37,21±7,37

8

21,62±6,77

Allergiya əlamətləri

31

72,09±6,84

18

48,65±8,22

1

2

3

4

5

Baş ağrıları

14

32,56±7,15

8

21,62±6,77

Yuxusuzluq

12

27,91±6,84

8

21,62±6,77

Öskürək

18

41,86±9,87

6

16,22±6,06

 

Yekun. Aparılan müayinələrin nəticəsi göstərir ki, askaridoz və trixosefalyoz praktik sağlam şəxslərə nisbətən müxtəlif patologiyası olanlarda daha çox rast gəlir.

Askaridoz, xüsusən onun miqrasiya mərhələsi allergiyası, pnevmoniyası, obstruktiv bronxiti olanlarda, trixosefalyoz isə xronik koliti, entero-koliti olanlarda daha çox rast gəlir.

Askaridozda hepatomeqaliya, dəidə səpgilər, allergiya əlamətləri, öskürək, trixosefalyozda isə meteorizm, ishal daha çox müşahidə edilir. Bu əlamətlər monoinvaziyalarda mikst invaziyalara nisbətən daha az aşkar edilir.

Bu əlamətlər müşahidə edilən şəxslər, diaqnozu dəqiqləşdirmək üçün müvafiq parazitoloji laborator  müayinələrə göndərilməlidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Основные показатели здоровья в Европейском регионе ВОЗ, 2012 г. Копенгаген: Европейское региональноье бюро ВОЗ, 2012
2.Рамочная программа контроля и профилактики гельминтозов в Европейском регионе, ВОЗ, 2016-2020 гг.
3.İbrahimova M.V. Uşaqlarda disbakterioz fonunda bağırsaq parazitozlarının (askaridoz, enterobioz, ləmblioz) klinik-immunoloji xüsusiyyətləri, müasir şəraitdə onların müalicəsi və profilaktikası. T.ü.f.d. dissertasiyasının avtoreferatı, Bakı, 2014, 21 s.
4.Salehova G.B. Uşaqlarda larval askaridoz və toksokarozun klinik-epidemioloji xüsusiyyətləri. T.ü.f.d. dissertasiyasının avtoreferatı, Bakı, 2017, 21 s.
5.Салехов А.Э., Ибрагимова М.В. Кишечные паразитозы (аскаридоз и лямблиоз) среди детей и эффективность их серодиагностики в Азербайджане. Аллергология и иммунология, Москва, 2013, №2, с.94-95
6.Ибрагимова М.В., Салехов А.Э., Салехова Г.Б.  Распространение аскаридоза среди детей, проблемы диагностики и лечения в Азербайджане. Вестник Каз. НМУ, №4(1), 2013, с. 156-158


Müəlliflər:
A.Ə. Salehov
F.İ. Xanmirzəyev
G.M. Məmmədova
Ş.N. Canəhmədova
R.O. Quliyeva
G.O. Əliyeva
S.H. Baxşiyeva
A.Ə. Ələsgərova

Digər jurnal və qəzetlər