YENİYETMƏ FUTBOLÇULARIN FUNKSİONAL VƏ FİZİKİ HAZIRLIĞIN DİNAMİKASININ MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ.

15-01-2020

Açar sözlər:  funksional və fiziki hazırlıq,  model göstəricilər, yeniyetmələr, boy- çəki göstəricilər.

Ключевые   слова:    функциальное  и  физическое   подготовленность, модельные   показатели,  юнощи,  росто – весовые показатели.

Key words: Functional and preparation physically, model parameter, juvenilesrs height weight indicators (parameters).

Giriş. Müasir dövrün aktual məsələlərindən biri uşaq və yeniyetmələrin sağlam böyüməsinə şərait yaratmaq və onları böyük idman yönəltməkdən ibarətdir. Orqanizmin normal inkişafı gedişində onlar bir çox amillərin təsirinə məruz qalır, müəyyən istiqamətli funksional sistemlər yaranır və orqanizmin qarşıda duran tələbatlarının ödənilməsinə yönəldilir.  Bu amillər arasında fiziki yükləmələr və onlara qarşı yaranan adaptasiyalar mühüm yer tutur. (1,2). Bu baxımdan uşaq və yeniyetmələrin fiziki yükləmələrə adaptasiyasının öyrənilməsi çox vacibdir, çünki, inkişafın məhz bu mərhələsində orqanizmin bütün fizioloji sistemlərinin funksional əsasları dəyişikliyə uğramış olur.  Qeyd etmək lazımdır ki, asudə vaxtın səmərəli keçirilməsində fəal istifadə olunan vasitələr sırasında idman oyunları, xüsusilə də, futbol özünəməxsus yer tutur.  Futbol özündə hərəki aktivliyinin unikal modelini əks etdirir, oyunlar yüksək emosionallıq şəraitində keçir, onların davranış notivasiyasının əsasını təşkil edir. Bütün bunların həyata keçməsi mərkəzi sinir sisteminin cari funksional vəziyyətini müəyyən edir (3,4).

Futbol məşğələlərinin uşaq və yeniyetmələrin funksional və fiziki hazırlığına, fiziki iş qabiliyyətinə və adaptasiya olunmasına göstərdiyi təsirin tədqiqi çox uğurlu bir model sayılır. Futbolda məşq və yarış yüklərinin icrası ilə əlaqədar olaraq, geniş həcmli fəaliyyət böyük həcmli sürət-güc və xüsusi güc xarakterli yükləri tələb edir. Futbolçularda ümumi və sürət dözümlüyünün inkişafının səviyyəsinin yüksəldilməsi onlarda, həmçinin, fiziki iş qabiliyyətinin də artmasına şərait yaradır (5,6,7). Yeniyetmə futbolçularda hazırlığın erkən vaxtlarında çoxsaylı yoxlamaların, məşqlərin və yarışların keçirilməsi və tətbiq olunan yüklərin tətbiqini tələb edir. Bütün bunlar, məşq prosesinə ciddi tibbi-bioloji nəzarətin aparılmasını, orqanizmdə baş verən dəyişikliklərin potensial səviyyəsi haqqında məlumatların əldə olunmasını, onların mövcud model göstəricilərlə müqayisəsini və idmançının cari funksional imkanlarını və orqanizmdə gedən adaptasiyasını dəıyişikliklərin strategiyasını müəyyən etməyə imkan verir (5,8).

Futbolla məşğul olan yeniyetmələrdə funksional və fiziki hazırlığın səviyyəsini əks etdirən göstəricilərin təyini, nəzarət və eksperimental  qruplardan alınan göstəricilərin mövcud model göstəricilərlə müqayisə olunması və məşq yüklərinin planında dəyişikliklərin aparılması tədqiqatın əsas məqsədi təşkil etmişdir.

Tədqiqatın təşkili və metodları.Tədqiqatlar 14-15 yaşlı yeniyetmə futbolçular üzərində aparılmışdır. Yeniyetmə futbolçuların ümumi fiziki hazırlığına 1030 saat təlim–məşq saatı ayrılmışdır. Xüsusi hazırlığa 744 saat, texniki hazırlığa isə 250 saat ayrılmışdır. Məşqlər üçün nəzərdə tutulmuş saatlar tədricən, pilləli olaraq artırılmışdır. Ümumi fiziki hazırlığa (2,2 dəfə), texniki – taktiki (2,9) və xüsusi hazırlığa (4,8 dəfə) ixtisaslaşmanın əvvəlindən (9-10 yaş) dərinləşdirilmiş məşq dövrünə qədər (15-16 yaş) məşq saatlarının ardıcıl olaraq artırlması məqsədəuyğun hesab olunur.

Cədvəl  № 1.

Nəzarət qrupuna daxil olan yeniyetmə futbolçuların funksional və fiziki hazırlığın göstəricilərinin dinamikası.

       Qruplar

Göstəricilə

 

 

Tədqiqatın

№si

 

Boy,

sm

 

Kütlə kq

 

ÜVSs, v/dəq

Bərpa

Rüffye,

İR, Ş.V.

AQT,

m.m c.s.l.

TS,

dəfə/dəq

AHT,

ml

Go m məsafəyə qaçış,

t,san

3x30,

məkik

qaçış

t,san

ÜVS,v/dəq

ÜVS2,v/dəq

1

I

163,4

50,6

80,0

125,5

90,0

10,5

115/70

23,0

2000

9,9

17,7

2

II

166,6

53,3

79,0

122,1

85,0

9,4

110/75

22,5

2050

9,6

16,7

3

III

169,7

35,9

78,0

117,2

83,5

8,2

116/75

21,5

2100

9,3

15,7

4

Mütləq artım,%

3,6

2,7

1,0

3,4

5,0

1,1

9,8

5,0/5

1,5

50

4,4

0,3

1,1

5

Ümumi artım,%

6,3

5,3

2,0

8,3

6,5

2,3

18,7

6,0/5,0

1,5

100

8,2

0,6

2,1

6

Model göstəricilərin orta qiyməti

163

50

74

110

80

6,0

115/75

20

2500

8,4

14,7

Cədvəl № 2.

Eksperimental  qrupa daxil olan yeniyetmə futbolçuların funksional və fiziki hazırlığın göstəricilərin dinamikası.              

Qruplar

Göstəricilə

 

 

Tədqiqatın

 №si

 

Boy,

sm

 

Kütlə kq

 

ÜVS, v/dəq

Bərpa

Rüffye,

İR, Ş.V.

AQT,

mm c.s.l.

TS,

dəfə/dəq

AHT,

ml

Go m məsafəyə qaçış,

t,san

3x30,

məkik t,san

ÜVS,v/dəq

ÜVS2,v/dəq

1

I

164,4

51,4

78,0

124,0

86,5

10,3

110/70

24,0

2000

9,7

17,7

2

II

167,6

54,7

77,0

121,0

80,6

9,3

112/75

23,0

2200

9,5

16,7

3

III

170,8

57,0

76,0

110,0

79,0

11,6

115/80

21,0

2300

9,0

15,3

4

Mütləq artım,

3,2

3,3

1,0

3,0

5,9

1,0

26,4

2/5

1,0

100

8,2

0,2

1,0

5

Ümumi artım

5,6

5,6

2,0

14,0

8,5

1,3

35,0

5/10

2,0

300

13,0

0,7

2,4

6

Model göstəricilərin orta qiyməti

163

50

74

110

80

6,0

115/75

20

2500

8,4

14,7

                

Yeniyetmələrdə antropometrik (boy,kütlə,döş qəfəsinin en dairəsi) göstərilir. Ənənəvi metodların köməyi ilə həyata keçirilmişdir.  Funksional göstəricilərdən ÜVS (pülsometriya), ağciyərlərin həyat tutumu (AHT) (spirometriya), arterial qan təzyiqi (sfiqmometriya), sağ və sol əlin gücü (dinomometriya) və Rüffye sınağının indeksi təyin olunmuşdur. Alınmış nəticələr riyazi olaraq hesablanmış, ümumiləşdirilmiş və cədvəl halına salınmışdır.

Alınmış nəticələr və onların müzakirəsi.Yeniyetmə futbolçuların məşqinin iki dördaylıq makrotsikllərin dinamikasında nəzarət və eksperimental qruplarda funksional və fiziki hazırlığının göstəricilərinin artmasının dinamikasının müqayisəli analizi aşağıdakıları göstərmişdir (cədvəl 1,2). Beləki, boy-çəki göstəricilərinin xarakteristikasına görə hər iki makrotsikllərdə orta, demək olar ki, eyni olmuşdur. Həm nəzarət və həm də eksperimental qrupdan olan idmançılarda 3,2 % və 3,6 % təşkil etmişdir.  Buna uyğun nəticələr həm də bədən kütləsinin göstəricilərində də müşahidə olunmuşdur.  Birinci makrotsikldə nəzarət qrupununda kütlənin artması 3,3 % eksperimental qrupunda isə 5,3 % təşkil etmişdir.  Lakin, bu artmalar arasında fərq bir o qədər etibarlı olmamışdır (p>0,5). İkinci makrotsikldə  isə hər iki qrupdan olan idmançıların bədən kütləsində  artma bir-birinə yaxın olmuş və 2,7 % və 3,3 % təşkil etmişdir. Hər iki makrotsikldə yeniyetmə idmançıların həm eksperimentalvə nəzarət qrupunda mütləq olaraq eyni cür artmış, 4,1 % təşkil etmişdir.  Kütlənin göstəricisi nəzarət qrupunda 5,3 %, eksperimental qrupda isə 5,6 %-ə qədər artmışdır. Buna oxşar dəyişikliyə meyilliklər həm də arterial qan təzyiqində də müşahidə olunmuşdur, o bir qədər artmağa doğru meyilli olmuşdur. Birinci makrotsikldə nəzarət qrupuna daxil edilmiş uşaqlarda maksimal arterial qan təzyiqi dəyişilməmiş, minimal arterial təzyiq 5,0 %-ə qədər artmışdır.  Eksperimental qrupa daxil edilən uşaqlarda maksimal arterial qan təzyiqi 2 %, minimal isə 5,1 % -ə qədər dəyişilmişdir. Eyni cür dəyişikliklər ikinci makrotsikldə də müşahidə olunmuşdur. Hər iki qrupda maksimal arterial qan təzyiqi 5,0 %, minimal isə 10,0 % olmuşdur.İki makrotsikl ərzində nəzarət və eksperimental qrupda maksimal  arterial qan təzyiqi 2,0 % və 5,0 %, minimal arterial təzyiq isə 5,0 və 10,0 % civarında olmuş və statik etibarlı dəyişiklik müşahidə olunmuşdur (p<0,5) (3,5,9).

Birinci makrotsikldə tənəffüsün tezliyi, ağciyərlərin həyat tutumu (AHT), Rüffye sınağının nəbz göstəriciləri və onun indeksi (İR) Gom və 3 x30 m qaçan zaman dəyişilməsi hər iki qrupda bir qədər yüksəlməyə doğru getmişdir, bu yaxşılaşma daha çox  Rüffye indeksində müşahidə olunumuşdur. Beləki, tənəffüsün tezliyi nəzarət qrupunda 1,5 %, eksperimental qrupda 2,0 % olmuşdur. AHT-nın ölçüsü nəzarət qrupunda 3,7 %, eksperimental qrupda isə 4,4 % olmuşdur, indeks nəzarət qrupunda 9,8 %-ə qədər,  eksperimentalda  isə  11,7 %-ə qədər enmişdir. Go m məsafəyə qaçan zaman nəzarət qrupunun  idmançılarında  müddət  3,2 %,  3x 30 m qaçışda isə 5,6 % yaxşılaşma getmişdir, eksperimental qrupun idmançılarında bu müddət Go m qaçışda 4,3 %, 3 x 30 m qaçışda 6,2 % təşkil etmişdir.

                 Məşq prosesinə dəyişikliklərin aparılması zamanı belə bir nəzəri mülahizə əsas götürülmüşdür ki, yüklərin məzmununu və parametrlərinin daha effektli planlaşdırılması, istirahət dövrlərinin səmərəliliyinin yüksəldilməsi üçün futbolçuların hazırlıq mərhələsinin müxtəlif mərhələlərində futbolçuların funksional və fiziki hazırlıqlarının dinamikası haqqında obyektiv göstəricilərin kompleks şəkildə əldə olunması vacibdir. Bunun təcrübədə həyata keçirilməsi üçün makrotsikllərin həftəlik mikrotsiklləri əsas götürülmüşdür, yeniyetmə futbolçuların məşq prosesi iki makrotsikl ərzində nəzarət altında saxlanılmış və baş verən dəyişikliklər sistematik olaraq izlənilmişdir. Bununla yanaşı dəyişikliklərin aparılması üçün birinci makrotsikllin gedişində əldə edilmiş nəticələr fərdi olaraq analiz olunmuş, yeniyetmə futbolçularda funksional və  fiziki hazırlığın xarakterində yaranan dəyişikliklərin özünəməxsus xüsusiyyətləri də nəzərə alınmışdır. İkinci makrotsiklin məşq planına düzəlişlərin aparılmasından sonra eksperimental qrupun idmançılarında öyrənilən göstəricilərin dinamikasında nəzərə çarpan dəyişikliklər nəzarət qrupuna nəzərən özünü kəskin biruzə vermişdir.  Belə ki, eksperimental qrupda tənəffüsün tezliyi 7,1 %, nəzarət qrupunda -5,8 %, AHT-nın artması 8,2 %, nəzarət qrupunda isə 4,2 % təşkil etmişdir. Hər iki qrupda Rüffye sınağının indeksində yaxşılaşma müşahidə olunmuşdur.  Bu eksperimental  qrupda  26,4 %,  nəzarət qrupunda isə, yalnız, 9,8 %-ə qədər azalmağa səbəb olmuşdur.60 m qaçan zaman ikinci makrotsikldə eksperimental qrupun idmançılarında sərf olunan vaxtın yaxşılaşması 5,6 %, nəzarət qrupunda isə 3,3 %, 3x 30 m məsafəyə məkik qaçışda isə eksperimental qrupda 9,0 %, nəzarət qrupunda isə 6,5% yaxşılaşma müşahidə olunmuşdur. Hər iki makrotsikldə eksperimental qrupun idmançılarında tənəffüsün sayında (TS) azalma 12,9 %, AHT-13,0 %, Rüffye sınağının indeksi 35,0 %, azalma 60 m məsafəyə qaçışın vaxtı 9,6 %, 3 x30 m məsafəyə qaçışda  14,6 % yaxşılaşma müşahidə edilmişdir. Nəzarət qrupuna daxil olan futbolçularda bu dəyişikliklər etibarlı olmamışdır.

       Yeniyetmə  futbolçuların səkkiz aylıq məşq dövründə nəzarət qrupuna daxil olan idmançıların funksional və fiziki hazırlığının göstəricilərinin model göstəricilərlə müqayisəsi zamanı məlum olmuşdur ki, ÜVS sakitlik vaxtı 4 vur/dəq,  Rüffye indeksi-2,3 ş.v., TS- 2,7 tənəffüs/dəqiqə, AHT- 405ml, 60 m məsafəyə qaçış- 0,5 san, 3 x30 m- 1,0 saniyəyə qədər qeyriqalma olmuşdur.

Eksperimental qrupda isə bu cür qeyri qalma az olmuş, model göstəricilərə daha yaxınlıq müşahidə olunmuşdur.  Bu zaman fərq ÜVS s – 0,5 vur/dəq, Rüffye indeksi -0,7 ş.v.; TS-2,4  tənəffüs/dəqiqə, AHT-240 ml, 60 m məsafəyə qaçışda -0,1 saniyə, 3 x 30 m məsafəyə qaçışda – 0,5 saniyə olmuşdur.  

Nəticə:  Beləliklə, yeniyetmə futbolçuların səkkiz aylıq hazırlıq dövrünün hər iki makrotsiklində funksional və fiziki hazırlığının göstəricilərinin artmasının yaxşılaşmasının nəzarət və eksperimental qruplarında müqayisəli şəkildə еэвйшйш zamanı məlum olmuşdur ki, bu özünü daha çox Rüffye sınağında, TS, AHT- də, həmçinin də Go m və 3 x 30 m biruzə verir. Bu da, sistematik futbol məşğələlərinin təsiri ilə fiziki yüklərə uşaq orqanizmində spesifik adaptasiyasının getdiyini təsdiq edir. Baş vermiş bu dəyişikliklərin xarakteri və dərinliyi futbol məşqlərinin təşkilində yüklərin parametrləri ilə istirahət fasilələrinin optimal planlaşdırılmasının nəticəsi ilə müəyyənləşmiş olur. Bu proses aparılan tədqiqatların nəticələrində və yeniyetmə futbolçuların aid olduqları klubların müxtəlif səviyyəli yarışlarda uğurlu çıxışları ilə də təsdiq edilir.

mail: ilgar.[email protected].az .

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Быков Е.В. Спортивная медицина: оценка физического развития, функциональные пробы и тесты. – Челябинск, 2005. – 79 с.
2.Вайнек Ю. Спортивная анатомия. Уг. Пособие (пер. С нем В.А. Куеминой).- м: Из- во «Академия», 2008. 304 с.
3.Əliyev İ.S., Əliyev S.A., Əlibəyova S.S. Əzələ fəaliyyətinə 13-15 yaşlı futbolçuların orqanizminin fizioloji sistemlərinin adaptasiyası. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Biologiyanın Müasir Problemləri Respublika Elmi Konfransının Materialları (23-24 oktyabr 2018)
4.Алиев С.А. Алиев И.С  Особенности основных антропометрических и физиологических показателей подростков в процессе занятий футболом. Сб. Современный футбол: состояние, проблемы, инновации и перспективы развития: материалы Всероссийский научно-практической конференции с международным участием (29-30 июня 2018 года,- Казань):
5.Караев М.Ф. Индивидуалъные особенности функционалъной подготовленности нервно- мышечного аппарата футболистов –юношей. В. сб: Научно –прак. Конар.» Олимпизм и болъшой спорт», Баку, 2000, с. 155.
6.Кремер У.Дж. Эндокринная система, спорт и двигательная активность. – Киев., Олимпийская литература, 2008. – 600 с.
7.Чинкии  А.С, Назаренко А.С. физиология спорта . Уч. пособие. Из- во «Спорт», М: 2016 – 120 с.
8.Солодков А.С., Сологуб Е.Б. Физиология человека. Общая. Спортивная. Возрастная. - М.: Советский спорт, 2010. – 620 с.
9.Караулова Л.К. Красноперова Н.А., Расулова М.М. Физиология физического воспитания и спорта– издательский центр «Академия». – 2014. 304 с.


Müəlliflər:
İ.S. Əliyev
S.A. Əliyev
K.K. Heydərli

Digər jurnal və qəzetlər