BAĞIRSAQ PARAZİTOZLARININ TÖRƏTDİYİ DİSBİOZUN DİAQNOSTİKA PRİNSİPLƏRİ

10-10-2019

Açar sözlər: bağırsaq mikroflorası, disbioz, koproqramma

Ключевые слова: микрофлоры кишечника, дисбиоз, копрограмма

Keywords: intestinal microflora, dysbiosis, coprogram       

Disbioz bağırsaq mikroflorasının kəmiyyət və keyfıyyət dəyişikliyinə deyilir. Bağırsaq disbiozunda laborator müayinələr geniş istifadə olunur.

Disbiozun laborator müayinələrinə nəcisin mikrobioloji müayinəsi, koproqramma, nazik bağırsaq toxumasının bakterioloji müayinəsi, qlükoza və laktuloza ilə hidrogen tənəffüs testi, nəcisin qaz-maye xromatoqrafıyası, qaz xromatoqrafıya ilə spektrometriya, nazik bağırsaq toxumasnın morfoloji müayinəsi ilə molekulyar üsul aiddir.

Disbiozu təyin etmək üçün üsullar çox olsa da, nəcisin mikrobioloji müayinəsi əsas götürülür.

Disbioz-bağırsaq mikroflorasının kəmiyyət və keyfıyyət dəyişkənliyi ilə xarakterizə olunan patoloji prosesdir. .

Bağırsaq disbiozunun formalaşmasında parazitozlar böyük rol oynayır. Bağırsaq disbiozunun təyin olunmasında müxtəlif laborator metodlardan geniş istifadə edilir.

Bu müayinə üsullarına nəcisin bakterioloji müayinəsi, koproqramma, nazik bağırsaq möhtəviyyatının bakterioloji müayinəsi, laktuloza və qlükoza ilə aparılan tənəffüs testi, nəcisin qazlı-mayeli xpomatoqrafiya üsulu, spektro-metriya ilə birgə qazlı xromatoqrafiya, nazik bağırsaq bioptatının morfoloji müayinəsi və molekulyar üsul daxildir.

Bağırsaq disbiozunun diaqnostikasında müxtəlif müayinə üsullarının mövcud olmasına baxmayaraq, nəcisin bakterioloji müayinə üsulu unikal üsul hesab edilir.

Bağırsaq disbiozun yaranmasında bağırsaq helmintozları ilə yanaşı (Ascaris lumbricoides, Taeniarynchus saginatus və s), bağırsağdan kənar helmintozlarında (Fasciola hepatica, Clonorchis sinensis və s) rolu olduqca yüksəkdir.

Helmintlər orqanizmə yerli və ümumi təsir göstərərək bağırsaq disbiozun yaranmasına əlverişli şərait yaradır.

Helmintozların bağırsağın selikli qişasına toksiki, mexaniki və sensibili-zəedici təsiri nəticəsində selikli qişaların tamlığının pozulmasına, xoraların əmələ gəlməsinə, nəticədə isə patogen və şərti-patogen bakteriyaların bağırsaq divarında artıb çoxalaraq xəstəlik törətməsinə səbəb olur.

Orqanizmdə xüsusilə bağırsaqlarda mövcud olan parazitozlar bağırsaq disbiozunun (disbakterioz) inkişafına səbəb olur [3,4].

Bağırsağın normal mikroflorasının keyfiyyətcə tərkibinin, kəmiyyətcə isə nisbətinin dəyişməsi ilə xarakterizə olunan patoloji proses disbioz adlanır.

Bağırsaq disbiozunun verifikasiyası klinik əlamətlərin kompleks müayinəsinə, laborotor nəticələrə və instrumental müayinə metodlarına əsaslanır [1,6,14].

Bağırsaq disbiozunun diaqnostikasında kliniki və laborator müayinə üsullardan geniş istifadə edilir [2,7,8,12,13].

Laborator müayinələrə birbaşa və dolayı üsullar aiddir. Birbaşa üsullara nəcisin disbioza görə mikrobioloji müayinəsi, dolayı üsullara isə mikrofloranın həyat fəliyyətində əmələ gələn maddələrin təyini, nəcisin biokimyəvi müayinəsi, sidikdə indol və skatolun, tənəffüs testlərinin təyini və nəcisin qaz-maye xromatoqrafiyası aiddir.

Nəcisin disbioza görə mikrobioloji müayinəsi. Hazırda, bu üsul bağırsaq mikrobiosenozunun pozğunluğunu aşkar etmək üçün ən geniş yayılmış diaqnostik üsul sayılır. Adətən, bu üsuldan istifadə edərək bağırsağlarda lokalizasiya olunan müəyyən mikroorqanizmlərin (bifido-, laktobakteriyaların, normal və fermentativ aktivliyi dəyişmiş bağırsaq çöplərinin, bəzi şərti-patogen flora nümayəndələrinin) ümumi miqdarının sayılması aparılır. Əvvəlcə bakteriya və göbələklərin kultivasiyası üçün xüsusi mühitlər hazırlanır, alınmış müxtəlif materiallar qidalı mühitlərdə əkildikdən sonra bu metodan istifadə edərək 1 qram nəcis kütləsində bakteriya və göbələklərin ümumi sayı təyin edilir.

Nəcisin bakterioloji müayinəsini aparmaq ücün nəcisin axırıncı hissəsindən steril alətlə matereal götürüb steril qabda olan qidalı mühitlərdə əkilir.

Götürülmüş patoloji material laborotoriyaya 2 saatdan artıq müddəti keçməmək şərti ilə çatdırılmalıdır. Əgər bu müddət ərzində laborotoriyaya çatdırılma mümkün olmazsa, onda 6 saatı keçməmək şərti ilə material + 40C-də soyuducuda saxlanılmalıdır.

Bu üsuldan istifadə etməklə şərti-patogen mikroorqanizmlərin spektr sırasını qiymət­ləndirmək, bifido-, laktobakteriyaların və normal bağırsaq çöplərinin miqdarını aşkar etmək olur. Eyni zamanda, bu üsul vastəsilə bakteriya ştammlarının tiplərini, ştamm­la­rın antibiotiklərə həssaslığını, tətbiq ediləcək bakteriofaqların növünü, həmçinin isə indi­vi­dual olaraq, xəstələrə lazım olan canlı bakteriya tərkibli probiotiklərin seçimi aparılır. Xəstələrdə bifido- və laktobakteriyaların dəqiq sayını aşkar etmək üçün nəcisi antibiotik və prebiotik qəbulundan əvvəl götürüb disbioza görə əkilməlidir. Əğər bu preparatlar qəbul olunmuşdursa, onda preparatların qəbulundan ən azı 2-3 həftə keçdikdən sonra nəcis tədqiq edilməlidir. Bifido- və laktobakteriyaları xüsusi mühitlərdə əkdikdə 7-10 gün sonra onların dəqiq miqdarın aşkar etmək mümkün olur.

Ümumiyyətlə, yoğun bağırsağda bifidobakteriyalar 109-1010, laktobakteriyalar 107-108, eşerixiyalar 106-107, ente­rokoklar 105-106, süd turşulu streptokoklar 106-107, qızılı stafilokoklar 102-103, klebsiellalar 102-103, proteylər 102-103, enterokokklar 105-106, peptokoklar 105-106, klostridilər 102-103, mayayabənzər göbələklər isə 103 KƏV/q miqdarında rast gəlinir.

-Koproqramma. Bu üsul vasitəsilə aşkar edilən dəyişikliklər bağırsaq dis­pepsiyasının bu və ya digər növündən asılı olur. Qıcqırma törədən və dispepsiya ilə gedən disbioz zamanı nəcisin miqdarı kəskin artır, sıyığabənzər, köpüklü, turş reaksiyalı, tərkibində çox miqdarda nişasta, əzələ lifləri və yağ turşuları aşkar edilir.

    Çürümə prosesi ilə gedən disbioz zamanı – nəcisin miqdarı artır, nəcis duru, qələvi reaksiyalı, tərkibində çoxlu əzələ lifləri, nişasta və həzm olunmamış hüceyrələr aşkar edilir.

-Nazik bağırsaq qaşıntısının, bioptatının bakterioloji müayinəsi. Bu üsul nazik bağırsağın mikrob kontaminasiya sindromunu (nazik bağırsaq disbiozu) müəyyən­ləşdirməyə imkan verir. Diaqnostik əhəmiyyətli bakterial rəqəm 1ml nazik bağırsaq möh­tə­viyyatında mikroorqanizmlərin ümumi sayının 105-dən yüksək olmasıdır.

     Götürülmüş nazik bağırsaq nümunələrində aerob mikro­flora itkisinin qarşısını almaq məqsədilə onlar anaerobik vakkum konteynerlərində yerləşdirilir.

-Tənəffüs testi. Bu üsul nazik bağırsağın bakterial kontaminasiyasının ekspress-diaqnostikası üçün istifadə edilir. Nazik bağırsağda metobolizm nəticəsində əmələ gələn metobolitlər, sonradan sorulmağa məruz qalaraq, ağciyərlərlə xaric olurlar. Normada bütün bu maddələr yoğun bağırsağda metobolizmə uğrayır. Əgər bu metobolik çevrilmələr yoğun bağırsağın ximusuna çatana qədər başlanırsa, metobolitlərin nəfəslə verilən havada erkən yaranmasına səbəb olur. Bu da, nazik bağırsağın həddindən artıq bakterial çirklənməsinin göstəricisi sayılır.

Bəzi tənəffüs testlərinin mənasını və metodikasını nəzərdən keçirək:

-Laktuloza və qlukoza ilə aparılan hidrogen tənəffüs testi. Xəstələr üçün süa təsirindən azad, təhlükəsiz və sadə üsul sayılır. Üsulun prinsipi ondan ibarətdir ki, yoğun bağırsaq laktuloza və qlükozanı fermentləşdirməsi nəticəsində küllü miqdarda qaz, həmçinin hidrogen xaric olur. Sonradan hidrogen qana sorulur və ağciyərlərlə xaric olur. Hidrogenin konsentrasiyasının nəfəslə xaric olan havada karbohidrat yükləməsindən əvvəl və sonra, 3 saat ərzində hər 30 dəqiqədən bir qazlı-mayeli xromatoqrafiya və ya elektrokimyəvi metodların köməyi ilə təyin edilir. Hidrogen tənəffüs testinin həssaslığı - 65%, spesfikliyi isə 35%-ə bərabərdir.

-C-14-qlikoxolat və C-14-D-ksiloza tənəffüs testləri. Normal halda, cəmi 5% ksiloza və ya qlikoxolat yoğun bağırsağa çatır və orada az miqdarda dekonyuqasiyası baş verib CO2 xaric olması ilə nəticələnir. Ksiloza və ya qlikoxolatın qalan hissəsi (95%) bakterial metobolizmə məruz qalaraq, nazik bağırsağın proksimal şöbəsindən orqanizmə sorulur.

Disbioz zamanı bakteriyalar tərəfindən maddələr CO2 əmələ gəlməsinə qədər parçalanır ki, sonrada CO2 qana sorularaq nəfəslə xaric olur. CO2 miqdarı 30 dəqiqə ərzində nəfəslə xaric olan havada təyin edilir. Onun bağırsaq disbakteriozunda həssaslığı və spesifikliyi 90%-ə yaxındır.

-Nəcisin biokimyəvi müayinəsi. Qələvi fosfatazanın (normada olmur) aşkar edilməsi və enterokinazanın (normada 20 vahid) artması mikrobiosenoz pozğunluğu üçün xarakterdir. Bu fermentlər bağırsağlarda gedən biokimyəvi proseslər zamanı inaktivasiya edilir.

-Nəcisin qazlı-mayeli xromotoqrafiyası. Bu üsul mikrofloranın həyatı fəaliyyəti nəticəsində əmələ gələn maddələri qiymətləndirməyə imkan verir. Bağırsaq disbiozu olan xəstələrdə aromatik maddələrin (indol, fenol, krezol, skatol) miqdarının dəyişməsi və uçucu yağ turşularının (5-aminovalerian və s) əmələ gəlməsi aşkar edilir.

-Spektrometriya ilə birgə qazlı xromatoqrafiya. Bu üsul, mikrobların membran minor lipid komponentlərinin təyininə əsaslanır. Bu üsul,170 növə qədər müxtəlif bakteriya və göbələkləri aşkar etməyə imkan verir.

-Nazik bağırsaq bioptatının morfoloji müayinəsi. Bu üsul, vastəsilə bağırsağın selikli qişasında disbiotik dəyşiliklər nəticəsində baş vermiş iltihabi infiltrasiyalar aşkar edilir.

-Molekulyar üsul. Müəyyən mikroorqanizmlər üçün spesfik DNT-nin unikal ardıcıllığını təyin etməklə yanaşı, ribosomal RNT-də müəyyən tədqiqatlar aparılır.

PZR (polimeraza zəncirvari reaksiya) üsulu ilə hətta bakteriya hüceyrələrini tək-tək də aşkar etmək mümkün olur. Onun həssaslığı sınaq zamanı 10-100 hüceyrə təşkil edir [5,9,10,11,12].

Parazitozların törətdiyi disbiozun diaqnostikasında nəcisin disbioza görə mikrobioloji müayinəsi daha effektiv müayinə üsuludur.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Vəliyev Ə.H. İnfeksion xəstəliklər. Bakı, 2009, 630s.
2.Барановский А.Ю., Кондрошина Э.А. Дисбактериоз кишечника. Россия, 2007, 238 с.
3.Musayev A.N. Bağırsaq disbakteriozunun kompleks terapiyasının əsas prinsipləri // Sağlamlıq, 2007, № 7, s.82-86
4.Гарбузов Г.А. Дисбактериоз и дисбиоз - причина 1000 болезней. Россия, 2009, 157 с.
5.Haenel H., Bending J. Intestinal flora in health and disease // Prog. Food Nutrsci., 2014, v. 11, No 5, p. 21-64|
6.Quliyeva Z.M. Erkən yaşlı uşaqlarda bağırsaq disbakteriozunun xüsusiyyətləri // Sağlamlıq, 2008, № 2, s.159
7.Циммерман Я.С. Клиническая гастроэнтерология: избранные разделы. Медицина: ГЭОТАР, 2009, 473 с.
8.Aleshukina A. Pathogenesis of intestinal dysbacteriosis // ZhMikrobiol. Epidemiol. Immunobiol., 2012, v. 3, p.74-78
9.Онищенко Г.Г. Заболеваемость острыми кишечными инфекциями в Российской Федерации // Иммунология, 2008, № 1, с. 18-23
10.Пак С.Г., Грачев С.В., Белая О.Ф. и др. Патогенетические аспекты синдрома интоксикации в клинической картине инфекционных заболеваний // Вестник РАМН, 2008, № 11, с. 33-41|
11.Ткаченко Е.И., Суворова А.Н. Дисбиоз кишечника: Руководство по диагностике и лечению. СПб.: Инфоррм Мед, 2009, 276 с.


Müəlliflər:
V.N. Cavadzadə
Ə.H. Vəliyev
M.M. Muxtarov
İ.P Bayramov
T.L. Borodayeva

Digər jurnal və qəzetlər