YENİYETMƏ QIZLARDA YUMURTALIQLARIN POLİKİSTOZU SİNDROMUNUN MÜASİR DİAQNOSTİKA ÜSULLARI
09-07-2015
Yumurtalıqların polikistozu sindromu (YPKS) ginekoloji endokrinologiya və reproduktologiyanın ən aktual və öyrənilən problemlərindən biri olaraq qalmaqda-dır [1].
Avropa meyarlarına görə, YPKS-nın yayılması 15% təşkil edir. Endokrin sonsuzluğu olan xəstələr arasında YPKS 53-73% hallarda rast gəlir, sonsuz nikah struktrunda isə bu patologiya 20-22% təşkil edərək, 5-6-cı yerdə durur [2,3].
Polikistoz yumurtalıqlar sindromunun öyrənilməsi 80 ildən artıq müddət davam etsə də, onun patogenizinin mexanizmləri aydın olmadığından, müxtəlif elmi məktəblər və ölkələrin müxtəlif ixtisas nümayəndələri arasında YPKS-nın klinik, diaqnostik və təsnifat izahları arasında əhəmiyyətli fərqlər meydana çıxmış-dır [4,5].
Tədqiqatçıların çoxu hesab edir ki, YPKS xronik anovulyasiya, hiperandrogeniya, piylənmə, qonadotrop funksiyanın pozulması, yumurtaqların ölçüsünün böyüməsi və onların morfoloji strukturunun xüsusiyyətləri ilə xarakterizə olunan heterogen patologiyadır [1,3]. Bununla belə, piylənmə YPKS-ya xəstələrin yalnız 35-60%-də rast gəlinir və piylənməsi olan qadınların heç də hamısında hormonol pozulmalar olmur [5,6].
Bəzi tədqiqatçılar xəstəliyin üç formasını ayırd edirlər. Onlara: yumurtalıqların polikistozu sindromunun, müəyyən dərəcədə həqiqi Şteyn-Levental sindromunun ilkin şərhinə uyğun olan ovarial hiperandrogeniyalı tipik formasını, xəstəliyin yumurtalıq və böyrəküstü vəzi hipoandrogeniyası fonunda inkişaf edən qarışıq formasını, həmçinin hipotalamohipofizar sistemin nəzərə çarpan dəyişiklikləri olan mərkəzi formasını aid edirlər [1].
Son illərdə YPKS-nın yeniyetmələr arasında tez-tez rast gəlinməsi diqqəti cəlb edir, bununla bağlı xəstəliyin daha erkən diaqnostikası və vaxtında müalicəsi məsələləri çox zəruridir.
Bütün sadalananlar bizi YPKS zamanı endokrin pozulmaların səmərəli müalicə taktikasının seçilməsinə yönəlmiş tədqiqatı aparmağa sövq etdi.
Tədqiqatın məqsədiyumurtalıqların polikistozu sindromu olan cinsi yetişkənlik dövründəki qızlarda endokrin-metabolik pozulmaların diaqnostikası və onların korreksiyası metodlarının optimallaşdırılmasından ibarətdir.
Tədqiqatın material və metodları. Tədqiqat 2010-2012-ci illər ərzində Azərbaycan Tibb Universitetinin I mamalıq və ginekologiya kafedrasında müalicə alan 14-18 yaş arasında 112 YPKS-lı yeniyetmə qız müayinə olunmuşdur. Tədqiqatın materialı kimi klinik müşahidələr, siyası xəritələr, əsas və əlavə müayinə metodlarının nəticələri istifadə olunmuşdur.
Aparılan müalicənin metodikasından asılı olaraq xəstələr 2 qrupa ayrılmışdır. I qrup (əsas) – PKY olan və kompleks müalicəsinə Utrojestan daxil edilən 70 xəstə. II qrup (müqayisə qrupu) – analoji yaşda olan, normal fiziki və cinsi inkişaf göstəricilərinə malik və hiperandrogen simptomları olmayan və ümumi qəbul olunmuş müalicə alan 40 praktik sağlam qız.
Birinci mərhələdə 112 qızın anasının hamiləliyinin və doğuşunun gedişi haqqında anamnestik göstəricilər öyrənilmişdir. İkinci mərhələdə yumurtalıqların polikistoz sindromu olan 112 qızda fiziki, cinsi xüsusiyyətlər, reproduktiv sistemin funksional vəziyyəti öyrənilmişdir. Tədqiqata daxil edilmə meyarı YPKS diaqnozunun meyarları haqqında Konsensusun göstəricilərinə əsaslanmışdır (Rotterdam, Niderland, 2003, yenidən baxılmışdır).
Əsas və müqayisə qruplarında orta yaş həddi (М±m) 15-16 yaş olmuşdur. Onların yaş həddi pubertatın I və II fazalarının göstəricilərinə əsasən cinsi inkişa-fın III, IV, V dərəcələrinə uyğun olmuşdur. Müayinə olunanların 60,2%- i pubertat yaşda olmuşdur.
Tədqiqat ərzində ümumi baxış, fiziki və cinsi inkişafın qiymətləndirilməsi (Ма, Р, Ах, Ме), dərialtı piyin paylaşdırılması tipinin təyini, uşaqlıq yolu biosenozunun qiymətləndirilməsi aparılmış, hormonal və exoqrafik göstəricilər öyrənil-mişdir.
Venoz qan plazmasında aşağıdakı hormonal göstəricilər təyin olunmuş-dur: immunoferment metodlarla ümumi testosteron (nq/ml), follikulstimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), progesteron, estradiol, prolaktin, kortizol.
USM Medison sonoace R3 aparatında tezliyi 3,5 və 5 MHs olan transabdominal ötürücüdən istifadə etməklə aparılmışdır.
Müalicə metodları.Əsas qrupda reproduktiv pozuntuların korreksiyası metodu olan “Utrojestan” (Besen Laboratories, Fransa) hormonal preparatı kapsullarda (X100 td) gündə 2 dəfə 3-6 ay ərzində təyin edilmişdir. Hormonal və exoqrafik göstəricilərdən asılı olaraq, aybaşı tsiklinin 5-ci günündən 25-ci gününə kimi və ya 16-cı günündən 25-ci gününə kimi qəbul edilirdi.
Tədqiqatın nəticələrinin statistik təhlili. Nəticələr orta riyazi hədd (M), standart kənara çıxma, orta riyazi həddin xətaları (m) təyin olunmaqla, statistik işlənmişdir. Disperslərin eynicinsliyi Fişer meyarı ilə müəyyən olunmuşdur. İki orta həddin bərabərliyi fərziyyəsi Styudentin t-meyarı və qeyri-parametrik paylaşdırma üçün Mann-Uitni meyarı vasitəsilə hesablanmışdır. Nəticələr р<0,05 olduqda statistik əhəmiyyətli hesab olunmuşdur. Statistik işləmələr Microsoft şirkətinin Exсel proqramı və Statistica 6,0 proqramından istifadə olunmaqla həyata keçirilmişdir. Patologiyanın formalaşmasına təsir amilləri Statistica 6,0 paketinin çoxfaktorlu dispers təhlilindən istifadə edilməklə, qiymətləndirilmişdir [7].
Tədqiqatda 14-18 yaş arası 112 yeniyetmə qızın müayinəsi aparılmışdır. Birinci mərhələdə 112 qızın anasında hamiləliyin və doğuşun gedişini haqqında anamnestik göstəricilər toplanmışdır. İkinci mərhələdə 112 yeniyetmə qızın fiziki, cinsi reproduktiv vəziyyətin funksional vəziyyətlərinin xüsusiyyətləri öyrənilmişdir.
Əsas qrupda diaqnostik meyarlara uyğun olaraq (72(100%)) aşağıdakı yarımqruplar ayrılmışdır:
Əsas qrupda xəstələrin əksəriyyətində (62%), müqayisə qrupunda isə 37 (92,5%) nəfərdə FP qeydə alınmışdır. Əsas qrupda puberxenin orta yaş həddi 10,5±0,8 yaş təşkil etmiş və dürüst aşağı olmuşdur (р<0,07).
Əsas qrupda telarxe müqayisə qrupuna nisbətən tez başlamışdır. Belə ki, müqayisə qrupunda telarxenin orta yaş həddi 10,2±1,7 təşkil etmiş və əsas qrupda telarxenin orta yaş həddinə – 9,8±1,8 nisbətən dürüst yüksək olmuşdur (р<0,05).
Tərəfizmidən müayinə olunan xəstələr arasında süd vəzilərinin daha erkən inkişafı (vaxtından əvvəl telarxe) 3(1,3%) xəstədə 7 yaşında qeydə alınmışdır. Erkən telarxe 7-9 yaşlarında 13(18%) xəstədə müşahidə edilmişdir. Əsas qrupda əksər xəstələrdə - 47 (65,2%) nəfərdə - döşlərin böyüməsi 10-11 yaşlarda başlamışdır, beləliklə, bu göstərici ədəbiyyat məlumatlarından fərqli olmamışdır. Telarxenin gec başlanması 9(12,5%) xəstədə 12 yaşa təsadüf etmişdir ki, bu da yumurtalıqların funksiyasının aşağı düşdüyünü göstərir.
Əsas qrupda menarxenin orta yaş həddi 14,2±0,8 yaş təşkil etmiş və müqayisə qrupundakı menarxenin orta yaş həddinə nisbətən aşağı olmuşdur, lakin tərəfəmizdən dürüst fərqlər aşkar edilməmişdir.
Əsas qrup xəstələrdə aybaşının erkən başladığı dövr - 10 yaş - 4 (5,5%), 16 yaş - 7(9,7%) nəfərdə qeydə alınmışdır. Hər iki müayinə qrupunun əksəriyyətində -81(73,0%) nəfərdə - 11-14 yaşlarda aybaşı başlamışdır. Anamnestik göstəricilər dəqiqliklə toplandıqda, biz bu göstəricilər və həyat şəraiti, sosial-iqtisadi vəziyyətin pisləşməsi, tez-tez stress vəziyyətlər, ağırlaşmış perinatal anamnez, cinsi yetişkənlik zamanı tez-tez xəstələnmələr, müxtəlif dərman preparatlarının tətbiq olunması və s. arasında qarşılıqlı əlaqəni aşkar etdik.
Hər iki qrupdan 36 xəstədə hirsutizmin sərhəd səviyyəsi qeyd olunub. 38(%) xəstədə hirsut rəqəmin normal göstəricisi, 12(%) nəfərdə isə sərhəd həddi qeydə alınmışdır.
Düzgün olmayan pubertat, cinsi inkişaf mərhələləri üzrə ikincili cinsi əlamətlərin formalaşması (erkən telarxe, erkən pubarxe, gec menarxe, eləcə də uşaqlıq dövründə təcrid olunmuş tranzitor telarxe) YPKS üçün diaqnostik əlamət hesab olunur. Əsas qrupda hirsut rəqəm 6,7±0,1 bala müvafiq olmuş və müqayisə qrupundakı eyni göstəricilərlə (6,9±0,5 bal, р>0,01), demək olar ki, bərabər olmuşdur.
Anamnez göstəricilərindən müayinə olunan xəstələrdə keçirilmiş infeksiyaların və ümumi terapevtik iltihabi xəstəliklərin yüksək tezliyi məlum olmuşdur, bu da yüksək infeksion indeksin olduğunu göstərir.
Xəstəliklər arasında müxtəlif orqan və sistem xəstəlikləri üstünlük təşkil edir. Müayinə olunan xəstələrin anamnezində uşaq infeksiyaları (100%) üstünlük təşkil etmişdir, xəstələrin somatik sağlamlığı qiymətləndirildikdə, hər iki qrupda xronik qastroduodenit (28,5%), ürək-damar xəstəlikləri (14,2%), xronik pielonefrit (25,8%), I-II dərəcəli dəmirdefisitli anemiya (87,5%), 36(32,1%) xəstədə həzm sistemi orqanlarında xəstəliklər aşkar edilmişdir.
Beləliklə, cinsi yetkinləşmə dövrü hər iki qrupda somatik statusun pozulması ilə ağırlaşmışdır ki, bu da, qızlarda qastroenteroloq, nefroloq və kardioloqlarla birlikdə ümumi sağlamlaşdırıcı tədbirlərin aparılmasını tələb edir.
Ailə, sosial anamnezin təsirini aşkar etmək üçün ananın anamnestik göstəriciləri ətraflı şəkildə toplanmışdır.
Müayinə qruplarının əksəriyyətində xəstələr tam ailələr olmuşdur–104 (92,8%) nəfər. Əsas qrupda ailə 44% qızda tam, 27%-də – yaxşı maddi vəziyyətdə (müqayisə qrupunda müvafiq olaraq 87% və 82%) olmuşdur.
Tərəfimizdən aşkar olunmuşdur ki, müayinə olunan qruplarda anaların əksəriyyəti orta təhsilli olmuşdur.
Növbəti mərhələdə əsas və müqayisə qruplarında qızların analarının anamnezi toplanmışdır. Müayinə olunanların əksəriyyətinin analarında ağırlaşmış anamnestik status qeydə alınmışdır.
Vegetativ-damar pozuntuları əsas qrupda 11 (15,2%) qızda qeydə alınmışdır ki, bu da müqayisə qrupundakı göstəricilərdən dürüst fərqlənməmişdir (17,5%). Əsas qrupda qızların analarında mədə-bağırsaq traktı xəstəliklərinin yüksək tezliyi də diqqəti cəlb edir. Demək olar ki, hər qızın anasında ginekoloji xəstəlik olmuşdur.
Qeyd etmək lazımdır ki, 34 (47,2%) nəfərdə reproduktiv funksiyada funksional pozuntular: 11 (15,2%) nəfərdə hipomenstruasiya sindromu tipi üzrə aybaşı tsikli pozuntuları, 7-də (9,7%) – gec menarxe, 2-də (2,7%) – mioma, 10 (13,8%) nəfərdə isə erkən klimaks qeydə alınmışdır. Bu da əsas qrup qızlarının analarında patoloji funksional tənzimləmə sisteminin olduğunu göstərir (р<0,001).
Tərəfimizdən aşkar edilmişdir ki, əsas qrupda 29 (40,2%) qadında hormonal tənzimləmədə pozuntular olmuşdur. Bundan başqa, bir sıra hallarda xarakterik konstitusional pozuntuların olduğu aşkar edilmişdir. Belə ki, android morfotipi üzrə əlamətlər 7 (9,7%), infantil əlamətlər isə 9 (12,5%) nəfərdə qeydə alınmışdır. 24 (33,3%) qadında hirsutizm, bal şkalası üzrə intensiv tüklənmə (19,6±3,1 bal) qeydə alınmışdır.
Beləliklə, müayinə olunan qızların analarının ümumi və reproduktiv sağlamlığının təhlili nəticəsində məlum olmuşdur ki, onların əsas hissəsi somatik cəhətdən zəifdir və onlarda müxtəlif ginekoloji xəstəliklər aşkar olmuşdur. Keçirilmiş somatik və ginekoloji xəstəliklər üzrə toplanmış ətraflı anamnez artıq erkən mərhələlərdə aybaşı tsiklinin, eləcə də yumurtalıqların follikulyar aparatının pozulması üzrə risk amillərini təyin etməyə imkan vermişdir.
Daha sonra biz reproduktiv anamnezi müayinə etdik. Əsas qrupda anaların hamiləlik zamanı orta yaş həddi 23±1,4, müqayisə qrupunda isə 26,3±1,3 yaş olmuşdur. 38 (52,7%) qadında hamiləlik birinci, 34 (47,2%) nəfərdə isə təkrar olmuşdur. Analoji göstəricilər müqayisə qrupunda müvafiq olaraq 21 (52,5%) və 19 (47,5%) yaş olmuşdur.
Əsas qrupda 18 (25%) anada hamiləliyin düşük təhlükəsi olmuşdur ki, bu da müqayisə qrupundan 3,3 dəfə az (3 nəfər (7,5%)) olmuşdur. 97 (86,6%) nəfərdə doğuş sərbəst, 15(13,4%) nəfərdə isə cərrahi yolla olmuşdur. Anaların sözlərinə görə, Kesar kəsiyinin aparılmasına çox zaman döldə bətndaxili hipoksiya, klinik dar çanaq, doğuş fəaliyyətinin diskoordinasiyası, anada müxtəlif somatik patologiyaların olması səbəb olmuşdur.
Anaların anamnezinin təhlili əsasında tərəfimizdən doğuşların xüsusiyyətləri və erkən neonatal dövrün gedişi təhlil olunmuşdur. Əsas və müqayisə qrupunda antropometrik göstəricilər, eləcə də döş qəfəsinin çevrəsi və boy üzrə dürüst fərqlər aşkar olunmamışdır. Beləliklə, yenidoğulmuşların antropometrik göstəriciləri normal göstəricilərə uyğun olmuşdur [8,9].
Gec toksikoz, hamiləlik düşükləri təhlükəsi, patoloji doğuşlar, azçəkili və çoxçəkili döllər kimi tez-tez baş verən ağırlaşmalar hipotalamus-hipofizyumurtalıq sisteminə zədələyici amil ola bilər. Bu patologiyalara hər iki qrupda eyni tezliklə rast gəlinmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, süni əmizdirməyə keçid də cinsi steroidlərin sintezində bir sıra metabolik problemlərin yaranmasına gətirib çıxara bilər.
Laborator müayinələrin göstəricilərini təhlil edərkən, qanın və sidiyin ümumi müayinələrində normadan kənara çıxmalar qeydə alınmışdır. Qanda hemoqlobinin cüzi aşağı olması və eritrositlərin çökmə sürətinin artması, sidikdə leykositlərin artması artıq yanaşı gedən patologiyalar üçün səciyyəvi olmuşdur [10].
Tərəfimizdən 112 xəstədə hormonal status müayinə olunmuşdur ki, onlar da iki qrupa ayrılmışdılar: əsas qrup – 72 yeniyetmə qız, müqayisə qrupu – 40 yeniyetmə qız. Nümunələrin götürülməsi aybaşı tsiklinin follikulogenez (4-5-ci günlər) və lütein (20-21- ci günlər) fazalarında baş vermişdir. Kompleks hormonal müayinələrin nəticələrinin təhlili müxtəlif parametrlərdə fəqrlərin olduğunu göstərmişdir. Aşkarlanmış pozuntuların korreksiyası üçün “Utrojestan” preparatı tətbiq edilmişdir. Əsas və müqayisə qruplarında hormonların səviyyəsində müalicədən əvvəl və sonra baş verən dəyişikliklər cədvəl 1-də verilmişdir.
Hormonal status öyrənildikdə, FSH üçün əsas qrupda göstəricilərin 3,4 BV/l-dən 64,3 BV/l-ə qədər çatması, müqayisə qrupunda 2,8BV/l-dən 7,2 BV/l-ə qədər çatması səciyyəvi olmuşdur. Bununla yanaşı, I fazada ümumi göstərici 6,4±0,7, əsas qrupda isə 6,8±0,3 BV/l olmuşdur. II fazada bu göstərici müvafiq olaraq 6,7±0,8 və 7,2±0,6 olmuşdur. Hər iki qrupda FSH səviyyəsi fazalara uyğun olaraq çox fərqlənməmişdir. Bu hər şeydən əvvəl yumurtalıqların hormonal çatışmazlığı ilə əlaqədar olmuşdur. LH səviyyəsinin müayinəsindən məlum olmuşdur ki, orta hədlərin fərdi dəyişməsi də qruplarda fazalara uyğun olaraq fərqli olmuşdur (13,3±1,6 və 14,2±1,5 – I fazada, 12,8±1,4 və 13,1±1,1). Uyğun olaraq yeniyetmə qızlarda qan serumunda LH-nın kifayət qədər yüksək göstəriciləri aşkar edilmişdir.
Həmçinin müayinə qruplarında LH/FSH nisbəti də təyin olunmuşdur. LH/FSH göstəricisi 2,3±0,4 təşkil etmişdir.
Beləliklə, qonadotropin göstəricilərinin dəyişiklikləri aybaşı funksiyasının tənzimləyicisi olan hipotalamus-hipofiz-yumurtalıq sistemində funksional pozuntuların ilkin göstəriciləridir [11].
Yeniyetmə qızlarda hormonal fonun daha dəqiq təyin olunması üçün steroid hormonların – estradiol, progesteron, prolaktin və kortizolun – qan serumunda göstəriciləri aybaşı tsiklinin müxtəlif fazalarında təhlil olunmuşdur.
Estradiolun qan serumunda konsentrasiyasının müayinəsi zamanı aşkar olunmuşdur ki, hər iki qrupda estradiol tsikl boyunca nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Follikulyar fazada hormonun tərkibinin orta göstəricisi 141±28,7 və 154±22,5, lütein fazada 126±18,7 və 137±14,6 olmuşdur ki, bu da ədəbiyyat məlumatlarına əsasən nəzərəçarpacaq dərəcədə yüksək olmuşdur.
Bizim tədqiqatda progesteronun qatılığının dəyişmə dinamikası analoji olmuşdur. Hər iki qrup yeniyetmə qızlarda fərdi dəyişikliklər aybaşı tsiklinin I fazasında 4,5-74,2 arasında, orta göstərici 11,5±1,2 və 9,4±1,1 olmuşdur, II fazada – müvafiq olaraq 45±4,4 və 42±4,2 təşkil etmişdir.
Hər iki qrupda testosteronun miqdarı müayinə olunduqda normativ göstəricilərlə müqayisədə dürüst fərqlər aşkar olunmamışdır, lakin testosteronun miqdarının artma tendensiyası da qeydə alınmışdır ki, bu da müalicədən sonra az dəyişmişdir.
Polikistoz yumurtalıq sindromu olan xəstələrdə testosteron göstəriciləri 1,8-3,9 nmol/l arasında olmuş, müalicəyə qədər orta göstərici hər iki qrupda aybaşı tsiklinin I fazasında 3,1±1,2 və 3,2±0,6, II fazada 2,9±1,3 və 3,8±0,8 təşkil etmişdir.
Beləliklə, testosteron səviyyəsinin orta həddi ümumi qrupda pubertat dövründə olan yeniyetmə qızlar üçün Tanner-4-5 üzrə normanın yuxarı həddinə uyğun olmuşdur.
Ümumi testosteron ilə YPKS sindromunun qabarıqlılığı arasında korrelyasiya aşkar olunmamışdır.
Alınan göstəricilər təsdiq edir ki, polikistoz yumurtalıq sindromu olan yeniyetmə qızlarda hormonal dəyişikliklər baş verir.
Hormonal korreksiya aparıldıqdan 6 ay sonra aşkar edilmişdir ki, müalicə nəticəsində hormonal status göstəriciləri normallaşmağa meyillidirlər. Bununla yanaşı, əsas qrupda tendensiya müqayisə qrupuna nisbətən daha kəskin olmuşdur.
Beləliklə, əsas qrupda LH və FSH səviyyələrinin orta həddi müalicədən sonra aybaşı tsiklinin I fazasında 9,5±0,8 (LH) və 5,3±1,3 (FSH) olmuş, II faza üçün hər iki hormonun bu yaş həddinə uyğun olaraq normativ göstəricilərə doğru azalması müşahidə edilmişdir. Estradiol və progesteron müayinə olunduqda həmçinin hər iki qrupda göstəricilərin normallaşması qeydə alınmışdır.
Müayinə olunan qızlarda uşaqlıq və yumurtalıqların vəziyyətini dinamikada təyin etmək üçün transabdominal ultrasəs müayinəsi aparılmışdır. Müayinə müalicə aparılana qədər, müalicə-profilaktika tədbirlərindən 1-3-6 ay sonra, aybaşı tsiklinin 5-10 və 17-21-ci günlərində aparılmışdır.
Metodun üstünlüyü azinvazivliyi, qeyri-travmatikliyi, ağrısız olmasıdır. Bu sadalananlar USM-i skrininq metodu etməyə imkan verir.
Ultrasəs müayinələrin göstəriciləri klinik qruplarda uşaqlığın və yumurtalıqların ölçülərinin müqayisəli təhlilini aparmağa imkan vermişdir. Göstəricilər əsasında hər iki qrupda uşaqlığın bütün ölçüləri 30-45% artmışdır (cədvəl 2).
Жядвял № 2.
Müalicədən əvvəl və sonra YPKS olan qızlarda yumurtalıqların ölçüləri
Klinik qruplar |
Uzunluq (mm) |
En (mm) |
Qalınlıq (mm) |
|
Əsas qrup (n=72) |
Müalicəyə qədər |
49,2±0,6*** |
48,1±0,7*** |
51,3±0,5** |
Mülicədən sonra |
38,4±0,7*** |
37,5±0,4** |
40,1±0,4** |
|
Müqayisə qrupu (n=40) |
Müalicəyə qədər |
43,8±0,2 |
43,4±0,6 |
52,0±0,5 |
Mülicədən sonra |
44,3±0,3 |
41,3±0,5 |
43,0±0,6 |
Qeyd: müalicədən əvvəl və sonra müqayisə qrupuna nisbətdə göstəricilər arasında fərqlərin dürüstlüyü: ** – <0,01; *** – <0,001.
Müayinə zamanı əksər hallarda (112 xəstədən 104 nəfərdə) uşaqlığın ölçülərinin həm arxa-ön tərəfdən, həm də sağ-sol tərəfdən böyüməsi aşkar edilmişdir. Uşaqlıq və yumurtalıqlar arasında məsafə kəskin qısalmışdır. 37,5%-də (42 xəstə) uşaqlıq orta mövqedə, 32,1%-də (36) – sola doğru, 30,0%-də (34) sağa doğru əyilmiş vəziyyətdə olmuşdur.
Polikistoz yumurtalıqlarda aybaşı tsikli boyunca dinamik USM zamanı dominant follikul, sari cisim vizualizasiya olunmur. Rəngli doppler müayinəsi zamanı aybaşı tsiklinin artıq 3-5-ci günlərində zəngin intraovarial qan axını aşkar olunur, ona baxmayaraq ki, normada 8-10-cu günlərdə stroma damarları vizualizasiya olunmur.
Qan axınının əsas göstəriciləri maksimal arterial sürət (MAC), pulsasiya indeksi (Pİ), rezistentlik indeksi (Rİ) olmuşdur.
İmpuls dopplerometriya zamanı yüksək İR qeydə alınır (0,54-dən yüksək) ki, o da bütün aybaşı tsikli boyunca dəyişmir. Bununla yanaşı, intraovarial hemodinamikanın damar rezistentliyinin daha yüksək göstəriciləri diffuz yerləşməyə nisbətən periferik yerləşmədə daha çox qeydə alınmışdır. Xəstələrdə follikulyar fazanın əvvəlində (16,89±2,36) qan axının maksimal sürəti normadan yüksək (8,74±0,68) olmuşdur ki, bu da YPKS-nın ultrasəs diaqnostikasında əlavə meyar kimi istifadə oluna bilər.
Aparılmış tədqiqatlar YPKS zamanı yuxarıda təsvir olunan bütün hemodinamik dəyişiklikləri, LH-nın tonik hipersekresiyasının səviyyəsini və LH/FSH nisbətinin dəyişikliklərini əlaqəndirmişdir. Bu səbəbdən YPKS olan xəstələrdə intraovarial damar rezistentliyi və uşaqlıq qan axını göstəriciləri yüksək olduqda, endokrin pozuntular və aybaşı tsikli pozuntuları bir o qədər də qabarıq və ağır olur.
YPKS-nın aşağıdakı ultrasəs əlamətləri aşkar edilmişdir: yumurtalıqların həcminin ikitərəfli artması (norma 3-7 sm3 olduqda, 29 qızda yumurtalıqların həcmi 12-15 sm3, 4 qızda – 16-18 sm3 olmuşdur). Yumurtalıqların strukturu çoxsaylı follikulların (4-10 mm) həm periferiyada, həm də parenxamanın mərkəzi sahələrində olması ilə səciyyələnir. Rəngli doppler zamanı yumurtalıqda periferiya üzrə və onun mərkəzi hissəsində çoxsaylı vaskulyarizasiya lokusları aşkar edilmişdir. Sistolik/diastolik nisbət 5,0±0,4 (norma 5,9±0,3) olmuşdur. 3D-dopplerometriya göstəriciləri formalaşan YPKS zamanı vaskulyarizasiya indeksinin (Vi) və qan axını indeksinin (Fi) kəmiyyətinin artdığını göstərir: Vi – 5,9±0,3 (norma 4,1±0,5), Fi – 34,6±6,2 (norma 14,5+2,3). Formalaşan YPKS olan xəstələrdə yumurtalıqların həcmi müqayisə qrupuna nisbətən 3 dəfə çox olmuşdur, qan axınının xarakterində qabarıq dəyişikliklər qeydə alınmışdır: S/D 15% aşağı düşmüş, Vi – 43%, Fi – 2,4 dəfə artmışdır.
Polikistozlu yumurtalıqların damar şəbəkəsində qan axınında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Doppler müayinələr aparıldıqda yumurtalığın periferiyası üzrə və mərkəzi hissəsində vaskulyarizasiyanın çoxsaylı lokusları aşkar edilmişdir. Sistolodiastolik münasibət (SDM) 4,8±0,7 (normа 5,9±0,3) təşkil etmişdir. Lakin vaskulyarizasiya indeksi və qan axını indeksi hədləri yüksək olmuşdur: Vi – 7,2±0,8 (normа 4,1±0,5), Fi – 38,4±5,7 (normа 14,5±23). Göründüyü kimi, yumurtalıqların həcminin artması və qan axının səciyyəvi pozulmaları polikistoz yumurtalıq sindromu üçün ultrasəs meyar ola bilər.
Müalicə kursundən sonra 3 ay ərzində kiçik çanaq orqanlarının ultrasəs müayinəsi zamanı dinamikada aparılan müalicənin effektivliyi aşkar edilmişdir. Yumurtalıqların uzunluğu, eni, eləcə də ön-arxa parametrləri normativlərə uyğun olmuşdır. Yumurtalıqların struktur və həcmi yaş parametrlərinə müvafiq idi.
Tsiklin 5-7-ci günlərində müayinə olunanlarda endometriumun qalınlığı 0,3-0,4 mm olmuşdur, lakin II fazada 19-21-ci günlərdə normativ parametrlərə nisbətən endometriumun qalınlığı cüzi artmışdır – 0,8-0,92 mm (norma 10-1,1 mm), bu da həmin mərhələdə hormonal funksiyanın pozulduğunu göstərir.
Qeyd olunduğu kimi, əsas qrup yeniyetmə qızlarda medikamentoz müalicə progesteron silsiləsindən olan hormonal preparat – “Utrojestan” ilə aparılmışdır. Xəstələrdə aşkar olunan əlamətlərdən asılı olaraq (4 əlamətdən 3-ü), aybaşı tsiklinin 5-25-ci günlərində 100 mq olmaqla, gündə 2 dəfə təyin olunmuşdur. Polikistoz yumurtalıq sindromunun inkişafının iki və daha az əlamətləri qeydə alınan yeniyetmələrə aybaşı tsiklinin 16-25-ci günlərində preparat 100 mq olmaqla, gündə 2 dəfə təyin olunmuşdur. Hər iki müalicə sxemi 6 ay ərzində aparılmışdır.
Preparat qəbul olunduqdan 8 həftə sonra əsas qrup xəstələrində polikistoz yumurtalıq sindromu ilə əlaqədar olan əlamətlərin kifayət qədər (25%-ə yaxın) azalması qeydə alınmışdır (müqayisə qrupunda xüsusi dəyişikliklər qeydə alınmamışdır). Aparılan müalicədən 16-18 həftə sonra əsas qrupdan 36 xəstədə ultrasəs müayinə altında yumurtalıqların və uşaqlığın ümumi həcminin azaldığı aşkar olunmuşdur. Hər iki qrupda uşaqlığın ölçülərinin azalması yumurtalığın ilkin həcmi normal həcmdən 2 dəfə böyük olan qızlar arasında daha qabarıq olmuşdur. Müqayisə qrupunda ümumilikdə qadın daxili cinsiyyət orqanlarının exoqrafik strukturu dəyişməmişdir. “Utrojestan” qəbul olunduqdan 6 ay sonra əsas qrupda 69 xəstədə exoqrafik müayinə zamanı uşaqlıq və yumurtalıqların ölçülərinin normallaşdığı, uşaqlıq və yumurtalıqlarda qan axının yaxşılaşdığı aşkar edilmişdir. 1 xəstədə yanaşı təsirlər baş verdiyi üçün, preparatın qəbulu dayandırılmışdır. 1 xəstə preparatı fasilələrlə qəbul etmişdir.
Aparılan müalicə zamanı qanın biokimyəvi göstəricilərində normadan kənara çıxmalar müşahidə olunmuşdur. “Utrojestan” ilə müalicə fonunda hormonal profildə FSH-nın və estradiolun dürüst aşağı olması, LH və progestronun dürüst artması qeydə alınmışdır ki, bu da prolaktinin azalmasına təsir göstərmişdir.
Müntəzəm aybaşı funksiyasının bərpa olunması əsas qrupda 67 (93%) xəstədə qeydə alınmışdır. Lakin 48 (66,6%) qızda aybaşı orta hesabla 4-5 gün olduğu halda, 17-də (23,6%) – 2-3gün, 2-də (2,7%) – 2 gündən az olmuşdur.
Medikamentoz müalicədən effektin alınması üçün menarxenin baş verməsi ilə pozulmaların başlaması və müalicənin başlanması arasında interval böyük əhəmiyyət kəsb edir [12].
Müayinə qruplarında qızların ümumi somatik və ginekoloji vəziyyətinin öyrənilməsindən alınan nəticələr təhlil olunduqda, müxtəlif vəziyyətlərin yüksək faizi aşkar edilmişdir ki, bunlar aybaşı tsiklinin pozulması üçün risk amili ola bilər.
I mərhələdə simptomatik müalicənin qeyri- effektiv olması nəticəsində müalicə taktikası seçimi zamanı I qrupa müalicə-qoruyucu rejim fonunda hormonal hemostaz, antianemik preparatlar, vitamin terapiyası, fizioterapiya təyin olunmuşdur. Tərəfimizdən endometrium və hormonal statusun ultrasəs müayinəsinin nəticələrinə əsasən hormonal müalicəyə diferensiasiya edilmiş yanaşma tətbiq edilmişdir. Aybaşı funksiyanın tənzimlənməsi məqsədilə əsas qrupun xəstələrinə 6 ay ərzində progesteron silsiləsindən olan “Utrojestan” standart sxem üzrə (1 kapsul (100 mq) x gündə 2 dəfə 5-25-ci günlərdə və ya 16-25-ci günlərdə) təyin edilmişdir. Aybaşı tsiklinin hormonal korreksiyası fonunda etioloji amillər də aradan qaldırılmışdır.
Müalicənin II mərhələsində və reabilitasiya mərhələsində ümumi somatik və ginekoloji xəstəliklər müalicə olunmuş, bunun üçün hemostatik, uterotonik preparatlar, sedativ preparatlar və vitamin terapiyası təyin edilmişdir [13].
Beləliklə, tərəfimizdən təklif olunan müalicə aybaşı funksiyasının neyroendokrin tənzimlənməsini təmin edir. Yumurtalıqlarda polikistoz dəyişikliklərin reqresi, qızlarda hormonal fonun normallaşması və aybaşı tsiklinin bərpa olunması həmin metodikanın müsbət təsirini və əldə olunan effektivliyin sabitliyini göstərir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА– REFERENCES:
1.Бабичев В.Н. Рецепторы эстрогенов в диагностике и лечении гормонозависимых опухолей // Проблемы эндокринологии, 2009, №4, с.34-36.
2.Гланс С. Медицинская статистика / Пер. с англ. Санкт-Петербург: Питер, 2000, 495 с.
3.Vrbikova J., Cibula D., Dvorakova K., Stanicka S., Sindelka G., Hill M. et al. Insulin sensitivity in women with polycystic ovary syndrome // J. Clin. Endocrinol. Metab., 2004, v.89, pp.2942-2945.
4.Гусейнова Л.Э. Сравнительная оценка эффективности применении различных методик лечения женщин с поликистозными яичниками // Sağlamlıq, 2009, №5, s.44-46.
5.Синдром поликистозных яичников: Руководство для враче / Под ред. И.И.Дедова, Г.А.Мельниченко. Москва: МИА, 2007, 368 с.
6.Dumesic D.A., Abbott D. H. Implications of Polycystic Ovary Syndrome (PCOS) on Oocyte Development // Semin Reprod Med., 2008, v.26(1), pp.53-61.
7.Homburg R. A new method for testing a hypothesis on a cause of Polycystic Ovary Syndrome // Hum. Reprod., 2009, v.10(1), pp.1548-1555.
8.Palomba S, Falbo A, Zullo F, Orio F Jr. Evidence-based and potential benefits of metformin in the polycystic ovary syndrome: a comprehensive review // Endocrine Reviews, 2009, v.30, pp.1-50.
9.Kamilova N.M., Məstiyeva E.A.Exoqrafik müayinələrin göstəricilərinə əsasən yumurtalıqların polikistoz sindromunun müalicəsinin effektivliyinin qiymətləndirilməsi // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2012, №4, s.167-171
10.Камилова Н.М., Мастиева Э.А. Влияние микронизировонного прогестерона на гормональный профиль девушек-подростков с синдромом поликистозных яичников // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2013, №1, s. 26-31
11.Камилова Н.М., Мастиева Э.А. Опыт клинического применения Utrojestan при синдроме поликистоза яичников (СПКЯ) у девушек-подростков / Materials of XVII International Conference “Oncology – XXI Century”, Elche-Alicante, Spain, 2013, pp.134-135
12.Камилова Н.М., Мастиева Э.А. Оценка эффективности лечения синдрома поликистозных яичников по данным эхографического исследования // Научные ведомости Белгородского государственного университета. Медицина. Фармация, 2014, №18 (189), c. 87-91
13.Камилова Н.М., Мастиева Э.А. Лечение синдрома поликистозных яичников у девушек-подростков // Вестник Хирургии Казахстана, 2014, №2 (38), c. 48-51
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı