QAN DÖVRANI SİSTEMİ XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASINDA QİDALANMA DAVRANIŞININ ROLU HAQQINDA
04-04-2022
Açar sözlər: qidalanma, qidalanma davranışı, qan dövranı sistemi xəstəlikləri, risk faktorları, qan dövranı sistemi xəstəliklərinin profilaktikası.
Keywords: nutration, nutration behaivor, diseases of circulatory system, risk factors, prophylaxis diseases of circulatory system.
Qan dövranı sistemi xəstəlikləri dünya miqyasında ən geniş yayılmış patologiyalardan biridir. Bu xəstəliklərin əmək qabiliyyətli yaş dövründə olan insanlar arasında geniş yayılması böyük tibbi-sosial itkilərə səbəb olmaqla yanaşı,həmçinin yüksək letallıqda müşayiət olunaraq vaxtından əvvəl ölümlə nəticələnir [1]. Qan dövranı sistemi xəstəlikləri dünya miqyasında ölümün əsas səbəbidir. Bu gün dünya əhalisinin 25%-i bu xəstəliklərdən əziyyət çəkir [2,3]. Hər il dünyada ölüm səbəblərinin 30%-ni,aşağı və orta gəlirli ölkələrdə isə 80%-ni bu xəstəliklər təşkil edir [4]. Türkiyədə qan dövranı sistemi xəstəliklərinin rastgəlmə tezliyi 50 yaşdan yuxarı əhali içərisində 12-15% arasında dəyişir. Yetkin əhalinin yarısı ürək-damar xəstəliklərinin riski altındadır [3]. Qan dövranı sistemi xəstəlikləri bütün ölümlərin 47,8%-ni təşkil edərək bi-rinci sırada gəlir. Ölkə səviyyəsində bütün xəstəlik yükünün birincili səbəbini (19,4%) bu xəstəliklər təşkil edir [4]. Hər il qeydə alınan ölüm hallarının 55-60 faizinə məhz bu xəstəliklər səbəb olur. Rəsmi məlumatlara əsasən 2020-ci ildə ölkəmizdə 75647 nəfər Qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib. 2019-cu ildə dünyada təxminən 9 milyona yaxın şəxs bu xəstəliyin qurbanı olub [5].
Dünyada 2030 -cu ildə Qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayının 22 milyondan çox olacağı gözlənilir [6]. Avropada son 25 ildə qan dövranı sistemi xəstəlikləri ilə xəstələnənlərin mütləq sayı artmaqdadır. Bu xəstəliklərdən ölüm bütün bütün ölüm səbəblərinin 45%-ni təşkil edir. Avropada qan dövranı sistemi xəstəliklərindən hər il 3,9 milyon insan həyatını itirir [8,3,6]. İnkişaf etmiş ölkələrdə hər il 18 milyon insan qan dövranı sistemi xəstəlikləri səbəbindən dünyasını dəyişir [7,8,9]. Bu da bütün ölümlərin 31%-ni təşkil edir. Türkiyədə bu xəstəliklər 40% rastgəlmə tezliyi ilə bütün ölümlərin içərisində birinci sırada yer alır. Qan dövranı sistemi xəstəliklərinin tezliyi kişilər arasında 3,8%, qadınlar arasında 2,3%, 70 yaşdan yuxarı əhali arasında isə uyğun olaraq 19,6% və 10,6% təşkil edir [10,11,8]. Qan dövranı sistemi xəstəliklərindən ən çox əziyyət çəkən ölkələrdən biri də ABŞ hesab edilir.
ABŞ Milli Səhiyyə Statisikası Mərkəzinin 2015-2020-ci illəri əhatə edən hesabatına görə, ABŞ-da 2020-ci ildə bu xəstəliklərdən 691 min insan dünyasını dəyişib. Bu isə 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən ölənlərin sayından (345 min) təxminən 2 dəfə çoxdur [9]. Qan dövranı sistemi xəstəliklərinin əhali arasında yayılmasına təsir göstərən bir sıra faktorların, o cümlədən, həyat tərzi, həyat şəraiti, ətraf mühit amilləri, adət-ənənə, qidalanma xüsusiyyətləri və digər amillərin rolunun öyrənilməsinə aid bir sıra elmi araşdırmalar aparılmışdır. Bu xəstəliklərinin meydana gəlməsinin əsas səbəbləri qidalanmada, duzun, doymuş yağların həddindən artıq istifadəsi, təmizlənmiş qidaların yüksək istehlakı, pəhriz lifi və antioksidantların kifayət qədər istifadə edilməməsi, az hərəkətlilik, oturaq həyat tərzi və siqarət çəkməkdir [11,3].
Qan dövranı sistemi xəstəliklərinin yaranmasında qidalanma davranışı pozğunluqları mühüm rol oynayır [1,12,13,14]. Qidalanma davranışı pozğunluqları ciddi, mürəkkəb və yüksək həyati təhlükə törədən xəstəliklərin yaranmasında mühüm rol oynayan əsas faktorlardan biridir. Onlar insanların davranışlarında, yeməyə qarşı olan düşüncələrində, öz bədən çəkilərinə və ya formalarına münasibətdə pozuntularla xarakterizə olunur. Qida pozğunluqları insanın həyatına xeyli mənfi təsir göstərir və ciddi tibbi, psixiatrik və psixososial problemlərlərlə nəticələnir. Qidalanma davranışı pozğunluqlarının səbəbləri barədə ədəbiyyatda kifayət qədər ziddiyyətli fikirlərə rast gəlinir. Bəzi tədqiqatcılar belə qənaətə gəlmişlər ki, qidalanma davranışı pozğunluqlarının yaranması bioloji, sosial, həyat tərzini və həyat şəraitini formalaşdıran amillərlə bağlıdır [15,16]. Digərləri isə hesab edir ki, qidalanma davranışı pozğunluqlarının səbəbləri tam aydınlaşdırılmayıb [7,17]. Qidalanma davranışı pozğunluqları son zamanlar bütün əhali qrupları arasında, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq geniş yayılmışdır [15]. Qadınların 8,4% və kişilərin 2,2% qidalanma davranışı pozğunluqlarından əziyyət çəkir [18]. Qidalanma davranışı pozğunluqları yeniyetmələr və gənclər arasında da tez-tez baş verir və bəzən ağır nəticələrə səbəb olur. Onlar çoxsaylı psixatrik və somatik ağırlaşmalara və hətta ölümə də səbəb ola bilər [19,18,20].
Qidalanma davranışı pozğunluqları səbəbindən qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrin qanında LDL-xolesterol səviyyəsinə un məhsulları və fastfud (r=0,260; P=0,041), tort, peçenye, qənnadı məmulatları (r=0,252; P=0,048), süd və süd məhsulları (r=0,343; P=0,010), yumurta (r=0,262; P=0,039), çay və ya qəhvədən (r=0,309, p=0,015) istifadə etmə tezlikləri arasında yüksək ehtimalla korrelyasiya asılılığı aşkar edilmişdir [11]. Un məmulatlarından hazırlanmış şirniyyat, qoğal, bulku və digər məhsulların istifadə edilməsi tezliyi ilə qanda trigliseridlərin səviyyəsi arasında düz və orta, tərəvəz və meyvələrin istifadəsi tezliyi ilə qarın dairəsi arasında güclü və əks əlaqənin olduğu aşkar edilmişdir. Ət (r=0,254, p=0,046), süd və süd məhsullarının (r=0,326, p=0,006) istifadə tezliyi və bədən kütləsi indeksi arasında müsbət orta əlaqənin olduğu müəyyənləşdirilmişdir. Şirniyyatlar, qənnadı və un məmulatlarının istifadəsi qan dövranı sistemi xəstəliklərinin yaranması riskinə səbəb olur. Yüksək miqdarda ət və yağlı süd məhsullarının istifadəsi qan dövranı sistemi xəstəlikləri riskini artırır. Aparılan tədqiqatlarda yeməklərdə yüksək miqdarda ət istifadəsinin qan dövranı sistemi xəstəliklərinə yoluxma riskini qadınlarda 29%, kişilərdə 20% artırdığı sübut edilmişdir. Suda həll olan liflə zəngin qidalanma ümumi xolesterolu (TC) vəLDL xolesterolunu azaldır [21,11,20]. Xroniki alkoqol istifadəsi kardiomiopatiya, yüksək təzyiq, hemorragik insult, ürək aritmiyası və qəfil ölüm də daxil olmaqla mənfi təsirlərə səbəb olma potensialına malikdir. Spirtli içkilərdən istifadə etmə erkən dövrlərdə diastolik disfunksiyaya uzun müddətdən sonra isə sistolik disfunksiyaya səbəb olur. Qidalanmada meyvə və tərəvəzlərin az yeyilməsi və doymuş yağ, trans yağların, duzun çox istifadəsi qan dövranı xəstəliyi riskini artırır. Həmcinin şəkərli içkilərin istifadəsi qan dövranı sistemi xəstəliklərinə yolux-ma riskin 35%-ə qədər yüksəldir [14]. Qidalanma qan təzyiqinin artıb-azalmasına təsir göstərir. Süd və süd məhsulları, qəhvə, çay, yumurta istifadəsi isə yüksək sıxlıqlı lipoproteinləri (HDL xolesterolunu) artıraraq qan dövranı sistemi xəstəliklərinin qarşısının alınmasına müsbət formada təsir göstərir [11]. Buna görə qan dövranı sistemi xəstəliklərinin risk qrupları olan insanlar, o cümlədən yaşı 45-dən cox olan kişilər, 55-dən cox olan qadınlar; yüksək qan təzyiqi olan şəxslər; (140/90 mm Hg -dən yuxarı); hiperxolesterolemiyası (ümumi xolesterol 200 mq/dl) olanlar; aşağı sıxlıqlı lipoproteinləri (LDL-Xolesterol) 130 mq/dl-dən yuxarı; HDL-xolesterol aşağı olanlar (
Qan dövranı sistemi xəstəliklərinin qarşısının alınmasında əsas yanaşma risk faktorlarının aradan qaldırılması olmalıdır: erkən yaşlarından sağlam qidalanma vər-dişləri qazanmaq, qidalanma siyasətini təyin etmək; piylənmənin qarşısıının alınması və HDL-xolesterol səviyyəsinin artırılması baxımından bütün yaş qruplarında idmanla məşğul olmaq; hiperlipidemiya və hipertenziyanı idarə etmək üçün qanda lipidlərin miqdarını və qan təzyiqini mütəmadi nəzarətdə saxlamaq; siqaret çəkməni aradan qaldırmaq. Yüksək qan təzyiqi xroniki ürək çatışmazlığı, aorta diseksiyası, abdominal aorta anevrizması, serebrovaskulyar xəstəlik və periferik damar xəstəliyi üçün əsas risk faktorudur. Qanda TC və LDL xolesterol səviyyəsi yüksəldikcə qan dövranı sistemi xəstəliklərinə yoluxma riski artır. Xolesterolların çoxu LDL ilə nəql olunur. Ümumiyyətlə ürəyin işemik xəstəliklərinin 1/3 hissəsi yüksək xolesterol göstəriciləri ilə əlaqədardır. TC və LDL xolesterolu dislipidemiyanın müalicəsində əsas hədəflər hesab olunur [21]. Bir çox tədqiqatçıların fikirlərinə əsasən sağlam qidalanma aşağıdakı xüsusiyyətlərə malikdir: gündəlik istifadə olunan yağın miqdarı enerjinin 30%-ni keçməməlidir; doymuş yağ turşuları çoxlu doymamış yağ turşuları ilə əvəz edilmə yolu ilə ümumi enerjinin 10%-ni təşkil etməlidir; doymamış yağ turşuları mümkün qədər az qəbul edilməməlidir; gündəlik duz qəbulu 5 qramdan az olmalıdır; dənli bitki məhsulları gündə 30-45 qram qəbul edilməlidir; meyvə tərəvəz qəbulu gündə 200 qram (2-3 porsiya) olmalıdır; həftədə ən azı 2 dəfə balıq yemək lazımdır; spirtli içki qəbulu kişilər üçün gündə 20 qr. və qadınlar üçün 10 qr.-la məhdudlaşdırılmalıdır [9]. Natrium qəbulunun qan təzyiqinə yaxşı təsiri vardır. Natriumun 1 q/gün qəbulu hipertenziyası olan xəstələrdə sistolik qan təzyiqini 31 mm /Hg və normotenziyalı xəstələrdə 16 mm/Hg azaldır. Qan təzyiqinə təsir edən başqa bir mineral kaliumdur. Kaliumun əsas mənbəyi meyvə və tərəvəzlərdir. Daha yüksək miqdarda kalium qəbulu qan təzyiqini azaldır. Vitaminlərin qan dövranı sistemi xəstəliklərinə təsirini araşdırmaq üçün aprılan tədqiqatlar qida ilə qəbul edilən A və E vitaminlərinin səviyyələri ilə qan dövranı sistemi xəstəliklərinin yaranması riski arasında əks əlaqənin olduğu müəyyənləşdirmişdir (20,27,5). Qan dövranı sistemi xəstəliklərinin qarşısının alınmasında meyvə və tərəvəz istifadəsinin qoruyucu təsirə malik olduğu sübut olunmuşdur. Hər bir porsiya meyvə və tərəvəz qəbulunun qan dövranı sistemi xəstəliklərinə yoluxma riskini azaltdığını sübut olunmuşdur (28,3,8).
Aparılan tədqiqatlar ən azı həftədə bir dəfə balıq yeməyin qan dövranı xəstəliklərinə yoluxma riskini 15% azaltdığını göstərmişdir. Həmçinin sübut olunmuşdur ki, həftədə 2-4 dəfə balıq yemək ayda bir dəfə balıq yeməklə müqayisədə infakt riskini 18% azaldır. Balıq istifadəsinin bir porsiyada artımı qan dövranı sistemi xəstəlikləri səbəbindən ölüm hallarını 36% azaldır [3,26]. Buna görə də həftədə 2 dəfə balıq və həftədə bir dəfə yağlı balıq yemək tövsiyə olunur. ÜST-nın tövsiyələrinə görə qan-dövranı sistemi xəstəliklərinin qarşısının alınması üçün adam başına duz istifadəsinin 5 qramdan az olması məsləhət görülür [21].
Qan dövranı xəstəliklərinin profilaktikası ücün həmçinin gündəlik qəbul edilən qidanın tərkibində yağların miqdarını azaltmağın mühüm rolu vardır. Bu məqsədlə bir sıra tövsiyələr işlənib hazırlanmışdır: Qəbul etdiyiniz bütün qidalarda yağın miqdarına verin; az yağlı və ya yağsız süd və süd məhsulları seçin; qidalanmada balığa daha çox üstünlük verin; gündə ən az 5 porsiya tərəvəz və meyvə istifadə edin; yağsız mal əti, qoyun əti və dərisiz quş ətinə üstünlük verin; yeməklərinizdə qatı yağları az istifadə edin; aldığınız ərzaq mhsullarının etiketlərindəki yağın miqdarına fikir verin; qəlyanaltılarınızda az yağlı qidalara üstünlük verin; uyğun bişirmə üsullarını seçərək yağ istifadəsini azaldın ya da yağ istifadə etməyin; qidalanmanızda daha çox quru paxlalılara yer verin; evdən kənarda yemək yeyərkən yağsız və ya az yağlı yeməklər seçin; ürəyinizin sağlamlığını qorumaq üçün tərkibində beta karotin, A vitamini və C vitamini kimi antioksidant vitaminlər olan meyvə və tərəvəzlərlə qidalanın; qidanızdakı yağın ümumi miqdarı zəruri enerjinin maksimum 30%-ni təşkil etməlidir; gündəlik xolesterol qəbulu 300 milliqramı, əgər qan dövranı xəstəliklərinin risk faktoru varsa - 200 milliqramı keçməməlidir; ideal bədən çəkinizi qoruyun, artıq bədən çəkisindən xilas olun; bədəndə piyin artıq olması ürək xəstəliyi riskini artırır.
Orqanizmdə artıq piyin toplandığı nahiyə də ürəyin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Daha çox qarında yağın toplanması qalça və budda toplanan yağla müqayisədə yüksək risk yaradır. Bu səbəbdən ideal bədən çəkisinə nail olmaqla yanaşı bel/qalça nisbətinizin normal olmasına (qadınlarda 0.85 və kişilərdə 0.90 sm) da nəzarət edin. Əgər qan təzyiqiniz yüksəkdirsə,onu nəzarət altına alın. Qan təzyiqinə nəzarəti çətinləşdirən əsas əmillər köklük, yüksək yağlı, yüksək natriumlu qidalardan istifadə və hədddindən artıq spirtli içki istifadəsidir. Yüksək qan təzyiqi infarkt və insult üçün risk amili olduğundan qan təzyiqinə mütəmadi olaraq nəzarət emək; bədən çəkisini qorumaq üçün fiziki aktiv həyat tərzi keçirmək, siqaret çəkməmək, sağlam qidalanmaq vacibdir [14,20,24 ].
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Baxşəliyev A.B, Alimetov S.N. Ürək -qan damar xəstəlikləri,Bakı Elm və təhsil 2009
2..Cavadov R,Azərbaycanda əhali arasında qan dövranı sistemi xəstəlikləri səbəbindən ölüm hallarının statistik təhlili // “Statistika xəbərləri:elmi praktiki jurnal” 2018N1 s.45-49
3.Yrd. Doç.Dr Gülhan Samur/Kalp Damar Hastalıklarında Beslenme.2008,Ankara 20 S
4.Nazmiye Kocaman Yıldırım, Sibel Öztürk Kardiyovasküler Hastalıklarda Güncel Psikososyal Yaklaşımlar //Journal of Cardiovascular Nursing 2016 Istanbul N2 s60-685.https://www.google.com/amp/s/www.azadliq.org/amp/31255294.html
5.Frédérique R.E. Smink,Daphne van Hoeken,Hans W. Hoek "Epidemiology, course, and outcome of eating disorders"//Current Opinion in Psychiatry 2013 N6 s.543-548
6.Azadeh A Rikani, Zia Choudhry, Adnan M Choudhry et al A critique of the literature on etiology of eating disorders/Annals of Neurosciences N4 2013 s.57-61
7.R.Pawlak Is Vitamin B12 Deficiency a Risk Factor for Cardiovascular Disease in Vegetarians? // American Journal of Preventive Medicine, 2015, N6 s.11-26.8.https://marja.az/71583/dunyada-en-cox-olume-sebeb-olan-xestelik-yox-xerceng
8.Ünal, B. Ergör, G. Türkiye Kronik Hastalıklar ve Risk Faktörleri Sıklığı Çalışması (TKrHRF). Türkiye Cumhuriyeti Sağlık Bakanlığı, Ankara, 2013. 353.S
9.Melike Demir Doğan,Fatma Tayhan Kartal Kardiyovasküler sistem hastalıklarının Risk Faktörleri Üzerine Beslenme Durumunun etkisi//Journal of Health Service and Education 2019 N1 s.11-19
10. İsmayılov Z.Q.Bakı şəhərində internat məktəblərində uşsaqların qidalanma vəziyyətinin monitorinqi// Azərbaycan Tibb Jurnalı , 2006 s 29
11. American Psychiatric Association (2013). Diagnostic and Statistical Manual of Mental Disorders (5th ed.). Arlington, VA: American Psychiatric Association. pp. 329–354. ISBN 978-0-89042-555-8.
12. Joep Perk, Guy De Backer, Helmut Gohlke etc.European Guidelines on cardiovascular disease prevention in clinical practice (version 2012):The Fifth Joint Task Force of the European Society of Cardiology and Other Societies on Cardiovascular Disease Prevention in Clinical Practice (constituted by representatives of nine societies and by invited experts)//European Heart Journal 2012 N12 s 1635-1701
13.https://nedc.com.au/eating-disorders/eating-disorders-explained/the-facts/whats-an-eating-disorder/
14.http://www.terafit.com.tr/blog/detay/6/Diyetisyen-Dilara-Tuygan-Yeme-Davranis-Bozukluklari
16. Kathleen M. Pikea, Hans W. Hoekb, and Patricia E. Dunnee Cultural trends and eating disorders//Current Opinion in Psychiatry.2014 N4 s.436-442
17.Crowell MD, Murphy TB, Levy RL, Langer SL, Kunin-Batson A, Seburg EM, Senso M, Sherwood NE. Eating behaviors and quality of life in pre-adolescents at risk for obesity with and without abdominal pain. //J Pediatr Gastroenterol Nutr 2015 N 60 s.217–223.
18.Marie Galmiche, Pierre Déchelotte, Grégory Lambert,and Marie Pierre Tavolacci Prevalence of eating disorders over the 2000–2018 period: a systematic literature review//Am J Clin Nutr. 2019;N 5 s.1402-1413.
19. Hatice Dülek , Zeynep Tuzcular Vural, Işık Gönenç Kardiyovasküler hastalıklarda risk faktörleri // The Journal of Turkisk Family Physician Kardiyovasküler hastalıklarda risk faktörleri 2018 N2 s.53-58
20. Yrd.Doç.Dr Gülhan Samur,Emre yıldız Obezite ve Kardiyovasküler hastalıklar/ hipertansiyon Şubat-2008,Ankara 16 s.
21. https://en.wikipedia.org/wiki/Cardiovascular_disease#Risk_factors
22. https://www.nhs.uk/conditions/cardiovascular-disease/
23.https://www.bhf.org.uk/informationsupport/conditions/cardiovascular-heart-isease
24. https://www.texasheart.org/heart-health/heart-information-center/topics/heart-disease-risk-factors/
25. Pasold TL, McCracken A, Ward-Begnoche WL. Binge eating in obese adolescents: emotional and behavioral characteristics and impact on health-related quality of life. //Clin Child Psychol Psychiatry2014,N19 s.299–312
26. Əfəndiyev Ə.M. Ürək-damar xəstəlikləri və onların qarşısının alınması/1959,203s.
27. European Cardiovascular Disease Statistics,fighting heart disease and stroke //European heart network 192 S 2017
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı