HAMILƏLİYİN BİRİNCİ TRİMESTRİNDƏ RETROXORİAL HEMATOMANIN YARANMASINDA KLİNİKİ LABORATOR GÖSTƏRİCİLƏRİN XÜSUSİYYƏTLƏRİ
01-09-2022
Açar sözlər : hamiləlik, retroxorial hematoma,laborator göstəricilər.
Giriş
Müasir mamalığın ən aktual problemlərindən biri erkən reproduktiv itkidir. Reproduktivitki ilə hemostaz sistemində pozğunluqlar mama-ginekologların xüsusi diqqət nəzərindədir. Xorionun yaranma mərhələsində trombotik pozğunluqlar geniş aspektə müzakirə olunur [1,2,3].Xorionun patoloji inkişaf əlaməti retroxorial hematomanın yaranmasıdır. Erkən dövürdə embrionun ölümü baş verməzsə sonralar plasentar çatışmamazlıq, vaxtından əvvəl doğuş, dölün bətn daxili inkişaf ləngiməsi, preeklampsiya və başqa patologiyalar yaranır. Hamiləliyin erkən dövründə xorionun patologiyası mamalıq və perinatal fəsadlar yaratmaqla bu problemi dərindən tədqiq etmək zərurəti yaradır.
Tədqiqatın məqsədi – hamiləliyin birinci trimestrində düşük təhlükəsi və retroxorial hematoması olan hamilələrin laborator nəticələrinin tədqiqi.
Material və müayinə metodları.Tədqiqatda erkən hestasiya dövründə olan 210 hamilə iştirak etmişdir. Pasiyentin həkimə müraciət səbəbi fəsadlı mamalıq anamnezi, vaqinadan qanlı ifrazat və qarınaltı nahiyyədə küt ağrının olmasıdır. Əsas qrupda düşük təhlükəsi olan və retroxorial hematoma diaqnozlaşdırılan 100 hamilə iştirak etmişdir. Nəzarət qrupunda olan 80 hamilədə düşük təhlükəsi olsa da retroxorial hematoma aşkarlanmamışdır. Kontrol qrupda tədqiq olunan 30 hamilə fizioloji hamiləlik gedişatına malikdirlər. Bütün qruplar yaş və paritet üzrə müqayisə olunublar. Əsas qrupda hamilələrin orta yaşı 27,1±0,4 yaş, nəzarət qrupunda 28,2±0,6 yaş, kontrol qrupda 28,1±0,9 yaşdır.
Əsas qrupa daxil olma kriteriləri: hamiləlik 6-12 həftə, müayinə zamanı düşük təhlükəsi, qarınaltı və bel nahiyyəsində ağrı, vaginadan qanlı ifrazat, USM-lə retroxorial hematomanın və diri embrionun aşkarı, hamiləliyin prolongə edilməsinə qadının pozitiv əhval ruhiyyəsi. Bu qrupdan kənar etmə kriteriləri: embrionun inkişaf anomaliyaları, hamiləliyin uzadılmasına əks göstəriş olan anada ağır ekstragenital və infeksion xəstəliklərin olması.
Bütün hamilələr qanın hematoloji və hemastazioloji kliniki laborator müayinələrindən keçirilmişdir. Qanın ümumi analizi, hemastoloji göstəricilər – qanın laxtalanma müddəti, protrombin indeksi, plazmanın rekalsifikasiya vaxtı, qan laxtasının retraksiyası, fibrinogen, trombotest, hematokrit tədqiq edilmişdir.
İBM Statistics SPSS-26 proqramı vasitəsi ilə statistik araşdırma aparılmışdır. MS EXCELL2019 proqramı vasitəsi ilə statistik işləmədən də istifadə edilmişdir. Orta arifmetik (M), orta arifmetik səhv (m) təyin edilmişdir. Qruplar arasında eytibarlıq t-Styudent kriteriyası ilə, kiçik və fərqli qruplar arasında U-Manna-Uitni kriteriyası da müəyyən edilmiş, Spirmen korrelyasiya koeffisienti təyin edilmişdir. Əhəmiyyət dərəcəsi p < 0,05 ; p < 0,01 və p < 0,001.
Nəticə və müzakirə
Bütün hamilələr qanın ümumi analizi olunmuşdur (cədvəl 1).
Cədvəl № 1.
Hamilələrin qanın ümumi analizin göstəriciləri ( M±m ; min-max )
Qanın ümumi analiz göstəriciləri |
Tədqiqatdaki qadınlar |
Eytibarlılıq , PU |
||
Kontrol qrupu ( n = 30 ) |
Nəzarət qrupu ( n = 80 ) |
Əsas qrupu ( n = 100 ) |
||
Hb, q/l |
83,0±2,5 ( 55,0 – 102,0 ) |
91,9±1,5 ( 70,0 – 124,0 ) |
95,4±1,4 ( 70,0 – 129,0 ) |
0,015 K/N 0,000 K/Ə 0,119 N/Ə |
RBC, 1012/l |
3,7±0,1 ( 2,7 – 4,7 ) |
3,4±0,1 ( 0,8 – 5,9 ) |
3,6±0,1 ( 2,1 – 5,1 ) |
0,017 K/N 0,611 K/Ə 0,032 N/Ə |
Rəng göstəricisi ,vahid. |
0,896±0,015 ( 0,74 – 1,06 ) |
0,751±0,017 ( 0,28 – 1,3 ) |
0,751±0,010 ( 0,37 – 1,02 ) |
0,000 K/N 0,000 K/Ə 0,637 N/Ə |
PLT , 109/l |
235,8±9,3 ( 105,0 – 381,0 ) |
259,1±7,8 ( 169,0 – 484,0 ) |
253,2±7,8 ( 181,0 – 495,0 ) |
0,313 K/N 0,751 K/Ə 0,462 N/Ə |
WBC , 109/l |
8,11±0,67 ( 4,4 – 16,9 ) |
5,89±0,13 ( 3,8 – 8,8 ) |
5,99±0,12 ( 4,2 – 9,2 ) |
0,002 K/N 0,003 K/Ə 0,678 N/Ə |
EÇS, mm/saat |
22,8±2,4 ( 9,0 – 55,0 ) |
22,6±0,8 ( 12,0 – 49,0 ) |
20,3±0,5 ( 12,0 – 48,0 ) |
0,020 K/N 0,047 K/Ə 0,008 N/Ə |
Qanın ümumi analizinə görə əsas və kontrol qruplar müqayisə edilərkən Hb (PK/Ə = 0,000), Rəng göstəricisi (PK/Ə=0,000), WBC (PK/Ə=0,003), EÇS (PK/Ə=0,047). Beləliklə əsas qrupda Hb orta səviyyəsi 95,4±1,4 q/l, rəng göstəricisi 0,751±0,010 vahid, qanda WBC 5,99±0,12×109/l, EÇS 20,3±0,5 mm/saat.
Nəzarət qrupu ilə kontrol qrup arasında da statistik işləmə aparılmışdır.
Hb (PK/N=0,015), qanda RBC (PK/N=0,017), rəng göstəricisi (PK/N=0,000), qanda WBC (PK/N=0,002), EÇS (PK/N = 0,020). Nəzarət qrupundaki hamilələrdə Hb orta səviyyəsi 91,9±1,5 q/l, RBC 3,4±0,1×1012/l, rəng göstəricisi 0,751±0,017 vahid, WBC 5,89±0,13×109/l, EÇS 22,6±0,8 mm/saat.
Nəzarət qrupu əsas qrupu ilə də müqayisə edilmişdir. Perifirik qanda RBC 3,6±0,1×1012/l və 3,4±0,1×1012/l buna uyğundur (PN/Ə=0,032) və EÇS göstəricisi 20,3±0,5 mm/saat və 22,6±0,8 mm/saat buna uyğundur (PN/Ə=0,008).
Qanda PLT əsas qrupda 253,2±7,8×109/l, nəzarət qrupunda 259,1±7,8×109/l, kontrol qrupda 235,8±9,3×109/l. Statistik müqayisə edərkən (PK/N=0,313; PK/Ə=0,751; PN/Ə=0,462). Qeyd edək ki, nəzarət qrupundaki xəstələrdə PLT-nın sayı çoxdur.
Cədvəl 2 hemostaz göstəriciləri tədqiq edilmişdir. Bütün qruplar arasında hemostaz göstəriciləri arasında ciddi fərq var.
Qanın laxtalanma müddəti əsas qrupda 4,2-10,0 dəq olub orta hesabla 6,3±0,1 dəq-dir, nəzarət qrupunda 5,0-12,0 dəq olub orta hesabla 7,4±0,2 dəq-dir və kontrol qrupda 7,0-11,0 dəq olub orta hesabla 8,9±0,2 dəq-dir. Kontrol qrupu nəzarət qrupu ilə müqayisəsi (PK/N=0,000), kontrol qrupu əsas qrupu ilə müqayisəsi (PK/Ə=0,000), nəzarət qrupu əsas qrupu ilə müqayisəsi (PN/Ə=0,000) ciddi statistik fərqin olmasını göstərmişdir.
Protrombin indeksi orta hesabla əsas qrupda 106,1±1,2 % olub kontrol qrupdan 14% çoxdur. Nəzarət qrupunda bu rəqəm 99,4±1,1%, kontrol qrupda isə 91,8±1,1%.Kontrol qrupu nəzarət qrupu ilə müqayisəsi (PK/N=0,000), kontrol qrupu əsas qrupu ilə müqayisəsi (PK/Ə=0,000), nəzarət qrupu əsas qrupu ilə müqayisəsi (PN/Ə=0,000) ciddi statistik fərqin olmasını göstərmişdir.
Cədvəl № 2.
Hamilələrin hemostaz göstəriciləri ( M±m , min-max )
Hemostaz göstəricisi |
Tədqiqatdaki qadınlar |
Eytibarlılıq , PU |
||
Kontrol qrupu ( n = 30 ) |
Nəzarət qrupu ( n = 80 ) |
Əsas qrupu ( n = 100 ) |
||
Qanın laxtalanma müddəti , dəq. |
8,9±0,2 (7,0-11,0) |
7,4±0,2 (5,0-12,0) |
6,3±0,1 (4,2-10,0) |
0,000 K/N 0,000 K/Ə 0,000 N/Ə |
Protrombin indeksi , % |
91,8±1,1 (82,0-106,0) |
99,4±1,1 (73,0-126,0) |
106,1±1,2 (81,0-141,0) |
0,000 K/N 0,000 K/Ə 0,000 N/Ə |
Plazmanın rekalsifikasiya vaxtı , san |
190,3±6,1 (128,0-240,0) |
181,9±5,6 (123,0-300,0) |
222,9±5,4 (128,0-295,0) |
0,251 K/N 0,000 K/Ə 0,000 K/Ə |
Qan laxtasının retraksiya vaxtı |
0,375±0,017 (0,3-0,8) |
0,381±0,010 (0,28-0,8) |
0,449±0,011 (0,3-0,82) |
0,675 K/N 0,000 K/Ə 0,000 N/Ə |
Fibrinogenın miqdarı , q/l |
3,32±0,12 (2,0-5,0) |
3,58±0,10 (2,1-5,7) |
4,06±0,09 (2,1-6,0) |
0,287 K/N 0,000 K/Ə 0,000 N/Ə |
Trombotest |
4,67±0,10 (4,0-6,0) |
4,76±0,07 (4,0-6,0) |
4,97±0,08 (4,0-6,0) |
0,540 K/N 0,052 K/Ə 0,061 N/Ə |
Hematokrit , % |
56,0±0,5 (55,0-66,0) |
60,1±0,7 (44,0-77,0) |
62,0±0,5 (55,0-77,0) |
0,000 K/N 0,000 K/Ə 0,039 N/Ə |
Plazmanın rekalsifikasiya vaxtı əsas qrupda 222,9±5,4 san (min-128,0 san, max–295,0 san) kontrol qrupda isə 190,3±6,1 san (min – 128,0 san, max – 240,0 san ) (PK/Ə=0,000). Nəzarət qrupunda isə bu rəqəm 181,9±5,6 san (min – 123,0 san, max – 300,0 san) (PK/N=0,251) olub əsas qrupla statistik fərq var (PN/Ə=0,000).
Qan laxtasının retraksiya müddəti əsas qrupda 0,449±0,011, kontrol qrupda 0,375±0,017 (PK/Ə=0,000), nəzarət qrupunda isə 0,381±0,010 (PN/Ə=0,000). Retraksiya göstəriciləri kontrol qrupla nəzarət qrupla arasında ciddi statistik fərq yoxdur (PK/N = 0,675).
Qan laxtasının retraksiya müddəti qanın hematokritindən asılıdır. Hematokrit bütöv qanda eritrositlərin həcimli fraksiyasıdır. Bizim tədqiqatda hematokrit göstəricisi orta hesabla əsas qrupda 62,0±0,5% (min–55%, max–77%), kontrol qrupda bu rəqəm 56,0±0,5% (min–55%, max–66%), nəzarət qrupunda isə 60,1±0,7% (min–44%, max–77%)- dir. Kontrol qrupu nəzarət qrupu ilə müqayisəsi (PK/N=0,000), kontrol qrupu əsas qrupu ilə müqayisəsi (PK/Ə=0,000), nəzarət qrupu əsas qrupu ilə müqayisəsi (PN/Ə=0,039) ciddi statistik fərqin olmasını göstərmişdir.
Plazmada fibrinogen göstəricisi (4,06±0,09 q/l) olub kontrol qrupu (3,32±0,12q/l) göstəricisindən çoxdur (PK/Ə=0,000). Nəzarət qrupunda plazmadaki fibrinogenin orta göstəricisi 3,58±0,10 q/l olub kontrol qrupu göstəricisindən fərqlənmir (PK/N=0,287) olub əsas qrupu göstəricisindən fərqlidir (PN/Ə=0,000).
Trombotest göstəricisi nəzarət qrupunda kontrol qrupla fərqli olmayıb 4,97±0,08 əsas qrupda isə fərqli olub 4,76±0,07. Kontrol qrupu nəzarət qrupu ilə müqayisəsi (PK/N=0,540), kontrol qrupu əsas qrupu ilə müqayisəsi (PK/Ə=0,052), nəzarət qrupu əsas qrupu ilə müqayisəsi (PN/Ə=0,061) ciddi statistik fərqin olmamasını göstərmişdir.
Tədqiqat nəticəsində aşkarlanmışdır trombotest 4-cü mərhələ korporal lokalizasiyalı hematomada 27 (93,1%), supraservikal lokalizasiyalı hematomada isə 2 (6,9%) təsadüf edir.Trombotest 5-ci mərhələ korporal lokalizasiyada 30 (68,2%), suproservikal lokalizasiyalı hematomada 14 (31,8%) rast gəlinir. Trombotest 6-cı mərhələ korporal hematomada 16 (61,5%), suproservikal hematomada 10 (38,5%) hallarda olur. Bütün aşkarlamalar ikili xarakter daşıyır (χ2=8,316; p=0,016). Spirmen koeffisientini tapmaqla trombotest mərhələsi ilə hematomanın lokalizasiyası arasında zəif düzünə korrelyasiyanın olması müəyyən edildi (rs=0,272; p=0,006).
Alınmış nəticələr əsas qrupla nəzarət qrupu arasında fərqlər tapılmışdır. Bu fərqlərə əsasən əsas qrupda hemostazın funksional statusu barəsində qeyd edirik.
- qanın laxtalanma müddəti daha qısadır (6,3±0,1 dəq əlehinə 7,4±0,2 dəq, p=0,000);
- protrombin indeksi yüksəkdir (106,1±1,2% əlehinə 99,4±1,1%, p = 0,000) ;
- plazmanın rekalsifikasiya zamanı artmışdır (222,9±5,4 san əlehinə 181,9±5,6 san,
p = 0,000 );
- qan laxtasının retraksiya müddəti artmışdır (0,449±0,011 əlehinə 0,381±0,010,
p = 0,000);
- fibrinogenin səviyyəsi yüksəlmişdir ( 4,06±0,9 q/l əlehinə 3,58±0,10 q/l, p=0,000) ;
- hematokrit göstəricisi yüksəlmişdir (62,0±0,5% əlehinə 60,1±0,7%, p=0,039);
Alınmış nəticələr sübut etdi ki, əsas qrup ilə nəzarət qrupu yalnız kliniki əlamətlər ilə deyil laborator göstəricilər ilə də fərqlidir. Beləliklə düşük təhlükəsi və retroxorial hematomalı hamilələrdə qanın koaqulyasion potensialı yüksək olur. Qanın laxtalanma müddətinin qısalması, qanda hematokritin yüksəlməsi fonunda protrombin indeksinin və fibrinogen səviyyəsinin artması hiperkoaqulyasiyanı təstiq edir. Alınmış laborator nəticələr hamiləlik patologiyasının kliniki patogenetik şəklinə tamamilə uyğundur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Буштырева И.О., Кузнецова Н.Б., Каплина А.А., Ковалева А.В. Гемостаз у пациенток с ретрохориальной гематомой. Акушерство, гинекология и репродукция. 2016; 10(2): 16-22.
2.Николаева А.Е. Ретрохориальная гематома как фактор риска возникновения гематологических осложнений беременности. Вестник гематологии. 2018; 14 (1): 22-27.
3. Sultanova N.A. Peccularities of treatment of hormonal and hemostatic disorders in functioning of pregnancy in early terms. Chin. J. Ind. Hyg. Occup. Dis. 2021 ; 39(7): 181-187.
4. Волкова Е.В. Течение беременности, осложненное ретрохориальной гематомой в первом триместре. Фарматека. 2016; 12: 53-55.
5. Кузнецова А.А. Течение и исход беременности при рецидивирующей ретрохориальной гематоме. Врач. 2019; 30 (9): 18-23.
6. Ионова К.В., Мальгина Г.Б., Третьякова Т.Б. Современные представления о внутриматочных гематомах в I триместре беременности: этиопатогенез и перинатальные исходы: Лечение и профилактика. 2019; 9 (3): 33-38.
7. Crane S.,Collins L., Hal J. Reducing utilization by uninsured frequent users of the emergency department: combining case management and drop-in group medical appointments // J. Am. Board. Fam. Med. 2012; 25(2): 184-191.
8. Giri A., Srivastav V.R., Suwa A. Impact of advanced maternal age on pregnancy outcome // Nepal. Med. Coll. J. 2012; 15(2): 87-90.
9. Şükür Y.E. The effects of subchorionic hematoma on pregnancy outcome in patients with threatened abortion // J. Turk Ger Gynecol Assoc. 2014; 15(4): 239-242.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı