ARTERİAL HİPERTENZİYA FONUNDA İNKİŞAF ETMİŞ XRONİK ÜRƏK ÇATIŞMAZLIĞI OLAN XƏSTƏLƏRİN VALSARTAN VƏ BİSOPROLOLLA KOMBİNƏ OLNMUŞ MÜALİCƏSİ ZAMANI ENDOTELİAL DİSFUNKSİYANIN KORREKSİYASI
27-04-2022
Müasir dövrdə xronik ürək çatışmazlığı (XÜÇ) inkişaf etmiş ölkələrdə epidemiyaya çevrilmidir və təcili tibbi sosial problemlərdən biri kimi gündəmdə dayanır. XÜÇ-ün yaranmasında ən çox səbəb olaraq arterial hipertenziya (AH) dayanır.
Arterial hipertenziyanın inkişafında endotelial disfunksiyanın böyük rolu vardır. Endotelial hüceyrələr müxtəlif funksiyaları formalaşdırır. Endotelium damarların tonusunu, hemostazı, lipidlərin transportunu və immunoloji reaktivliyi modulyasiya edir. O, xüsusilə də vazokonstriktor və vazodilatator faktorlar sintez etməklə damar tonusunu balanslaşdırır (1).
Arterial hipertenziya fonunda inkişaf edən XÜÇ-ü olan xəstələrdə endotelial disfunksiyanın yaranmasında aktivləşmiş renin angiotenzin aldosteron sistemi (RAAS), simpato-adrenal sistemi (SAS) və sitokin sisteminin rolu mühümdür (2, 3).
Neyrohormonların miokardda sintezinin sürətlənməsi və bununla əlaqədar iltihab sitokin mediatorlarının aktivləşməsi və protoonkogen miokard hipertrofiyasını stimulyasiya edir. Bu zaman miokardda əzələ kütləsinin artması ilə yanaşı kollagen sintezinində artmasıda baş verir (4). Kardiomiositlər arasında əlaqəni təmin edən və onları əzələ dəstəsi şəklində birləşdirən nazik kollagen lifləri gobud III tip kollagenlə əvəz olunur. Yaranmış bu gobud kollagen liflər əzələ elementlərinin işini pozur. Kardiomiosit və kapilyarları əhatə edən bu tip kollagen lifləri oksigen diffuziyasını çətinləşdirir. Miokardda yaranan hipoksiya tədricən miokardda distrofiyanın inkişafına səbəb olur (5).
Endotelium insan bədənində olan endokrin sistemin ən böyüyü hesab oluna bilər. Onun ümumi çəkisi 1800 qram və tutduğu sahə 4000 m²-dir. O, çoxlu funksiyalar həyata keçirməklə insanın həyat fəaliyyətində mühüm rol oynayır (6). Endotelium tərəfindən damarların saya əzələsini boşaldan endotelinlərdən başqa, damar daraldıcı endotelinlər də ifraz olunur. Bunlardan ET1 arterial hipertenziyanın inkişafında, həm də XÜÇ-ün inkişafında mühüm rol oynayır. ET1 damar daraldıcı xüsusiyyətə malik olub, miokardın hipertrofiyasında iştirak edir (7). Kollagen sintezini artırmaqla miokardın fibrozlaşmasını stimulə edir və apoptozda iştirak edir. ET1 öz effektini spesifik A və B növ reseptorlar hesabına yerinə yetirir. Qeyd olunan reseptorlar damarın saya əzələsində, endoteliumda və daxili üzvlərdə olur (8). Arterial hipertenziya fonunda XÜÇ-lü xəstələrdə ET1-in artması katexolaminlərin, angiotenzin II, sitokinlərin, sərbəst radikalların və hipoksiyanın damar endotelinə təsiri nəticəsində işə düşür (9, 10). Endotel tərəfindən generasiya olunan azot oksidi (NO) damar genişləndirici effektə malikdir. NO öz təsirini damara tsiklik 3, 5-quanozin monofosfatın (sQMF) miqdarını artırmaqla həyata keçirir (11). Qeyd edildiyi kimi kardioloji xəstəliklərin müalicəsində artıq endotelium terapevtik təsir olunan hədəfə çevrilmişdir.
Beləliklə göründüyü kimi qanda ET1 və onun fizioloji antaqonisti olan sQMF səviyyəsini öyrənməklə endotelial disfunksiyanı qiymətləndirmək olar.
İşin məqsədi: Arterial hipertenziya fonunda XÜÇ-lü xəstələrdə valsartan və bisoprololla kombinə olunmuş müalicə zamanı endotelial disfunksiyanın olmasını müəyyən etmək və onun kombinə olunmuş müalicə ilə korreksiya mümkünlüyünü öyrənməkdir.
Material və metodlar: Müayinə üçün arterial hipertoniya fonunda orta yaşı 51,3±4,6 il Nyu-York ürək assosiasiyasının təsnifatı (NYHA) ilə II-III funksional sinifn (FS) olan 50 xəstə (37 kişi və 13 qadın) seçilmişdir. Xəstələr iki qrupa : I qrupda XÜÇ II FS olan 26 xəstə, II qrupda XÜÇ III FS olan 24 xəstə seçilmişdir. Xəstələrə müalicə, valsartan 40 mq olmaqla gündə 2 dəfə və 5 mq bisoprolol gündə bir dəfə qəbul etməklə 6 ay aparıldı. Nəzarət qrupu olaraq orta yaşı 41,3±3,2 il olan 27 praktik sağlam insanlar seçildi. Xəstələrdə sistolik arterial təzyiq (SAT), diastolik arterial təzyiq (DAT) və exokardioqrafik müyinə ACUSON (ABŞ) aparatında sol mədəciyin son diastolik həcmi (SMSDH), sol mədəciyin son sistolik həcmi (SMSSH), atım fraksiyası (AF%), sol mədəciyin kütlə indeksi (SMKİ) öyrənildi.
Xəstələrdə ET1 və həll olmuş sQMFmiqdarı DRQ (ABŞ) firmasının test dəsti tətbiq etməklə immunoferment metodu ilə öyrənildi.
Alınan nəticələr EXEL proqramı tətbiq etməklə variasion statistika metodu ilə öyrənildi. Dürüstlük dərəcəsi Styudentin t dürüstlük kriteriyası tətbiq etməklə araşdırıldı.
Nəticələr və müzakirə: Xəstələr nəzarət qrupu ilə müqayisə olunduqda hər iki qrupda ET1, sQMF səviyyəsinin p<0,01dürüstlüyü ilə yüksək olması müşahidə olundu (bax Cədvəl 1).
Cədvəl № 1.
Arterial hipertenziya fonunda XÜÇ olan xəstələrdə valsartan və bisoprolol kombinasiyasının endotelial disfunksiyaya təsiri
Göstərici-lər |
Nəzarət qrupu |
II FS |
III FS |
||
Başlanğıc |
Müalicədən sonra |
Başlanğıc |
Müalicədən sonra |
||
ET1 pq/ml |
10±1,12 |
17,5±1,12## |
9,21±2,43** |
19,11±1,12## |
11,32±1,56** |
sQMF pmol dəq. Mq |
125±21,1 |
224,1±25,7## |
121,4±19,3** |
271.2±35.2## |
139,3±21,4** |
Qeyd: ##-p<0,01 nəzarət qrupu ilə müqayisədə dürüstlüyü
**-p<0,01- müalicədən sonrakı göstəricilərin başlanğıcla müqayisədə dürüstlüyü
Xəstələrdə müalicənin 6-cı ayında hər iki qrupda endotelial disfunksiyanın göstəriciləri ET1 və sQMF (p<0,01) dürüstlüyü ilə azaldı.
Endotelial disfunksiyanın korreksiyası xəstələrdə hemodinamika göstəricilərinin yaxşılaşması ilə müşahidə olundu. Belə ki, xəstələrdə SAT, DAT (p<0,01) dürüstlüyü ilə hər iki qrupda azaldı. SMSDH, SMSSH (p<0,01) dürüstlüyü ilə hər iki qrupda azaldı (bax Cədvəl 2). Xəstələrdə hər iki qrupda AF (p<0,01) dürüstlüyü ilə artdı və SMKİ (p<0,05) dürüstlüyü ilə azaldı. Bu dəyişiklik sol mədəciyin hemodinamik göstəricilərinin yaxşılaşmasını göstərdi.
Cədvəl № 2.
Arterial hipertenziya fonunda XÜÇ olan xəstələrdə valsartan və bisoprolol kombinasiyasının hemodinamik göstəricilərə təsiri
|
II FS |
III FS |
||
Başlanğıc |
Müalicədən sonra |
Başlanğıc |
Müalicədən sonra |
|
SAT |
139,4±5,6 |
119,3±6,9** |
141,8±4,6 |
121,6±3,9** |
DAT |
92,3±3,7 |
81,6±3,9** |
93,9±2,4 |
82,6±4,1** |
SMSDH |
165,2±4,6 |
142,1±3,7** |
165,5±4,1 |
140,2±3,8** |
SMSSH |
101,5±3,4 |
72,8±6,1** |
102,2±6,4 |
73,2±4,1** |
AF, % |
47,3±1,6 |
55,6±2,1* |
46,5±1,9 |
55,1±0,9** |
SMKİ, q/m² |
124,2±5,9 |
104,3±6,7* |
123,2±5,8 |
105,2±5,6* |
Qeyd: *-p<0,05; **-p<0,01- müalicədən sonrakı göstəricilərin balanğıcla müqayisədə dürüstlüyü
Xəstələrdə yuxarıda qeyd olunan sol mədəciyin hemodinamik göstəricilərinin və endoteıin disfunksiya göstəricilərinin yaxşılaşması, həm də xəstələrdə klinik şikayətlərin yaxşılaşma ilə müştərək müşahidə olundu.
Nəticə: Alınmış nəticələr göstərir ki, valsartan və bisoprololla kombinə olunmuş müalicə zamanı endotelial disfunksiya yaxşılaşır. Bu yaxşılaşma arterial təzyiqin normallaşması ilə yanaşı sol mədəciyin atım fraksiyasının artmasına və sol mədəciyin hipertrofiyasının reqressiyasına səbəb olur.
Beləliklə, göründüyü kimi endotelial disfunksiya arterial hipertenziya və XÜÇ-ün inkişafında aparıcı rola malikdir. Müalicə proqramına vaksartan və bisoprololl əlavə olunması endotelial disfunksiyanı korreksiya etməklə XÜÇ-ün proqressivləşməsini ləngidir və arterial hipertenziya fonunda inkişaf etmiş XÜÇ-lü xəstələrdə həm də sol mədəciyin remodelləşməsini reqressiya etməklə onun funksiyasını yaxşılaşdırır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Joseph G. Murphy, MD.,Margaret A. Lloyd, MD Mayo. Clinic Cardiology: Concise Textbook. Oxford. 5th ed. 2018.
2.Theresa A. McDonagh., Roy S. Gardner. Oxford Textbook of Heart Failure. Oxford University Press. 2011.
3.Гомазков О.А. Эндотелин в кардиологии // Кардиология, 2001, №2, с. 50-58
4.Ferari R.,Bachetti T. Endotelial function and dysfunction in heart failure // Euer. Heart J. 1998, vol. 19, p.41-47.
5.Гуревич М.А. Хроническая сердечная недостаточность. //Медицина; 2008. 6. 6. Braunwold E. Heart Disease. 11th edition 2018.
7.Harrinson D.E. Endotelial function and oxidant stress // Clin.Cardiol., 1997, vol. 20, p.11-17.
8.Коваленко В.Н. Руководство по кардиологии.// Киев. Морион; 2008
9.Katz S.D. Mexanisms of endotelial dysfunction in CHF // Current Option in Cardiology, 1997, vol. 12, p.259-264.
10.William T., Abraham H. Heart failure. McGray Hill, 2007.
11. Беленков Ю.Н., Оганов Р.Г. Кардиология //Москва ГЕОТАР-Медиа; 2009.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı