KAMPİLOBAKTERİYA İNFEKSİYASI İLƏ YOLUXMUŞ HAMİLƏ QADINLARDA SONUN İLTİHABI DƏYİŞİKLİKLƏRİ
27-01-2016
Hazırda kampilobakterioz problemi vaxtındanəvvəl doğuşların, irinli-iltihabi ağırlaşmaların və sonda baş verən patoloji dəyişikliklərin inkişafının risk amillərindən biri kimi geniş müzakirə olunur [1, 2]. Alimlər bu fikirdə həmrəydirlər ki, kampilobakterioz xronik iltihab markeri kimi qiymətləndirilə bilər və spesifik profilaktika tədbirlərinin aparılmasını tələb edir [3, 4].
Doğuşdansonrakı endometriti olan zahı qadınlarda iltihabi dəyişikliklər arasında bazal desiduitin və xorioamnionitin üstünlük təşkil etməsi yoluxmanın qalxan yolunu təsdiq edir [5]. Müasir ədəbiyyatda sonun ginekoloji müayinəsinə həsr olunmuş çoxlu elmi işlər vardır [1, 2, 3]. Müəlliflər hesab edirlər ki, sonun toxumalarında iltihabi dəyişiklikləri olan zahı qadınlarda irinli-septik ağırlaşma-ların yaranması riski artır [4, 5].
Tədqiqat işinin aktuallığı ondadır ki, müasir dövrdə sonda iltihabi dəyişikliklərin yaranmasına təsir edən amillərin hamısını aşkar etmək çətindir.
Tədqiqat işinin məqsədi sonda iltihabi dəyişikliklərin yaranması və kampilobakteriozun olması arasında meydana çıxan asılılığın aşkar edilməsi olmuşdur.
Tədqiqat işinin material və metodları. Tədqiqat zamanı birdöllü hamiləlik keçirən 51 qadın müayinə edilmişdir. Doğuş tarixlərinin retrospektiv təhlili aparılmışdır ki, o da sonda baş verən iltihabi dəyişikliklərin inkişaf etməsi və hamiləlik vaxtı qadınlarda kampilobakteriozun olması arasında qarşılıqlı əlaqənin aşkar edilməsinə yönəldilmişdir. Qadınlar bütün hamiləlik dövründə, doğuş vaxtı və doğuşdansonrakı dövrdə müayinə edilmişdir. Tədqiqata qoşulmanın meyarları qismində: birdöllü hamiləliyin olması, hamilə qadının kampilobakterioza görə müayinəsi, vaxtında olan (37-41 həftədə) doğuşlar, Qeysəriyyə kəsiyi vasitəsilə doğuşun aparılması, sonun patoloji-anatomik müayinəsi əsas götürülmüşdür. Tədqiqatdan çıxarılmanın meyarları: dölyanı suların vaxtındanəvvəl axması və doğuş fəaliyyətinin vaxtındanəvvəl inkişaf etməsi.
Müayinənin gedişində hamilə qadınlar aşağıdakı qruplara bölünmüşlər: I qrupa (n=15) – kampilobakterioz aşkar edilməyən qadınlar, II qrupa (n=36) – kampilobakterioz aşkar edilən qadınlar daxildir.
Son morfoloji olaraq makroskopiya (ciftin, döl qişalarının və göbək ciyəsi-nin vəziyyətinin təyin edilməsi, orada görünən dəyişikliklərin xarakteristikası); morfometriya ( ciftin çəkisinin və ölçülərinin, görünən makroskopik dəyişikliklərin planimetriya vasitəsilə təyin edilməsi) yolu ilə tədqiq edilmişdir. Histoloji preparatlarda müxtəlif dərəcəli vaskulyarizasiyalı xovların sayı hesablanmışdır (damarsız, zəif vaskulyarizasiyalı, hipervaskulyarizasiyalı), xovların yerləşməsi sıxlığı, sinsitial böyrəklərin inkişaf dərəcəsi və xarakteri təyin edilmişdir.
Tədqiqat işinin materialları riyazi statistika metodları ilə Statistica 7.0, MS Excel paketinin proqram təminatından istifadə etməklə işlənmişdir. Bu zaman şansların qiymətləndirilməsi (ŞQ), ŞQ-nə qarşı etibarlılıq intervalı (Eİ) hesablanmış, həmçinin iki qrupda nisbi tezliklərin müqayisə olunması (p müxtəlif etibarlılıq səviyyəsi üçün Styudent meyarının əmsalı) həyata keçirilmişdir.
Nəticələr və onların müzakirəsi. Müayinə olunan qadınların nə yaş (p>0,05), nə də xəstəliyin təkrarlığına görə əhəmiyyətli fərqləri olmamışdır (p>0,05). Hamilə qadınların orta yaşı 23,5±2,4 təşkil etmişdir. Sonda iltihabi dəyişikliklər 30 hadisədə aşkar edilmişdir: 86,6±7,4% hadisə – kampilobakterioz ilə yoluxmuş qadınlarda, 13,4±2,2% – kampilobakterioz aşkar edilməyən hamilə qadınlarda, p<0,05. Sonda baş verən iltihabi dəyişikliklərin strukturu cədvəl 1-də təqdim edilmişdir.
Жядвял № 1.
Kampilobakterioz ilə yoluxmuş və yoluxmayan qadınlarda sonlarda baş verən iltihabi dəyişikliklərin struktur
Sonlarda baş verən iltihabi dəyişikliklər |
I qrup (n=15) |
II qrup (n=36) |
||
Müt. |
% |
Müt. |
% |
|
Seroz parietal desiduoamnionit |
1 |
6,6 |
3 |
8,3 |
Seroz – irinli endovaskulit |
1 |
6,6 |
5 |
13,8±5,4 |
Diffuz parietal ocaqlı plasentit |
1 |
6,6 |
2 |
5,5 |
Diffuz seroz parietal və bazal desiduit |
0 |
0 |
14 |
38,8±3,9 |
Ocaqlı vaskulyar seroz-leykositar funikulit |
1 |
6,6 |
2 |
5,5 |
Cəmi |
4 |
13,4±2,2 |
26 |
86,6±7,4 |
Kampilobakterioz aşkar edilən qadınlar qrupunda diffuz seroz parietal və bazal desiduitin tezliyi 38,8±3,9%-ə çatmışdır ki, bu da sonun toxumalarında yüksək infeksion-iltihabi proseslərin baş verdiyini göstərir və doğuşdansonrakı dövrdə irinli-iltihabi ağırlaşmalara münasibətdə əlverişsiz proqnostik əlamət sayılır.
Statistik təhlilin məlumatlarına görə, kampilobakterioz ilə yoluxmuş qadınların sonunda baş verən iltihabi dəyişikliklərin ŞQ kampilobakterioz aşkar edilməyən hamilə qadınlarla müqayisədə 95%-li Eİ=[3,42; 25,36], p=0,000 olduqda12,8 təşkil edir. Beləliklə, belə qərara gəlmək olar ki, kampilobakterioz ilə yoluxmuş qadınların sonunda iltihabi dəyişikliklərin inkişaf riski I qrupdakı hamilə qadınlara nisbətən 6 dəfə yüksəkdir. Bundan başqa, sonda qan dövranının pozğunluqları aşkar edilmişdir: I qrupda 12,0±6,4%, II – 88,8±6,4% qeyd olunmuşdur( p<0,05) (cədvəl 2).
Жядвял № 2.
Sonda qan dövranının pozğunluqları (müt./%)
Sonlarda qan dövranının pozğunluqları
|
I qrup (n=15) |
II qrup (n=36) |
||
Müt. |
% |
Müt. |
% |
|
Göbək ciyəsinin flebotrombozu |
0 |
- |
5 |
12,0±6,4 |
Ciftin qişalarında və toxumalarında qan dövranının pozulması ilə birlikdə flebotromboz |
3 |
20,0±3,2 |
8 |
22,2±4,7 |
Kəskin dissirkulyator dəyişiklərlə birlikdə xovarası sahəyə geniş qansızmalar |
0 |
- |
9 |
25,0±7,4 |
Cəmi |
3 |
12,0±6,4 |
26 |
88,0±6,4 |
Statistik təhlilin məlumatlarına görə, kampilobakterioz ilə yoluxmuş qadınların sonunda baş verən iltihabi dəyişikliklərin ŞQ kampilobakterioz aşkar edilməyən hamilə qadınlarla müqayisədə 95%-li Eİ=[0,94; 12,82] olduqda 3,64 təşkil edir. Lakin əhəmiyyətlilik səviyyəsi kafi həddə çatmamışdır (p=0,06). Beləliklə, yalnız onu güman etmək olar ki, kampilobakterioz ilə yoluxmuş qadınların sonunda iltihabi dəyişikliklərin inkişaf riski I qrupdakı hamilə qadınlara nisbətən 4 dəfə yüksəkdir.
Жядвял № 3.
I və II qrupda olan yenidoğulmuşların ciftlərinin struktur komponentlərinin 3-ballıq şkala üzrə yarıkəmiyyət qiymətləndirilməsi (M±m)
Göstərici |
I qrup (n=15) |
II qrup (n=36) |
Ana hissəsinin elementləri |
2,4 ±0,3 |
1,9 ±0,2 |
Xorial lövhənin elementləri |
2,4 ±0,2 |
2,5 ±0,5 |
Xovarası sahə |
2,3 ±0,3 |
1,6 ±0,5* |
Xovarası fibrinoid |
1,2 ±0,02 |
2,3 ±0,2* |
Xovların stroması |
1,9 ±0,1 |
2,6 ±0,3* |
Xovların damar şəbəkəsi |
2,5 ±0,4 |
1,3 ±0,2* |
Sinsitial böyrəklər |
1,2 ±0,05 |
1,5 ±0,1 |
Periferik sitotrofoblast |
1,1 ±0,02 |
1,8 ±0,1* |
Psevdoinfarktlar |
0,3 ±0,01 |
2,1 ±0,2* |
İnfarktlar |
0,2 ±0,01 |
0,9 ±0,1* |
Kalsifikatlar |
0,2 ±0,02 |
0,3 ±0,04 |
İltihabi infiltrasiya |
0,1 ±0,01 |
1,2 ±0,2* |
Qeyd - * qruplar arasında fərqlər Styudent meyarının t≥2, p≤0,05 qiymətində dürüstdür.
Sonun müayinəsinin məlumatlarına əsasən aşağı-dakı dəyişikliklər aşkar edil-mişdir: sonun iltihabi dəyişik-likləri, qan dövranının pozğun-luqları və xovlu xorionun yetiş-məsinin pozulması. I və II qrupda olan qadınlarda ciftin morfometriyası aparılmış və bu zaman hər bir göstərici 3-ballıq sistem üzrə qiymətləndirilmişdir (cədvəl 3) ki, bu da onun müxtəlif komponentlərinin zədələnmələrini obyektiv qiymətləndirməyə imkan vermişdir.
Cədvəl 3-dən görünür ki, II qrupdakı ciftlərin xovarası sahəsinin xüsusi çəkisi ağzı bağlanmış xovların (psevdoinfarktlar) ətrafında fibrinoidin çökməsi və sitotrofobolastik adacıqların inkişaf etməsi nəticəsində dürüst böyümüşdür. Xovların stroması sıxlaşmış, damar komponenti dürüst azalmışdır, belə ki, xovların kapilyar şəbəkəsinin kompensator reaksiyası açıq-aydın natamam olmuş və ya ocaqlı xarakter daşımışdır. II qrupda infarktların və psevdoinfarktların sayı iltihab reaksiyasında olduğu kimi müqayisə qrupuna nisbətən eyni dərəcədə statistik dürüst yüksək olmuşdur.
Klinik və morfoloji məlumatların təhlilinin nəticələri göstərmişdir ki, əksər hallarda kampilobakteriya infeksiyası ciftin strukturunun yenidən qurulmasını və xorionun xovlarının yetişməsinin pozulmasını törədir ki, bu da xronik cift çatışmazlığının, bir sıra hallarda isə göbək ciyəsi və membranoz çatışmazlığın inkişaf etməsinə gətirib çıxarır. Hamiləlik vaxtı qadınlarda kampilobakteriozun olması sonda baş verən iltihabi dəyişikliklərin inkişafının ciddi risk amili sayılır. Kampilobakterioza görə müayinə planlı operativ doğuşlara hazırlıq zamanı hamilə qadınların müayinə standartına daxil edilməlidir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Колос Е.Н., Гнутов И.Н., Ющенко Г.В. Клинико-эпидемиологическая характеристика кампилобактериоза в условиях интенсивно развитого животноводства // Здравоохранение Казахстана, 2008, №12, с. 46-48.
2. Сидельникова В.М. Инфекция как фактор риска невынашивания беременности // Гинекология, 2008, № 5, С. 28 - 30
3. Cypierre A., Denes E., Barraud O., Jamilloux Y. Campylobacter fetus infections // Мed Mal Infect, 2014, vol 44, № 4, p.167-173
4. Kirk K.F., Nielsen H.L. The susceptibility of Campylobacter concisus to the bactericidal effects of normal human serum // APMIS, 2015, vol 123, №3, p.269-274
5. Li X., Harwood V.J., Nayak B., Staley C. A Novel Microbial Source Tracking Microarray for Pathogen Detection and Fecal Source Identification in Environmental Systems // Environ Sci Technol., 2015, vol 16, № 12, p.7319-7329
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı