КЛИНИКО-ПСИХОПАТОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ПСИХИЧЕСКИ БОЛЬНЫХ, СОВЕРШИВШИХ ОБЩЕСТВЕННО ОПАСНЫЕ ДЕЙСТВИЯ

25-05-2022

Xülasə: Tədqiqata kəskin övrə diaqnozu ilə müraciət edən 70 uşaq daxil edilmişdir və sitokinlərlə bağırsaq mikrobiotları arasında qarşılıqlı əlaqənin öyrənilməsi əsas məqsəd təşkil edir . Beləliklə , kəskin övrə zamanı TNF - β , IL – 17 yaranmış allergik iltihabi prosesin əsas diaqnostik markerləri sayılaraq , bağırsaq mikrobiotları  (Lactobacillus və Bifidobacterium ) ilə sıx əlaqədədir . Tədqiq olunan bu markerlər erkən diaqnostika üçün əlavə meyar sayıla bilər .

Açar sözlər : uşaqlar, kəskin övrə, IL - 17, TNF – β, bağırsaq mikrobiotları

Ключевые слова: дети, острая крапивница, ИЛ-17, TNF-β, микробиота кишечника
Key words : children, acute urcitaria, IL -17, TNF - β,  intestinal microflora.
Müasir allerqologiyada uşaqlar arasında allergik xəstəliklər içərisində bronxial astma və allergik rinit xəstəliklərindən sonra kəskin övrə xəstəliyi xüsusi əhəmiyyət kəsb edir [1]. Dünya tədqiqatlarına müvafiq olaraq uşaq populyasiyasında kəskin övrənin rast gəlmə tezliyi 6,7% təşkil edir [2]. Səhiyyə sisteminin Beynəlxalq səviyyədə razılaşdırılmış  sənədlərinə əsasən kəskin övrə xəstəliyi patogenetik cəhətdən heterogen xarakter daşıyaraq, suluqlarla müşahidə edilən, angionevrotik ödemlə səciyyələnən  tipik dəri reaksiyası kimi açıqlanılır  [3].
Kəskin övrə zamanı immun cavabın formalaşmasında T limfositləri tərəfindən sitez edilən və allergik iltihabi prosesin yaranmasında iştirak edən sitokin kaskadlarının rolu qeyd olunur. Sitokinlər müxtəlif morfoloji və funksional aktivliyə malik hüceyrələrdən hasil olmaqla, sitokin fokusunu kifayət qədər aktivləşdirərək immun sistemində ağır patologiyaların əmələ gəlməsinə səbəb olurlar. Beləki, övrə zamanı yaranmış İgE-dən aslı allergik reaksiyaların ləng fazalı allergik reaksiyalara transformasiya olması, hüceyrə effektor xarakterli allergik iltihabı prosesi yaradaraq, xəstəliyin xronikləşməsinə təkan verir. Bu prosesdə də bir cox sitokinlərin xüsusən də İL- 17, TNF – β rolu vardır. Bu mediatorların hipersek-resiyası sensor sinir liflərinin qıcıqlanmasına səbəb olmaqla klinik olaraq damar keçiriciliyinin artmasına, vazodilatasiyaya səbəb olmuş olur [4].
Bu proseslərin əlaqəli evalyusiyasında çox faktorlu mediatorlar iştirak edir. Qeyd olunan faktorlar içərisində müxtəlif hüceyrələrdən sintez olunan və şəbəkə prinsipi ilə təsir göstərən sitokinlərlə yanaşı bağırsaq mikrobiotasının da rolunun böyük olması bir çox ədəbiyyatlarda şərh edilir. Bağırsaq mikrobiotası insanların bağırsaq traktında yaşamaqla, orqanizmin maddələr mübadiləsini və immun sistemini tənzimləməkdə mühüm rol oynayan mikroorqanizmlərə aiddir [5]. Onun əsas rolu bağırsağın homeostazını stabil saxlamaqla orqanizmin bir çox mübadilə sistemlərini tənzimləməkdir [6]. Bir çox tədqiqatlar göstərmişdir ki, immun sistemin inkişafı baxımından ən əlverişli probiotiklər Lactobacillus və Bifidobacterium cinslərinə aid olanlardır [7]. Lactobacillus nüvə amili kappa B (NF-κB) siqnalını tənzimləməklə iltihabı reaksiyaları zəiflədir. Probiotiklər həmçinin, dendritik hüceyrələrin (DC) IL-10 kimi iltihabəleyhinə sitokinlərin fəaliyyətinin artmasına dəstək ola bilər. Bifidobacterium animalis və Bifidobacterium longum dendritik hüceyrələr  tərəfindən interferon qamma və şiş nekroz faktoru betta (TNF- β) ifrazına, bifidobacterium bifidum Th17 hüceyrələrindən IL-17 aktivləşməsinə səbəb ola bilər. Müxtəlif tədqiqatlar göstərmişdir ki, probiotiklər Th1/Th2 balansının tənzimləməsində mühüm rol oynayır və nəticədə allergik iltihabi proseslərin  qarşısını alır  [8]. 

Tədqiqatın məqsədi.Kəskin övrəli uşaqlarda sitokinlərlə ( TNF β ; IL – 17 ) , bağırsaq mikrobiotları ( bifidobacterium , lactobacillius ) arasında qarşılıqlı əlaqəni öyrənməkdən ibarətdir .  

Tədqiqatın material və metodları.Tədqiqata 6 saylı Uşaq Kliniki Xəstəxanası və Tibb Universitetinin Tədris Terapevtik Klinikasından kəskin övrə diaqnozu ilə müraciət edən 70 uşaq daxil edilmişdir. Xronik övrə və xronik allergik xəstəliyi olan uşaqlar tədqiqata daxil edilməyib. Kəskin övrə diaqnozu anamnestik, klinik və laborator müayinələrə əsasən təsdiq edilmişdir. Nəzarət qrupuna, anamnezində allergik təzahür göstəriciləri və irsi meyllilik olmayan, 20 praktik sağlam uşaq götürülmüşdür.   

Qan zərdabda interleykinlərdən TNF-β, İL-17 İNVİTROGEN (by ThermoFisher Scientific) firmasına məxsus reaktivlərdən istifadə olunmqala immunferment analiz üsulu ilə Medispec-6000 (RT-6000, Microplate Reader) aparatında təyin edilib. Tədqiqatımız zamanı analizlərin aparılmasında sərtfazalı immunoferment analizin “sendviç” növündən istifadə olunub. Bu zaman antigen-əkscisim reaksiyası vasitəsilə, habelə fermentativ prosesin köməyi ilə spesifik əkscisimlərin miqdarı təyin edilib.

Bağırsaq mikrobiotlarından olan bifidobacterium və lactobacillus ekstraksiyası Qiagen firmasının manual izolyasiya reaktivi ilə aparılıb. Amplifikasiya CFX – 96 cihazında PZR metodu ilə icra olunub .

Alınmış göstəricilər SPSS-26 statistik paketində variasiya (U-Mann-Whitney) və ROC-analiz üsulları ilə aparılmışdır.

Nəticələrin müzakirəsi.Kəskin övrəli uşaqların anamnestik məlumatlarına əsasən, həm ana, həm də ata tərəfdən müxtəlif allerqopatologiyalar qeydə alınmışdır . İrsiyyətdə allergik xəstəliyi olan 43 uşaq qeyd edilmişdir. Onlardan hər 2 valideyndə və yaxın qohumlarında allergik xəstəliyi olan 8 nəfər, 19 nəfər ata xətti üzrə, 16 nəfər ana xətti üzrə, 27 nəfərdə irsi meyillilik aşkar edilməmişdir.

 Kəskin övrəli uşaqlardan götürülən qan nümunəsində sitokinlərin səviyyələri IL-17 - 6,69±0,52 pg/mL, TNF - β - 62±4,2  pg/mL. Nəzarət qrupundakı uşaqlarda isə IL-17 - 4,55±0,51  pg/mL, TNF - β - 64,6±4,1 pg/mL şəklində olmuşdur. (qarik 1; 2) . 

 

                                nəzarət qrupu                                        əsas

Qrafik 1.Kəskin övrəli uşaqların qan zərdabında TNF β göstəricisinin müqayisəli xarakteristikası .

 

                          nəzarət qrupu                    əsas

Qrafik 2. Kəskin övrəli uşaqların qan zərdabında IL -17 göstəricisinin müqayisəli xarakteristikası .

 

Qrafikdən də görüldüyü kimi , kəskin övrəli uşaqlarda sitokinlərin səviyyələri nəzarət qrupu ilə müqayisədə daha yüksək olmuşdur. Beləki, TNF β səviyyəsindən fərqli olaraq, IL – 17 – nin səviyyəsi nəzarət qrupu ilə müqayisədə 1,5 dəfə yüksək olmuşdur. Həmçinin IL -17 – dəki bu artim statistik olaraq da dürüst hesab olunmuşdur. (p < 0,001).

Tədqiqatda tətbiq olunan probiotiklərin bağırsaq homeostazı ilə immun sistemi arasında qarşılıqlı əlaqəni normallaşdırmaqla, yaranmış allergiyanın  yüngülləşdirməsinə səbəb olması kimi açıqlanır [ 9 ]. Kəskin övrə zamanı immun sistemi ilə əlaqəsi olan perspektivli mikrobiotlar Lactobacillus və Bifidobacterium 

cinsinə aid olanlar sayılır [ 10 ]. Allergik xəstəliklərin müalicə taktikasında probiotiklərin tədbiq olunması immun cavabın formalaşmasında mühüm rol oynamaqla, patogen toksinlərin eliminasiyasına səbəb olmuş olur  [ 11 ].

Cədvəl  № 2

Sitokinlərlə bifidobacterium arasında spesifiklik və həssaslıq göstəricisi .

Area Under the Curve (əyri altında qalan sahə)

Test Result Variable(s)

     (göstəricilər)

Area

(sahə)

Std. Error

(standart xəta)

 Asymptotic Sig.

(P-də yər)

Asymptotic 95% Confidence Interval

(95% etibarlılıq intervalı)

 Lower Bound

(yuxarı sərhəd)

  Upper Bound                      

(aşağı sərhəd)

TNF-β

0,475

0,078

0,764

0,323

0,627

IL-17

0,808

0,071

0,000

0,669

0,947

 


Cədvəl  № 3.

Sitokinlərlə lactobacillus arasında spesifiklik və həssaslıq

Area Under the Curve (əyri altında qalan sahə)

Test Result Variable(s) (göstəricilər)

Area (sahə)

Std.Error (standart xəta)

Asymptotic Sig.

(P-dəyər)

Asymptotic 95% Confidence Interval  (95% etibarlılıq intervalı)

Lower Bound

(yuxarı sərhəd)

Upper Bound

(aşağı sərhəd)

TNF-β

0,472

0,064

0,656

0,346

0,598

IL-17

0,535

0,063

0,583

0,412

0,658

 

Son ədəbiyyatlarda sitokinlərlə bağırsaq mikrobiotları arasında qarşılıqlı əlaqənin olması kompensator xarakter daşıdığı açıqlanılır. Beləki, tədqiqatımızda tədbiq olunan bağırsaq mikrobiotlarının (Lactobacillus və Bifidobacterium) Th limfositlərinin Th2 limfositlərinə differensiasiyasını tənzimləməsində iştirak etməklə yanaşı, ondan sintez olunan TNF - β və IL – 17 azalmasına təsir edir ki, bu da yaranmış allergik iltihabi prosesin zəifləməsinə səbəb olurlar.

Bifidobacteriumun sitokinlərə təsirinə nəzərə alsaq, cədvəldən də göründüyü kimi, TNF β göstəriciləri üçün spesifiklik və həssaslıq inteqralı göstəricisi – ROC.s- 0,475±0,078; 95 % etibarlılıq intervalı 0,323 – 0,627; P=0,764, IL -17 spesifiklik və həssaslıq inteqralı göstəricisi – ROC.s- 0,808±0,071; 95 % etibarlılıq intervalı 0,669–0,947; P < 0,001 şəklində hesablandı . Lactobasillusla sitokinlər arasında isə, TNF β göstəriciləri üçün spesifiklik və həssaslıq inteqralı göstəricisi – ROC.s- 0,472±0,064 ; 95 % etibarlılıq intervalı 0,346 – 0,598; P=0,656, IL -17 spesifiklik və həssaslıq inteqralı göstəricisi – ROC.s- 0,535±0,063; 95 % etibarlılıq intervalı 0,412–0,658; P = 0,583 şəklində hesablanmışdır .

Aparılan ROC statistik hesablamanın nəticəsinə əsasən, kəskin övrəli uşaqlarda tədqiq olunan mikrobiotlarının səviyyəsinin azalması, qan zərdabında TNF β, IL -17 kimi iltihabyönlü  sitokinlərin səviyyələrinin artmasına səbəb olur .

Beləliklə, kəskin övrə zamanı TNF β, IL – 17 yaranmış allergik iltihabi prosesin əsas diaqnostik markerləri sayılaraq, bağırsaq mikrobiotları  (Lactobacillus və Bifidobacterium ) ilə sıx əlaqədədir. Tədqiq olunan bu markerlər erkən diaqnostika üçün əlavə meyar sayıla bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Galdeano C.M., Cazorla S.I., Dumit J.M.L., et al., Beneficial Effects of Probiotic Consumption on the Immune System. Ann. Nutr.Metab. 2019;74:115–124. doi: 10.1159/000496426. 

2. Горячкина Л.А., Ненашева Н.М., Борзова Е.Ю. Крапивница // Лечащий врач. – 2003. – №9 – С. 43-45 .

3. Федеральные клинические рекомендации по оказанию медицинской помощи детям с крапивницей. – Союз педиатров России; 2015. 32 с.

4. Gill P, Betschel SD.Th  e clinical evaluation of angioedema. Immunol Allergy Clin North Am. 2017; 37(3):449-66.

5. Schluter J , Peled JU , Taylor BP et al., The gut microbiota is associated with immune cell dynamics in humans., Nature. 2020 Dec ; 588 (7837) : 303-307.

6.  Cionci N.B., Baffoni L., Gaggìa F., Di Gioia D. Therapeutic Microbiology: The Role of Bifidobacterium breve as Food Supplement for the Prevention/Treatment of Paediatric Diseases. Nutrients. 2018;10:1723.

7. Liu M.-Y., Yang Z.-Y., Dai W.-K., et al. Protective Effect of Bifidobacterium infantis CGMCC313-2 on Ovalbumin-Induced Airway Asthma and β-Lactoglobulin-Induced Intestinal Food Allergy Mouse Models. World J. Gastroenterol. 2017;23:2149–2158.

8.  Eslami M., Bahar A., Keikha M., et al., Probiotics Function and Modulation of the Immune System in Allergic Diseases. Allergol.Immunopathol. 2020;48:771–788.

 9. Probiotics as a Possible Strategy for the Prevention and Treatment of Allergies. A Narrative Review . Aroa Lopez-SantamarinaEsther Gonzalez GonzalezAlexandre LamasAlicia del Carmen MondragonPatricia Regal, and Jose Manuel Miranda*  2021 Apr; 10(4): 701.Published online 2021 Mar 25. 

10. Liu M.-Y., Yang Z.-Y., Dai W.-K., et al. Protective Effect of Bifidobacterium infantis CGMCC313-2 on Ovalbumin-Induced Airway Asthma and β-Lactoglobulin-Induced Intestinal Food Allergy Mouse Models. World J. Gastroenterol. 2017;23:2149–2158. 

11. Yang H.-J., Min T.K., Lee H.W., Pyun B.Y. Efficacy of Probiotic Therapy on Atopic Dermatitis in Children: A Randomized, Double-blind, Placebo-controlled Trial. Allergy Asthma Immunol. Res. 2014;6:208–215.

 


Müəlliflər:
A.C. Şixəmmədova

Digər jurnal və qəzetlər