MƏKTƏBYAŞLI UŞAQLARDA MƏDƏ-BAĞIRSAQ TRAKTININ LYAMBLİOZ ZƏDƏLƏNMƏLƏRİ
03-04-2022
Xülasə:Lyamblioz (Gardia lamblia) uşaq yaşının ən geniş yayılmış protozoy infeksiyalarından biridir.Tədqiqatın məqsədi Lamblia intestinalisinvaziyası ilə yoluxmuş məktəbyaşlı uşaqlarda mədə-bağırsaq traktının parazitar zədələnmələrini təhlil etmək olmuşdur.Bu məqsədləlyambliya invaziyası ilə 6 yaşdan 16 yaşa qədər 41məktəbyaşlı uşaq müayinəyə cəlb olnmuşdurki, USM-də 68%uşaqda mədə-bağırsaq traktının müxtəlif şöbələrinin parazitar (lyamblioz)zədələnmələri aşkar olunmuşdur.Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, lyambliya-invaziyası daha çox kiçik məktəbli yaş qrupuna daxil olan uşaqlarda qeydə alınır və bu zaman əsasxəstəliyin klinik simptomları başlıca olaraq mədə-bağırsaq traktının zədələnmə xarakterindən asılı olur.
Açar sözlər:Lyamblya invaziyası,məktəbyaşlı uşaqlar, mədə-bağırsaq traktı.
Uşaq yaşının ən geniş yayılmış protozoy infeksiyalarından biri hesab olunan Lyamblioz (Gardia lamblia)bu gün də tibb işçilərinin qarşısında aktual bir prob- lem kimi qalmaqda davam edir [1,2].ÜST-nın məlumatlarına görə inkişaf etməkdə olan ölkələrdə ildə 200 mln-a qədər əhali lyambliozla yoluxur. Lyamblio- zun aktuallığının əsas səbəblərindən biri də şübhəsiz ki, onun klinik əlamətləri- nin çox vaxt mədə-bağırsaq traktının digər xəstəliklərinin (mədə-bağrsaq traktı- nın funksional pozulmaları, eləcə də bağırsaq mikroflorasının izafiartma sindromu və malabsorbsiya) simptom və sindromları ilə oxşar olması, yaxud bu simptomlar altında maskalanması ilə əlaqələndirilə bilər[3]. Parazitoz problemi təkcə bu patologiyanın yayılma miqyasınagörə deyil, həm də onların müxtəlif ağırlaşma və fəsadlar (allergizasiya, immunosupressiya, kanserogenez, anemiya, MBT və sidik-cinsiyyət sistemlərinin zədələnməsi,disbakterioz) törədərək əhalinin sağlamlıq vəziyyətinə vurduğu ziyan baxımından da daim diqqət mərkəzin- dədir. Lyambliozdan əziyyət çəkən uşaqda fiziki və sinir-psixi inkişafdan geriqalma, tez qıcıqlanma, yaddaş zəifliyivə s. bu kimi neqativ əlamətlərinqeyd olunması, bu xəstəliyin daim səhiyyə işçilərinin, xüsusilə də pediatrların diqqət mərkəzində saxlanmasını şərtləndirir[4].
Uşaqlarda lyambloz probleminin aktuallığıonun klinik təzahürlərinin müxtəlif növ qastroenteroloji patologiyalar və polivitamin çatışmazlıqları altında maska- lanması ilə yanaşı, həm də uşaqlarda tez-tez qeydə alınan allergik reaksiyaların inkişafı ilə də bağlıdır (residivləşən övrə, atopik dermatit, adekvat terapiya aparılmadıqda residivləşən gediş əldə edən qastrointestinal formalı qida allergi- yaları və s.) [3,5].Uşaqlar arasında lyambliya invaziyasının rastgəlmə tezliyinin böyüklərlə müqayisədə 6-10 dəfə yüksək olmasını nəzərə alaraq son illər müxtəlif tədqiqatçılar tərəfindən lyambliozun istər diaqnostika, istərsə də müalicə-profilaktikası üzrə çoxlu sayda elmi-tədqiqat işləri aparılmışdır. Bütün bunları nəzərəalaraq müasir elmi mənbələrə, müasir diaqnostik üsullar və şəxsi təcrübəyə istinad edərək məktəbyaşlı uşaqlarda lyamblioz invaziyasının gediş xüsusiyyətləri və lyamblioz zamanı mədə-bağırsaq traktının zədələnmə xüsusiy- yətlərinin araşdırılmasına zərurət yarandı.
Tədqiqatın məqsədi:lyamblioz diaqnozu olanməktəbyaşlı uşaqlarda mədə-bağırsaq traktının zədələnmələrini təhlil etmək.
Material və metodlar.Müayinəyəlyamblioz diaqnozu ilə 6 yaşdan16 yaşa qədər 41 uşaq cəlb olnmuşdur. USM-də 28(68%) uşaqda MBT-nın parazitar zədələ- nmələri aşkar olunmuşdur. Diaqnoz nəcisin lyambliya sistlərinə görə kopro- ovoskopik müayinəsi ilə təsdiq edilmişdur (100%). Bütün uşaqlarda qarın boşlu- ğunun USM və qanın ümumi müayinəsi aparılmışdır.
Tədqiqatın nəticələri.Ultrasəs müayinənin nəticələrinə görə bütün uşaqlarda mədə-bağırsaq traktının müxtəlif şöbələrinin bu və ya digər dəyişiklikləri təyin olunmuşdur ki, bu da özünü: 2 (7,1)uşaqda mədəaltı vəz (MaV) tərəfindən reaktiv dəyişikliklər şəklində (1 uşaqda vəzin quyruq hissəsinin böyüməsi, o biri uşaq-da vəzin strukturunun qeyri-həmcins olması); 5(17,8%) uşaqda qaraciyər (QC) tərəfindən reaktiv dəyişikliklər(4 uşaqda exogenliyin güclənməsi, 1 uşaqda hepa- tomeqaliya); 9(32,3%) uşaqda öd yollarının diskineziyası (ÖYD)əlamətləri (ödkisəsi divarının qalınlaşması, xolangit əlamətləri, öd kisəsində lopaşəkilli toplantı); 5(17,8%) uşaqda mədəaltı vəz və qaraciyərin birgə zədələnmələri; 3(10,7%) uşaqda mədəaltı vəz və qaraciyərin birgə zədələnməsi və öd yollarının diskineziyası əlamətləri, 3(10,7%) uşaqda qaraciyərin zədələnməsi və öd yollarının diskineziyası əlamətləri, 1 uşaqda isə (3,6%) mədəaltı vəzin zədələnməsi və öd yollarının diskineziyası əlamətləri şəklində qeydə alınmışdır (cədvəl-1).
Cədvəl № 1.
Lyambliya invaziyası zamanı mədə-bağırsaq traktının zədələnmə xarakteri
USM-nin nəticələri və klinik əlamətlər |
Mədə-bağırsaq traktının zədələnmə xarakteri |
|
|||||
MaV-in reaktiv dəyişik-liyi |
QC-in reaktiv dəyişik- liyi |
MaVvə QC-in birgə zədələnməsi |
ÖYD |
MaV və QC birgə zədə- lənməsi və ÖYD |
QC-in zədələn- məsi və ÖYD |
MaV-in zədələnmэsi və ÖYD
|
|
Xəstə sayın=28 |
2 |
5 |
5 |
9 |
3 |
3 |
1 |
Xəstə sayı % |
7,1 |
17,8 |
17,8 |
32,3 |
10,7 |
10,7 |
3,6 |
Klinik olaraq bütün uşaqlarda xəstəliyin klinik şəklinin MBT-nın zədələnmə xarakterindən asılılığı qeyd olunurdu. Belə ki, mədəaltı vəzin zədələnməsi ilə əksər uşaqlar qarında ağrı, yuxu pozğunluğu, dəridə allergik səpkilər, ürək- bulanma, iştah azlığı və stulun boşalmasından şikayət etdikləri halda, qaraci- yərin zədələnməsi qeyd olunan uşaqların 5 (17,9%) də şikayətlər əsasən qarın- da ağrıdan, 2(7,1%) uşaqda ürəkbulanma, iştahın azalması, allergik dəri səpkiləri və stulun boşalması və 1(4%) uşaqda yuxu pozğunluğundan; öd yollarının diskineziyası əlamətləri ilə 6 (21,4%) uşaqda isə şikayətlər allergik dəri səpki- ləri və qarında ağrıdan, 4(14,2%) uşaqda ürəkbulanma və stulun boşalmasından ibarət olmuş, 5(17,9 %) uşaqda şikayət qeydə alınmamışdır.
Mədəaltı vəz və qaraciyərin birgə zədələnməsi ilə eyni vaxtda öd yollarının diskineziyası əlamətləri qeyd olunan 4(14,2%)- uşaqda iştahın azalması, qarında ağrı və stulun boşalmasıqeydə alınmış, 2(7,1%) uşaqda şikayət qeydə alınma- mışdır.Mədəaltı vəz və qaraciyərin birgə zədələnməsi təyin olunan 3(11%) uşaqda xəstəliyin əlamətləri ürəkbulanma, 2(7%) uşaqda qarında ağrı və 1(4%) uşaqda qusma, eləcə də qarının dərisində allergik səpkilərdən; Qaraciyərin zədələnməsi və öd yollarının diskineziyası əlamətləri ilə 4 (14,2%) uşaqda şikayətlər qarında ağrı və iştahın azalmasından, 2 (7%) uşaqda isə ürəkbulanma, duru nəcis ifrazı və yuxarı ətraflarda allergik dəri səpkilərindən; mədəaltı vəzin zədələnməsi və öd yollarının diskineziyası əlamətləri ilə 3 (11%) uşaqda qarında ağrı və qarının dərisi üzərində allergik səpkilərdən ibarət olmuşdur (cədvəl-2).
İlkin diaqnoz 19(68%) uşaqda həkimə ilkin müraciət zamanı olunan şikayət-lərə, 8(28,5%) uşaqda isə profilaktik baxışın nəticələrinə əsaslanaraq qoyul- muşdur. Bir uşaqda diaqnostikada ailədə lyambliozla xəstə ilə təmasın olması əsas götürülmüşdür.
Epidemioloji anamnezin toplanması zamanı aşkar olunmuşdur ki, lyambiozla yoluxmanın əsas səbəbi: 18 (64,3%) halda şəxsi gigiyena qaydalarına əməl olunmaması; 12(43%) uşaqda onixofagiya(dırnaqları yemək adəti); 5 (18%) uşaqda geofagiya (torpaq yemək adəti) olmuşdur.
Müalicədən qabaq bütün uşaqlarda qanın ümumi müayinəsi aparılmış və demək olar ki, onların yarısında (49,7%) normal nəticələr alınmışdır. 3(10,7%) uşaqda- leykositoz; 6(21,4 %) uşaqda- eozinofiliya; 4(14,2%)uşaqda- anemiya; 1(4%) uşaqda isə- EÇS-nin sürətlənməsi təyin olunmuşdur. Bütün müayinə olunan uşaqlara ncaq klinik-laborator müayinələrin nəticələri əldə olunduqdan sonra müalicə təyin edilmişdir. Müalicə kursu başa çatdıqdan sonra demək olar ki, bütün xəstələrdə müsbət dinamika qeydə alınmış və xəstəliyin simptomları tamamilə aradan qalxmışdır, nəcisin 2 dəfə aparılan laborator müayinəsi mənfi olmuşdur.
Cədvəl № 2.
Lyambliya invaziyası zamanı klinik əlamətlərin mədə-bağırsaq traktının zədələnmə xarakterindən asılılığı
Klinik əlamətlər |
Mədə-bağırsaq traktının zədələnmə xarakteri |
|
|||||
MaV-in reaktiv dəyişik-liyi
|
QC-in reaktiv dəyişik- liyi |
MaVvə QC-in birgə zədələn- məsi |
ÖYD |
MaV və QC birgə zədələnmə- si və ÖYD |
QC-in zədələn- məsi və ÖYD |
MaV-in zədələn-mэsi və ÖYD
|
|
qarında ağrı |
+(n=2) |
+(n=5) |
+(n=2) |
+(n=6) |
+ (n-4) |
+(n=4) |
+(n=3) |
iştah azlığı |
+(n=2) |
+(n=2) |
|
|
+ (n=4) |
+(n=2) |
|
nəcisin durulaşması |
+(n=2) |
+(n=2) |
|
+(n=4) |
+ (n=4) |
+(n=2) |
|
ürəkbulanma |
+ (n=2) |
+(n=2) |
+ (n=3) |
+(n=4) |
|
+(n=2) |
|
qusma |
+(n=2) |
|
+ (n=1) |
|
|
|
|
ətraflarda dəri səpkiləri |
+(n=2) |
+(n=2) |
|
+(n=6) |
|
+(n=2) |
|
qarında səpki |
|
+(n=2) |
+ (n=1) |
|
|
|
+(n=3) |
Beləliklə, müəyyən olunmuşdur ki,lyamblioz xəstəliyi daha çox kiçik məktəbli yaş qrupundan olan uşaqlarda təsadüf edir və bu zaman xəstəliyin klinik simptomlarının müxtəlifliyi bilavasitə mədə-bağırsaq traktının daha çox hansı şöbəsinin zədələnməsindən asılı olur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Германова О.Н. Современные методы диагностики и терапии лямблиоза у детей. Вестник научных конференций. 2018;10-4(38): 30–3.
2. Бегайдарова Р.Х., Насакаева Г.Е., Кузгибекова А.Б. и др. Клинико-эпидемиологическая характеристика лямблиоза. Международный журнал
экспериментальногообразования. 2013; 10-1: 70–5.
3. Миронова Т.А., Колосветова Е.Н., Шестакова В.Н. и др.Особенности поражений желудка и двенадцатиперстной кишкиу детей на фоне лямблиоза. Смоленский медицинский альманах.2019; 4: 49–54.
4. Khitam Muhsen and Myron M.,Levine A. Systematic Review and Metaanalisys of the association between Giardia lamblia and endemic pediatric diarrhea in developing countries. Clinucal infectious disease. The Global enteric multicenter study, 2012, Desember,Vol.55, p.271-276
5. Давыдова А.Н., Заячникова Т.Е., Шапошникова Н.Ф. Лямблиоз:современ- ные аспекты диагностики и лечения у детей. ВестникВолгоградского государственного медицинского университета. 2015; 1(53): 133–6.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı