ADƏTİ ERKƏN REPRODUKTİV DÜŞÜKLƏRİ OLAN QADINLARIN KLİNİK VƏ ANAMNESTİK XARAKTERİSTİKASI
07-05-2003
Reproduktiv vəziyyət və doğum - həm hər bir fərdin, həm də ümumilikdə populyasiyanın sağlamlığının ən mühüm göstəriciləridir. Hamiləliyin özbaşına dayandırılmasının səbəbləri o qədər müxtəlifdir ki, indiyə qədər vahid təsnifatın yaradılması çətindir. Ər-arvad cütlüyünün müayinəsinin başlanması vaxtı və müayinənin həcmi məsələsi ədəbiyyatda geniş müzakirə olunur [2, 3]. Əvvəllər belə hesab edilirdi ki, cütlüyün ətralı müayinəsinə 3 təkrar, sonralar isə - 2 düşükdən sonra başlamaq lazımdır. Hazırda bəzi alimlər cütlüyün 1 düşükdən sonra müayinə olunmasının vacibliyini qeyd edirlər [1, 2, 3]. Məlumdur ki, birinci düşükdən sonra hamiləliyin itkiləri riski 13-17 % təşkil edir, 2 özbaşına düşükdən sonra bu risk 2 dəfə artır və 24% təşkil edir, 3 düşükdən sonra isə o, 30%-ə, 4-dən sonra – 50%-ə çatır [2,4].
Hamiləliyin erkən vaxtlarının təkrar düşüklərinin əksəriyyəti atanın antigenlərinin ekspressiyası nəticəsində ana üçün yad sayılan allotransplantat kimi dölün immunoloji dəf edilməsi ilə şərtlənmişdir [6, 7]. Hamiləlik itkilərinin alloimmun mexanizmlərinə ər-arvad cütlüyünün HLA sisteminə görə uyğunlu-ğunu aid edirlər. Bir sıra müəlliflərin fikrincə, ər-arvad cütlüyünün HLA sistemi-nin 3-dən çox antigeni üzrə uyğunluğu zamanı (müalicə aparılmadan) hamiləliyin başa çatmaması riski 100% təşkil edir ki, bu da hamiləlik vaxtı bolokada edən amillərin kifayət qədər hasil edilməməsi ilə əlaqədar baş verir [5].
Hazırkı tədqiqat işinin məqsədi – adəti reproduktiv düşükləri olan qadınlarda klinik-anamnestik göstəricilərin öyrənilməsi olmuşdur.
Material və metodlarBu tədqiqat işində biz anamnezində hamiləlik vaxtı adəti erkən düşükləri olan 160 qadının anamnestik və klinik göstəricilərinin nəticələrini təhlil etmişik. Tədqiqat işinin nəticələrinə görə əldə olunan məlumat-ların əsasında xəstələr 2 qrupa bölünmüşlər.
Birinci qrupu hamiləliyin erkən pozulmasının müxtəlif qeyri-immun səbəbləri (anatomik, infeksion, hormonal) qeyd olunan100 qadın təşkil etmişdir. Qadınların bu qrupunda aparılan müayinənin nəticələri retrospektiv xarakter daşımışdır ki, bu zaman müayinənin başlanması anından etibarən son 2 il ərzində xəstəlik tarixlərinin məlumatlarının təhlili aparılmışdır. İkinci qrupa 60 qadın daxildir ki, onlarda hamiləlik vaxtı adəti erkən düşüklərin əsas səbəbi alloimmun dəyişikliklər (həyat yoldaşı ilə HLA sistemin 3 və daha çox lokusları üzrə uyğunluq) olmuşdur. Bu qrupun müayinəsinin nəticələri prospektiv xarakter daşımışdır. Müayinələri yerinə yetirərkən biz həmçinin reproduktiv yaşlı hamilə olmayan somatik sağlam qadınları (anamnezdə reproduktiv itkiləri olmayan) müayinə etmişik ki, onlar da kontrol qrupu təşkil etmişlər.
Müayinə qruplarında olan qadınların anamnezi diqqətlə toplanılmış və onların yaşı, sosial-iqtisadi vəziyyəti, irsiyyət haqqında məlumatlar, ekstragenital və ginekoloji xəstələnmə, aybaşı funksiyasının xarakteri, reproduktiv anamnez təhlil edilmişdir.
Əldə olunan məlumatların statistik işlənməsi «Medcalc» proqramından və Microsoft Excel cədvəl redaktorundan istifadə etməklə variasion statistika metodlarının vasitəsilə həyata keçirilmişdir. Toplanmış məlumatların statistik təhlili zamanı orta riyazi göstəricilər, keyfiyyət fərqlərinin payı və onların standart xətaları təyin edilmişdir. Göstəricilər arasında fərqlərin dürüstlüyü Styudent (t-meyar) metodu və dəqiq Fişer metodu üzrə təyin edilmişdir. Fərqlər p<0,05 olduqda dürüst hesab edilmişdir.
Nəticələr və onlarin müzakirəsi. Müayinə olunan qadınların hamısı reproduktiv yaşda, yəni 17 yaşdan 42 yaşa qədər olmuşlar. Birinci qrupda orta yaş 27,4±0,57 yaş, ikinci qrupda – 27,0±0,75 yaş, kontrol qrupda – 25,3±0,94 yaş təşkil etmişdir. Yaş tərkibinə görə klinik qruplarda olan xəstələr dürüst fərqlənməmişlər (p>0,05). Bununla yanaşı, birinci və ikinci qrupda olan xəstələr kontrol qrupdakı qadınlardan bir qədər böyük olmuşlar ki, bu da hamiləliyin pozulmasının risk amillərindən biri sayıla bilər.
Müayinə olunan qadınların yaş xarakteristikası şəkil 1-də təqdim edilmişdir.
Şəkil 1. Müayinə olunan qruplarda qadınların yaş xarakteristikası.
Şəkildən göründüyü kimi, 20-29 yaş qrupunda olan qadınlar üstünlük təşkil etmişlər (birinci qrupda 59,0±4,9%, ikinci qrupda - 70,0±5,9% və kontrol qrupda 66,7±8,6%).
Bizim tədqiqatlarda müayinə olunan qadınların sosial-iqtisadi vəziy-yətinin qiymətləndirilməsi aparılmışdır. Birinci qrupda praktik olaraq xəstələrin hamısı (94,0%) öz maddi durumlarını «orta» qiymətləndirmiş, 2 xəstə (2,0%) maddi təminatlarının yüksək olmasını göstərmiş və 4 qadın (4,0%) maddi vəziyyətlərinin aşağı olmasını söyləmişlər. İkinci qrupda 57 (95,0%) qadın maddi vəziyyətlərini «orta» qiymətləndirmişlər, qalan 3 (5,0%) qadın öz maddi durumları ilə qane deyildirlər. Kontrol qrupda qadınların hamısı öz maddi vəziyyətlərini «orta» qiymətləndirmişlər. Yuxarıda təqdim edilən məlumatların müqayisəsi zamanı statistik cəhətdən dürüst fərq müəyyən edilməmişdir.
Sosial statusun mühüm göstəricisi təhsil səviyyəsi və peşə sayılır. Tədqiqatlarımızda biz qadınların işlə məşğulluğunu öyrənmişik. Birinci qrupda xəstələrin 63,0±4,8%-i (n=63) evdar qadınlar, 33,0±4,7 % (n=33) – qulluqçu və 4,0±2,0 % (n=4) – tələbə olmuşdur. İkinci qrupda - evdar qadınlar 85,0±4,6 % (n=51), qulluqçular – 6,7±3,2% (n=4), tələbələr – 8,3±3,6% (n=5) təşkil etmişlər. Kontrol qrupda evdar qadınların tərkibinə 25 (83,3±6,8%) qadın daxildir, qulluqçuların sayı 5 (16,7±6,8%) qadın təşkil etmişdir, bu qrupda tələbələr olmamışdır. Onu da qeyd etmək vacibdir ki, birinci qrupda ikinci qrupa nisbətən qulluqçuların sayı üstünlük təşkil etmişdir (müvafiq olaraq 33,0±4,7% müqabilində 6,7±3,2%, p<0,001), ikinci qrupda isə birinci qrupa nisbətən evdar qadınlar üstünlük təşkil etmişlər (müvafiq olaraq 85,0±4,6% və 63,0±4,8%, p<0,01).
Qadınların qruplarda ailə vəziyyətinə görə paylanmasının təhlili göstərdi ki, birinci qrupda 79,0±3,3% qadın birinci nigahda, 21,0±2,9 % qadın isə ikinci nigahda olmuşlar. İkinci qrupda – 75,0±3,6% qadın birinci nigahda, 25,0±2,6% qadın isə ikinci nigahda olmuşlar. Kontrol qrupda bu rəqəm müvafiq olaraq 73,3±3,0% və 26,7±2,2% təşkil etmişdir.
Tədqiqata cəlb edilən xəstələrin aybaşı funksiyasının parametrlərinin təhlili göstərmişdir ki, müayinə zamanı qadınların hamısında müntəzəm aybaşı sikli olmuşdur. Birinci qrupdakı xəstələrdə aybaşının başlanmasının orta yaşı 13,6±1,3 yaş, ikinci qrupda – 13,3±1,4 yaş, kontrol qrupda – 13,0±1,3 yaş təşkil etmişdir, bu zaman qruplar arasında statistik əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Erkən aybaşı birinci qrupda 7 (7,0%) xəstədə, ikinci qrupda 13 (21,7%) xəstədə və kontrol qrupda 4 (13,3%) qadında qeydə alınmışdır. Gecikmiş aybaşı birinci qrupda 8 (8,0%) xəstədə, ikinci qrupda 5 (8,3%) xəstədə və kontrol qrupda 3 (10,0%) qadında qeyd olunmuşdur. Aybaşı siklinin müddəti 21 günlə 35 gün arasında tərəddüd etmiş və birinci qrupda olan xəstələrdə orta hesabla 28,1±1,9 gün, ikinci qrupda - 28,3±1,3 gün və kontrol qrupda olan qadınlarda - 28,4±1,4 gün təşkil etmiş və bu zaman qruplarda statistik əhəmiyyətli fərqlər nəzərə çarpmamışdır. Aybaşı qanamasının davametmə müddəti orta hesabla birinci qrupda olan xəstələrdə 4,5±1,1 gün, ikinci qrupda olan xəstələrdə 4,7±1,3 gün, kontrol qrupda olan qadınlarda 4,6±1,1 gün təşkil etmiş və bu göstərici 3 günlə 8 gün arasında dəyişmişdir. Ağrılı aybaşı keçirdiklərini birinci qrupda 27 (27,0%) xəstə, ikinci qrupda 16 (26,7%) xəstə və kontrol qrupda 9 (30,0%) qadın qeyd etmişlər.
Hamiləlik vaxtı adəti erkən düşükləri olan qadınların və kontrol qrupdakı qadınların daha tam xarakteristikası üçün biz onların keçirdikləri ümumi somatik, infeksion və ginekoloji xəstəliklər haqqında anamnez məlumatlarını təhlil etmişik. Ekstragenital patologiyanın olması hamiləliyin gedişinə və nəticəsinə kəskin neqativ təsir göstərə bilər, ona görə anamnez topladıqda biz müxtəlif orqan və sistemlərin xəstəliklərinin aşkar edilməsinə xüsusi diqqət vermişik.
Cədvəl 1-də təqdim edilən somatik xəstəliklərin tezliyinin təhlili zamanı müşahidə olunan xəstələr və kontrol qrupdakı qadınlar arasında dürüst fərqlər aşkar edilmişdir.
Жядвял № 1.
Müayinə qruplarında olan qadınlarda somatik xəstələnmənin strukturu
Keçirilmiş somatik xəstəliklər |
Birinci qrup (n=100) |
İkinci qrup (n=60) |
Kontrol qrupu (n=30) |
|||
Müt. |
% |
Müt. |
% |
Müt. |
% |
|
Arterial hipertenziya |
30 |
30,0±4,6### |
16 |
26,7±5,7### |
- |
- |
Miopiya (orta və yüksək dərəcəli) |
22 |
22,0±4,1## |
5 |
8,3±3,6* |
1 |
3,3±3,3 |
Aşağı ətrafların venalarının varikoz genişlənməsi |
17 |
17,0±3,8# |
8 |
13,3±4,4# |
- |
- |
Anemiya |
30 |
30,0±4,6### |
21 |
35,0±6,2## |
1 |
3,3±3,3 |
Sidik-ifrazı sisteminin orqanlarının iltihabi xəstəlikləri |
31 |
31,0±4,6### |
19 |
31,7±6,0### |
- |
- |
Piylənmə |
14 |
14,0±3,5 |
4 |
6,7±3,2* |
- |
- |
Asteniya |
13 |
13,0±3,4 |
- |
- |
- |
- |
Qeyd:
1.statistik dürüstlük müqayisə qrupunun göstəricilərinə münasibətdədir: * - p<0,05
2.statistik dürüstlük kontrol qrupun göstəricilərinə münasibətdədir: # - p<0,05, ## - p<0,01, ### - p<0,001.
Bizim müayinələrdə aşkar edilmişdir ki, hamiləlik vaxtı adəti erkən düşükləri olan xəstələrdə arterial təzyiqin yüksəlməsi meyli daha çoxdur. Arterial hipertenziya birinci qrupda 30 (30,0±4,6%) xəstədə, ikinci qrupda 16 (26,7±5,7%) xəstədə aşkar edilmiş və kontrol qrupda olan qadınlarda heç bir halda rast gəlməmişdir (p<0,001). Birinci qrupda anemiya 30 (30,0±4,6%) xəstədə, ikinci qrupda - 21 (35,0±6,2%) xəstədə aşkar edilmişdir ki, bu da kontrol qrupdakı analoji göstəricidən xeyli yüksəkdir – 3,3±3,3% (n=1) (p<0,001). Aşağı ətrafların damarlarının varikoz genişlənməsi birinci qrupda 17 (17,0±3,8%) xəstədə və ikinci qrupda 8 (13,3±4,4%) xəstədə nəzərə çarpmışdır. Bir çox qadınlar bu problemi yalnız estetik məsələ kimi qəbul etmiş və xarici dəyişiklikləri kənar etmək üçün kosmetik müdaxilələrə əl atmışlar (xəstəliyin səbəbi aradan qaldırılmadan və profilaktik tədbirlər həyata keçirilmədən). Hamiləlik vaxtı adəti düşükləri olan xəstələrdə yağ mübadiləsinin pozulması kontrol qrupla müqayisədə daha çox aşkar edilmişdir. Piylənmə birinci qrupda 14 (14,0±3,5%) qadında və ikinci qrupda 4 (6,7±3,2%) xəstədə rast gəlmişdir ki, bu da statistik əhəmiyyətli fərqə malik olmuşdur (p<0,05). Astenik vəziyyət yalnız birinci qrupdakı xəstələrdə nəzərə çarpmışdır, onun rastgəlmə tezliyi 13,0±3,4% təşkil etmişdir.
Əldə olunan nəticələrdən görünür ki, xəstələrin birinci və ikinci qrupları arasında somatik xəstəliklərin spektrində əhəmiyyətli fərqlər olmamışdır, lakin orta və yüksək dərəcəli miopiyanın tezliyi birinci qrupdakı qadınlarda 2,6 dəfə yüksəkdir (müvafiq olaraq 22,0±4,1% və 8,3±3,6%, p<0,05).
Beləliklə, həm immun, həm də qeyri-immun səbəbdən adəti düşükləri olan xəstələrin oxşar klinik-anamnestik xarakteristikası vardır. Əldə olunan məlumat-ları təhlil edərək belə qənaətə gəlmək olar ki, hamiləlik vaxtı adəti erkən düşükləri olan xəstələr kontrol qrupdakı qadınlara nisbətən daha çox müxtəlif ekstragenital patologiyaya məruz qalırlar ki, bu da reproduktiv anamnez məlumatlarına təsir göstərmişdir. Keçirilmiş yoluxucu xəstəliklərlə belə yüksək xəstələnmə də həmçinin qadınların orqanizmində infeksion proseslərə nəzarət edən sistemlərdə gedən dəyişikliklərdən xəbər verir ki, bu da hamiləlik vaxtı baş verən adəti düşüklərin əsas risk amili sayılır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Вовк И.Б., Трохимович О.В., Ревенько О.О. Патогенетические звенья ранних потерь беременности // Репродуктивное здоровье. Восточная Европа. 2013. № 3 (27). С. 8-14.
2. Сидельникова В.М. Обследование и ведение супружеских пар с привычным невынашиванием беременности первого триместра // Здравоохранение и медицинская техника – 2005. - № 9 – С. 47-49.
3. Сидельникова В.М. Привычное невынашивание беременности // Акушерство: национальное руководство. – М.: ГЭОТАР-Медиа, 2007. - С. 348-364
4. Тетруашвили Н.К. Клинико – анамнестический анализ и структура причин привычных ранних потерь беременности // Врач. – 2008. - №7. С. 12-15
5. Тетруашвили Н.К. Сидельникова В.М., Верясов В.Н., Сухих Г.Т. Антигены системы HLA и блокирующие факторы у пациенток с привычным невынашиванием беременности первого триместра // Мать и дитя: материалы VI Рос. науч. форума. – М., 2004. - С. 266.
6. Узлова Т.В., Лейхнер Е.К., Маркина О.В. Иммунологическое бесплодие: проблемы и возможности //Вестник Южно-Уральского государственного университета. Серия: Образование, здравоохранение, физическая культура. 2011. № 26 (243). С. 100-103
7. Tkach I.R., Sosnina K.O., Huleyuk N.L. Сontribution of chromosomal abnormalities and genes of the major histocompatibility complex to early pregnancy losses // Biopolymers and Cell. 2015. V. 31. N 1. P. 38-45.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı