NAZİK BAĞIRSAQLARDA QİDA İNQRİDİYENTLƏRİNİN ENDOGEN REARBSORBSİYASI VƏ DİSFUNKSİONAL ENTEROPATİYALARIN TƏZAHÜR SİMPTOMLARI
13-01-2021
XülasəNazik bağırsaqlarda həzm prosesinin normallaşmasında bağırsaqdan kənar orqanların və bağırsağın özünün iştirakı ilə baş verir. Bunlara qaraciyər və mədəaltı vəzi aiddir. Qaraciyərdə hazırlanan öd, öd yollarının kinetik funksiyaları və xolesistokinin təsirləri nəticəsində öd kisəsindən mütəmadi olaraq bağırsağa axması təmin olunur. Ödün tərkibindəki turşular, duzlar və xolesterin ximusun həzmində iştirak edir. Pankreas şirəsinin tərkibindəki fermentlərin vasitəsilə yağlar, karbohidratlar və zülallar sona qədər parçalanaraq monovalentlər şəklində bağırsaq xovlarından limfa axarları vasitəsilə qana keçirlər. Nazik bağırsaqların sekretor, sorulma, hərəki funksiyalarının və ifraz etdikləri enzimlərinin köməyi ilə həzm prosesi sona çatdırılır. Bağırsağın disfunksiyası nəticəsində metiorizm, yorulma prosesinin və dispeptik sindromların təzahür etməsi törənir.
Nazik bağırsaqda həzm prosesi onun aşağıdakı funksiyaları ilə sıx əlaqəlidir. Bunlara sekretor, sorucu, inkretor və ekskretor fəaliyyətlər aiddir. Kompleks olaraq maddələr mübadiləsində metabolik mexanimzlərə təsir etdiklərinə görə interstisial həzmin fiziologiyası və patologiyası tibbi aktuallıq kəsb edir. Nazik bağırsaqda həzmin tənzimlənməsində qaraciyər və pankreasın ifraz etdikləri öd və şirələrin müstəsna əhəmiyyəti vardır. Sutka ərzində 500 ml öd, xolesistokinin hormonunun təsiri altında öd axarlarının hərəkətini və öd kisəsinin yığılıb açılması nəticəsində Fater məməciyindən keçərək nazik bağırsağa tökülür. Ödün tərkibindəki öd duzları və turşuları, xolesterin və qələvi fosfatoza fermenti bilavasitə həzm prosesində iştirak edirlər. Öd yollarında diskinetik pozğunluqlar nəticəsində baş verən hipoxoliya və axoliya ödün realoji xüsusiyyətlərini pozaraq yağların parçalanması və proteolitik fermentlərin aktivliyini azaldaraq steatoreyaya səbəb olur. Nazik bağırsaqda həzm pozulmalarının xarakterini və təzahürlərini müəyyənləşdirmək məqsədilə aşağıdakı orqanların müayinə üsulları tövsiyə olunur.
1)Qaraciyərin öd əmələgətirmə qabiliyyətinin təyini
2)Ödün tərkib elementlərinin təyini
3)Mədəaltı vəzinin sekretor və inkretor funksiyalarının təyini
4)Nazik bağırsaqların morfoloji, hərəki və fermentativ funksiyalarının təyini.
Nazik bağırsaqlarda həzmin terminal mərhələsinin başa çatmasında köməkçi orqanlardan biri də mədəaltı vəzidir. Vəzi ekskretor və inkretor funksiyalar daşıyaraq pankreas axacağı vasitəsilə şirənin ümumi öd axacağına axmasını təmin etməklə qidanın bağırsaq həzmində iştirakına şərait yaradır. Pankreas şirəsinin tərkibində müxtəlif qida inqridiyentlərinin bağırsaqda həzm olunaraq qana sorulmasını təmin edən fermentlər mövcuddur. Zülalları amin turşulara qədər parçalayan proteolitik fermentlərdən amilaza və proteazanı göstərmək olar. Bunların defisiti qida məhsullarının yarımçıq həll olunmamış komponentləri qana sorularaq bağırsaqlarda dispeptik pozğunluqlara gətirib çıxarır. Nəticədə bağırsaqlarda qazın toplanması-metiorizm, defekasiya aktının ya ləngiməsi, ya da tezləşməsi baş verir. Qida maddələrinin tərkibindəki lipidlərin həzmini normallaşdırmaq məqsədilə pankreas şirəsinin tərkibində lipaza adlı ferment də mövcuddur. Bu yağları doymamış yağ turşularına qədər parçalayaraq bağırsaq xovlarından qana sorularaq lipid mübadiləsini tənzimləyir. Fermentin aktivliyinin zəifləməsi kolitik sindromlardan olan defekasiya aktının ləngiməsi nəticəsində qəbizliyə gətirib çıxarır. Bunlardan başqa pankreas vəzi tərəfindən qidanın tərkibindəki poli və disaxaridlər şəklindəki karbohidratları monosaxarid qlükozaya çevirən və bağırsaqdan qana sorulmanı təmin edən saxaroza fermenti də nazik bağırsağa ötürülür. Pankreas vəzinin inkretor fəaliyyətini göstərən amillərdən vəzin Langerhans adacıqlarında yerləşən β hüceyrələri tərəfindən ifraz olunan insulin hormonudur. Bu birbaşa qana sorularaq qlükozanı qaraciyərdə depo şəklində saxlayaraq şəkər mübadiləsini tənzimləməklə şəkərli diabet xəstəliyinin inkişafını ləngidir. Həmçinin mədəaltı vəzi tərəfindən elastaza fermenti ifraz edilərək bağırsaq ekologiyasını sabitləşdirərək antibiotiklər və antiparazitar dərmanların qəbulu zamanı baş verən disbakteriozu aradan qaldıraraq fermentativ mübadiləni tənzimləyir. Anatomik quruluşuna görə acı bağırsaq, onikibarmaq bağırsaq və qalça bağırsağı nazik bağırsağın tərkib hissələrini təşkil edirlər. Acı və qalça bağırsaqların birlikdə uzunluğu 5 m olub yalnız enlərinin diametrlərinə görə bir-birindən fərqlənirlər. Selikli qişada bağırsağın funksiyalarını təmin edən bir qatlı epitel hüceyrələri, qan damarları, limfoid toxumaları və limfa boşluqları mövcuddur. Terminal maddələrin selikli qişadan sorulmasını bağırsaq xovları, qan və limfa damarları ilə birlikdə reallaşdırırlar. Selikli qişada həmçinin həzm fermenti diastazanı ifraz edən vəzilərlə yanaşı infeksion agentlərlə mübarizə aparan limfoid follikulyar aqreqatlarda yerləşir. Beləliklə göstərilən faktorlar nazik bağırsaqda həzm prosesini həyata keçirməklə yanaşı onun dispeptik pozğunluqların profilaktikasında da rol oynayır. Nazik bağırsağın həzm prosesində bilavasitə iştirak onun spesifik funksiyaları ilə sıx əlaqədardır. Selikli qişada yerləşən vəzin epitel hüceyrələri tərəfindən disaxaridaza, laktaza, saxaraza, izomaltoza və enterokinaza fermentləri ifraz olunaraq qida inqridiyentlərinin rearbsorbsiyasını və patoloji proseslərin inkişafının qarşısı alınır. Nadir hallarda dənli bitkilərin həzmində iştirak edən qlütein turşusu anadangəlmə ifrazı kəsildiyindən Qlüton xəstəliyi baş verir. Bu zaman əmələ gələn antitellər bağırsaqda həzm prosesini sorulma mərhələsinə həlledici təsir göstərir. Xəstələrdə yaranan köpüklü, yağlı diareya əsas əlamət kimi qiymətləndirilir. Maloabsorbsiya isə amiloreya, steatoreya və kreatoreya əlamətləri ilə özünü göstərir. Xəstələri müxtəlif dərəcədə metiorizm və diareyalar şəklində disfunsional pozğunluqlar narahat edir. Müalicəsində biogen, fermentativ və antibakterial dərmanlardan istifadə olunur. [2.]
Nazik bağırsaqlarda həzmin yekunlaşmasında onun sorucu funksiyasının müstəsna rolu vardır. Bunu bağırsaq xovlarının keçiricilik membranları, sekretor hüceyrələr, limfa gölcükləri və qan damarları reallaşdırırlar. Enzimatik faktorların çatışmazlığı həzmin yarımçıq məhsullarının və intoksikasiya amillərinin təsiri nəticəsində bağırsaq divarından rearbsorbsiya prosesinin ləngiməsi iki cür özünü göstərir.
1)Membran keçiriciliyinin ləngiməsi nəticəsində baş verən sorulma pozğunluğu
2)Maloarbsorbsiya keçiriciliyinin sürətlənməsi isə diareya adlanır. Hər iki sindromlar kliniki olaraq enteropatiya adlanır. Erkən yaşlı uşaqlarda bu diareyalar şəklində yaşlılarda isə kolitik sindromlarla səciyyələnir.
Nəticədə selikli qişada iltihabi dəyişikliklərlə yanaşı distrofik prosesləri də inkişaf edir. Eyni zamanda bağırsaqla əlaqədar olmayan əlamətlərdən yuxusuzluq, çəkinin azalması, dəridə trofiki pozulmalar, saçların tökülməsi, anemiya və disproteinemiya əlamətlər baş verir. Enteropatiyada selikli qişada baş verən eksudasiya, angioektaziyalar nəticəsində limfa bağırsaq boşluğunda təzyiqi artıraraq zülalların boşluğa axması nəticəsində disproteinemiya və sidikdə proteinuriya, silindruriya, leykosituriya və epiteluriya əlamətləri özünü göstərirlər. Disproteinemiya nəticəsində baş verən onkotik və osmotik təzyiqlər fərqi ödemlərin və aldosteronizmin inkişafına şərait yaradır. Nəcis ilə immunoqlobulinlərin itirilməsiə bədəndə immunodefisit vəziyyətlərin və ikincili infeksiyaların baş qaldırmasına şərait yaradır.[1.]
Nazik bağırsaqlarda həzmin terminal mərhələsini onun hərəki funksiyaları həyata keçirir. Hərəki funksiyanın artması hiperkinoz, azalması isə hipokinoz adlanır. Bunların amplitudalarının pozulması nəticəsində metiorizm və müxtəlif formalı dispeptik diareyalar inkişaf edir. Diareya yunanca itirmə sözündən olub mənası bağırsaqlardan mineral maddələrin və mayenin itirilməsi deməkdir. Bağırsaq diareyaları inkişaf mexanizmlərinə görə hiperosmolyar, hipersekretor və hiperkinetik formalarla təzahür edir.
1)Hiperosmolyar diareya əsasən nazik bağırsaqdan kənar öd yollarının və pankreasın xəstəlikləri zamanı ödün və pankreas şirəsinin bağırsağa az miqdarda ifrazı ilə əlaqədar olaraq həzmin lazımi səviyyədə getməməsilə izah olunur.
2)Hipersekretor formada bağırsaq selikli qişanın endotoksinlərin öd və yağ turşularının qlükuron ilə prostoqlandinlərin təsirindən elektrolit və su mübadiləsinin disbalansı baş verir. Digər tərəfən ürəyin sağ mədəciyinin böyüməsi və limfostaz nəticəsində hidrostatik təzyiqin artması fonunda formalaşır. Nəticədə xəstələrdə profuz sulu diareya, eksikoz hipokalemiya, qazsız asidoz, kaxeksiya və qıcolma əlamətləri yaranır. Uzun sürən ishal, hipovolemiya, arterial hipertenziyaya, kardiovaskulyar kollapsa, turşu-qələvi müvazinətinin pozulması ilə nəticələnir. Hüceyrə səviyyəsində bunlar bioloji aktiv maddələrdən prostoqlandinlərin təsirindən tsiklik nukleotidlərdən adenazin monofosfat AMF və quonazin monofosfatın QMF aktivliklərinin dəyişilməsi ilə izah edilir.
3)Hipokinoz-formalı hərəki pozğunluqda ximusun bağırsaqda ləngiməsindən müxtəlif intensivlikdə metiorizm əlamətləri özünü göstərir. Metiorizmin spastik, atonik, rektal və mexaniki növləri ayırd edilir. Spastik qəbizlik azan sinirin tonusunun yüksəlməsi nəticəsində bağırsaq divarı əzələlərinin spastik yığılmaları və qurğuşun, civə kimi ağır metalların təsirindən də inkişaf edə bilir. Atonik qəbizlik isə əksinə bağırsaq əzələlərin təqəllüsünün zəifləməsi fonunda kinetik funksiyanın azalması ilə əlaqədardır. Rektol və mexaniki metiorizmdə düz bağırsaqda paraproktid və babasil xəstəliklərində törənən çatlamaların nəticəsində inkişaf edərək ağrı ilə müşayət olunan defekasiya aktının ləngiməsi baş verir. [3.]Bununla yanaşı bağırsaqda çürümə və qıcqırma proseslərinin qüvvətlənməsi nəticəsində çoxlu miqdarda əmələ gələn metan, hidrogen sulfid, karbon qazı, amonyak toplanaraq sutkalıq mövcud olan 500 ml 3-dən yüksələrək ifrat dərəcədə metiorizmə səbəb olur. Nəticədə qarın boşluğunda təzyiq artırılaraq onun qan dövranını pozur, həzm şirələrinin sekresiyasını zəiflədir, diafraqmanı yuxarı qaldıraraq ağciyərin və ürəyin işini azaldır. Həzmin sekretor fermentativ nazik bağırsaqda enzimatik və hərəki pozğunluqlar bağırsaqda yerləşən saprofit və şərti patogen mikroorqanizmlərin çoxalması və ifraz etdikləri toksinlərin qana keçməsi nəticəsində autointoksikasion sindromlar yaranır. Bunlar qaraciyərin dezintoksikasion böyrəklərin ifrazat funksiyalarını pozaraq bədəndə ümumi patoloji simtomların inkişafına şərait yaradır. Xəstələrdə baş ağrılar, arterial qan təzyiqinin azalması, maddələr mübadiləsinin pozulması, tənəffüs, beyin qabığında oyanma və ləngimə kimi sinxron fəaliyyətinin pozulması baş verir.
Onurğa beynin bel, büzdüm şöbələrinin zədələnmələri fonunda düz bağırsağın daxili və xarici sfinkterinin pozulması, qarın əzələlərinin, diafraqmanın və anusu qaldıran əzələlərin disfunksiyaları inkişaf edir. Aparılan labarator və instrumental müayinələr aşağıdakı nəticələri göstərir.
1.Qaraciyərin və pankreasın ultrasəs müayinəsi onlarda exogenliliyin tündləşməsini öd və pankreas kapilyarlarında deformatik dəyişikliklərinin, molyar sahələrinin genişlənməsini ümumi öd axarlarında və pankreas axacaqlarında diskinetik dəyişiklikləri göstərir. Öd kisəsində həcmin böyüməsini, durğunluq əlamətlərini və ödün tərkibinin dəyişiklikləri nəzərə çarpır.
2.Biokimyəvi göstəricilərdən qanda xolesterinin artıb və azalması, amilazanın, sidikdə diastazanın azalması proteolitik fermentlərin dəyişilməsi, bağırsaq daxili ekologiyanın göstəricisi olan proteoaza fermentlərinin azalması müşahidə olunur. Entropatiyaların müalicəsində qaraciyər və mədəaltı vəzinin funksiyalarını normallaşdıran və bağırsaqdaxili ekologiyanı sabitləşdirən ferment və biogen pereparapatlarından istifadə etmək tövsiyə olunur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979.
2.Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy.
3.Р. Д. Синельников. Атлас анатомии человека (4 тома).
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı