BAĞIRSAQDAXİLİ TƏZYİQİN ÖLÇÜLMƏSİ YOLU İLƏ YOĞUN BAĞIRSAĞIN JƏRRAHİ ƏMƏLİYYATA HAZIRLANMA KEYFİYYƏTİNİN DƏYƏRLƏNDİRİLMƏSİ

20-04-2011

      Yoğun bağırsaq (YB) üzərində aparılan cərrahi əməliyyatların nəticələri bağırsağın əməliyyata hazırlanma keyfiyyətindən asılıdır. Amerika kolorektal cərrahlar cəmiyyətinin verdiyi məlumatlara görə YB rezeksiyasından sonra irinli ağırlaşmalar 6–25 % ola bilər. Bu zaman obliqat anaerob və aerob mikrobların nisbəti 500:1 olur, və götürülmüş punktantlardan daha çox Bakteroides fraqilis, Jlostridia, peptostreptokoklar, fuzobakterilər, aeroblardan isə Echerihia Coli, klebsellalar, protey çöpldəri, St. faecalis və s. tapılır(1, 2, 4, 5, 6).
YB ın cərrahi əməliyyata hazırlanmasının 3 formasını ayrıd edirlər. Birici tip hazırlanmada YB nin sterilizasiyası məqsədi ilə geniş spektrli antibiotiklərdən istifadə olunur(Kuker). Lakin Altemeier və Coudon na görə, hətta yüksək dozada antibiotiklərin istifadə olunmasına baxmayaraq jərrahi yaranın infeksiyalaşmasının rastgəlmə tezliyi 10–30 % arasında qalır, 2 % hallarda isə psevdomembranoz enterokolit inkişaf edir. YB nin cərrahi əməliyyata hazırlanmasının ikinci formasında antibiotiklərin istifadəsindən tamamiylə imtina olunur və əsas yer YB nin mexaniki təmizlənməsi və xüsusi pəhrizə və verilir. Üçüncü tip hazırlanma zamanı mexaniki təmizlənmə, antibiotiklər və eubiotiklərin kombinasiyasından istifadə olunur(2, 3, 5).
      YB nin mexaniki təmizlənməsi əsasən təmizləyici imalələr vasitəsilə həyata keçirilir. Klassik formada aparılan təmizləyiji imalələr zamanı YB adətən 25–35J temperaturu, 1,5–2 litr su ilə yuyulur(6).
Tədqiqatın məqsədi: YB nin cərrahi əməliyyata hzırlanma keyfiyyətinin yeni, daha obyektiv qiymətləndirmə metodunun tapılması.
Material və metodlar: M.A.Topçubaşov adına EJM nin koloproktologiya bölməsində stasionar müalicədə olmuş və kolektomiya əməliyyatına məruz qalmış bir qisim xəstələrdə, YB nin əməliyyata hazırlanması üçün «EJ 0494» sertifikatlı, «JOLON–HYDRO» aparatından istifadə etməklə hidrokolonoterapiya seansları aparmışıq. Metodun effektliyini alternativ vasitələr ilə müqayisədə öyrənmək üçün cins, yaş tərkibləri yaxın olan, eyni diaqnozlu xəstələri iki qrupa bölmüşük. Birinci, əsas qrupdan olan 10 xəstədə bağırsağın təmizlənməsi «JOLON–HYDRO» aparatının köməyi ilə, nəzarət qrupundan olan digər 10 xəstədə isə təmizləyiji imalələr vasitəsilə aparılmışdır.


   Cədvəl № 1.
Yoğun bağırsağın cərrahi əməliyyata hazırlanmasının keyfiyyətinin qiymətləndirilmə kriteriyalrı. (Minervini S. et.al., 1980; Raximov R. Ş., 1998; Xaneviç M. D., Şaşolin M, A.Zəzin A. A. 2003)

Əməliyyata hazırlıq qiyməti

Bağırsağın vəziyyətinin   orqanoleptik göstəriciləri

Anastomozun qoyula bilməsi imkanları

 

5ball(əla)

«təmiz bağırsaq»

YB yatmış vəziyyətdədir, divarları dəyişilməmişdi, mənfəzində mbhtəviyyat qeyd olunmur. YB nin mənfəzi açılan zaman nəcis iyi və möhtəviyyat yoxdur, cüzi miqdarda şəffaf selik tapıla bilər.

Anastomoz qoyulması mümkündür.

 

 

4 ball–«yaxşı»

YB yatmış vəziyyətdədir, divarları dəyişilməmişdir, mənfəzində mbhtəviyyat qeyd olunmur. YB nin mənfəzini açan zaian zəif nəjis iyi hiss oluna bilər. Sərbəst möhtəviyyat yoxdur lakin, azajıq nəcis ilə boyanmış selik qeyd olunur.

Anastomoz qoyulması mümkündür, lakin qarın boşluğu və əməliyyat yarasının irinləməsi üçün az da olsa risk vardır.

 

 

 

3 ball «kafi»

YB yatmış vəziyyətdədir. Mənfəzində az miqdarda qaz ola bilər, lakin bu qaz bağırsaq mənfəzi açılan zaman mütləq xaric olur. Aydın nəcis iyi qeyd olunur. Mənfəzdə və YB nin divarlarında selikli nəcis kütlələri və bəzən isə maye hallı, asan təmizlənən möhtəviyyat tapılır.

Anastomoz qoyulması mümkündür, lakin anastomoz çatmamazlığının profilaktikası üçün tədbirlər vacibdir.

 

 

2 ball «qeyri kafi»-«çirkli bağırsaq»

YB genəlmişdir, palpasiyada təsbehşəkilli nəcis kütlələri və qaz əllənir. Bağırsaq divarı qızarmış və ödemlidir. Bağırsağın mənfəzini açan zaman kəskin nəcis iyi qeyd olunur. Mənfəzdə nəcis tapılır. Çoxlu miqdarda maye şəkilli nəcisin olması da istisna olunmur.

YB anastomozlarının qoyulması əks göstərişdir. YB nin dekompressiyasından sonra nazik bağırsaqla anastomoz qoyula bilər.

 

1 ball «çox pis» «nəjis durğunluğu»

YB ballon şəklində şişmişdir. Divarları qızarmış, ödemlidir. Mənfəzdə mumşəkilli nəcis və qaz əllənir. Kəskin nəcis iyi qeyd olunur. Nazik bağırsağın bir hissəsinin də şişməsi müşahidə oluna bilər.

Hər hansı bir anastomozdan söhbət gedə bilməz.

   

      Təmizlik dərəcəsini qiymətləndirən zaman alınan nəticələr müqayisəli şəkildə, 2 formada öyrənilmişdir. Əvvəlcə YB nin təmizlik dərəcəsi qəbul edilmiş xüsusi kriteriyalar üzrə əməliyyatın gedişində vizual olaraq qiymətləndirilmişdir. Bu zaman YB nin xarici görünüşü, divarının rəngi, damar arxetonikasının quruluşu, bağırsağın palpasiyası zamanı gəlinən nətijələr, habelə onun mənfəzinin açıldığı zaman yaranan qoxunun xarakteri nəzərə alınmışdır.(cədvəl 1.) Alınan nəticələr «cədvəl 2» də göstərilmişdir. Bu üsul dünya praktikasında daha çox istifadə olunan olsa da, çatışmayan jəhətləri ondan ibarətdir ki, qeyd olunan parametrlər əsasən cərrahın subyektiv nəticələri əsasında qiymətləndirilir, və bu yalnız əməliyyat zamanı, həm də YB nin mənfəzinin açıldığı hallarda mümkün olur. Nəticələrin qiymətləndirilməsi üçün tədbiq etdiyimiz ikinci metod əməliyyatdan sonrakı dövürdə YB daxilində toplanan qazların təzyiqinin ölçülməsi olmuşdur. Bu metod, daha obyektiv olması ilə fərqlənir. Manipulyasiyanın aparılması üçün, tərəfimizdən təklif olunmuş qurğudan istifadə edilmişdir. (Vəsiqə №244, qeydiyyat №99. M.A.Topçubaşov ad. ETKTİ 02.12.04).
      Qurğu su sütunu üzrə ölçən şkaladan, köməkçi şüşə və polietlen borulardan ibarətdir. Köməkçi şüşə borudakı suyun üzərində üzgəc dayanır, və bu su ilə bağırsaq qazlarını təmasının qarşısını almaqla sonuncunun suda həll olmasına yol vermir. Əməliyyatdan sonra şüşə boru bağırsaq daxilinə qoyulmuş boruya birləşdirilir və beləliklə bağırsağın daxilindəki təzyiq su şkalasına ötürülür.

Cədvəl № 2.
Kolonohidroterapiya kursu keçmiş və əməliyyata adi imalələr vasitəsilə hazırlanmış xəstələrdə YB nin təmizlik dərəcəsinin qiymətləndirilməsi.

YB nin təmizlik dərəcəsinin

Qiymətləndirilməsi

Kolonohidroterapiya aparılmış xəstələr

Təmizləyici imalələr aparılmış      xəstələr

Xəstələrin sayı                                             n= 10

Faiz nisbəti

Xəstələrin sayı                                                 n=10

Faiz nisbəti

5 bal  (əla)

8

80±7,4 %

2

20±5,3 %

4 bal (yaxşı)

2

20±5,3 %

4

40±4,7%

3 bal (kafi)

 

 

3

30±4,3 %

2 bal (pis)

 

 

1

10±3,4 %

1 bal (lap pis)

 

 

 

 



 

 

 

 

 

   

 

     Məlum olduğu kimi qarın boşluğunda aparılan əməliyyatdan sonra bağırsaqlarda parez meydana gəlir, və bu dövürdə YB nin daxilində təzyiq yalnız buradakı mikroorqanizmlərin həyat fəaliyyəti nətijəsində yaranan qazların hesabına meydana gələ bilər. Düşünmək olar ki, qazəmələgəlmənin intensivliyi mikroorqanizmlərin konsentrasiyası ilə düz mütənasibdir. Məsələyə sözü gedən prizmadan yanaşmaqla biz, YB nin təmizlik dərəcəsini
Qrafik 1. Əməliyyata kolonohidro-terapiya və təmizləyici imalələrin vasitəsilə hazırlanmış xəstələrdə YB daxili təzyiqin zamandan asılılı olaraq dəyişməsi.
     Burada qazəmələgəlmənin intensiv-liyi əsasında qiymətləndirmişik. Bunun üçün yuxarıda qeyd olunmuş əsas qrupdan olan, kolonohidroterapiya kursu keçmiş 7 nəfər, və əməliyyata klassik yolnan hazırlanan, nəzarət qruplardan olan 7 nəfərdə, əməliyyatdan sonra 72 saat müddətində YB daxili təzyiqin manitorinqini aparılmışdır. Ölçmələr zamanı hər 12 saatdan bir, su şkalasının göstəricisi qeyd olunmuş, və ayrılıqda hər bir qrupda, hər növbəti 12 saat üçün ortaq qiymət tapılmışdır. Sonda alınmış nəticələr əsasında bağırsaq daxili təzyiqin zamandan asılılıq qrafiki qurulmuşdur.(Qrafik 1).
      Qrafikdən göründüyü kimi əməliyyatdan sonrakı birinci və ikinci sutkalar boyunca bağırsaqdaxili təzyiq zəif də olsa artmağa meyilli olur. Lakin ikinci sutkanın sonuna yaxın isə təzyiq aşağı düşməyə başlayır. Güman ki, bunun səbəbi qazların YB dən sovrulmasının intensivliyinin artması, və ya mikrob assosiasiyasında baş verən dəyişikliklər ilə əlaqədardır. Ümumiyyətlə ilk 72 saata kimi bağırsaqlarda perestaltika olmadığından YB nin daxilində elə də yüksək təzyiq olmur. Lakin əməliyyatın üçünjü sutkasından sonra perestaltikası başlayır və YB nin daxilindəki təzyiq də kəskin olaraq artır.
Nəticə:
Bağırsaqdaxili təzyiqin öyrənilməsi yolu ilə YB nin əməliyyata hazırlanması keyfiyyətinin dəyərləndirilməsi zamanı alının nəticələr, YB nin vizual – orqanoleptik parametriləri əsasında əməliyyatdaxili dəyərləndirilməsi zamanı alınan nəticələr ilə üst- üstə düşür.
YB nin təmizlik dərəcəsinin qiymətləndirilməsi üçün tətbiq olunan bağırsaqdaxili təzyiqin manitorinqi üsulu, nisbətən obeektiv olması və asan olması ilə digər metodlardan fərqlənir.
Kolonohidroterapiya vasitəsilə YB nin cərrahi əməliyyata hazıllanması digər alternativ metodlar vasitəsilə hazırlanmasından asan, və effektlidir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:

1. AğayevB.A., MusayevX.N., Əliyev F.V. Yaşlılarda meqadolixokolon xəstəliyinin cərrahi müalicəsi, metodiki tövsiyyə. Bakı: 2005, 42 s.
2. İsayev H.B., Əliyev F.V. Qəbizliyin diaqnostikası və müalicəsi, metodiki tövsiyyə. Bakı 2009, 45 с.
3. Sultanov H.A. Qəbizliyin profilaktikası və müalicəsi, Bakı: 2000, 23 s.
4. Аминев А.М. Руководство по колопроктологии. Т.1. Куйбышыв, 1965, 518 с.
5. Скобелкин О.К., Морев А.И. Подготовка больных к операциям на толстой кишке элементами диеты // Хирургия, 1981, № 9, с. 83
6. Смирнова В.И., Чечин В.С. Влияние тотального промывания желудочно-кишечного тракта на некоторые регуляторные механизмы водно–электролитного обмена у больных, оперированных на ободочной кишке // Хирургия, 1989, № 4, с. 77–79

 


Müəlliflər:
F. V. Əliyev

Digər jurnal və qəzetlər