XRONİKİ BÖYRƏK ÇATMAMAZLIĞININ TERMİNAL MƏRHƏLƏYƏ KEÇİDİNİN YAŞLA BAĞLI NİSBİ RİSKİ
24-02-2011
Müasir səhiyyə sisteminin resurs məsrəfinin böyük qismi xro-niki böyrək çatmamazlığının terminal mərhələyə keçidi ilə bağlı hesab edilir. İnkişaf etmiş ölkələrdə əhalinin hər 1 milyon nəfərinə 280-dan çox xəstə qeydə alınmışdır, hər il orta hesabla xəstələrin sayı 7-9% çoxalır. Orta hesabla bir hemodializ seansı 220 ABŞ dol-larına başa gəlir [2,3,4,5,8-11]. Dünyada orta hesabla dializ yardımı alanların sayı 1 milyon əhaliyə görə 175-dən çoxdur.
Xroniki böyrək çatmamazlığının (XBÇ) tibbi-sosial ağırlığını şərtləndirən əsas amillərər onun uzun müddət davam etməsi, tez-tez ağırlaşması və əmək qabiliyyətinin itirilməsinə səbəb olması aid edilir. Əksər inkişaf etmiş ölkələrdə XBÇ-nin terminal mərhələsində olan xəstələrin registri fəaliyyət göstərir. Bu isə XBÇ-nin terminal mərhələyə keçidini səciyyələndirən tibbi-sosial amillərin rolunu qiy-mətləndirmək üçün zəmin yaradır. XBÇ-nin tibbi-sosial ağırlığı ilk növbədə xəstəliyin hansı yaşda terminal mərhələyə keçməsindən ası-lıdır. Bunu nəzərə alaraq XBÇ-nin terminal mərhələyə keçidinin xəstəliyin əsas səbəblərindən asılı yaş riski qiymətləndirilmişdir.
Tədqiqatın material və metodları.Tədqiqatın müşahidə vahidi kimi yumaqçıq filtrasiyasının sürəti dəqiqədə 10 ml-dən az olan XBÇ diaqnozu ilə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin akademik Mirqasımov adına klinik xəstəxanasının nefrologiya şöbəsində müali-cə olunmuş pasiyent seçilmişdir. Toplumun ümumi həcmi 153 pasi-yentdən ibarət olmuşdur. Xəstələrin tam klinik müayinəsi aparılaraq XBÇ-nin terminal mərhələyə keçidi təsdiq olunmuş və müvafiq yar-dım üçün dializ mərkəzlərinə göndərilmişdir. Pasiyentlər XBÇ-nin əsas səbəblərinə və yaş intervallarına görə bölgüsü aparılmışdır. Bəlli olduğu kimi, nisbi risk dedikdə xəstələnmə və ya digər sağlamlıq göstəricisinin müqayisə olunan qruplarda nisbəti nəzərdə tutulur [7]. Tədqiqatımızda XBÇ-nin terminal mərhələyə keçidinin təsbit olun-duğu yaşa görə xəstələrin və müvafiq əhalinin bölgüsü müqayisə olunaraq nisbi risk barədə məlumatlar alınmışdır. Statistik işləmədə keyfiyyət əlamətlərinin təhlili metodları tətbiq olunmuşdur.
Alınmış nəticələr və onların müzakirəsi.Alınmış nəticələr 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi XBÇ-nin terminal mərhə-ləyə keçidi anında xəstələrin yaşa görə bölgüsündə payı ən çox olan 50-54 yaş intervalıdır: xəstələrin 17,6±3,3%-i (95% etibarlıq inter-valı: 11,2-24,0%) bu yaş intervalında olmuşdur. 40-44, 45-49, 55-59, 60-64, 65-69, 70 və yuxarı yaşlarda olan pasiyentlərin xüsusi çəkisi (müvafiq olaraq: 9,9; 9,9; 14,1; 8,5; 9,2 və 7,0%) bir-birinə çox yaxındır və bir-birindən dürüst statistik fərqlənmir. Digər yaş qrup-larında olan pasiyentlərin xüsusi çəkisi nisbətən azdır, ən kiçik sə-viyyəli göstərici 20-24 yaş intervalına təsadüf edir (2,1%).
XBÇ-nin ilkin nozoloji səbəbləri arasında əsas yerləri müvafiq olaraq xroniki qlomerulonefrit (36,6±3,9%), şəkərli diabet (31,4± 3,8%), xroniki pielonefrit (17,0±3,0%) tuturlar. Digər (böyrəklərin polikistozu, hipertonik nefroskleroz və sair) səbəblərlə bağlı XBÇ-nin xüsusi çəkisi nisbətən az olmuşdur (15,0±2,9%).
Xroniki qlomerulonefritlə bağlı XBÇ-nin terminal mərhələyə ke-çidi anında xəstələrin yaş bölgüsündə payına görə birinci üç yerdə müvafiq olaraq 50-54 (19,6±5,3%), 30-34 (16,1±4,9%) və 25-29 (12,5 ±4,4%) yaş intervalında olan xəstələr dururlar. 19 yaşdan az, 20-24, 40-44, 55-59, 70 və yuxarı yaşlarda pasiyentlərin xüsusi çəkisi (mü-vafiq olaraq: 7,1; 5,4; 10,7; 5,4; 7,1 və 7,1%) bir-birindən statistik dürüst fərqlənmirlər. 60-64 və 65-69 yaşlarda pasiyentlərin xüsusi çəkisi ən aşağı səviyyədə olmuşdur (müvafiq olaraq 1,8 və 3,6%). Xroniki pielonefritlə bağlı XBÇ-nin terminal mərhələyə keçidi anında pasiyentlərin yaş bölgüsü fərqli səciyyələrə malik olmuşdur. Belə ki, müşahidəmizdə olan pasiyentlər əsasən 35 yaşdan yuxarı yaşlarda olmuşdur, onların yaş bölgüsündə payına görə birinci üç yeri müvafiq olaraq 40-44 (19,2±7,7%), 50-54 (15,4±7,1%) və 55-59 (15,4±7,1%) yaşlı pasiyentlər tuturlar. Yaş tərkibinə görə daha çox fərqli səciyyələrə malik olan diabetik nefropatiya ilə bağlı inkişaf edən XBÇ diaqnozu qoyulmuş pasiyentlər qrupudur. Terminal XBÇ formalaşan anda pasiyentlərin böyük əksəriyyəti 50-54 (22,9±6,1%), 55-59 (20,8±5,9%), 45-49 (16,7±5,4%) və 60-64 (16,7 ±5,4%) yaş-larda olmuşdur. Beləliklə, XBÇ-nin terminal mərhələsinə keçid anında onun ilkin səbəblərindən asılı pasiyentlərin yaş tərkibi bir-birindən kəskin fərqlənir. Əhalinin yaş tərkibini nəzərə almaqla he-sabladığımız nisbi risk göstəriciləri də cədvəl 1-də əks olunmuşdur. Göründüyü kimi bütün XBÇ hadisələrinin terminal mərhəlyə keçidinin yaşla bağlı riskinin səviyyəsi 0,13 ilə (19 və aşağı yaş-larda) 4,25 (65-69 yaş intervalı) arasında dəyişmişdir. Göstəricinin yaşdan asılı dinamikasına görə 4 qrup səciyyə ayırd etmək olur:
- riskin çox aşağı səviyyəsi (0,13-0,22) 24 yaşa qədər;
- riskin aşağı səviyyəsi (0,65-0,96) 25-39 yaş intervallarında;
- riskin yüksək səviyyəsi (1,35-1,56) 40-49, 70 və yuxarı yaşlarda;
- riskin çox yüksək səviyyəsi (3,03-4,25) 50-69 yaşlarda.
Beləliklə, müasir demoqrafik şəraitdə ölkədə XBÇ-nin terminal mərhəlyə keçidinin qeydə alındığı yaşın müvafiq əhalinin yaşı ilə müqayisə etməklə onun nisbi riski barədə kəmiyyət səciyyələri əldə etmək olur. XBÇ-nin əsas səbəblərindən asılı terminal mərhələyə ke-çidin yaş riski fərqlənir. İlk növbədə fərq riskin dəyişmə intervalı ilə diqqəti cəlb edir. Belə ki, xroniki qlomerulonefritlə bağlı XBÇ-nin terminal mərhələyə keçidinin yaş riski 0,22-3,38 intervalında tə-rəddüd etdiyi halda bu göstərici xroniki pielonefritlə bağlı XBÇ-lərdə 0-5,75, diabetik nefropatiyalarda isə 0-9,78 intervalında dəyişmişdir. XBÇ-nin əsas səbəbindən asılı terminal mərhəlyə keçidin nisbi ris-kinin maksmal səviyyəsinin təsadüf etdiyi yaş intervalı da dəyişir: bu göstəricinin maksimal səviyyəsi xroniki qlomerlounefritlərdə 50-54 (3,38) yaşlarda, xroniki pielonefritlərdə 60-69 (5,75) yaşlarda, dia-betik nefropatiyalarda 55-59 yaşda qeydə alınmışdır.
XBÇ-nin əsas səbəblərindən asılı xəstəliyin terminal mərhələyə keçidinin nisbi riskinin maksmal səviyyəsi də dəyişir: xroniki qlo-merlounefritlərdə-3,38; xroniki pielonefritlərdə-5,75 və diabetik nef-ropatiyada – 9,78.
Ayrı-ayrı yaş intervallarında XBÇ-nin əsas səbəbindən asılı xəs-təliyin terminal mərhələyə keçidinin yaş riskinin fərqi də böyükdür. Belə ki, 35 yaşa qədər riskin səviyyəsi əsasən xroniki qlomerlounef-ritlə bağlı yüksəkdir. 35-39 yaş intervalında nisbi riskin səviyyəsi XBÇ-nin səbəbi olan hər üç patologiya (xroniki qlomerlounefrit, xroniki pielonefrit, şəkərli diabet) üçün kiçik olsa da bir-birindən kəskin fərqlənir: 0,30 şəkərli diabetdə, 0,51 xroniki qlomerlounef-ritdə, 1,09 xroniki pielonefritdə. Fərqin nisbətən az olduğu yaş inter-valı 50-54, 70 və yuxarı yaşlar aiddir: xroniki qlomerlounefrit, pie-lonefrit və diabetik nefropatiyada müvafiq olaraq: 50-54 yaşlarda 3,38; 2,66 və 3,95, 70 və yuxarı yaşlarda 1,48; 1,60 və 1,73. fərqin ən böyük olduğu yaş intervallarına aid etmək olar: 45-49 yaşlarda-0,69; 0,50 və 2,14; 55-59 yaşlarda-1,97; 4,28 və 9,78; 60-64 yaşlarda 0,90; 5,75 və 8,35; 65-69 yaşlarda-1,80; 5,75 və 4,15.
Cədvəl № 1.
Xroniki böyrək çatmamazlığının terminal mərhələyə keçidinin yaş riski
Yaş, illər |
Xəstələrin yaşa görə bölgüsü |
% |
Əha- li |
Yaş riski |
|||||
xroniki qlomer-lounefrit |
xroniki pielo-nefrit |
Diabe-tik retino-patiya |
bütün xəstələr |
xroniki qlomer-lounefrit |
xroniki pielo-nefrit |
Diabe-tik retino-patiya |
Bütün XBÇ |
||
19 və az |
7,1 |
7,7 |
— |
4,2 |
33,1 |
0,22 |
0,23 |
— |
0,13 |
20-24 |
5,4 |
— |
— |
2,1 |
10,2 |
0,53 |
— |
— |
0,21 |
25-29 |
12,5 |
— |
— |
5,6 |
8,6 |
1,45 |
— |
— |
0,65 |
30-34 |
16,1 |
— |
— |
7,0 |
7,3 |
2,21 |
— |
— |
0,96 |
35-39 |
3,6 |
7,7 |
2,1 |
4,9 |
7,1 |
0,51 |
1,09 |
0,30 |
0,69 |
40-44 |
10,7 |
19,2 |
4,2 |
9,9 |
7,7 |
1,39 |
2,49 |
0,55 |
1,29 |
45-49 |
5,4 |
3,9 |
16,7 |
9,9 |
7,8 |
0,69 |
0,50 |
2,14 |
1,27 |
50-54 |
19,6 |
15,4 |
22,9 |
17,6 |
5,8 |
3,38 |
2,66 |
3,95 |
3,03 |
55-59 |
7,1 |
15,4 |
20,8 |
14,1 |
3,6 |
1,97 |
4,28 |
9,78 |
3,91 |
60-64 |
1,8 |
11,5 |
16,7 |
8,5 |
2,0 |
0,90 |
5,75 |
8,35 |
4,25 |
65-69 |
3,6 |
11,5 |
8,3 |
9,2 |
2,0 |
1,80 |
5,75 |
4,15 |
4,60 |
70 və çox |
7,1 |
7,7 |
8,3 |
1,0 |
4,8 |
1,48 |
1,60 |
1,73 |
1,46 |
Beləliklə, xroniki böyrək çatmamazlığının terminal mərhələyə keçidinin yaş riski onun əsas səbəbindən asılı dəyişir. Patologiyanın yaşla bağlı riskini qiymətləndirmək üçün istifadə olunan metodo-logiya sadədir və mükəmməl nəticələrin alınmasına imkan verir. Xro-niki böyrək çatmamazlığının terminal mərhələyə keçidinin əhalinin müxtəlif yaş qruplarında fərqli riski barədə alınmış nəticələr pasi-yentlərin planlı müalicəsini təmin etmək üçün elmi baza kimi istifadə oluna bilər.
Xroniki böyrək çatmamazlığının terminal mərhələyə keçidin də pasiyentlər arasında qadın və kişilərin xüsusi çəkisi bir-birindən sta-tistik dürüst fərqlənir (36,7±3,9 və 63,3±3,9%; P<0,01). Qadın və kişi xəstələrin yaş tərkibində də müəyyən fərq izlənilir. Onların payı 15-19, 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59, 60-64, 65 və yuxarı yaşlarda müvafiq olaraq təşkil etmişdir. 1,8 və 3,0; 1,8 və 3,0; 3,5 və 12,1; 3,5 və 6,1; 8,8 və 6,1; 7,0 və 15,2; 14,0 və 9,1; 17,5 və 6,1; 12,3 və 15,2; 15,8 və 9,1%. Göründüyü kimi fərq 25-29 (3,5 dəfə), 40-44 (2,2 dəfə), 55-59 (2,9 dəfə) yaş intervalla-rında daha qabarıq özünü biruzə verir. Xroniki böyrək çatmamaz-lığının terminal mərhələyə keçidinin qadın və kişi pasiyentlərin yaşından asılı riski barədə məlumatlar 2-ci cədvəldə əks olunmuşdur.
Göründüyü kimi qadınlarda nisbi riskin səviyyəsi yaşla bağlı xaotik dəyişir: 15-29 yaş intervalında artır, 30-39 yaş intervalında azalır, 40-54 yaş intervallarında artır, 55-59 yaşlarda azalır, 60-64 yaşlarda çoxalıb sonralar azalır. Kişilərdə nisbi riskin səviyyəsi 15-59 yaş intervalında dinamik artır və sonrakı yaşlarda azalır. Nisbi riskin yaşla bağlı səviyyəsi qadın və kişilərdə bir-birindən fərqlənir. 15-49 yaş intervallarında göstəricinin səviyyəsi qadınlarda, 50 yaş-dan sonra isə kişilərdə yüksəkdir.
Beləliklə alınmış məlumatlar aşağıdakı nəticələri əsaslandırmağa imkan verir:
Xroniki böyrək çatmamazlığının terminal mərhəlyə keçidində pasiyentlərin yaşa görə strukturunu əhalinin həmin yaş qrup-larına görə strukturu ilə müqayisə etməklə xəstəliyin hansı yaşda daha çox terminal mərhələyə keçməsi riskini qiymətləndir-mək olur;
Xroniki böyrək çatmamazlığının terminal mərhəlyə keçidində pasiyentlərin tərkibində kişilərin xüsusi çəkisi qadınlarla müqayisədə 2 dəfəyə qədər çoxdur;
Cədvəl № 2.
Qadın və kişilərdə xroniki böyrək çatmamazlığının terminal mərhələyə keçidinin yaş riski
Yaş, illər |
Qadın % |
Kişi % |
||||
Xəstələr |
Populya-siya |
Nisbi risk |
Xəstələr |
Populya-siya |
Nisbi risk |
|
15-19 |
3,0 |
10,7 |
0,28 |
1,8 |
11,9 |
0,15 |
20-24 |
3,0 |
12,1 |
0,25 |
1,8 |
12,5 |
0,14 |
25-29 |
12,1 |
12,0 |
1,00 |
3,5 |
11,9 |
0,29 |
30-34 |
6,1 |
13,0 |
0,47 |
3,5 |
13,0 |
0,27 |
35-39 |
6,1 |
13,1 |
0,47 |
8,8 |
13,5 |
0,65 |
40-44 |
15,2 |
9,9 |
1,54 |
7,0 |
10,4 |
0,67 |
45-49 |
15,2 |
6,4 |
2,38 |
14,0 |
6,7 |
2,09 |
50-54 |
9,1 |
3,8 |
2,40 |
14,0 |
3,8 |
3,68 |
55-59 |
6,1 |
4,1 |
1,49 |
17,5 |
3,9 |
4,49 |
60-64 |
15,2 |
5,5 |
2,76 |
12,3 |
5,1 |
2,41 |
65-69 |
9,1 |
9,4 |
0,97 |
15,8 |
7,3 |
2,16 |
- Bütün yaş intervallarında xroniki böyrək çatmamazlığının ter-minal mərhəlyə keçməsi müşahidə olunur, amma ən yüksək risk
qadın populyasında 60-64 və 45-49 yaşlarda, kişi populyasında 55-59, 50-54 yaşlarda qeydə alınır;
- Xroniki böyrək çatmamazlığının terminal mərhəlyə keçidinin yaşla bağlı riski düzxətli deyil, dalğavari xarakter daşıyır, ris-kin nəzərə çarpan artımı qadınlarda 40 yaşdan sonra, kişilərdə isə 45 yaşdan sonra qeydə alınır;
- Xroniki böyrək çatmamazlığının terminal mərhəlyə keçidinin yaşla bağlı riski onun ilkin səbəbindən asılı fərqlidir: riskin ən yüksək səviyyəsi xroniki qlomerlounefritlərdə 50-54, xroniki pielonefritlərdə 60-69 yaşlarda, diabetik nefrosiderozlarda 55-59 yaşlarda müşahidə olunur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Cavadzadə M.C., Həmidov J.M., Babayev F.H. Xroniki böyrək çatışmazlığı. Bakı. Çaşıoğlu. – 2007. – 176 s.
2.Добронравов В.А. Диабетическая нефропатия: современные подходы к лечению // Нефрология. – 1997. - №1. с. 18-23
3.Мухаметзянов И.Ш. Хроническая почечная недостаточность и методы совершенствования её лечения. Казань. Изд. ИСПО РАО. – 2001. – 151 с.
4.Низамов И.Г., Мухаметзянов И.Ш. Организационные аспекты создания регистра больных с почечной недостаточностью // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. – 2000. - №4. с.28-32
5.Рябов С.И., Ставская В.В., Чистова Е.К., Кравченко Н.П. Изменение частоты и особенностей почечной недостаточности в Санкт-Петербурге в последние годы // Нефрология. – 1997. - №3. с. 10-16
6.Стентон Г. Медико-биологическая статистика. М. Изд. Практика. 1999. – 459 с.
7.Флетчер Р., Флетчер С., Вагнер Э. Клиническая эпидемиология основы доказательной медицины. М. Медиа Сфера. 1998. – 352 с.
8.Bazsoum R.S. Haemodialysis: Cost-Conscious end-stage renal failure management // Nephrology. – 1998. - №4. – p. 96-100
9.Briggs J.D. The ERA – EDTA Registry returns to Amsterdam // Nephrol. Dial. Transplant. – 2000. - №15. – p.1326-1327
10.Feldt – Rasmussen B.F. Dialysis in Denmark // Ugeskr Laeger. – 2001. - №13. p. 1825-1828
11.Garella S. The costs of dialysis in the USA // Nephrol. Dial. Transplant. – 1997. - №12. – p.10-21
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı