YENİDOĞULANLAR ARASINDA RAST GƏLƏN XƏSTƏLİKLƏRİN MÜQAİSƏLİ XARAKTERİSTİKASI (2008-2010-ci illər).

15-04-2011

Perinatal patologiyalar müasir pediatriyanın aktual problemlərindən biridir. Müxtəlif ölkələrin statistik məlumatlarına görə uşaq ölümü strukturunda yenidoğulanların xəstəlikləri başlıca yer tutur. Ölkəmizdə dölün antenatal mühafizəsinə, yenidoğulanların xəstəlikilərin profilaktikasına, xəstə və vaxtından əvvəl doğulanlan uşaqların tibbi xidmətinin keyfiyyətinin artmasına xüsusi diqqət yetirilir. Son ədəbiyyat məlumatlarına görə uşaqlardan 40% çoxu xəstə dünyaya gəlir və yenidoğulan dövrdə xəstələnir (1,2,3,8).

Yenidoğulan uşaqların xəstəlikləri strukturunda birinci yeri bəntdaxili infeksiyalar, doğuş zamanı asfiksiya, ikinci yerdə respirator xəstəliklər, üçüncü yerdə isə inkişaf qusurları tutur (4,5,6,7). Xəstəliklərin strukturunun müəyyən olunması onların azalması istiqaməntində tədbirlərin aparılmasına və xüsusilə vaxtında reanimasiyanın təmin olunmasına, müasir nəzarət edici metodların tətbiq edilməsinə, müvafiq terapiyanın aparılmasına xidmət edir.

Tədqiqatın məqsədi: 2008-2010–ci illər ərzində yenidoğulan uşaqların patologiya şöbəsinə daxil olan körpələrin müxtəlif  xəstəliklərin dinamikasının müqaisəli təhlilindən ibarətdir.

Bu müddət ərzində daxil olan 5854 xəstəyə klinik, paraklinik, biokimyəvi, seroloji, funksional-diaqnostik müayinələr (neyrosonoqrafiya, exokardioqrafiya, doppleroqrafiya, daxili üzvlərin ultrasəs müayinəsi, rentqen müayinə, EEQ və s.) aparılmışdır.

2010-cu ildə 1854 xəstənin 1169 (63%) Bakı şəhərindən, doğum evlərindən, Bakı ətraflı qəsəbələrin doğum evlərindən, xəstəxanaların doğum şöbələrindən daxil olub (2009-ci il bu göstərici 1096 nəfər 58,4 % təşkil etmişdir). Respublikamızın müxtəlif rayonlarından isə 580 nəfər (31,3 %), kəndlərdən 105 (5,7%) qəbul edilmişdir (ötən il 38,4%). Anoloji qanunauyğunluq 2008-2010-ci il müşahidə edilir.

Cədvəl  № 1.

Daxil olan uşaqların yaş tərkibi.

İllər

Xəstələrin yaş tərkibi

1-10 gün

10-30 gün

1-2 ay

2 aydan

2010-cu il

739(39,8%)

532 (28,7%)

433 (23,4%)

150 (8,1%)

2009-ci il

861 (45,9%)

490 (26,1%)

377 (20,1%)

148 (7,9%)

 il

955 (44,9%)

680 (39%)

371 (17,5%)

118 (5,5%)

Cədvəldən göründüyü kimi ötən illərdə olduğu  kimi bu ildə xəstələr əsasən yenidoğulma dövründə daxil olmuşlar (68,5% təşkil etmişdir). 2009-cu ildə bu rəqəm 72% olmuşdur. 10 günə kimi daxil olan xəstələrin sayı 739(39,8%), (45,9 %-2009-ci ildə) təşkil edib. Daxil olan körpələrin 70% ağır vəziyyətdə, 20% çox ağır kimi, 10% orta ağır kimi qiymətləndirilmişdir. 2010-cu ildə körpələrin 61,8% (1146) oğlan, 38,2% (708) qızdır (2009-ci ildə müvafiq göstəricilər 64,3 %, 35,7%, 2008- ci ildə 62%, 38% təşkil etmişdir).

2010-ci ildə şöbədən 7 tay əkiz (2009-ci ildə 7 tay, 2008-ci ildə 12 tay) vaxtında doğulan körpələr keçmişdir.

Cədvəldən göründüyü kimi ana südü ilə qidalanan yenidoğu-lanların sayı yüksəkdir.

Xəstələnmə strukturunda keçən illərdə olduğu kimi bu ildə də əsas yeri mərkəzi sinir sisteminin (MSS-nin) perinatal hipoksik-işemik zədələnmələri tutmuşdur (cəmi 1574 nəfər 84,9%) (ötən il 92,4%).

MSS-nin zədələnməsi diaqnozu 1060 nəfərdə (57,2%) təyin edilib. Aparılan müqayisəli təhlil göstərir ki, ötən illə müqayisədə bu patologiyanın rastgəlmə tezliyinin 6,9% azalması əsasən baş beynin periventrikulyar qansızmaları (BBQ) hesabınadır (2007-ci ildə BBQ-22,3%; 2008-ci ildə 27,9%, 2009-cu ildə 33,3%, 2010-cu ildə 13,4%). BBQ I dərəcəli 168 (9,1%) xəstədə, II dərəcəli 68 (3,7%), III dərəcəli 12 (0,6%) aşkar olunmuşdur.

Cədvəl  № 2.

Yenidoğulan uşaqların qidalanması.

İllər

Təbii

Qarışıq

Süni

2010-ci il

1552 (83,7%)

227 (12,2%)

75 (4,1%)

2009-ci il

1500 (80%)

207 (11%)

169 (9%)

2008-ci il

1741 (82%)

234 (11%)

149 (8%)

Digər tərəfdən neyrosono-qrafiya müayinəsində perivent-rikulyar, subaraxnoidal leykomalyasiya (2), döyənək cismin aqeneziyası (1), mineralizion vaskulopatiya (4),  damar yumaqcıqlarında (5),  araxnoidal (1), kaudo talamik hissələrdə (2) müxtəlif ölçülü kistaların aşkarlanması tezliyi yüksəlməkdədir. Belə vəziyyət çox ehtimal ki, funksional-diaqnostik müayinələrin keyfiyyət səviyyəsinin yaxşılaşması ilə əlaqədardır.

Cədvəl  № 3.

Xəstələrin nozologiya üzrə bölüşdürülməsi

Patologiyalar

İllər

2010-ci il

2009-ci il

2008-ci il

1

MSS-nin hipoksik zədəlnməsi

1574 (84,9%)

1713 (92,4%)

2109 (99,3%)

2

Baş beynə qansızmalar I-III dərəcə

248 (13,4%)   I dərəcə 168

II dərəcə 68

III dərəcə 12

405 (21,5%)

390 (17,8%)

3

Doğuş travması

46 (2,5%)

74 (3,9%)

62 (2,9%)

4

Kəskin respirator xəstəlik

457 (24,6%)

438 (23,3%)

540 (25,4%)

5

Pnevmoniya

 

355(19,2%)

322 (17,2%)

282 (13,2%)

6

Bətndaxili infeksiya (BDİ)

138 (7,5%)

117 (6,24%)

132 (6,2%)

7

Konyuqasion sarılıq

168 (9,1%)

172 (9,3%)

135 (6,3%)

8

Yenidoğulanların hemolitik xəstəliyi

Rezus uyğunsuzluğu

Qrup uyğunsuzluğu

94(5,1%)

 

32

62

112 (5,9%)

134 (6,3%)

9

Fetal hepatit

Toksik  hepatit

18(0,97%)

2(0,11%)

15(0,79%)

8(0,4%)

10

Yenidoğulanların

Hemoragik xəstəliyi

8 (0,4%)

14 (0,75%)

22 (1,1%)

11

Anadangəlmə ürək qüsuru

112 (6,1%)

131 (6,9%)

126 (5,9%)

12

Sepsis

17 (0,92%)

9 (0,48%)

14 (0,6%)

13

Lokal irinli-iltihabi xəstəliklər

36 (1,6%)

51 (2,7%)

60 (2, 8%)

14

İrsi enzimopatiya

(Q-6-QD defisiti)

16 (0,86%)

15 (0,79%)

30 (1,4%)

15

Anemiya

119(6,4%)

112 (5,9%)

106(4,5%)

16

Atopik dermatit

11(0,59%)

12(0,63%)

24(1,1%)

17

 Leyner xəstəliyi

6 (0,32%)

3 (0,16%)

4 (0,18%)

18

İxtiozabənzər Brok dermatiti

3 (0,16%)

3 (0,16%)

5 (0,24%)

19

Bullyoz epidermioliz

2 (0,11%)

2 (0,11%)

2 (0,1%)

20

Anadangəlmə ixtioz

2 (0,11%)

1(0,05%)

-

21

Daun xəstəliyi

11 (0,6%)

8(0,4%)

2 (0,1%)

22

BDİL

40(2,2%)

55(2,9%)

40(2,2%)

23

Hipotrofiya I-III dərəcə

47 (3,9%)

79 (3,6%)

68 (3,7%)

24

Şerşevski-Terner sindromu

1 (0,05%)

-

-

25

Xondrodistrofiya

1(0,05%)

-

-

 

Yenidoğulan körpələrdə MSS-nin zədələnmələrinin klinik mənzərəsi rəngarəng olunmuşdur.

Xəstəliyin kəskin dövründə perinatal sindromlar: sinir-reflektor, oyanıqlıq sindromu, süslük sindromu, 53 xəstədə qıcolma sindromu inkşaf etmişdir.(ötən il 44 xəstədə). Bu qrup yenidoğulanların neyrosonoqrafik müayinəsində beyin qan dövranın pozğunluğu, müxtəlif dərəcəli ödemi, yan mədəciklərin və subaraxnoidal sahənin genişlənməsi aşkar edilmişdir.

MSS-nin hipoksik-işemik travmatik zədələnməsi, doğuş travması əsas klinik diaqnos kimi 54 (3,1%) xəstədə müəyyən edilmişdir. Yenidoğulan uşaqların 30 nəfərində kefalohematoma, 19 xəstədə pleksit, 5 xəstədə körpücük sümüyünün sınığı aşkar edilmişdir. Xəstələr kompleks müayinə edilmişdir, cərrah, travmatoloq, nevroloq tərəfindən baxılıblar və müvafiq müalicə almışlar.

Xəstələnmə strukturunda II yeri infeksion-iltihabi xəstəliklər tutmuşdur. Cari ildər kəskin respirator xəstəlik (KRX) 24,6% (457 nəfər),  2009-cu ildə 438 (23,3%), 2008-ci ildə isə  25,4 % təşkil etmişdir. KRX əksər hallarda mədə-bağırsaq disfunksiyası ilə müşahidə olmuşdur. 94 xəstədə KRX kataral-otit, 7 xəstədə irinli otitlə fəsadlaşmışdır.

Pnevmoniya diaqnozu ilə müalicə olunan xəstələrin sayı 2010-cu ildə 355 nəfər (9,2%)  2009-ci il 17,2% olmuşdur (5,0%) artıb. Pnevmoniya diaqnozu bütün təsadüflərdə R-müayinəsində təsdiq edilmişdir. Körpələrdə kəskin intoksikasiya tənəffüs, ürək-damar çatışmazlığı, mikrosirkulyator pozğunluqlar qeyd olunmuşdur.

2010-ci ildə şöbədən keçən körpələrin 53 nəfərində infeksion-iltihabi xəstəliklər (2,52 %) müəyyən edilmişdir (2009-ci il 2,7%), o cümlədən sepsis 16 xəstədə (ötən il 9(0,48%), xəstəliyin lokal forması 37(1,99%) xəstədə (piodermiya, omfalit, konyuktivit, otit) (ötən il 51(2,68%)). Onlardan sidik sisteminin infeksiyası 7 xəsətədə qeyd olunmuşdur. 

Beləliklə, xəstəliyin  lokal formasında azalma, sepsis xəstəliyi 0,42% artım  baş vermişdir. 7 xəstədə sepsis, septisemiya, 9 xəstədə isə septikopiemiya formasında keçmişdir. (Bazu, bud sümüklərinin osteomieliti, bazu sümüyün  başı nahiyəsində və hər 2 qulaqətrafın absesi, yenidoğuların nekrotik fleqmonası).

Sepsis diaqnozu müəyyən edilən yenidoğulanlarda infeksiyanın etioloji amili 4 xəstədə stafilokokk aureus, 1 –də isə st.epidermidis, 2 xəstədə yayılmış damar-daxili sindromu, 3 xəstədə isə nekrotik enterokolit, 3 ventrikulit inkşaf etmişdir.

2010-ci ildə bətndaxili infeksiya (BDİ) 138 yenidoğulanda (7,4%) aşkar edilmişddir. 2008-2009-ci illə bu rəqəm 6,2-6,24% təşkil etmişdir. 75 yenidoğulanda (54,3%) mono sitomeqalovirus infeksiya (SMVİ), digər 63 (45,7%-də) isə mikst (qarışıq) infeksiya aşkar edilmişdir. O, cümlədən 2 xəstədə xlamidioz+SMVİ; 8 xəstədə herpes virus (HV)+SMVİ; 40 xəstədə toksoplazmoz(T)+SMVİ, 5 xəstədə T+HV, 4 xəstədə T+SMV+HV, 2 xəstədə T+X+SMVİ, 2 xəstədə X+SMVİ. BDY  üçün həyatın ilk günlərindən bədən hərarətinin yüksəlməsi, intoksikasiya,  hemodinamik pozğunluqlar, hepatosplenomeqaliya, uzunsürən sarılıq xarakterik olmuşdur. Qarışıq bətndaxili infeksyaların yuxarıda qeyd olunan klinik əlamətlər daha qarışıq olaraq ikincili immundefisit vəziyyətin inkşafı ilə səciyyələnib.

BDİ yenidoğulanlara imumi müalicə ilə yanaşı etiotrop terapiya aparılmışdır. Makrolid qrupundan  olan antibiotiklərdən sumamed, azoksin immunoqlobunlərdən (immunovenin) geniş istifadə edilmişdir.

Neonatal sarılıqlar cari ildə 298 kərpədə (16,1%) müəyyən edilib.(ötən il bu göstərici 18,3% təşkil edib). 162 xəstədə (8,7%) əsas diaqnoz, 136 xəstədə (7,3%) yanaşı diaqnoz kimi. Beləliklə, ötən illə müqayisədə şöbədən sarılıq diaqnozu ilə keçən körpələrin sayı  2,2 % azalıb: 0,8% yenidoğulanların hemolitik xəstəliyi (YDHX)   azalma, 1% konyuqasion sarılıq hesabına. 0,08% fetal hepatit yüksəlmə baş vermişdir. Beləki, əsas diaqnoz olaraq yenidoğulanların hemolitik xəstəliyi  94 xəstədə, fetal-hepatit 15 xəstədə müəyyən edilmişdir. 32 xəstədə YDHX rezus uyğynsuzluğu 62 xəstədə isə qrup uyğunsuzluğu nəticəsində inkşaf etmişdir. Xəstəliyin sarılıq forması xarakterik olmuşdur. Yenidoğulanlar bir qayda olaraq həyatın 4-7-ci günlərində doğum evlərində daxil olmuşlar. Mübadilə qan dəyişmə əməliyyatı aparılan yenidoğulanlar isə institutun anestezioloğiya-reanimasiya intensiv terapiya şöbəsindən köçürülənlərdir. Qeyd edək ki, YDHX diaqnozu ilə keçən körpələrində birində nüvə sarılığı inkşaf etmişdir. 2 xəstədə toksiki –hepatit inkşaf etmişdir. Əsas diaqnoz kimi fetal hepatit 15 xəstədə müəyyən edilib. Körpələr əsasən gecikmiş həyatın 20-30-cu günlərində,  1 aydan  yuxarı yaşlarda daxil olmuşlar. Bütün təsadüflərdə qanın hepatit «B» “C” virusa- görə müayinələrin nəticəsi mənfi olmuşdur. Fetal hepatitin etioloji amili 8 xəstədə SMV, 5 xəstədə Sitomeqalovirus+toksoplazmoz, 2 xəstədə sitomeqalovirus+ toksoplazmoz+herpesvirus  olmuşdur. 1 xəstədə hepatit öd yolların hissəsi atreziyası, 1 xəstədə mexaniki sarılıq öd yollarında xolelitiaz ilə bağlı inkişaf etmişdir. 8 xəstədə hemorragik sindromu inkşaf etmişdir. USM-də qaraciyər ölçülərinin böyüməsi, parenximanın exogenliyinin yüklənməsi, damarların vertikallaşması  xarakterik olmuşdur.

2010-ci ildə şöbədən keçən 1854 xəstənin 127 nəfərində (6,8%) anadangəlmə inkişaf qüsurları müəyyən edilmişdir (2008-2009-ci illərdə 131 (6,9%) və 126(5,9%).1854 körpənin 2010-ci ildə112 (6,1%)  anadangəlmə ürək qüsurları (2009-ci il 131 (6,9%), 2008-ci il 126 (5,9%) xəstədə) aşkar olunub. Anadangəlmə ürək qüsuru əsas diaqnoz kimi 21 xəstədə, 54 xəstədə yanaşı diaqnoz kimi təyin edilib. 9 nəfərdə kombinə olunmuş ürək qüsuru müəyyən edilib. 6 xəstədə qulaqcıqlararası çəpərin defekti; 29 xəstədə mədəciklərarası çəpərin defekti; 5 xəstədə acıq arterial axarı, 115 xəstədə isə funksional oval dəlik aşkar edilmişdir (ötən il 50 xəstə), botal axarı+funksional oval dəlik(5), botal axarı+mədəciklərarası cəpərin defekti (1), mədəciklərarası cəpərin defekti+qulaqcıqlararası cəpərin defekti+botal axacının acıqqalması (4), qulaqcıqlar arası cəpərin defekti+mədəciklər arası cəpərin defekti (32), dekstrakardiya, magistral damarların transpozisiyası (2), Tetrada Fallo (1),  kardiomiopatiya hipertropik tipli (3). Beləliklə, ümumi hesabda 2008-2010-ci illərdə anadangəlmə ürək qüsurlarının  aşkar olunması stabildir, müvafiq olaraq 5,9%- 6,9% təşkil edir. Bu patologiya gətirib çıxaran faktorlar arasında genetik səbəblər, teratogen amillərin, o cümlədən kimyəvi dərman maddələrinin, ananın virus xəstəliklərinin rolu, genetik və ətraf mühitin əlverişşiz faktorlarının birgə təsiri, yəni multifaktorial səbəblər 85 % təşkil edir.

2010-ci ildə digər 52 xəstədə (2,8%) aşağıdakı inkişaf qüsurları aşkarlanıb: pilorostenoz - 4 xəstə, spina bifida – 2, embrional göbək yırtığı- 1, qasıq yırtığı – 3, anadangəlmə hidrosefaliya -4, sərt və Üst dodağın bitişməməsi 5, sərt, yumşaq və üst damağın bitişməməsi-5, sərt damağın defekti 1 , yümşaq damağın defekti – 1, əyripəncəlik – 5, anadangəlmə bud –çanaq oynaqlarının çıxığı -2 , bud-çanaq oynaqların displaziyası – 8, hər iki oynağın inkişaf qusuru-1, öd yolların atreziyası-1, sağ böyrəyin ağeneziyası, hipoplaziyası – 2, polidaktiliya -3, sindaktiliya-1

Beləliklə, 2008-2010-ci illərin nəticələrinə əsaslanaraq, perinatal dövrdə patologiyalar strukturunda birinci yeri bətndaxili hipoksiya/doğuş zamanı asfiksiya, sonra isə müvafiq olaraq serebral statusunun pozqunluqları, neonatal sarılıqlar, tənəffüs pozqunluqları, doğuş travmaları, bətndaxili infeksion xəstəliklər və s. tutur.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

1.Барашнев Ю.И. Перинатальная неврология.М.: «Триада-Х» 2005;
2.«Резолюция XVI Съезда педиатров России. Актуальные проблемы педиатрии» Вопросы современной педиатрии 2009, т.8, №3. с.18-24.
3.Чембарцева Н.Я. Медико-социальное аспекты состояние здоровья   новорожденных и пути профилактики в современных условиях. Автореф. Дисс….канд.мед.наук. Курск 2006 ; 17с.
4.De Vries LS. Intracranial Hemorrhage and Vaskulir Lesions. In Martin RJ. Fanaroff AA, Neonatal –Perinatal Medicine, Philadelphia, 2006,pp:924-937.
5.Callaghan L.A.,Cartwright D.W., et al. Infant to staff rations and risk of mortality in very low brithweight infants. Arch Dis Child Fetal Neonatal Ed 2003$ 88(2) 94-7.
6.Yudin MH, Gonik B. Perinatal Infections. In: Neonatal – Perinatal Medicine.Philadelphia: Mosby: 2006,pp:430-441.


Müəlliflər:
N. C. Quliyev
M. Z. Əfəndiyeva
N. C. Rəhimova

Digər jurnal və qəzetlər