Jurnal haqqında
“Sağlamlıq” jurnalı haqqında qısa arayış.
Sağlamlıq jurnalı 1995-ci ildə Azərbaycan Tibb Universiteti və “Sağlamlıq” ictimai xeyriyyə assosiasiyası tərəfindən təsis edilmişdir. Həmin dövrdə fəaliyyət göstərən Mətbuat Nazirliyi tərəfindən icazə alınmış və Ədliyyə Nazirliyində qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının reystrinə daxildir.
1995-ci ilin noyabr və dekabr aylarında 1-ci və 2-ci nömrəsi işıq üzü görmüş, sonrakı illərdə müntəzəm olaraq ildə 10 nömrə çapdan çıxmışdır. 2004-cü ildə redaksiya heyətinin tövsiyyəsi əsasında jurnalın həcmi genişləndirilərək 204 səhifəyə çatdırılmış və onunla bağlı olaraq ildə 5 nömrəsi nəşr edilmişdir. 2004-cü ildən hər ildə 5 nömrə olmaqla jurnal müntəzəm olaraq çapdan çıxır. Jurnalda azərbaycan, türk rus və ingilis dillərində yazılan məqalələr çap edilir. Məqalələrin yazıldığı dillərdən asılı olmayaraq azərbaycan, rus və ingilis dillərində xülasəsi verilir. Jurnalın ISBN-5-8035-0168-9 qeydiyyat nömrəsi vardır. Jurnala məqalələr kompyuterdə 14 şriftlə, azərbaycan dili üçün Times New Roman Azlat, ingilis və rus dili üçün Times New Roman proqramında elektron versiyası (CD) və 1 nüsxə yazı variantında qəbul edilir. Məqalələr 10 səhifədən, 4 şəkil və 4 cədvəldən artıq olmamaq şərtilə verilməlidir. Məqalənin üzərində çapa məsləhət görülməsi barədə idarə rəhbərinin və ya elmi rəhbərin imzası, müəssisə rəhbərinin imzası ilə göndəriş olmalıdır.
Məqalədə gedən materialların dürüstlüyü haqqında redaksiya heyəti cavabdehlik daşımır. Oxucuların jurnalda dərc olunmuş məqalələr haqqında rəylərini redaksiya heyəti tərəfindən baxıldıqdan sonra “Diskussiya” rubrikasında çap edilir.
Jurnalda məqalələr aşağıdakı rubrikalar üzrə çap edilir.
1. Ön məqalələr.
2. Mühazirələr.
3. Ədəbiyyat icmalları.
4. Orjinal məqalələr.
5. Eksperimental təbabət.
6. Səhiyyənin təşkili.
7. Əczaçılığın problemləri.
8. Praktik həkimə kömək.
9. Klinikadan müşahidələr.
Jurnala Türkiyə Respublikasından, Rusiya Federasiyasından, Ukrayna Respublikasından, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan məqalələr göndərilir.
Jurnal MDB ölkələrində olan mərkəzi kitabxanalara və Azərbaycan Respublikası kitabxanalarına göndərilir.
Jurnalın redaksiya heyəti Azərbaycan Respublikasının tanınmış alimlərindən seçilmişdir. Onlardan 8 nəfəri əməkdar elm xadimi, 2 nəfəri AMEA-nın akademiki, 1 nəfəri isə müxbir üzvüdür. Hər 2 ildən bir rotasiya qaydası ilə dəyişiklik aparılır.
Hazırda jurnalın redaksiya heyəti aşağıdakılardan ibarətdir.
1. Qalib Ş. Qarayev -Baş redaktor, Professor, əməkdar elm xadimi, RF-nın Tibb Texniki elmlər üzrə akademiyasının akademiki.
2. Adil B. Baxşəliyev -Professor, Tibb elmləri doktoru.
3. Cəmil Ə. Əliyev -Akademik, əməkdar elm xadimi.
4. Əhliman T. Əmiraslanov - Akademik, əməkdar elm xadimi.
5. Əlişir V. Musayev -Professor, əməkdar elm xadimi.
6. İbrahim İ. İsayev - Professor, əməkdar elm xadimi.
7. Məmməd Y. Nəsirov - Professor, əməkdar elm xadimi.
8. Oktay K. Şirəliyev -Professor, Tibb elmləri doktoru.
9. Orxan R. İsayev -Tibb üzrə fəlsəfə doktoru.
10. Sudeyf B. İmamverdiyev -AMEA-nın müxbir üzvü.
11. Surxay N. Musayev -Professor, əməkdar elm xadimi.
12. Vaqif B. Şadlinski -RFEA-nın Akademiki, Professor, əməkdar elm xadimi.
13. Vəsadət Ə. Əzizov -Professor, Tibb Elmləri doktoru.
Redaksiya şurası 12 nəfərdən ibarət olub Türkiyə Respublikası, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Azərbaycan Respublikası alimlərindən təşkil olunmuşdur.
1. Avtan L. -Professor (İstanbul, Türkiyə).
2. Əliyev N.A. -Ə.e.n., Tibb xidməti General Mayoru (Bakı, Azərbaycan).
3. Həsənov N.Ə. -Tibb elmləri doktoru (Mingəçevir, Azərbaycan).
4. Xuduyev A.M. -Professor (Bakı, Azərbaycan).
5. Qurbanova C.F. -Professor (Bakı, Azərbaycan).
6. Leonov B.İ. -RF Tibbi Texniki elmləri akademiyasının prezidenti (Moskva).
7. Məmmədov A.Q. -Tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim (Naxçıvan, Azərbaycan).
8. Musayev K.K. -Tibb üzrə elmlər doktoru (Bakı, Azərbaycan).
9. Seysembayev M.A. -Qazaxıstan EA-nın Akademiki (Almatı, Qazaxıstan).
10. Səfərov A.M. - Tibb üzrə elmlər doktoru (Bakı, Azərbaycan).
11. Mahmudov R.M. - Tibb üzrə elmlər doktoru (Bakı, Azərbaycan).
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı