Tələblər

Jurnalda dərc olunan məqalələrin tərtibatına dair tələblər

Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə və açar sözlər hər üç dildə təqdim olunmalıdır.

2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan – 2 sm., yuxarıdan, aşağıdan və sağdan – 2,5 sm.), Times New Roman şrifti ilə 14 pt. ölçüdə,  1,5 sm intervalla, abzas buraxmaqla hazırlanmalı və 10 səhifədən artıq olmamalıdır.

3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:

• Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti)

• Tədqiqatın məqsədi, məsələnin qoyuluşu

• Məsələnin həll üsulları və aprobasiyası

• Alınan nəticələrin təsviri

• Nəticə

4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: UOT – soldan, qalın şriftlə, sonda 6 pt. interval; müəlliflərin soyadı və inisialları – soldan, kursiv və qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – soldan, sonda 6 pt. interval; məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt. interval; xülasə (mətn təqdim olunan dildə) – kursivlə, sonda 6 pt. interval; açar sözlər – kursivlə, sonda 6 pt. interval; giriş və digər alt başlıqlar – soldan, qalın şriftlə, əvvəlində və sonunda 6 pt. intervalla.

6. Ədəbiyyat siyahısından sonra məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə müəllifin soyadı, adı, atasının adı, məqalənin adı, xülasə və açar sözlər təqdim olunur.
7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., cədvəl 1.), şəkil – şəklin altında, ortadan (məs., şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilməlidir.

8. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

9.Məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, müəllifin şəkli (300x300), e-mail ünvanı da təqdim olunmalıdır.

10. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

 Müəllifin tələbi:

- Ad
- Soyad
- Telefon
- E-mail
- Fesbook url (profil),
- İnstaqram url (profil)
- tvitter url (profil)
- youtube url (profil)
- Foto (300X300)

Digər jurnal və qəzetlər